Məhkəmə qərarları › İş №2-2(103)-125/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-125/2022

02.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-125/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və və vəkili Vəkil1, nümayəndəsi (qanuni təmsilçisi) X8, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılmasına dair kommersiya iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-2829/2021 nömrəli qətnaməsindən və 06.10.2021-ci il tarixli əlavə qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.03.2021 tarixə qeyd olunan borc məbləğindən 5849,63 manat məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.05.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehin 29.12.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 75.058,50 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 89.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.07.2021-ci il tarixli e-2-2(113)-2863/2021 saylı qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə Allahverdiyeva iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində (cavabdeh tərəfində iştirak edən) cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, № e-2-2(113)-2829/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.03.2020-ci il tarixə olan 5849,63 manat məbləğində Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 89.000 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 5849,63 manat məbləğində borc tutularaq Dövlət Sosial Müdafiə Fonduna və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğ Cavabdehnə qaytarılması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2-2(113)- 2829/2021 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh 29.12.2020-ci il tarixə olan 75.058,50 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 89.000 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 75.058,50 manat vergi borcu məbləğində borcun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, e-2-2(113)-2829/2021 saylı qətnaməsinin və 06.10.2021-ci il tarixli, e-2-2(113)- 2829/2021 saylı əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən işdə olan 20.04.2020-ci il tarixli, RX seriyalı ********** saylı çıxarışı əsas götürmüşdür. Həmin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 57 (yeni qaydalarla: AZ1008, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan əmlak dövlət reyestrində cavabdehin mülkiyyətində olsa da faktiki olaraq X14 məxsusdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Azərbaycan MTN-nin bir qrup əməkdaşının mənzil məsələsi barəsində” 03.04.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 52 nömrəli mənzil X14 verilmişdir. Ayaz Qədirli 13.07.2014-cü il tarixdə, arvadı Tahirə Qədirli isə 19.06.2020-ci il tarixdə vəfat etmişdir. Ayaz Qədirlinin yeganə vərəsəsi X4r və hazırda Banu Allahverdiyeva ailə üzvləri ilə birlikdə həmin mənzildə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 52 (57) nömrəli mənzildə yaşayır. Binada olan mənzillər dövlət qeydiyyatına alınması üçün mənzil əvvəlcə MMC-nin balansına keçməli, sonra isə reyestr xidməti tərəfindən mülkiyyətçinin adına qeydiyyat aparılmalıdır. Bununla bağlı məhkəməyə MMC tərəfindən arayış təqdim olunmuşdur. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, “cavabdehin məhkəməyə təqdim etdiyi 20.04.2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışın surətindən də göründüyü kimi siyahıya alınmış Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 5, 57 saylı mənzil hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Belə olan halda isə həmin mənzilin əvvəllər A.Qədirliyə verilmiş 52 saylı mənzillə eyni olması müəyyən edilsə belə, həmin hal A.Qədirlinin vərəsəsi olan üçüncü şəxsin hazırda həmin mənzil üzərində hər hansı əmlak hüququna malik olmasını təsdiq etmir və belə olan halda hazırkı iddianın rədd edilməsi üçün əsas vermir.” Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 27.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən , X16 və X6 Ayaz Hidayət oğlunun vərəsələridirlər. Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 29.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Qədirli X6 Tahirə Səfxan qızının yeganə vərəsəsidir. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə irəli sürülən iddia tələbinə dair kommersiya mübahisəsi 2021-ci ilin may ayından birinci instansiya məhkəməsinin icraatına qəbul edilərək baxılmasına baxmayaraq Allahverdiyeva (Qədirli) Banu Ayaz qızı yalnız 3 aydan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilərək, 13 sentyabr 2021-ci il tarixində keçirilən məhkəmə iclasına dəvət edilmişdir. Ondan sonra isə məhkəmə “vaxtımız keçib” deyərək iş üzrə tam, obyektiv və hərətərəfli arşadırma aparmadan, tərəfimizdən verilən şifahi və yazılı vəsatətlərə baxmadan, dəlil və sübutları araşdırmadan tez-tələsik üçüncü şəxsin hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 975433 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, üçüncü şəxs Allahverdiyeva(Qədirli) Banu Ayaz qızının atası X15r. Ayaz Qədirli, uzun müddət Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində (indiki Dövlət Təhlükəsizlik Xidmətində) xidmət etmiş, polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və ona Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə əvəzsiz olaraq hazırki mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının mənzil məsələsi barəsində” 174 nömrəli, 03.04.2008-ci il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının MöhtərəmPrezidenti cənab İlham Əliyevin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına göstərişi və mənzillərin şəxsi heyət arasında bölüşdürlüməsi haqqında MTN rəhbərliyinin 10/810 saylı 01.042008-ci il tarixli məktubu nəzərə alınaraq X14 ünvan 2 ünvanda inşa edilən yaşayış binasının1-ci girişinin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,0 kv.m., yaşayış sahəsi 46,8 kv.m. olan 2 otaqlı 52 saylı mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 026224 nömrəli, 03 aprel 2008-ci il tarixli Orderindən görünür ki, X14 ünvan 2 ünvanda inşa edilən yaşayış binasının1-ci girişinin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93,0 kv.m., yaşayış sahəsi 46,8 kv.m. olan 2 otaqlı 52 saylı mənzil təqdim edilmişdir. X1 həmin mənzili öz vəsaiti hesabına təmir etdirərək 2012-ci ildən ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Həmçinin həmin mənzilə abonent kodu **********80052 olan işıq sayğacı, abonent kodu **********520 olan su sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ № 691776 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 13 iyul 2014-cü ildə vəfat etmişdir. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən verilən reyestr nömrəsi 2-V-47 olan 27.08.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən də görünür ki, X13 vərəsələri arvadı X16 və qızı X20r. Ayaz Qədirlinin ölümündən sonra həmin mənzildə məhz həmin şəxslər yaşamağa davam etmişdir. X22 nikaha daxil olarkən ona Allahverdiyeva soyadı verilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən 22.06.2020ci il tarixli, 1050 nömrəli məktubla DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, 30.09.2021-ci il tarixli, B-2614 saylıməktubla "xxxx" MMC-yə müraciət edilərək X13 13 iyul 2014- cü il tarixində vəfatı ilə əlaqədar vərəsəlik işini açıldığı, vərəsələrin dairəsinin müəyyən edilərək vərəsənin X10 olduğu və bununla əlaqədar BŞİHnin X14 03.04.2008-ci il tarixli, 174 nömrəli Sərəncama və 03.04.2008-ci il tarixli 026224 nörməli Orderə əsasən ünvan 3 ünvanda"xxxx"MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən, 2 otaqlı mənzilin vərəsəsi X3 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. 10) Apellyasiya şikayətinə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 15.10.2021-ci il tarixli, reyestr nömrəsi **********31-05301-093020, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsiməhəllə 841-842-ci, ev 5, mənzil 57, yeni qaydalarla AZ 1008, Bakışəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi,8, M13, m2 Allahverdiyeva BanuAyaz qızının adına dövlət qeydiyyatından keçirilmişdir. Qeyd edək ki, Çıxarışda yeni qaydalarla təyin edilən ünvan üzrə 8 rəqəmi evin nömrəsini, M13 mərtəbəni (yəni 13-cü mərtəbəni), m2 isə mənzilin mərtəbədə yerləşmə ardıcıllığını (yəni 2-ci mənzil) göstərmək üçün istifadə edilib. Həmçinin iş materiallarına əlavə edilən DƏDRX-in 11.08.2020-ci il tarixli, reyestr nömrəsi **********31-05301-093021, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsin məhəllə 841-842-ci, ev 5,mənzil 52, yeni qaydalarla AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi,8, M12, m2 X12 adına dövlət qeydiyyatından keçirilmişdir. Eləcə də iş materiallarına əlavə edilən DƏDRX-in 19.10.2020-ci il tarixli, reyestr nömrəsi **********31-05301-093022, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsiməhəllə 841-842-ci, ev 5, mənzil 62, yeni qaydalarla AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi,8, M14, m2 X11 adına dövlət qeydiyyatından keçirilmişdir. Məhkəmə iclasında iştirak zamanı (hər nə qədər iddiaçı məhkəmə iclaslarına gəlməsə də məlum olmuşdur ki, iddiaçı qurum cavabdehin vergi borcuna görə onun 89.000 manat məbləğində əmlakını siyahıya almış və bu barədə 17.03.2021-ci il tarixli protokol tərtib edilmişdir (protokol cavabdehin nümayəndəsi və üçüncü şəxs tərəfindən imzalanmamışdır). Həmin protokola əsasən siyahıya alınan əmlak ünvan 4 ünvanında yerləşən 1-ci bina, 1-ci blok, 57 nömrəli mənzildir. Lakin hər nə qədər protokolda guya əmlakın fotoşəkillərin çəkildiyi və siyahıya əlavə edildiyi qeyd edilsə də, həmin fotoşəkillər dəfələrlə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Halbuki iddiaçı orqan tərəfindən əmlakın siyahıya alınması ilə əlaqədar olaraq üçüncü şəxsin mənzilinə hər hansı baxış keçirilməmiş, hər hansı fotoşəkil çəkilməmiş, ona bu barədə heç bir məlumat verilməmişdir. Eləcə də protokolda həmin mənzilin hansı mərtəbədə yerləşdiyi, kimin sahiblik və istifadəsində olduğu, mənzili fərdiləşdirməyə yarayan digər texniki əlamətlər əks olunmayıb və əmlak tam təsvir edilməyib. Halbuki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.10-cu maddəsinin tələbinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilməli, əmlak siyahıya alınmalı və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilməlidir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilməlidir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə(onun nümayəndəsinə) baxış üçün təqdim edilməlidir. Cavabdeh MMC məhkəməyə arayış və ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən siyahıya alınmış əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, 57 nömrəli mənzil X14 məxsusdur. Məhkəmə tərəfindən üçüncü şəxsə göndərilən bildirişlərdə də mənzilin nömrəsi məhz 52 (57) kimi qeyd edilmişdir. Qeyd edim ki, Cavabdeh MMC-yə aid müxtəlif məsələlərlə bağlı yaranmış borcların Cavabdeh MMCyə aid yaşayış binasında yaşayan sakinlərə məxsus mənzillərə yönəldilməsi cəhdləri dəfələrlə baş vermişdir. Bu da həmin binada mənzillərin nömrələnməsi ilə bağlı vəziyyətlə əlaqədardır. X2 Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 174 nömrəli, 03.04.2008-ci il tarixli Sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 026224 nömrəli, 03 aprel 2008-ci il tarixli Orderinə əsasən ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzil verilmişdir. Həmin mənzilin nömrəsi ilkin sənədlərdə 52 qeyd edilsə də sonradan mənzillərin nömrələnmə sırası dəyişdirildiyinə görə həmin mənzilə 57 nömrəsi verilmişdir. Bunun da səbəbi 52 (57) saylı mənzilin də yerləşdiyi yaşayış binasının ilkin layihə üzrə 1-ci və 2-ci mərtəbəsinin qeyriyaşayış, 3-cü mərtəbədən isə yaşayış sahələrinin olması nəzərdə tutularaq kodlama aparılarkən mənzillərə 3-cü mərtəbədən başalayaraq nömrə verilməsi olmuşdur. Lakin binanın 2-ci mərtəbəsinin də sonradan yaşayış sahəsi (mənzil) təyinatı ilə istifadəyə verilərək satıldığı və həmin mərtəbədə yerləşən sahələrin də mənzil kimi kodlaşdırılaraq həmin mərtəbədən başlamaqla yenidən nömrələmə aparıldığı üçün mənzillərin sayında (hər mərtəbədə 5 mənzilin olması nəzərə alınaraq) 5 (beş) sıra artımı baş vermişdir. Əvvəlcə 2-ci mərtəbədə yerləşən mənzillər 1a, 2a, 3a, 4a, 5a 3-cü mərtəbədə yerləşən mənzillər isə 1, 2, 3, 4, 5 kimi nömrələnsə də sonradan dövlət reyestrində qeydiyyatdan keçərkən mənzillərin nömrələnməsi məhz 2-ci mərtəbədən 1 rəqəmi ilə başlayaraq kodlaşdırılmış, “a”-lar isə ləğv edilmişdir (bunu təsdiq edən siyahı və Dövlət reyestrindən Çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir). Nəticədə hazırki üçüncü şəxsə məxsus olan mənzil ilkin sıralama ilə 52 nömrəli olsa da, sonradan 57 nömrəsi ilə kodlaşdırılmış və hazırda onun həmin mənzil üzərində hüquqları dövlət qeydiyyatından keçirilərkən mənzilin köhnə nömrəsi məhz 57 olaraq qeyd edilərək ona 15.10.2021-ci il tarixli, reyestr nömrəsi **********31-05301-093020, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehin nümayəndəsi və və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması 12.01.2022-ci il tarixə təyin edilmiş, 02.03.2022-ci il tarixə təxirə salınmış, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclaslarda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)- 2829/2021 saylı qətnaməsi, 06.10.2021-ci il tarixli e-2-2(113)-2829/2021 saylı əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən 22 yanvar 2021-ci il tarixdə cavabdehə vergi borclarının ödənilməsinə dair **********9 saylı bildiriş göndərilərək, 22.01.2021-ci il tarixinə ümumilikdə 25.311,99 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə 19,715.66 manat, faizlər üzrə 5.596,33 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi orqanının əmlakın siyahıya alınması haqqında 29.12.2020-ci il tarixli **********6 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 10.03.2021-ci il tarixdə həmin qərara dəyişiklik edilərək siyahıya alınmanın həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X5 tapşırılmışdır. Vergi orqanının əmlakın siyahıya alınması haqqında 10.03.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə Cavabdeh MMC-nin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 11.03.2021-ci il tarixdə həmin qərara dəyişiklik edilərək **********802200 nömrəli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X5 tapşırılmışdır. Həmin qərarlara əsasən Cavabdeh MMC-yə məxsus ünvan 5 ünvanında yeni tikilən birinci yaşayış binasının 1-ci blokunda yerləşən 2 otaqlı 89 m2 olan 57 saylı mənzil siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********6 saylı, 17.03.2021-ci il tarixli protokol və protokola əlavə, **********9 saylı, 17.03.2021-ci il tarixli protokol və protokola əlavə tərtib edilmişdir. Cavabdehin iş materiallarındakı şəxsi vərəqəsindən görünür ki, Cavabdeh MMC-nin 19.05.2011-ci il tarixə 147322,74 manat borcu olmuşdur. 27.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən Cavabdeh MMC-yə vergi borcları ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın açıq hərracda satılmasına dair məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfin iddiaya etiraz edərək bildirmişdir ki, siyahıya alınmış mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 03.04.2008-ci il tarixli sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 03.04.2008-ci il tarixli 026224 saylı orderinə əsasən X14 verilmiş, həmin şəxs vəfat etdikdən sonra isə onun vərəsəsinin mülkiyyətinə keçmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 03.04.2008-ci il tarixli sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 03.04.2008-ci il tarixli 026224 saylı orderdən görünür ki, ünvan 6 ünvanında inşa edilən yaşayış binasının birinci girişinin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93 kv.m, yaşayış sahəsi 46.8 kv.m olan 2 otaqlı 52 saylı mənzil 1 nəfər ailə tərkibi ilə X14 verilmişdir. Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 27.08.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən , X16 və X6 Ayaz Hidayət oğlunun vərəsələridirlər. Bakı şəhəri 51 saylı xüsusi notariusu tərəfindən verilmiş 29.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Qədirli X6 Tahirə Səfxan qızının yeganə vərəsəsidir. Daşınmaz əmlakın dövlət reyestrindən 20.04.2020-ci il tarixli, RX seriyalı ********** saylı çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841- 842, ev 5, mənzil 57 – yeni qaydalarla : AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M13, m2 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.( iş mat. 1-ci cild 145-ci vərəq). Birinci instansiya məhkəməsi işdəki sübutlara və Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6-cı, 89.1-ci, 89.7-ci, 89.10-cu, 90.1-ci maddələrinə, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, vergi ödəyicisi olan Cavabdeh vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etmədiyindən iddia təmin edilməlidir Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi - siyahıya alınmış mənzilin cavabdehə məxsus olmaması, həmin mənzilin Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə A.Qədirli adlı şəxsə verilmiş 52 saylı mənzil olması barədə dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi 20.04.2020-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışa əsasən siyahıya alınmış Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 5, 57 saylı mənzil hazırda cavabdehin xüsusi mülkiyyətində olduğundan həmin mənzilin əvvəllər A.Qədirliyə verilmiş 52 saylı mənzillə eyni olması müəyyən edilsə belə, həmin hal A.Qədirlinin vərəsəsi olan üçüncü şəxsin hazırda həmin mənzil üzərində hər hansı əmlak hüququna malik olmasını təsdiq etmir və belə olan halda hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Apellyasiya şikayətinə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 57 – yeni qaydalarla : AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M13, m2 ünvanında yerləşən daşınmaz əmlak 15.10.2021ci il tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən siyahıya alınmış əvvəlki ünvanı ünvan 7, hazırkı ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M13, m2 olan mənzil 15.10.2021-ci il tarixdən X3 mülkiyyətinə keçdiyindən Cavabdeh MMC-nin vergi borcu həmin əmlak hesabına təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 174 saylı, 03.04.2008-ci il tarixli sərəncamına, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 03.04.2008-ci il tarixli 026224 saylı orderinə, izahatlara əsasən müəyyən edilmişdir ki, qeyd edilən mənzil vergi orqanı tərəfindən siyahıya alınarkən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh MMC-nin adına mülkiyyət hüququ ilə qeydə alınsa da, əvvəlki nömrəsi 52 olan həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən (Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında) X3 atası X13 və onun ailəsinin və ailəsinin istifadəsinə və sahibliyinə verilmiş, həmin şəxsin mənzil üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün formal olaraq binanı inşa etmiş hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bundan sonra mülkiyyət hüququ üçüncü şəxsə alqı-satqı qaydasında ötürülmüşdür. X14 2008-ci ildə verilmiş 2 otaqlı 52 saylı mənzillə siyahıya alınmış 2 otaqlı 57 saylı mənzilin hər ikisinin binanın birinci girişinin 13-cü mərtəbəsində yerləşməsi həmin mənzillərin eyni mənzillər olduğuna dair qənaətə gəlməyə əsas verir. Cavabdeh MMC-nin qanuni təmsilçisinin və vəkilinin işə apelyasiya qaydasında baxılarkən verdiyi izahatlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində yerləşən binanın 1-ci giriş 13-cü mərtəbəsindəki 57 saylı mənzilin əvvəlki nömrəsi 52 olmuşdur. Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi nömrələri fərqli müəyyən etmiş, sonradan birinci mərtəbədə olan qeyri-yaşayış sahəsi nəzərə alınmaqla mənzilr yenidən nömrələndikdə 52 saylı mənzil 57 saylı mənzil olmuşdur. Vergi Məcəlləsinin 23.1.8-ci maddəsinə əsasən vergi orqanının qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınması üçün tədbirlər görmək hüququ olduğundan, hazırkı halda isə siyahıya alınmış əmlakın vergi ödəyicisi Cavabdeh MMC-yə məxsus olmadığı, hazırda X3 mülkiyyətində olduğu müəyyən edildiyindən mübahisələndirilən qətnamələr ləğv edilməklə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021ci il tarixli e-2-2(113)-2829/2021 saylı qətnaməsi, 06.10.2021-ci il tarixli e-2-2(113)- 2829/2021 saylı əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Cavabdeh MMC-nin və üçüncü şəxs X3 apelyasiya şikayətləri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-2829/2021 saylı qətnaməsi, 06.10.2021-ci il tarixli e-2-2(113)-2829/2021 saylı əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar