Məhkəmə qərarları › İş №2-2(103)-1246/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1246/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1246/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı ərazinin boşaldılması, borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)- 1378/2021 saylı qətnaməsindən (hakim Emin Əliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi (2.2-ci bəndində göstərilənlər, “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “İcarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək), o cümlədən 20 hektar torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş kartofun becərilməsi, kartof və sahəyə qulluğun, kartofun yığılmasına şərait yaradılması, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 180 hektar ərazinin boşaldılması, İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat həcmində pul cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20000 manatın alınıb "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-1378/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması 26.11.2021-ci il tarixə təyin edilmişdir. İddiaçının 22.10.2021-ci il tarixdə məhkəməyə apelyasiya şikayətindən imtina edilməsi barədə ərizəsi daxil olmuşdur. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdən imtinası qəbul edilməli və iddiaçıya münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin apelyasiya şikayətindən imtinası qəbul edilsin. Apelyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar