Məhkəmə qərarları › İş №2-2(103)-1239/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1239/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1239/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh4 nümayəndəsi, Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi, daha sonra isə iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddiа ərizəsinə görə ödənilmiş 402 mаnаt dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pul tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə, X4 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılsması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcbur qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, e-2-2(113)-3166/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X3, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilməsi, tələb üzrə tutma Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 135.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh6 qaytarılması, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılması, tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 608.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC -nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Azər Corab” MMC, Cavabdeh3, X3, Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X3, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sonradan həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3166/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh4 Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3166/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3166/2022 saylı qərardadının ləğv edilməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3166/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3166/2024 saylı qərardadı hüquq normalarının pozulması ilə qəbul olunduğundan əsassızdır, ona görə də ləğv olunmalı və ərizənin təmin olunmasına dair yeni qərardad qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, Cavabdeh4 məhkəmə proseslərinin yeri və vaxtı barədə məlumat verilməmişdir. Belə ki, Cavabdeh4 məhkəmə prosesləri barədə bildirişlər onun nə mobil telefon nömrəsinə, nə də qeydiyyatda olduğu ünvana göndərilməmişdir. 2024-cü ilin sentyabr ayında barəsində məhkəmə qətnaməsinin mövcüdluğu barədə digər cavabdehdən məlumat aldıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3166/2022 nömrəli qətnaməsinin surətini götürmüşdur. Həmçinin məhkəmə işinin içində olan məlumatlardan məlum olur ki, məhkəmə qətnaməsi Cavabdeh4 qeydiyyatda olduğu, lakin yaşamadığı ünvana göndərilmişdir. Həmin ünvadan nə Cavabdeh4, nə də onun yaxınlarında yaşayan var. Sadəcə həmin ünvanda qeydiyyatda olurlar. Məhkəmə tərəfindən göndərilən qətnamədən onun xəbəri olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Çünki Bakı Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsinin poçt vasitəsilə Cavabdeh4 göndərildiyi və xx.xx.2023-ci il tarixdə xəbərnamənin digər qaydada hissəsinə alan şəxs “ atası Həbib Z” qeydi ilə imza edilməklə cavabdehə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-ci il tarixdə elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Bununla da apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş bir aylıq müddət buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.28-ci maddəsinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, vəsatətdə müddətin ötürülməsinin üzürlü səbəbi kimi, heç bir hal qeyd edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh4 nümayəndəsi, vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar