Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-125/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, tələbkarın nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlunun iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-19/2018 saylı, xx.xx.2018-ci il tarixli icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə Bakı şəhər Nərimanov rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli qərarından ləğv prosesində olan “xxxx” ASC-nin şikayəti üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadından (hakim Əfqan Ələkbərov) ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.994.624,36 manat əsas borc, 263.156,88 manat faiz borcu, 239.038,49 manat dəbbə pulu olmaqla cəmi 2.496.819,74 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi və yaranmış borca görə tutmanın "Cavabdeh” MMC-yə məxsus olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-19/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixdə icra vərəqəsi icra edilməsi üçün Bakı şəhər Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhər Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra vərəqəsinin icrası məqsədi ilə xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-yə girov predmetinin açıq hərracda satılması məqsədi ilə sifariş məktubu göndərilmişdir. “xxxx” MMC tərəfindən əmlak açıq hərraca çıxarılmış, lakin ilkin və təkrar hərracda alıcı olmadığından əmlak xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktublarla tələbkara təklif olunmuş, lakin tələbkar müraciətlərə cavab verməyərək əmlakı qəbul etmədiyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən icra sənədi qaytarılmalıdır. Tələbkar qeyd edilən qərardan şikayət verərək, Bakı şəhər Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün həmin icra qurumuna qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx" MMC tərəfindən məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş əmlak açıq hərraca çıxarılmış, lakin ilkin və təkrar hərracda alıcı olmadığından əmlak ləğv prosesində olan “xxxx”ASC-yə təklif edilmişdir. Ləğv prosesində olan “xxxx” ASC əmlakı əldə etməyə razılıq verərək xx.xx.2018-ci il tarixli, 75/01 saylı “Hərracın Yekunları barədə Protokol əldə etmişdir. Qeyd olunanlara baxmayaraq Nərimanov rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyev xx.xx.2019-cu il tarixli qərarı ilə icra vərəqəsini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq məhkəməyə geri qaytarmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, borclu və icra və probasiya şöbəsinin nümayəndəsi iclasda iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkarın nümayəndəsi Xəlil-zadə Şəhriyar Lətif oğlu məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Nərimanov rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-19/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutma yönəldilmiş qeyri-yaşayış binasının satılması ilə bağlı keçirilmiş bütün hərraclar baş tutmamış, əmlakın qəbul edilməsi ilə əlaqədar tələbkar ləğv prosesində olan “xxxx” ASC-nə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli məktublarla müraciət edilmiş, lakin sonuncu əmlakı qəbul etməmiş və öz münasibətini bildirməmişdir. Tələbkarın həmin qərardan verdiyi şikayətin dəlilləri məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, 75/01 saylı, xx.xx.2018-ci il tarixli “Hərracın yekunları barədə Protokol” ilə hərraca çıxarılmış əmlak ləğv prosesində olan “xxxx” ASC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli birinci məktubundan sonra tələbkar hərracda satılmamış ipoteka predmetini əldə etməyə razılıq verdiyindən “İcra haqqında” Qanunun 53.3-cü maddəsinin tətbiq edilməsi üçün əsas olmamışdır. Birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə MPM-in 269-cu maddəsinə əsasən baxan zaman 75/01 saylı, xx.xx.2018-ci il tarixli “Hərracın yekunları barədə Protokol”un şikayətə əlavə edilməsinə baxmayaraq həmin sənədə hüquqi qiymət verməmişdir. Halbuki həmin sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti tələbkardan tələb edilməli və tələbkarın təqdim etdiyi sübut nəzərə alınmaqla Nərimanov rayon İcra və probasiya Şöbəsinin qərarının qanuni və əsaslılığı yoxlanılmalı idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ləğv prosesində olan “xxxx” ASC-nin şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-19/2018 saylı, xx xxx 2019cu il tarixli qərardadı ləğv edilsin. İş tələbkarın şikayətinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-125/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-125/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver