Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1249/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X12” QSC və "xxxx" ASC olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X12” QSC və "xxxx" ASC olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-3962/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (satıcı) və Cavabdeh2 MMC (alıcı) arasında bağlanmış xx.xx.2023cü il tarixli, 59/23 saylı alqı-satqı müqaviləsinə görə satıcı qeyd olunmuş elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialardan azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını (bundan sonra “Proqramlar”) Alıcıya satır, Alıcı isə bunun müqabilində hazırkı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesab-fakturalarda göstərilən məbləği Satıcıya ödəyir. Tərəflər arasında bağlanmış həmin müqavilənin: 2.1-ci bəndinə əsasən alıcı əldə etmək istədiyi hər hansı bir Proqramı sifariş edə bilər. Sifariş Satıcının elektron poçt ünvanına yazılı şəkildə müraciət etməklə həyata keçirilir və Satıcı həmin Proqramı 7-30 (yeddi-otuz) iş günü ərzində ( Forsmajor halları istisna olmaqla, malgöndərənin şərtlərindən asılı olaraq) Alıcıya çatdırılmasını təmin etməlidir. 2.2-ci bəndinə əsasən Proqram Alıcıya çatdırılanda Tərəflər arasında müvafiq elektron qaimə-faktura ilə təsdiqlənir. Elektron qaimə-faktura online kargüzarlıqda təsdiqlənir. 2.3-cü bəndinə əsasən Alınan proqram təminatı geri qaytarıla bilməz.
2. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli, EBDC seriyalı 924906 nömrəli 54961,91 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
3. Cavabdeh1 iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə iddiaçıya xx.xx.2023-cü il tarixinə 114170,16 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir.
4. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, EBBP seriyalı 818524 nömrəli 219107,36 manat məbləğində elektron qaimə faktura "xxxx" MMC tərəfindən “X12” MMC-yə təqdim edilmişdir.
5. "xxxx" MMC və “X12” MMC arasında imzalanmış, möhürlə təsdiq olunmuş təhvil-təslim aktına əsasən SQL Server 2019 Standard Core-2 X15 – DG7GMGF0FLR2- 0002 24 ədəd, VMware vSphere 7 X3 Kit for 6 processors-VS7- EPL-6AK-C+Production Support/Subscription for VMware vSphere 7 X3 Kit for 6 processors for 1 year 1 ədəd, Samsung 870 EVO 2TB 2.5 İnch SATA İİİ İnternal SSD disk 24 ədəd olmaqla “X12” MMCyə təhvil verilmişdir.
6. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci ildə Mega Amare LT MMC-yə 168457,53 manat pul ödənilmişdir.
7. İddiaçı tərəfindən Cavabdeh1 təqdim edilmiş xx.xx.2023-cü il tarixli fakturaya əsasən ƏDV-siz 82099,58 ABŞ dolları, xx.xx.2023-cü il tarixli fakturaya əsasən ƏDV-siz 27366,53 ABŞ dolları pul ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 114170 Abş dolları əsas borcun, 47380.55 ABŞ dolları cərimə borcunun, 8083 ABŞ dolları əldən çıxmış faydanın (dəymiş zərər) ödəniş gününə olan məzənnə ilə və 580 manat dövlət rüsumunun, 320 manat vəkil xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, "xxxx" MMC-nin rəhbəri Cavabdeh3, Cavabdeh2 MMC-nin rəhbərliyinin şirkətimizə qarşı olan cinayətkar əməlləri ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciətimiz olmuşdur. 1) Cavabdeh1 əvvəllər X12 MMC-də İT xidmətləri üzrə məsul şəxs olmuşdur. 2021-ci ilin axırı 2022-ci ilin əvvəlləri X12 MMC SQL Lisenziyalarının sifarişi üzrə tender elan edir. Tenderin qalibi Cavabdeh3 rəhbərlik etdiyi "xxxx" MMC olur. Cavabdeh1 sonradan bizə yazdığı izahatda da bildirdiyi kimi "xxxx" MMC-nin rəhbəri Hüseynlə yaxşı münasibətləri olub. X12 MMC tərəfindən Lisenziyaların dəyəri tam şəkildə ödənilir. Lakin "xxxx" MMC lisenziyaları təhvil verə bilmir. X8 niyyəti başqa idi. Yalannan sənəd saxtalaşdırmaqla Fariz "xxxx" MMC tərəfindən lisenziyaların guya X12 MMC-yə təhvil verilməsinə dair sənədə imza atır. Ancaq əslində ortada lisenziya yoxdur. Bu barədə X12 MMC daxili araşdırma başladır. Ciddi təzyiqlərdən sonra Fariz lisenziyaları onlara verəcəyini və problemi aradan qaldıracağını vəd edir. 2) Lakin Fariz və Hüseyn cinayətkar əməlləri ilə X12 MMC yə vurduğu ziyanı şirkətimizə qarşı cinayətkar əməllər törətməklə qarşılamağı qərara alır. Bu cinayətkar əməlləri üçün özlərinə başqa bir şirkəti də qoşurlar. Bu şirkətin adı İTEMS MMC-dir. 3) Belə ki Fariz İTEMS MMC ilə əlbir olaraq (Cavabdeh3la qabaqcadan əlbirlik öz yerində qalmaqla) şirkətimizə müraciət edir. Bir neçə ucuz qiyətə lisenziya alır və dəyərini də vaxtlı vaxtında tam ödəməklə etibarımızı qazanır. Daha sonra isə (2023-cü ilin əvvəllərində) şirkətimizə müraciət edərək İTEMS vasitəsilə X12 MMC yə SQL Lisenziyaları alınmalı olduğunu bildirir və qiymti biznən razılaşdırır. Qiymət 129170.16 ABŞ dolları təşkil edir. Bununla bağlı İTEMS MMC ilə aramızda xx.xx.2023-cü il tarixdə Farizin təşkilatçılığı ilə Alqı-Satqı müqaviləsi bağlanır. Lisenziyalar təhvil verilir və tərəfimizdən İTEMS MMC-yə elektron qaimə vurulur. Lakin aydın məsələdir ki, İTEMS MMC həmin məbləği bizə ödəmir. Sonradan Farizin izahatında da göstərdiyi kimi İTEMS şirkəti bu münasibətdə formal rol oynayır, bütün ödənişləri Hüseynlə Fariz ödəməlidir. Beləliklə Fariz və əlbir olduğu şəxslər bu müqavilə ilə cinayətkar əməllərini pərdələməyə çalışırlar. 4) Onu da qeyd edək ki, Fariz oxşar problemləri Qala Sığorta ASC də yaratdığı üçün İTEMS MMC vasitəsilə (02.03.203 tarixli müqavilə) Qala Sığorta ASC üçün də lisenziyalar almışdır. 5) Beləliklə Fariz və Hüseyn “X12” MMC və "xxxx" ASC-yə qarşı törətmiş olduqları cinayətkar əməlləri ilə vurmuş olduqları ziyanı etibarımızdan sui istifadə etməklə dələduzluq və sənəd saxtalaşdırmaq yolu ilə bizim şirkətdən qarşılayaraq öz cinayətkar əməllərini başa çatdırmışlar. 6) Bununla bağlı Cavabdeh1 xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli şirkətimizə verdiyi İzahatları var (Şikayətə əlavə olunur) 7) Vurulmuş ziyandan Farizlə Hüseyn birlikdə ofisimizə yaxınlaşaraq xx.xx.2023-cü il tarixdə 10000 ABŞ Dolları, xx.xx.2023-cü il tarixdə 5000 ABŞ dolları ödəyirlər. 8) Dəymiş zərərin miqdarı 114170 ABŞ dolları təşkil edir. Lakin bütün bunlara baxmayaraq Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X5 xx.xx.2024-cü il tarixli Qərarı ilə cinayət işinə xitam verilmişdir. Aparılmış istintaqla da müəyyən edilmişdir ki, Cavabdeh1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Cavabdeh3 və Qanuni nümayəndə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən qurulmuş cinayətkar plana əsasən MONT MMC-nin direktoru X1 etibarından sui-istifadə edib aldatmaqla 40 gün müddətində dəyərini ödəyəcəyinə dair vəd verib. Microsoft şirkətindən 24 ədəd SQL Server 2019 Standard Core-2 X16DG7GMGF0FLR2 markalı elektron açarlisenziyanı əvvəllər Cavabdeh3 ilə əlbir şəkildə borclu olduqları X12 MMC-nin hesabına cinayətkar qrupun üzvü Qanuni nümayəndə direktoru olduğu İTEMS MMC vasitəsi ilə köçürtmüş, bundan sonra 8 ədəd SQL Server 2019 Standard Core-2 X16-DG7GMGF0FLR2 markalı elektron açarlisenziyanı əvvəllər özünün borclu olduğu Qala İnsurance şirkətinin hesabına köçürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə MONT MMC-yə 186092 (yüz səksən altı min doxsan iki) manat ziyan vurmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Beləliklə müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə CMnin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İstintaq zamanı təqsirləndirilən şəxs qismində Cavabdeh1, şahid qismində Cavabdeh3 dindirilmişlər və onların arasında üzləşmə istintaq hərəkəti aparılmışdır. Onlar həm ifadələrində həm də üzləşmədə cinayəti bir-birinin üstünə atmaqla cinayət əməlindən yayınmağa çalışmışlar. Belə ki, Fariz öz ifadəsində bildirir ki, məndə Hüseynə qarşı inam yarandığından təhvil təslim aktına yalandan qol çəkərək guya sözügedən lisenziyaların X12 MMC-yə verildiyini X12 MMC-nin rəhbərliyinə bildirdim. Daha sonra MONT MMC-də inam yaratmaq üçün ödənişini nağd qaydada etməklə bir neçə kiçik lisenziya aldım, inam yarandıqdan sonra isə X12 MMC-yə olan borcunu ödəməkdən ötrü həmin lisenziyaları MONT MMC-dən alıb və MONT MMCyə ödəyəcəyinə dair vəd verib, X12 MMC-yə olan borcunu bağladığını ifadəsində açıq aşkar bildirir. Hüseyn isə X12 MMC-dən aldığı sifariş əsasında onun şirkəti olan HS Texnologiya MMC vasitəsilə lisenziyaları X12 MMC-yə təhvil verdiyini bildirmişdir. Həmin lisenziyaları haradan sifariş etdiyini, həmin pulu hara xərclədiyini Hüseyn nədənsə xatırlamır. Halbuki X12 MMC-nin işçisi Xəyyamın verdiyi ifadədən görünür ki, Hüseynin dediyi kimi lisenziyalar X12 MMC-yə təhvil verilməmişdir. Elə bunun nəticəsi olaraq MMCdə daxili araşdırma aparılmış və Fariz sıxışdırılanda o bu işdə əlbir olduğu Hüseynlə planlı şəkildə MONT MMC-dən həmin lisenziyaları alıb X12 MMC-yə vermişdir. Nərimanov rayon Polis İdarəsinin müstəntiqi X7 cinayət işində yuxarıda qeyd etdiyim faktları müəyyən etsə də, işin mülki xarakterli olduğunu, mülki münasibət olduğunu əsas gətirərərək cinayət işinə xitam vermişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov Məhkəməsinə və daha sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət versək də heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixli İtems MMC ilə Mont MMC arasında bağlanmış müqavilənin 5.5 -ci bəndinə əsasən gecikdirilən borca görə hər gün üçün 0.1 faiz dəbbə pulu ödənilməlidir. Dəbbə pulunun məbləği 47380.55 ABŞ dolları təşkil edir. (415 gün gecikmə, gecikdirilmiş məbləğ 114170 Abş dolları – 114.70 x 415=47380.55) Eyni zamanda cavabdehlərin bu cür əməlləri nəticəsində şirkətimiz ciddi maliyyə itkisinə məruz qalmışdır. Buna görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanı da tələb edirik. Əldən çıxmış fayda 8083 ABŞ dolları təşkil edir (17 ay).
10. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, e-2-2(113)-3962/2025 nömrəli kommersiya işi üzrə Cavabdeh1 qarşı olan iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1 iş materiallarında mövcud olan və kommersiya münahisəsinin əsasını təşkil eden 2 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyildir, AR Mülki Məcəlləsinin 14, 386-cı maddələrinə əsasən müqavilənin tərəfi olmayan şəxsin üzərinə mülki öhdəliklər qoyula bilməz.
12. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da anlaşıldığı kimi 02 mart 2023-cü il tarixli 59/23 nömrəli alqısatqı müqaviləsi ilə satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC-yə elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialarından azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını satır. Alıcı, yəni Cavabdeh2 MMC bunun müqabilində hazırki müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesab-fakturalarda göstərilən məbləği Satıcıya, yəni İddiaçı MMC-yə ödəyir. İş materiallarına əlavə edilmiş 10 aprel 2023- cü il tarixli 00112/23G nömrəli təhvil-təslim aktı ilə yekun məbləği 164691,96 manat olan müqavilə predmeti mal İcraçı, yəni İddiaçı MMC tərəfindən Sifarişçi, yəni Cavabdeh2 MMC-yə təhvil verildiyi görünür yazmaq istəsəm də Sifarişçi hissəsi imzasız və möhürsüzdür. Amma bunun tərəf olaraq bizə aidiyyəti yoxdur. Bu hal müqavilə tərəflərinin biləcəyi məsələdir. Tərəf olaraq bizim üçün anlaşılan deyil ki, Cavabdeh3, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin tərəfi olmadığı halda hansı səbəbdən iş üzrə cavabdeh kimi cəlb edilmişdir. 01 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda şahid qismində dindirilmiş İddiaçı MMC-nin direktoru X2 ifadəsində bir dəfə də olsa, epizodik olsa da Cavabdeh3 adını çəkmir. Günel xanım ifadəsində Cavabdeh1 MMC-nin ofisinə gəldiyini, elektron açar lisenziyası lazım olduğunu, qiymətin müəyyən edildiyini, bir ədəd lisenziya alınaraq pulunun ödənildiyini, sağlam şəxs təəssuratı yaratdığını, onları Cavabdeh2 MMC ilə tanış etdiyini, Cavabdeh2 MMC ilə müqavilə bağlandığını, lisenziyaların Farizin istəyi ilə Cavabdeh2 MMC-nin balansına göndərildiyini, ödəmə vaxtı Farizin ödənişləri etmədiyini gördüyünü, araşdırma apararaq lisenziyaların X11 verildiyini, orada audit yoxlaması zamanı Farizin bəzi lisenziyaları şirkətə vermədiyi, borcu ödəmək məqsədi ilə lisenziyaları şirkətə verdiyini müəyyən edildiyini qeyd etmişdir. Yəni Cavabdeh3, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin tərəfi olmadığı kimi, müqavilənin bağlanmasında vasitəçi olmamış, İddiaçı MMC ilə görüşməmiş, mal almamış, vəd verməmiş, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin nə içində, nə kənarında rol almamışdır. ********* saylı cinayət işində şahid kimi keçmiş, HS Technology MMC-nin direktoru olmuş, direktoru olduğu MMC X12-yə müqavilə şərtlərinə uyğun elektron açarlisenziyaları satmış, müqavilə dəyərini almış, lisenziyaları təhvil-təslim aktı ilə şirkətə təhvil vermişdir. Daha sonra lisenziyaların X9 aşkarlanmaması və şirkətin İT departament müdiri olmuş Cavabdeh1 həmin lisenziyaları təmin edərək şirkətə təhvil vermişdir. Belə olan halda Cavabdeh3 icraatınızda olan kommersiya mübahisəsində cavabdeh qismində cəlb edilməsi anlaşılan deyil. Cavabdeh3 tərəfi olmadığı bir müqavilə üzrə, vəd vermədiyi, görüşmədiyi, təhvil almadığı, öhdəlik götürmədiyi, vasitəçisi olmadığı bir kommersiya mübahisəsi üzrə cavabdehlik daşıması nə ədalətlidir nə də ki qanuni. Qeyd olunanları nəzərə alaraq iddia tələbini iş üzrə Cavabdeh3 münasibətdə rədd etməyinizi Sizdən xahiş olunur.
14. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verərək, e-2-2(113)- 3962/2025 saylı iş üzrə mübahisə predmetini təşkil edən 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi üzrə iddia müddətini tətbiq edərək, 1 illik iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh2 MMC tərəfindən bağlanılmış, kommersiya mübahisəsinin əsasını təşkil edən, 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsinin formal bağlanılma faktı İddiaçının nümayəndəsi tərəfindən dəfələrcə məhkəmə iclas zalında səsləndirilmişdir və iddia ərizəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci tarixli qərarın nəticəvi hissəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqdir və bu fakt AR Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarına uyğun olaraq Məhkəmə tərəfindən təsdiq edilməlidir və bu barədə ərizə ilə Məhkəməyə tərəfimizdən müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti valnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdivi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində oərar çıxarması ücün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir İİ ərzində irəli sürülə bilər. 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqd hesab edilməsi barədə ərizə Məhkəməyə təqdim edilmişdir, tərəflərin müqavilə bağlanıldığı gündən həmin eqdin uydurma, əhəmiyyətsiz əqd olduğunu bilmələri faktını nəzərə alaraq 1 illik iddia müddəti keçmişdir.
16. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia əsasız varlanma təşkil etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinin əsasən iki illik müddət keçdiyi üçün məhkəmədən iddia müddətini tətbiq etməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
17. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək, AR Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən 2 illik iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
18. Cavabdeh2 MMC iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada qeyd edilən mal alış əməliyyatlarına dair heç bir razılaşma və müqavilə tərəfimizdən imzalanmamışdır və bu məhsulların sifarişi ilə bağlı heç bir əlaqəmiz və hüquqi öhdəliyimiz yoxdur. İddiada göstərilən “02 mart 2023- cü il tarixli 59/23 nömrəli alqı-satqı müqaviləsi” sadəcə ümumi çərçivə müqavilədir və konkret iddia edilən malların və ya xidmətlərin alışına istinad etmir. Bu çərçivə müqaviləsi əsasında konkret mal sifarişi, qiymət razılaşması, təhvil-təslim aktı, yaxud borcun ödənilməsinə dair hər hansı sənəd imzalanmamışdır. Qeyd edilən sənədlər tərəfimizdən təsdiqlənmədiyi və təsdiq edilmədiyi üçün Cavabdeh2 MMC-nin bu əməliyyatlar üzrə hüquqi öhdəliyi yoxdur. Əməliyyatlar faktiki olaraq üçüncü tərəf – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Şirkətimiz İddiaçı MMC-yə qarşı hər hansı mal və ya xidmətə görə ödəniş etməmiş, bu mal və xidmətləri qəbul etməmiş, və heç bir təhviltəslim aktını imzalamamışdır. Bununla bağlı müvafiq bank çıxarışları və müqavilə sənədləri sübut kimi təqdim oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilə münasibətləri qarşılıqlı razılaşma, icra, sənədlərlə təsdiq və öhdəlik əsasında formalaşır. Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında bu cür borc münasibətini təsdiqləyən hüquqi sənədlər mövcud deyil. Odur ki, cavabdeh kimi göstərilməyimiz hüquqi əsasdan məhrumdur.
20. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə “X12” QSC və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin 2-2(113)-3962/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 114170 (bir yüz on dörd min bir yüz yetmiş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 484,09 (dörd yüz səksən dörd manat sıfır doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 95,91 (doxsan beş manat doxsan bir qəpik) manat dövlət rüsumunun və hüquqi yardımla bağlı çəkilmiş 320 (üç yüz iyirmi) manat xərcin İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 114170 ABŞ dolların məbləğində pulun tutulması; 2. 47380,55 ABŞ dolların məbləğində dəbbə pulunun tutulması; 3. 8083 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən - Cavabdeh1 aid hissədə əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 “X12” QSC və "xxxx" ASC-də İT üzrə mütəxəssis qismində çalışmış, hazırda onun həmin hüquqi şəxslərlə olan əmək müqavilələrinə xitam verilmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “X12” QSC-nin Cavabdeh3 qanuni təmsilçisi olduğu "xxxx" MMC ilə müqaviləsi olmuş, həmin müqavilə üzrə "xxxx" MMC-dən malların (24 ədəd lisenziya paketi) alınması razılaşdırılmış, həmin mallar təhvil verilmədiyi halda, tərəfindən formal olaraq təhvil aktı imzalanmışdır. Mallar təhvil verilmədiyi halda aktı imza etməsinin səbəbi isə Cavabdeh3 istəyi və həmin malları əldə etməsi üçün avans pulun ödənilməsinə ehtiyacının olması olmuşdur. Həmin malların təhvil verilmədiyi aşkar edildikdə, işlədiyi “X12” QSC ondan lisenziya paketlərinin təhvil alınıb hüquqi şəxsə verilməsini tələb etmişdir. Bundan əlavə, "xxxx" ASC vaxtilə 8 ədəd lisenziya paketinin alınması ilə bağlı Marstech şirkəti ilə müqavilə bağlamış, o, "xxxx" ASC-dən işdən çıxan zaman həmin lisenziya paketləri tapılmadığı üçün İT rəhbəri olaraq həmin mallar ondan tələb edilmiş, həmin lisenziya paketlərini də iddiaçı MMC-dən alıb "xxxx" ASC-yə təhvil vermişdir. Həmin malların alınması üçün Cavabdeh3 tanıdığı və onu tanış etdiyi iddiaçı MMC-yə ümumilikdə 32 ədəd lisenziya paketini sifariş etmiş, həmin lisenziya paketləri birbaşa ona deyil, onun tələbi ilə 24 ədədi “X12” QSC-yə, 8 ədədi isə "xxxx" ASC-yə təhvil verilmiş, hazırda həmin lisenziya paketləri üçüncü şəxslərdədir. Həmin lisenziya paketlərinin dəyərinin ödənilməsi ondan tələb edilsə də, o, öz payına düşən hissəni ödəmiş, qalan hissəsinin dəyərinin ödənilməsini isə Cavabdeh3 öz üzərinə götürmüşdür. Məhkəmə iclasında iddiaçı MMC-nin qanuni təmsilçisi G.Səfərəliyeva izahatında bildirdi ki, Cavabdeh1 ona 32 ədəd lisenziya paketini sifariş etmiş, o həmin lisenziya paketlərini Microsoft Şirkətinə ödəniş etməklə almış, Cavabdeh1 istəyi ilə 24 ədədi “X12” QSC-yə, 8 ədədi isə "xxxx" ASC-yə təhvil verilmiş, hazırda işlək vəziyyətdədir. O, Cavabdeh1 yazılı müqavilə bağlanmalı olmasını tələb etdikdə, Cavabdeh1 özü birbaşa müqaviləyə imza etməkdən imtina etmiş, müqavilənin Cavabdeh2 MMC ilə formal olaraq bağlanmasını təklif etmişdir. O, bu təkliflə razılaşmış, yazılı müqavilə Cavabdeh2 ilə rəsmiləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən ona lisenziya paketi sifariş verilməmiş, həmin MMC-yə hər hansı lisenziya paketi satılmamışdır. Hazırda bu iş üzrə həmin MMC ilə yazılı müqavilə imzalandığı üçün malların dəyərinin həm də cavabdeh MMC-dən ödənilməsini tələb edir. Cavabdeh1 ondan daha əvvəl də mal almış, lakin pulunu vaxtında ödədiyi üçün ona etibar etmişdir. Məhkəmə iclasında cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında göstərdi ki, materiallarda olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi onunla bağlansa da, həmin müqavilə ümumi müqavilədir, cavabdeh MMC-nin həmin müqavilə üzrə hər hansı sifarişi olmamış, ona həmin müqavilə üzrə hər hansı mal satılmamışdır. Həmin müqavilə hazırda qüvvədədir, gələcəkdə həmin müqavilə üzrə sifarişlər edilə bilər. Həmin müqavilə bağlanarkən iddiaçı MMC ilə Cavabdeh1 arasında olan razılaşmadan məlumatlı olmuşdur. Belə ki, Cavabdeh1la şifahi olaraq razılaşmışdır ki, müqavilə cavabdeh MMC adından bağlanacaq, pulunu Cavabdeh1 MMC-nin vasitəsilə (pulu nağd qaydada cavabdeh MMC-nin bank hesabına mədaxil edib iddiaçı MMC-nin hesabına köçürməklə) ödəyəcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında 2023-cü ilin yanvar ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin bağlanması barədə Cavabdeh1 ofertası iddiaçı MMC tərəfindən aksept edilmiş, satılmalı olan mallar barədə razılıq əldə edilmiş, iddiaçı MMC tərəfindən Cavabdeh1 istəyi ilə həmin mallar - 8 ədəd lisenziya açarı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə, 24 ədəd lisenziya açarı isə xx.xx.2023-cü il tarixdə “X12” QSC-yə təhvil verilmişdir. Göstərilən hal iddiaçı MMC-nin nümayəndələrinin, habelə Cavabdeh1 məhkəmə iclaslarındakı izahatları, iddiaçı MMC-nin şikayət ərizəsi əsasında başlanmış cinayət işinin istintaqı zamanı verilmiş ifadələr (Cavabdeh1 ibtidai istintaq zamanı verdiyi ifadəsində də 2023-cü ilin əvvəllərində iddiaçı MMCnin ofisində direktor G.Səfərəliyeva ilə görüşdüyünü, 24 ədəd elektron açar lisenziyasının nağd qaydada alışı barədə razılıq əldə edildiyini, həmin ilin mart ayına qədər pulunun ödəniləcəyini göstərmiş, qalan 8 ədəd elektron açar lisenziyasının da həmin MMC-dən nağd qaydada aldığını, ümumilikdə 32 ədəd elektron açar lisenziyasının almasını təsdiq etmişdir; iddiaçı MMCnin qanuni təmsilçisi ifadəsində lisenziyaları alması üçün Cavabdeh1 şəxsən MMC-nin ofisinə gəldiyini, razılıq əldə edildiyini, malların dəyərinin Cavabdeh1 tərəfindən 1 ay sonra ödənilməli olduğunu göstərmişdir), habelə iddiaçı MMC və Cavabdeh1 arasında olan e-mail yazışmaları və sairə ilə müəyyən edilir. Həmin malların Cavabdeh1 istəyi ilə üçüncü şəxslərə təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə e-mail vasitəsilə (Elektron ünvan ) məlumat verilmiş, sonuncu tərəfindən malların təhvil verilməsi faktı təsdiq edilmişdir. Alınan malların dəyərinin ödənilməsi ilə bağlı iddiaçı MMC tərəfindən yuxarıda göstərilən e-mail ünvanına 2 ədəd hesab faktura təqdim edilmişdir (8 ədəd lisenziya paketi ilə bağlı - ƏDV daxil olmaqla 32292,50 ABŞ dolları, 24 ədəd lisenziya paketi ilə bağlı – ƏDV-siz 82099,58 ABŞ dolları). Cavabdeh1 göstərilən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 5000 ABŞ dolları nağd qaydada ödəniş etməsi bu barədə müvafiq yazılı sübut olmasa da, onun özünün materiallarda olan (i.v.48-49) yazılı izahatı, habelə Cavabdeh1 və iddiaçı MMC-nin nümayəndələrinin məhkəmə iclaslarındakı izahatları ilə müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 satılmış malların əvəzi qismində ümumilikdə ƏDV daxil olmaqla 129170 ABŞ dolları (32292,50 ABŞ dolları və 96877,50 ABŞ dolları) ödəməli olduğu halda, cəmi 15000 ABŞ dolları vəsait ödəmiş, qalıq 114170 ABŞ dolları pul ödənilməmiş qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda satılmış malların qalıq dəyərinin alıcıdan, yəni Cavabdeh1 ödənilməsini tələb etməklə haqlıdır. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə razılaşmır, bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, Cavabdeh1 yazılı izahatında (i.v.48-49) qalıq 114170 ABŞ dolları borcunun 2023-cü ilin sentyabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə 114170 ABŞ dolları pulun həmçinin cavabdeh MMC, habelə Cavabdeh3 tutulması olması barədə iddiaçının iddia tələbini əsassız hesab edir, həmin hissədə iddianın rədd edilməli olması qənaətinə gəlir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 59/23 saylı alqısatqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, cavabdeh MMC tərəfindən həmin müqavilə üzrə iddiaçıya hər hansı mal sifariş verilməmiş, iddiaçı MMC tərəfindən həmin müqavilə üzrə hər hansı mal cavabdeh MMC-yə təhvil verilməmişdir. Materiallardan da görünür ki, malların sifariş verilməsi, təhvil verilməsi 2023cü ilin yanvar və fevral aylarında, hazırkı müqavilənin tarixindən bir ay əvvəl olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MMC arasında hər hansı öhdəlik münasibəti olmadığından cavabdeh MMC iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh3 aid hissədə də əsassızdır. Belə ki, iddiaçının qanuni təmsilçisi G.Səfərəliyeva məhkəmə iclasındakı izahatında alıcı Cavabdeh1la onu məhz Cavabdeh3 tanış etdiyini, bu səbəbdən Cavabdeh1 öhdəliklərini icra etmədiyi təqdirdə onunla birgə məsuliyyət daşımalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə alqısatqı müqaviləsi məhz Cavabdeh1la bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh3la hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Hazırda Cavabdeh3 iddiaçının iddia tələbinə cavab verməli olan şəxs deyildir. Materiallarda olan iddiaçı MMC-nin qanuni təmsilçisi ilə Cavabdeh3 arasında olan vatsap yazışmalarından da bu hal müəyyən edilir, belə ki, yazışmalardan da göürünür ki, iddiaçı tərəf Cavabdeh3 aşağıdakı məzmunda mesaj göndərmişdir: “... Siz Bakusteel-dən bizə Farizi göndərmişdiz. ... İki mal alıb. Birinin pulunu ödədi. O birisinin isə deyəsən fikri yoxdur ödəmək. Guya onun dostu pul verməli idi, vermədi, trubkanı götürmür, atıb və s. Sadəcə çox narahatam”. Cavabdeh3 qarşı yönəlmiş tələblərlə bağlı da məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı öhdəlik münasibəti olmadığından Cavabdeh3 iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır. Bu baxımdan məhkəmə vurğulayır ki, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Məhkəmə iddia ərizəsinin ikinci, 47380,55 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsassız hesab edir. Belə ki, Cavabdeh1la iddiaçı arasında dəbbə pulunun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşma olmadığı üçün Cavabdeh1 dəbbə pulunun ödənilməsinin tələb edilməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. İddia tələbinin əsas borcun tutulması hissəsində cavabdeh MMC və Cavabdeh3 aid hissədə əsassız olması müəyyən edildiyi üçün onlardan dəbbə pulunun tələb edilməsi ilə bağlı iddia da əsassızdır, təmin edilə bilməz. Məhkəmə iddianı üçüncü, 17 aylıq müddət üçün 8083 ABŞ dolları əldən çıxmış faydanın tələb edilməsi hissəsində də əsassız hesab edir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 114170 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərci təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən göstərilən xərc iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 484,09 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 95,91 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
23. Birinci instansiya məhkəməsi müvafiq qənaətə gələrkən AR MM-nin 21.1, 21.2, 337.4, 340.1, 372.1, 373.2, 377.3, 405.1, 405.2, 460.1, 462.1, 463.1, 463.2, 567, 598.1,598.2, 600.1, 600.4, -ci maddələri və AR MPM-nin 121.1, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. Bakı Kommersiya Məhkəməsinin 2xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında bağlanılan 2 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyil, həmin müqaviləyə imza atmamışdır, həmin şirkətlərdə işləməmişdir və sözügedən şirkətlərin təsisçisi olmamışdır, bununla da tərəfi olmadığı müqavilə üzrə mülki öhədəliklər Cavabdeh1 üzərinə qoyula bilməz. Müqavilə olmadan İddiaçı MMC tərəfindən 19 fevral 2023-cü il tarixdə Qala Sigorta və X12’ə microsoft programları satılmışdır, tərəflər arasında (Cavabdeh1 daxil olmaqla) müqavilə mövcud olmadığından həmin hüquq münasibətlıri əsassız varlanma hüquqi münasibətlərini təşkil edir (AR MM 386.1-ci maddə). Əsassız varlanma üzrə iddia tələbi AR Mülki Məclləsinin 1095-ci maddəsinə əsasən 2 il təşkil edir. İddiaçı həmin müddət ötəndən sonra Məhkəməyə müraciət etmişdir və Cavabdeh1 vəkili tərəfindən hazırlıq iclası zamanı iddia müddətinin tətbiqi barədə ərizə Məhkəməyə təqdim edilmişdir. Məhkəmə əsassız varlanma faktını nəzərə almayaraq, hüququ münasibətlərinə düzgün qiymət vermədən qətnamə qəbul etmişdir. İddiaçı MMC həmin iddia ərizələrində həm də məhkəmə iclası zamanı dəfələrcə 2 mart 2023-cü il tarixli müqavilənin formal olaraq bağlanıldığını qeyd etmişdir. Azərbaycan Respubliaksının Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən həmin əqd bağlanıldığı andan etibarsızdır. Belə ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən bağlanılmış, kommersiya mübahisəsinin əsasını təşkil edən, 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsinin formal bağlanılma faktı İddiaçının nümayəndəsi tərəfindən dəfələrcə məhkəmə iclas zalında səsləndirilmişdir və iddia ərizəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci tarixli qərarın nəticəvi hissəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Kommersiya mübahisəsinin əsasını təşkil edən 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqdir və bu fakt AR Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarına uyğun olaraq Məhkəmə tərəfindən təsdiq edilməlidir. İddiaçı tərəfindən məhkəmənin istinad etdiyi sübutların 60 faizi baxış iclası zamanı hakimin göstərişi ilə (iclas zamanı hakim iddia tələbinin qiymətini ehtiva edən sübutların işə əlavə edilməsini tələb etdi, həmin məqamlar video çəkilişi ilə rahat şəkildə sübut edilə bilər) əlavə edilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən həmin sübutlar yalnız hazırlıq iclası zamanı iş materiallarına əlavə edilə bilərdi və həmin sübutlar iddiaçıda iddia ərizəsi verilirkən mövcud idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarına əsasən tərəf yalnız aşağıda qeyd edilən üç məqam mövcud olduğda iş üzrə subyektiv hüquq və ya öhdəlik/məsuliyyət götürə bilər. 1) öz hərəkətlərinə hüquqi ixtiyar - Cavabdeh1 kommerisya mübahisəsini təşkil edən müqaviləni imzalamaq səlahiyyəti mövcud deyildi və imzalamamaışdır 2) başqa (borclu) şəxslərdən tələb etmək hüququ - Cavabdeh1 müqavilənin tərəfi olmadığı üçün tələb etmək hüququ mövcud deyildir 3) müdafiə hüququ - Cavabdeh1 müqavilənin tərəfi olmadığından müqavilə tərəflərinin hərəkət və ya hərəkətsizliyindən özünə müdafiə edə bilməz. Bakı Kommersiya Məhkəməsi 12 sentyabr 2025-ci il tarixli qətnamədə yalnız bir maddi normaya istinad etmişdir, AR MMnin 21-ci maddəsinə. Həmin maddə delikt hüququna aid olan bir maddi normadır, müqavilə öhədlikləri və ya əsassız varlanma predmeti olan hüququ normalarını ehtiva edən bir maddə deyildir və Cavabdeh1 İddia İddiaçı MMC-nin mülkiyyətinə hec bir maddi ziyan törətməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2025-ci tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin Cavabdeh1 aid olan hissəsinin təmin edilməmsi barədə yeni qətnamə qəbul edilmələdir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahatlar
27. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təm etməmiş, Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
32. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
33. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
34. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
44. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
46. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, Cavabdeh1 iddia tələbinin təmin olunması hissəsində qətnaməni mübahisələndirmişdir. Belə olan halda hazırki apellyasiya baxışının predmetini həmin hissədə qətnamənin qanuni və əsaslılığının yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).
58. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
59. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
60. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hü-quqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
61. İşin faktiki hallarından müəyyən edilir ki, alqı-satqı müqaviləsi iddiaçı MMC ilə bağlansa da, 32 ədəd lisenziya paketini Cavabdeh1 sifariş vermiş, Cavabdeh1 sifarişinə əsasən lisenziya paketinin 24 ədədi xx.xx.2023-cü il tarixdə “X12” QSC-yə, 8 ədədi isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə təhvil verilmişdir.
62. Belə ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında 2023-cü ilin yanvar ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin bağlanması barədə Cavabdeh1 ofertası iddiaçı MMC tərəfindən aksept edilmiş, satılmalı olan mallar barədə razılıq əldə edilmiş, iddiaçı MMC tərəfindən Cavabdeh1 istəyi ilə həmin mallar - 8 ədəd lisenziya açarı "xxxx" ASC-yə, 24 ədəd lisenziya açarı isə “X12” QSC-yə təhvil verilmişdir.
63. Cavabdeh1 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü ilin əvvəllərində iddiaçı MMC-nin ofisində direktor G.Səfərəliyeva ilə görüşdüyünü, 24 ədəd elektron açar lisenziyasının nağd qaydada alışı barədə razılıq əldə edildiyini, həmin ilin mart ayına qədər pulunun ödəniləcəyini göstərmiş, qalan 8 ədəd elektron açar lisenziyasının da həmin MMC-dən nağd qaydada aldığını, ümumilikdə 32 ədəd elektron açar lisenziyasının almasını təsdiq etmişdir; iddiaçı MMC-nin qanuni təmsilçisi ifadəsində lisenziyaları alması üçün Cavabdeh1 şəxsən MMC-nin ofisinə gəldiyini, razılıq əldə edildiyini, malların dəyərinin Cavabdeh1 tərəfindən 1 ay sonra ödənilməli olduğunu göstərmişdir (iş materialları 71,72-ci vərəqə).
64. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, malların Cavabdeh1 istəyi ilə üçüncü şəxslərə təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə e-mail vasitəsilə (Elektron ünvan ) məlumat verilmiş, sonuncu tərəfindən malların təhvil verilməsi faktı təsdiq edilmişdir.
65. Alınan malların dəyərinin ödənilməsi ilə bağlı iddiaçı MMC tərəfindən yuxarıda göstərilən e-mail ünvanına 2 ədəd hesab faktura təqdim edilmişdir (8 ədəd lisenziya paketi ilə bağlı - ƏDV daxil olmaqla 32292,50 ABŞ dolları, 24 ədəd lisenziya paketi ilə bağlı – ƏDV-siz 82099,58 ABŞ dolları).
66. Cavabdeh1 göstərilən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 5000 ABŞ dolları nağd qaydada ödəniş etməsi bu barədə müvafiq yazılı sübut olmasa da, onun özünün materiallarda olan yazılı izahatı, habelə Cavabdeh1 və iddiaçı MMC-nin nümayəndələrinin məhkəmə iclaslarındakı izahatları ilə müəyyən edilmişdir (iş materialları 48,49-cu vərəqə).
67. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 satılmış malların əvəzi qismində ümumilikdə ƏDV daxil olmaqla 129170 ABŞ dolları (32292,50 ABŞ dolları və 96877,50 ABŞ dolları) ödəməli olduğu halda, cəmi 15000 ABŞ dolları vəsait ödəmiş, qalıq 114170 ABŞ dolları pul ödənilməmiş qalmışdır.
68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 məhkəmə iclaslarındakı izahatları, iddiaçı MMC-nin şikayət ərizəsi əsasında başlanmış cinayət işinin istintaqı zamanı verilmiş ifadələri, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə e-mail yazışmaları və iddiaçının direktoruna ünvanladığı müraciətə əsasən cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
69. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
70. Həmçinin işin hallarından görünür ki, malların sifariş və təhvil verildiyindən təxmini 1 ay sonra iddiaçı ilə cavabdeh “İtems" MMC arasında xx.xx.2023-cü il tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi bağlanmış, işin faktiki hallarından görünür ki, həmin müqavilə üzrə real mal dövriyyəsi baş verməmişdir. Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, xarici effekti yaratmaq məqsədilə, niyyət olmadan bağlanmış əqd xəyali əqddir və hüquqi nəticə doğurmur.
71. Birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddia tələbi Cavabdeh3 aid hissədə də əsassızdır.
72. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə alqısatqı müqaviləsi məhz Cavabdeh1la bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh3la hər hansı zaminlik müqaviləsi bağlanmamışdır. Mülki Məcəllənin tələblərinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (§ 43).
73. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh3 İddiaçı MMC qarşısında Cavabdeh1 öhdəliyini icra etməsi üçün məsuliyyət daşımır.
74. Kollegiya apellyatorun iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, Cavabdeh1 yazılı izahatında qalıq 114170 ABŞ dolları borcunun 2023-cü ilin sentyabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
75. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3962/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.