Məhkəmə qərarları › İş №2-2(103)-1240/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1240/2022

27.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1240/2022 27.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4948/2022 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlu cavabdehlər Cavabdeh1 və “X2” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2020-ci il tarixdən etibarən “X3” MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq “X3” MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq xeyrilərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4948/2022 nömrəli qərardadı ilə iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlu həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 90-1.1, 90-1.2, 91.1-1 və 91.1-2-ci maddələrinə istinad edərək, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi yalnız cəmiyyətin ümumi yığıncağı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada qəbul edilən qərar əsasında həyata keçirildiyinə görə iddiaçıların əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi və həmin mənfəətin paylara uyğun olaraq tutulması tələbi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Qeyd olunanları, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərini və hazırki tələbə məhkəmədə baxılmadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə icraata məhkəmədə baxılmaması əsası ilə xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizələrə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Təvəkkül oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4948/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Məmməd Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar