Məhkəmə qərarları › İş №2-2(103)-1238/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1238/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1238/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC-yə, Cavabdeh1 MMC-yə qarşı, ikinci iddia üzrə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı kommersiya mübahisəsi Açar sözlər: kredit müqaviləsi, pul tələbi, öhdəliklərin icrası, birgə fəaliyyət haqqında müqavilə. Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi XX katibliyi ilə, İlkin iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC-yə, Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixli, 03/7 saylı müqaviləyə əsasən pulun tutulması, ikinci iddia üzrə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASCyə qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh “X2 ve İnşaat” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. Cavabdeh1 MMC (birinci tərəf) və İddiaçı2 MMC (ikinci tərəf) arasında 23 dekabr 2012-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən: -Bakı şəhəri, Səbail rayonu, X6 7 ünvanında yerləşən, birinci tərəfə məxsus olan daşınmaz əmlakda, ikinci tərəfin mexmanxana fəaliyyəti ilə məşğul olması müqavilənin predmetidir. -birinci tərəf ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X6 7 ünvanında yerləşən binanı ikinci tərəfə mehmanxana fəaliyəti üçün təmənnasız təqdimedir. -birgə fəaliyyət haqqında müqaviləyə xitam verilən zaman birinci tərəfindən əmlakı (amortizasiya xərcəri çıxıldıqsan sonra) qiymətləndiriləcək, ikinci tərəfin mehmanxana fəaliyyətini göstərmək üçün təmir və rekonstruksiya işlərinə, avadanlıqlara, bütün təchizata sərf etdiyi vəsait hesablanacaq və nəticədə birinci tərəfin daşınmaz əmlakı yeni yaradılacaq şirkətin mülkiyyətinə qiymətləndirilən faiz nisbətinə uyğun veriləcək. -müqavilə müddəti ərzində birinci tərəf ikinci tərəfin yazılı razılığı olmadan həmin əmlakı sata, bağışlaya, ipoteka ilə yüklü edə bilməz, icarəyə verə bilməz və ümumiyyətlə özgəninkiləşdirə və hər hansı yüklülük əqdləri bağlaya bilməz. -tərəflər ümumi istifadədə olan əmlakdan ancaq müqavilə məqsədi ilə istifadə etməlidirlər. -müqavilə imzalandığı tarixdən 10 il müddətinə qüvvədədir. -müqaviləyə əlavələr, dəyişdiklər və xitam hər iki tərəflərin yazılı razılığı ilə həyata keçirilir.

2. 23 dekabr 2012-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 3.2. maddəsinə əsasən qeyd olunan müqavilənin müddəti digər bütün şərtlər dəyişdirilmədən xx.xx.2027-ci il tarixinə qədər uzadılmışdır.

3. İddiaçı1 ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında 02 iyul 2016-cı il tarixdə ilə arasında 03/7 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -2.2-ci bəndinə əsasən, borc verən "xxxx" MMC-yə xammal və avadanlığın alınması məqsədilə borc alana 12.900.000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür. -5-ci bəndinə əsasən, kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın kredit hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir. Kredit vəsaitindən istifadə müddəti 02 iyul 2020-cı il tarixində saat 17:00-da bitir. -6-cı bəndində əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. Kredit üzrə faizlər hər rübün axırıncı ayının 02-si (bu müqavilənin 5.3.-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır) borc alan tərəfindən borc verənə ödənilir. Kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 ay bitdikdən sonra 2020-cı il 2 iyul tarixinə qədər tam şəkildə ödənilir. (Kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəli üzrə). Müvafiq ödəniş tarixinə azı 10 iş günü qalmış borc verən tərəfindən kredit üzrə hesablanmış faizlər haqqında borc alana məlumat verilir. Bu məlumatın borc alana vaxtında çatmaması onu faizləri tam və müqavilənin 6.2.-ci bəndində nəzərdə tutulmuş müddətdə ödəmək öhdəliyindən azad etmir. Faktiki illik faiz dərəcəsi (FİFD)- 7%. 6-ci bəndinə əsasən bu Müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur. -10-cu bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.02 % miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0.02 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. -12-ci bəndnə əsasən, borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. -13-cü bəndinə əsasən, borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borc verən öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir.

4. 02 iyul 2016-cı il tarixli, 03/7 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) ödəyəcək əsas məbləğ 12.900.000 manat,faizin məbləği 2.734.259,80 manat, cəmi ödəniləcək məbləğ 15.634.259,80 manat məbləğində müəyyən edilmişdir.

5. 18.01.2023-cü il tarixli maliyyə arayışına əsasən “X2 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə əsas borc üzrə qalıq məbləği 12.900.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 3.601.966,40 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 1.424.732,33 manat olmaqla cəmi borcu 19.557.118,43 manat təşkil edir.

6. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: -2.1-ci bəndinə əsasən sonrakı ipoteka saxlayanla borcalan arasında bağlanmış 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 12.900.000 manata məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. -2.2-ci bəndinə əsasən, ipoteka predmeti Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsidir. -3-cü bəndinə əsasən, ipoteka ilə yüklü olunmuş əmlakın ümumi dəyəri 18.500.000 manat məbləğində qiymətləndirilmişdir. -4-cü bəndinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən verilən kredit və kredit faizlərinin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. İpoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 12.900.01 manat məbləğindədir. İpoteka ilə təmin edilmiş öhdəlik 2020-ci il 2 iyul tarixədək qədər icra edilməlidir. -6.2.3-cü bəndinə əsasən borcalan ipoteka saxlayan ilə bağladığı 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini, dəbbə pulunu ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanların ipoteka saxlayana ödənilməsini öz öhdəsinə götürür. -7.1.10-cu bəndinə əsasən, borcalan bu müqavilələr ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı ipotekaya yönəltmək üçun tədbirlər görmək ipoteka saxlayanın hüquqdur. -15-ci bəndinə əsasən, bu müqavilə müvafiq qaydada dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Borcalan ipoteka saxlayanla imzağladığı 2016-cı il 2 iyul kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizlərini, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur.

7. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borc alanarasında bağlanmış 2016-cı il 14 iyun tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat və 2016-cı il 2 iyul tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m. (3-cü zirzəmi və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir.

8. LPO İddiaçı1 ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, “X3 ve İnşaat” MMC tərəfindən 2016-cı il 2 iyul tarixli kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə ödəniş aparılmamışdır.

9. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.metr qeyri-yaşayış binası tam payla Cavabdeh1 MMC-ə məxsusdur, bu barədə 2012-ci il 5 oktyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış).

10. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 1747.5 kv.m. (2-ci zirzəmivə 2-ci mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında kredit müqaviləsinə istinad edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19 iyul 2016-cı il tarixli çıxarış).

11. Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 qeyri-yaşayış binasının 1157.9 kv.m (3cü zirzəmi və 6-cı mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında 2016-cı il 14 iyun tarixli və 2016-cı il 2 iyul tarixli kredit müqavilələrinə istinad edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19 iyul 2016-cı il tarixli Çıxarış).

12. Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə dair ipotekanın dövlət qeydiyyatına dair bildiriş qeydiyyata alınmışdır (2023-cü il 16 yanvar tarixli **********017 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə bildiriş).

13. "Diplomat LTD” MMC İddiaçı2 MMC-yə müraciət edərək "Diplomat LTD” MMC ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ipotekada olan əmlakın qiymətləndirilərək hərracdan satılmasını tələb etməsi səbəbilə, "DiplomatLTD” MMC aralarında bağlanmış "Birgə fəaliyyət haqqında" 23 dekabr 2012-ci il tarixli müqavilə və ona edilmiş əlavədən imtina etmiş və qeyri-yaşayış binasının 5 gün müddətində təhvil-təslim edilməsi, İddiaçı2 MMC-nin qeyri yaşayış binasından çıxmasını tələb etmişdir (12 iyul 2023-cü il tarixli 11 nömrəli məktub).

14. LPO İddiaçı1 ASC tərəfindən “X2 ve İnşaat” MMCyə və Cavabdeh1 MMC-yə pretenziya ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

15. "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli, LP-190/2023 saylı mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 9313 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2 794 000 manat, likvid qiyməti isə 2 515 000 manat dəyərində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 9/9928 saylı ekspert rəyinə əsasən “X1 İnşaat” MMC-nin hesabdan çıxarış məlumatları əsas götürülməklə xx.xx.2020-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) cavabdeh “X3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

17. İddiaçı LPO İddiaçı1 ASC cavabdehlər “X2 ve İnşaat” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı 03 iyul 2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə “X2 ve İnşaat” MMC arasında bağlanmış 02 iyul 2016-cı il tarixli 03/7 saylı kredit müqaviləsinə əsasən 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə 19.557.118,43 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10.183,56 manat dövlət rüsumunun cavabdeh “X2 ve İnşaat” MMC-dən tutularaq Ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, kredit müqaviləsi üzrə tutmanın ünvan 4 ünvanında 0.1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakların boşaldılması, onların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh2 MMC arasında 03/7 saylı, 02 iyul 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 12.900.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manatməbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 19.557.118,43 manat məbləğində borcu qalmışdır. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC-yə məxsus ünvan 5 ünvanında 0,1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsi (AR ƏMDK yanında DƏDRX-nın xx.xx.2012-ci il tarixli çıxarışı, seriya RX №0062447, reyestr №**********25-06301, qeydiyyat №**********) 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu ilə bağlanmış kredit müqavilələrinin 6-cı bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “borc alan”ın vəzifəsidir. Həmin müqavilələrin 8-ci bəndinin tələblərinə görə “kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğuhallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən borcluya dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdəvə ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilələrin 4.2.8-ci bəndində isə göstərilir ki, “borc alan”ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «ipoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi “İpoteka qoyan”ın vəzifəsidir.

19. İddiaçı2 MMC-nin nümayəndəsi/vəkili Vəkil1 ilkin iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ipoteka müqavilələri səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Qeyd edilən nüans Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-2(103)-105/2020 nömrəli qətnaməsində öz əksini tapmışdır. Belə ki, həmin qətnamənin 6-cı səhifəsinin birinci abzasında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 təsisçi kimi Cavabdeh1 MMC-yə məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti olsa da, ipoteka müqavilələrini imzalayan oğlu Kamran Vəkilova verdiyi 2011-ci il tarixli etibarnamədə təsisçisi olduğu Cavabdeh1 MMC-yə məxsus əmlaklara dair də sərəncam vermək səlahiyyətini göstərməli idi. Həmin qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında qeyd etmişdir ki, Cavabdeh3 Kamran Vəkilova verdiyi xx.xx.2011-ci il tarixli etibarnamədə özünə məxsus əmlaklara dair sərəncam vermək səlahiyyəti göstərildiyinə görə Kamran Vəkilovun Cavabdeh1 MMC- yə məxsus əmlakı ipoteka ilə yüklü etməyə hüququ olmamış və ona etibar edilən səlahiyyətlərdən kənara çıxmışdır. Həmçinin həmin qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, həmin ipoteka müqavilələri əqd bağlayan şəxs (Kamran Vəkilov) tərəfindən səlahiyyətlərdən kənara çıxıldığına və səlahiyyətləri məhdud olduğuna görə mənafeləri məhdudlaşdırılmış şəxs tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən nüanslar Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir və həmin nüanslar hazırkı iş üzrə mübahisələndirilə bilməz və sübuta yetirilməsinə ehtiyac yoxdur.

20. İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış binasının (1747,5 kv.m sahəsinə dair) tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli “birgə fəaliyyət haqqında” müqavilə və ona əlavə sazişin şərtlərinin məcburi icrası vəCavabdeh1 MMC-nin qeyri-yaşayış binasından istifadəsinə yaratdığı maneə və qadağalara son qoyulmaqla pozulmuş hüquqlarının bərpası barədə Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında bağlanmış 05 iyul 2016 cı il tarixli 3 M/244 nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘'Diplomat LTD” MMC ilə bağlanan birgə fəaliyyət haqqında müqavilə və həmin müqavilənin müddətinin uzadılması barədə əlavə saziş imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasını birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən İddiaçı2 MMC-yə vermiş, müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, İddiaçı2 MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50%-50% nisbətində aralarında bölünür. Eyni zamannda həmin müqavilə ilə müqavilə müddəti ərzində İddiaçı2 MMC-nin yazılı razılığı olmadan Cavabdeh1 MMC-nin həmin əmlakları sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarəyə verməyə, özgəninkiləşdirmə və hər hası yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda Cavabdeh1 MMC-nin mülkiyyətində olan əmlaklar (amortizasiya xərcləri çıxıldıqdan sonra)qiymətləndiriləcək və İddiaçı2 MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar huquqi şəxs olaraq İddiaçı2 MMC tərəfindən maya qoyuluşu kimi Cavabdeh1 MMC-yə məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun İddiaçı2 MMC-nin təsis payının miqdari müəyyən ediləcək idi. Həmin müqavilə şərtləri hal-hazırda da qüvvədədir. Ancaq müqavilə şərtlərinə baxmayaraq xx.xx.2023 il tarixində Cavabdeh1 MMC idddiaçıya məktub ilə müraciət edərək mülkiyyətində olanvə müqavilə şərtlərinə əsasən birgə çalışdıqları qeyri-yaşayış binasının İddiaçı1 ASC də ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyini və borc götürən şəxsin borcu ödəmədiyinə görə borc tələbinin hazırki əmlaka yönəldilməsi, qiymətləndirilməsi və hərracda satılması barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıldığını məhz bu səbəbdən aralarında bağlanmış birgə fəaliyyət barədə müqavilənin və ona əlavə sazişin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxmaqla əmlakları təhviltəslim etmək üçün 5 günlük müddət müəyyənləşdirilmişdir. Bağlanmış ipoteka müqaviləsi tamamilə etibarsız və qanunsuzdur.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasda qəbul edilmiş qərardada əsasən, İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. İş Bakı Kommersiya Məhkəməsinə daxil olan zaman İddiaçı2 MMC iddiaərizəsinə əlavə verərək, 1) Cavabdeh1MMC ilə İddiaçı1 ASC arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka müqaviləsinin və Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü mərtəbə və 6-ci mərtəbə restoran) hissəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/245 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, 2) Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən daşınmaz əmlaka dair aralarında bağlanmış xx.xx.2012-ci il tarixli “birgə fəaliyyət haqqında müqavilə və ona əlavə edilmiş sazişin şərtlərinin məcburi icrası və Cavabdeh1 MMC-nin qeyri-yaşayış binasından istifadələrinə yaratdığı maneə və qadağalara son qoyulmaqla pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Daha sonra İddiaçı2 MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasının 1747,5 kv.m sahəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyriyaşayış binasının 1157,9 kv.m. hissəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/245 reyestr nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasından iddiaçının istifadəsinə Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5287/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixli, 03/7 saylı müqaviləyə əsasən pulun tutulması və s. tələbinə dair e-2-2(113)-3779/2023 saylı kommersiya mübahisəsinə dair iş həminməhkəmənin icraatında olan İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair e-2- 2(113)-5287/2023 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş LPO İddiaçı1 ASC-nin işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilmiş və LPO İddiaçı1 ASC həmin iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh “X3 ve İnşaat” MMC-dən 02 iyul 2016-cı il tarixdə ilə arasında 03/7 nömrəli kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu, 645.000 manat məbləğində dəbbə pulu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz borcu, ümumilikdə 18.777.386,1 manat məbləğindəpul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbailrayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 3.140.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına “"xxxx" ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdeh “X3 ve İnşaat” MMC-dən tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi, ikinci iddia üzrə iddiaçı Kroun LTD” MMC-nin ikinci iddia üzrə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı ipoteka müqavilələrin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsi, ikinci iddia üzrə çəkilmiş məhkəmə xərclərinin ikinci iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 48 manat hissəsinin ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir. (hakim – L.Əliyeva).

28. Birinci iddianın baxılması nəticəsi ikinci iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə ikinci iddiaya münasibət bildirilməsini zəruri saymışdır. Belə ki, İddiaçı2 MMC-nin iddiasının birinci hissəsi "xxxx" MMC ilə İddiaçı1 ASC arasında bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbidir. Həmin tələbə baxılarkən məhkəmə ilk növbədə iddiaçının həmin iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmamasını araşdırmağı zəruri hesab etmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

30. Hazırkı halda ikinci iddia üzrə İddiaçı2 MMC mübahisəli ipoteka müqavilələrinin tərəfi deyildir. Həmin müqavilələrinin qanunla qorunan hüquq və maraqlarına toxunmasını isə ikinci iddia üzrə iddiaçı onunla əsaslandırır ki, onunla "xxxx" MMC arasında mübahisəli ipoteka müqavilələri üzrə ipoteka predmeti olan daşınmaz əmlaka dair birgə fəaliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC həmin daşınmaz əmlakı onun razılığı olmadan ipoteka ilə yüklü etməyəcəyi barədə öhdəlik götürmüşdür.

31. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı2 MMC-nin istinad etdiyi birgə fəaliyyət haqqında müqavilənin sözügedən şərtləri mahiyyət etibarilə "xxxx" MMC-nin mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırdığından, yəni hüququn yüklülüyünü yaratdığından həmin yüklülük “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəalarına əsasən dövlət qeydiyyatına alınmalı idi.

32. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri saymışdır ki, daşınmaz əmlak üzərində əşya hüquqlarının, eləcə də yüklülüklərin dövlət qeydiyyatına alınması birinci növbədə müvafiq əmlak üzərində əşya hüquqları və yüklülüklər barədə üçüncü şəxsləri məlumatlandırmaq, bununla da həmin əmlaka dair müqavilə bağlayacaq üçüncü şəxsləri əsassız risklərdən qorumaqdan məqsədi daşıyır.

33. Odur ki, hazırkı halda İddiaçı2 MMC-nin xeyrinə yüklülüyün dövlət reyestrində qeydiyyata alınmaması həmin yüklülüyün üçüncü şəxslər (hazırkı halda İddiaçı1 ASC üçün hər hansı hüquqi nəticələr doğurmasını və belə olan halda ikinci iddia üzrə İddiaçı2 MMC-nin həmin yüklülüyə istinad edərək üçüncü şəxslərə qarşı iddia qaldırmağa dair subyektiv hüquqa malik olmasını istisna edir.

34. Tələbin ikinci hissəsinə - "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı2 MMC qeyri-yaşayış sahəsindən istifadə etməsinə "xxxx" MMC tərəfindən maneələr yaradılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ikinci iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, ikinci iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi ikinci iddia üzrə cavabdeh "xxxx" MMC-nin qeyri-yaşayış sahəsinin boşaldılması barədə xəbərdarlıq məktubu yalnız sonuncunun birgə fəaliyyət barədə müqaviləyə xitam vermək niyyətini ifadə etməklə ikinci iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsindən istifadəsinə ikinci iddia üzrə cavabdeh tərəfindən faktiki maneələr törədilməsini sübuta yetirmir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

35. İlk iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

36. Kredit müqaviləsi üzrə "xxxx" MMC-dən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, "xxxx" MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə 2020-ci il 2 iyul tarixinə (kreditin verilmə müddətinin bitdiyi tarixə) “X3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir.

37. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbi həddində işə baxaraq belə nəticəyə gəlmişdir ki, ilk iddia əsas və fazi bocunun tutulması hissəsində tam təmin edilməli, cavabdeh “X3 ve İnşaat” MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu tutulmalıdır.

38. İlk iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda kredit borcunun ödənilməsi gecikdirildiyindən ilkin iddiaçı dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə MM-in 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin cavabdeh "xxxx" MMC-dən tutulacaq dəbbə pulu 645.000 manat məbləğində müəyyən edilməlidir.

39. Həmçinin, mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırılmış hüquqi mövqeyinə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, 2020-ci il 2 iyul tarixindən 2023-cü il 12 yanvar tarixinədək (iddia ərizəsində tələb edilən tarixədək) olan 910 günlük müddət üçün MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində (12.900.000 manat*5%/360gün x910 gün) faiz borcu “X3 ve İnşaat” MMC-dən İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır.

40. Bununla yanaşı, İddiaçı1 ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, iddia tələbinin həmin hissəsi də təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı1 ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən tutulmalıdır.

41. İpoteka predmeti olan əmlakın boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı halda ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğundan ipotekaya tutma yönəldilməsi barədə qətnamədə həmin əmlakın boşaldılmasının da qət edilməsi üçün qanuni əsas mövcud deyildir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.

42. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış (bax §19) və həmin rəyə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 931,3 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2.794.000 manat, likvid qiyməti isə 2.515.000 manat dəyərində müəyyən edilmişdir.

43. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab etmişdir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən, yəni 3.140.000 manat (625.000+2.515.000) məbləğində müəyyənləşdirilməlidir.

44. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 157.4, 157.8, 269, 270.1, 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 462.1, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4-cü maddələrinə; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3, 2.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikasının MPMin 4.1, 103.1, 107, 115.0.9, 119.1, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Bakı Apellyasiya Məhkəməsində birinci icraat

45. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsindən ikinci iddia üzrə İddiaçı2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

46. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1109/2024 nömrəli qətnaməsi ilə ikinci iddia üzrə İddiaçı2 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ikinci iddia üzrə iddianın dəlilləri ilə eynilik təşkil etdiyinə görə məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ipoteka müqaviləsini mübahisələndirmək üçün İddiaçı2 MMC-nin subyektiv hüquqa malik olmasını qanunvericilik tənzimləmir, belə ki, İddiaçı2 MMC həmin müqavilə üzrə tərəf kimi çıxış etməmişdir. İpoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində birinci iddia üzrə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib, qanunvericilik dövlət reyestrinin məzmununun tamamlığı və həqiqiliyi prezumpsiyasını özündə ehtiva edir, dövlət qeydiyyatına alınan mövcud yüklülüklər digər qeydiyyata alınmayan yüklülüklərdən üstün qüvvəyə malikdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması zəruri və vacibdir, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. İddiaçı2 MMC tərəfindən onun iddia olunan əmlak hüquqları barədə dövlət reyestrində qeydiyyat aparılmadığı üçün onun məhkəmədə hüquqlarına təminat verilə bilməz. Lakin İddiaçı2 "xxxx" MMC ilə bağladığı birgə fəaliyyət haqqında müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı maddi ziyana məruz qalıbsa bu barədə ayrıca icraatda maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə yanaşı MM-in 14.3 və 139.1-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

49. İkinci iddia üzrə İddiaçı2 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, ikinci iddia tələbinin tam təmin, birinci iddia tələbinin “kredit üzrə borc məbləğinin ipoteka predmetinə yönəldilməsi” hissəsində rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-218/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1109/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

51. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etməyərək bildirmişdir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin kassatorun mübahisəli əmlaka ən azından sahiblik hüququnun olması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Normanın məzmunundan görünür ki, daşınmaz əmlaka hüquqların yaranması üçün yeganə əsas bu hüquqların dövlət qeydiyyatına alınması mütləq şərtdir. Hazırkı işdə isə kassatorun mübahisəli əmlaka dair hər hansı hüququ dövlət qeydiyyatına alınmadığı üçün onun dəlilləri əsassız hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı2 MMC tərəfindən onun iddia olunan əmlak hüquqları barədə dövlət reyestrində qeydiyyat aparılmadığı üçün onun məhkəmədə hüquqlarına təminat verilə bilməz. Lakin İddiaçı2 "xxxx" MMC ilə bağladığı birgə fəaliyyət haqqında müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı maddi ziyana məruz qalıbsa bu barədə ayrıca icraatda maddi ziyanın ödənilməsi tələbi ilə məhkəmə müdafiə hüququndan istifadə etməsi istisna olunmur.

52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

53. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi LPO İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

Bakı Apellyasiya Məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri:

54. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh “X2 ve İnşaat” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı1 ASC, “X2 ve İnşaat” MMC və Cavabdeh1 MMC arasında bağlanmış 06 iyul 2016-cı il tarixli müqavilənin şərtlərinin nəzərə alınmasını, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

55. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsində yol verilən ilk prosessual pozuntu məhkəmə prosesi barədə MMC-yə xəbər vermədən və iştiraklarını təmin etmədən birtərəfli araşdırma apararaq qətnamə qəbul etməsidir. Məhkəmə işdə iştirak etməli olan digər şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edə bilməmələri nəticəsində hüquqlarının müdafiəsindən məhrum olmuşlar. Qətnamədə məhkəmə qanunsuz nəticəyə gələrək iddiaçının maliyyə arayışına əsasən şişirdilmiş məbləğlərini heç bir araşdırma aparmadan, cavabdehdən sənədləri tələb etmədən əsaslı bildi. Hərçənd ki, MMC-nin nümayəndəsinin iştirakı təmin edilsəydi bu cür əsassız qətnamə qəbul olunmazdı. MMC ilə iddiaçı arasında bağlanmış 02 iyul 2016-ci il tarixli 03/7 saylı kredit müqaviləsinə əsasən müqavilənin müddəti 02 iyul 2020-ci il tarixində bitirdi. MMC bankdan götürülmüş kredit məbləğindən məhkəmə iclasına qədər ödənişlər edib. Ancaq iddiaçı ödənişləri nəzərə almayaraq əsassız olaraq MMC-dən əlavə vəsait tələb edib. Məhz qeyd olunan məbləğdə borcun qalması kimi araşdırılma tələb edən halların aydınlaşdırılmaması qəbul edilmiş qətnamənin əsassızlığını şərtləndirir. İddiaçı1 ASC, “X2 ve İnşaat“ MMC vəCavabdeh1 MMC arasında bağlanmış 06 iyul 2016-cı il tarixli müqaviləyə əsasən 02 iyul 2016-ci il tarixli 03/7 saylı kredit müqaviləsi üzrə borcun bir hissəsi ödənmiş hesab olunmalı idi və kredit borcunun təminatı olan Cavabdeh1 MMC-nin əmlakı ipoteka yüklülüyündən azad edilməli idi. Amma məhkəmə iclasında MMC-nin iştirakı təmin edilmədiyinə görə qeyd edilən İddiaçı1 ASC, “X2 ve İnşaat“ MMC və Cavabdeh1 MMC arasında bağlanmış 06 iyul 2016-cı il tarixli müqaviləni məhkəməyə təqdim etmək imkanları olmadığı üçün və iddiaçı onların məhkəmədə iştirak etmədiklərindən istifadə edərək bilərəkdən məhkəməyə mövcud müqaviləni təqdim edilmədiyinə görə məhkəmə qərar verərkən tərəflər arasında imzalanmış və qüvvədə olan müqavilələrdən məlumatsız olub və nəticədə yanlış qərar verilib. Belə ki, tərəflər arasında imzalanmış 06 iyul 2016-cı il tarixli müqavilənin 3.2.2-ci maddəsinə əsasən iddiaçı ipoteka qoyanın əmlakını ipoteka yüklülüyündən azad edərək “X2 ve İnşaat“ MMC-nin borcunun bir hissəsinin ödənilmiş hesab etməli idi və Bakı şəhəri 13 saylı notariat kontorunda 05 iyul 2016-cı il tarixli 3M-244 resyestr nömrəli imzalanan ipoteka müqaviləsini xitam edilməsini öhdəsinə götürmüşdü. Məhkəmə qeyd olunana müqaviləni nəzərə almayaraq iş üzrə araşdırma apararkən bir tərəfin təqdim etdiyi sənədlər əsasında araşdırma aparmiş və məhkəmə-mühasibatlıq ekspertizası yalnız bankın təqdim etdiyi sənədlərə əsasən keçirdilib və “X2 ve İnşaat“ MMC tərəfindən təqdim ediləcək müqavilələr, ödəmələr nəzərə alınmayıb. Belə olan halda “X2 ve İnşaat“ MMC tərəfindən təqdim ediləcək müqavilələr, ödəmələr nəzərə alınmadığı üçün təbii ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticəsi əsaslı ola bilməz. Məhkəmə bankın əsassız yəni kifayət qədər real məbləği özündə əks etdirməyən tələblərini təmin etdi, Cavabdeh1 MMC-nin əmlakı ipoteka yüklülüyündən azad edilməsi üçün mövcud müqavilənin şərtləri araşdırılmadı və göstərilən hal yəni heç bir araşdırma aparmadan bankın tələb etdiyi məbləğlərə (mənbəyini və hesablanma prosudurunu müəyyən etmədən) əsaslı istinad olunası subut kimi qiymət verməsi məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin əsassızlığına birbaşa dəlalət edir. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza isə heç bir ekspertiza tədqiqati aparılmadan, ödəniş qəbzləri nəzərə alınmadan sadəcə bankın sənədlərinə aksiom kimi qiymət verilməklə istinad olunduğundan məhkəmə kollegiyası üçün mötəbər subut sayıla bilməz. Hesab edir ki, apellyasiya şikayəti araşdırılan zaman İddiaçı1 ASC , “X2 ve İnşaat“ MMC vəCavabdeh1 MMC arasında bağlanmış 06 iyul 2016-cı il tarixli müqavilənin prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) şərtləri, ödədiyimiz kredit ödənişləri nəzərə alınmaqla iddia tələbinə düzgün huquqi qiymət verilməsi üçün iştirakı ilə təkrar mühasibatlıq ekspertizası keçirilməlidir. Məhz təkrar ekspertiza tədqiqatı zamanı da məhkəmə tərəfindən qət edilən borc məbləğinin əsassızlığı tam təsdiq olunacaq. Məhkəmənin şişirdilmiş əsas və faiz borcu məbləğlərini tutması hələ azmış kimi yüksək məbləğdə dəbbə pulunu tutması isə heç anlaşılan deyil. Əgər nəzərə alınsa ki, MMC-nin onsuzda ağır olan maddi vəziyyətinin daha da ağırlaşdırılmasına gətirib çıxardığından iddianın dəbbə pulu hissəsində ümümiyyətlə təmin edilməməsi daha ədalətli və əsaslı olması qənaətinə gələrdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

56. İlkin iddia üzrə iddiaçı LPO İddiaçı1 ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuni qüvvəsini alaraq icra edilməsini gecikdirmək üçündür və formal xarakter daşıyır. Bu da məhkəmənin iş yükünü artırmağa gətirib çıxarır. Şikayətdə qeyd edilmişdir ki, İddiaçı1 ASC, “X2 ve İnşaat” MMC Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir və həmin müqavilə birinci instansiya məhkəməsində təqdim edilmədiyi üçün əsaslı qətnamə qəbul edilməmişdir. Qeyd edilən müqavilə bu iş üzrə predmet deyildir və heç bir ödəniş də həyata keçirilməmişdir. Əlavə olaraq, “X2 ve İnşaat” MMC tərəfindən verilmiş təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət təmin ediməməlidir, çünki heç bir ödəniş həyata keçirilməmişdir. (hesabdan çıxarış qoşmada təqdim edilir) Apellyasiya şikayəti əsaslı olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışı:

57. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

58. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. -34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

51. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.3-cü maddəsinə görə hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə cavabdeh “X2 ve İnşaat” MMC tərəfindən ilkin iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Belə ki, işin faktiki hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı LPO İddiaçı1 ASC (borc verən) ilə ilkin iddia üzrə cavabdeh "xxxx" MMC (borc alan) arasında 02 iyul 2016-cı il tarixli 03/7 nömrəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə xammal və avadanlığın alınması məqsədilə 02 iyul 2020-cı il tarixinədək olan müddətə illik 7%-lə 12.900.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin müqavilə üzrə "xxxx" MMC-nin öhdəliklərinin təmin edilməsi üçün İddiaçı1 ASC (ipoteka saxlayan) ilkin və ikinci iddia üzrə Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi ipoteka ilə yüklü edilmişdir.

58. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

59. Məhkəmə kollegiyası, ilk növbədə, apellyasiya şikayətinin “məhkəmə iclasında onların iştiraklarının təmin edilməməsi” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh “X2 ve İnşaat” MMC-nin AZ1118, ünvan 10 ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin bildirişlər “ünvanda yoxdur” qeydi ilə məhkəməyə geri qayıtmışdır. Cavabdeh apellyasiya şikayətində də MMC-nin 19 dekabr 2022-ci il tarixindən ehtibarən fəaliyyətinin dayandırılmasını qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məlum ünvanına bildirişlərin göndərilməsi ilə qanunvericiliyin tələbləri yerinə yetirilmişdir. Cavabdehin öz fəaliyyətini dayandırması və rəsmi ünvanında tapılmaması onun məhkəmədə iştirak hüququnun məhkəmə tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Çünki məhkəmə tərəfindən bildirişlərin göndərilməsi zamanı cavabdehin ünvanı barədə başqa məlumat olmamışdır.

60. Bundan başqa, cavabdeh apellyasiya şikayətində MMC-nin bankdan götürülmüş kredit məbləğindən məhkəmə iclasına qədər ödənişlər etməsini qeyd etsə də, bu halı təsdiq edən hər hansı bank ödəniş sənədi (kassa mədaxil orderi, bank çıxarışı və ya ödəniş tapşırığı) məhkəməyə təqdim edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı bankın təqdim etdiyi maliyyə arayışı rəsmi mühasibatlıq sənədidir və məhkəmə tərəfindən mötəbər sübut kimi əsas götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2-2(113)-3779/2023 nömrəli qərardadı ilə "xxxx" MMC-nin kredit müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 9/9928 nömrəli ekspert rəyinə əsasən “X3 ve İnşaat” MMC-nin hesabdan çıxarış məlumatları əsas götürülməklə 02 iyul 2020-ci il tarixinə (kreditin verilmə müddətinin bitdiyi tarixə) “X3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir.

61. Cavabdeh təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, bu vəsatət yalnız o halda təmin edilə bilərdi ki, tərəflər arasında ödəniş sənədlərinin mahiyyəti barədə ziddiyyət olsun. Lakin cavabdeh tərəfindən heç bir ödəniş sənədi təqdim edilmədiyindən, bu halda ekspertizanın keçirilməsi işə baxılmasının əsassız uzadılmasına səbəb olacaqdır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin istinad etdiyi 06 iyul 2016-cı il tarixli müqavilə əsas kredit borcunu aradan qaldırmır. Belə ki, həmin müqavilənin 3.2.2-ci maddəsinə əsasən İddiaçı1 ASC-nin Mərkəzi Banka bu müqavilənin 2.1.1-ci bəndində qeyd olunan xx.xx.2015-ci il tarixli, KBQ15-1788 nömrəli və xx.xx.2016-ci il tarixli, KBQ16-1824 nömrəli kredit müqavilələri üzrə borclarının ödənilməsi məhkəmədən kənar və ya məhkəmənin yekun qərarına əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küç, 7 ünvanında, 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbə) hissəsinin satışına yönəldilərsə və ya qeyd olunan borcun Mərkəzi Banka ödənilməsi Cavabdeh1 MMC-nin üzərinə düşərsə o zaman İddiaçı1 ASC bu müqavilənin 2.1.3-cü bəndində qeyd olunan, tərəflər arasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda xx.xx.2016-cı il tarixli 3M-244 reyestr nömrəli imzalanan ipoteka müqaviləsinin xitam edilməsini öhdəsinə götürür və Bakı şəhəri, Səbail rayonu, X6 7 ünvanda. 0,17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsini ipoteka yüklülüyündən azad edilməsini öhdəsinə götürür.

63. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilənin 3.2.2-ci maddəsi müəyyən şərtlərin yerinə yetirilməsi halında bankın ipoteka müqaviləsini xitam etmək öhdəliyini nəzərdə tutur. Belə ki, bankın bu öhdəliyi yalnız o halda yaranır ki, Mərkəzi Bank qarşısındakı konkret kredit borcları (KBQ15-1788 və KBQ16-1824) "xxxx" MMC-yə məxsus əmlakın (3946,8 kv.m hissəsinin) satışı hesabına ödənilmiş olsun və ya həmin borcun Mərkəzi Banka ödənilməsi öhdəliyi rəsmən "xxxx" MMC-nin üzərinə keçmiş olsun. İş materiallarında "xxxx" MMC-yə məxsus qeyd olunan əmlak hissəsinin satılmasına və bu vəsaitlə Mərkəzi Bank qarşısındakı borcların bağlanmasına dair hər hansı təsdiqedici sənəd (ödəniş tapşırığı, Mərkəzi Bankın arayışı və s.) təqdim edilməmişdir. Şərt yerinə yetirilmədiyi üçün bankın ipotekanı azad etmək öhdəliyi də hüquqi qüvvəyə minməmişdir. Bu halda 02 iyul 2016-cı il tarixli, 03/7 nömrəli ilkin kredit müqaviləsi üzrə yaranmış borcun məbləği, eləcə də həmin borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

64. Dəbbə puluna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı 1.424.732,33 manat məbləğində cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, mübahisəli kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda kredit borcunun ödənilməsi gecikdirildiyindən ilkin iddiaçı dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. İşə baxan məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq 645.000 manat məbləğində müəyyən edilməsi barədə düzgün qənaətə gəlmişdir.

65. Mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırki halda xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia ərizəsində tələb edilən tarixədək) olan 910 müddət üzrə əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış qanuni faiz məbləği tutulmalıdır. Qeyd olunan dövr ərzində əsas borc məbləğinə (12.900.000 manat) tətbiq edilən faiz cəmi 1.630.419,7 manat (12.900.000 manat*5%/360 günx910 gün) təşkil etdiyindən, birinci instansiya məhkəməsi həmin məbləğin ilkin iddia üzrə cavabdeh “X3 ve İnşaat” MMC-dən tutularaq ilkin iddia üzrə İddiaçı1 ASC-nin xeyrinə tutulması barədə əsaslı nəticəyə gəlmişdir.

66. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-151/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehib özünə aid edilməlidir.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İlkin iddia üzrə cavabdeh “X2 ve İnşaat” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-151/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar