Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-125/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X8 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh X3rşı “pulun tutulması” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3024/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh X3rşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKF-nin öhdəliyinin icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) 13 sentyabr 2022-ci il tarixdən hazırkı günədək hər ay 100.000 manat olmaqla, cəmi 2.500.000 manat pulun (25 ay x100.000 manat) və icra olunan günədək hər ay 100.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1790 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3024/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3024/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbimi üzrə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen-N”, "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyətin şərtləri müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin 2.1-ci bəndinə əsasən tərtib edilmiş xx.xx.2022- ci il tarixli akta əsasən Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)- 2408/2022 saylı qərarı icra olunaraq, Kjar-2-1 hava ayırıcı qurğusunda istifadə edilə bilən hava ayırıcı blok sökülməyərək Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmaqla İddiaçı MMCyə təhvil verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli təhviltəslim barədə akt tərtib edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq göstərirəm ki, məhkəmənin istinad edərək göstərdiyi xx.xx.2022-ci il tarixli müqavilə faktiki olaraq mövcud olsada cavabdeh tərəfindən müqavilə üzrə hər hansı bir öhdəliklər icra edilməmişdir. Məhkəmənin qeyd etdiyi müqavilə şərtləri göstərilsədə bu şərtlər formal xarakter daşıyır, yəni elə müqavilədə göstərilən şərtlə yalnız kağız üzərində mövcud olmuşdur. Qeyd etdiyimiz halların sübutu kimi tərəflər arasında eyniməzmunlu bağlanılmış xx.xx.2023- cü il tarixli müqaviləsidir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin təkrar eyniməzmunla bağlanılması onu göstərir ki, xx.xx.2022-ci il tarixli müqavilə qüvvədə olmamışdır. Məhkəmə istinad edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6, 7 və 8-ci bəndlərinin məzmununa əsasən tərəflər “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən birgə fəaliyyət göstərmək üçün“ Çinar-Servis” İKF-də saxlanması barədə razılığa gəlmişlər. Hazırkı iddiamızın elə əsası ondan ibarətdir ki, tərəflər arasında bağlanılmış müqavilə formal xarakter daşıyır. Sanki cavabdehin məqsədi bu müqaviləni bağlamaqla onun istehsal xəttində saxlanılan avadanlıqdan istifadə etmək olmuşdur. Və elədə olmuşdur. Ali Məhkəmənin qərarı qəbul edildiyi andan cavabdeh Çinar-Servis İKF maye oksigen və digər qazların satışını həyata keçirtməklə böyük miqdarda gəlir əldə edir. Çinar-Servis İKF sadəcə iddiaçı ilə fərqli tarixlərdə müqavilə bağlamaqla zaman əldə edir və maye oksigenin satışını həyata keçirir. İddia ərizəmizdə də göstərmişik ki, cavabdeh ilə aramızda müqavilə olsa belə müqavilə şərtləri icra olunmamışdır. Hələ azmış kimi cavbah Çinar- Servis İKF iddiaçı ilə əlavə alqı-satqımüqavilə bağlamışdır. Sual yaranır əgər tərəflər arasında mübahisənin barışıq yolu nəzərdə tutulmuşdursa əlavə alqısatqımüqaviləsi nəyə lazım idi? Məhkəmə qətnaməsinin əsaslandırma hissənin mərkəzində iddiaçının özünün bağlamış olduğu barışıq sazişinə istinad olunmuş və həmin barışıq sazişinə əsasən əmlak iddiaçının özünün razılığı ilə cavabdehdə qalmasına istinad olunmuşdur. Lakin məhkəmə araşdırmamışdır ki, tərəflər arasında bağlanılmış müqavilə mövcud idisə, niyə bu müqavilədən irəli gələn hər hansı bir addım atılmamışdır? və yaxud icra mərhələsində olan icra işi niyə illərlə təxirə salınırdı? Həmin müqavilə şərtlərinə əsasən icra sənədi üzrə icraata niyə xitam verilmirdi? Deməli bu da onu göstərir ki, tərəflər arasında barışıq sazişi bağlansa belə bu sazişin şərtlərinə əməl olunmamışdır və aralarında mübahisənin mövcudluğundan xəbər verir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu özü ərizə ilə icra şöbəsinə müraciət etmiş və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bu fikirlə məhkəmə göstərmək istəyir ki, iddiaçı avadanlığın cavabdehdə qalmasına razılıq vermişdir. Bu səbəbdəndə iddia tələbi əsaslı ola bilməz. Məhkəmənin bu qənaətə necə gəlməsi hələdə iddiaçı olaraq bizdə maraq doğurur. Belə ki, İddiaçı qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu icra şöbəsinə qeyd edilən məzmunda ərizə ilə müraciəti olmamışdır. Məhkəmənin istinad etdiyi bu ərizənin mətni əslində belə yazılmışdır. (qoşmaya əlavə edilir.) Göründüyü kimi, hazırkımübahisədə zərərçəkmiş iddiaçı tərəfdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı ilə qurğunun iddiaçıya verilməsi nəzərdə tutulsada hələdə məhkəmə qərarı icra olunmamışdır. Düzdür iddiaçı tərəf cavabdeh ilə müqavilə bağlamaqla hər dəfə barışıq mövqeyini göstərib, lakin təəsüf ki, cavabdeh tərəf hər dəfəsində bu mövqedən öz maraqları naminə istifadə etmişdir. Mübahisəli avadanlıqlar iddiaçının olduğu halda cavabdeh iddiaçi ilə alqı satqımüqaviləsi bağlayaraq maye oksigenin 1 tonunu 300 manata satır. Halbuki, iddiaçı başqa şirkətlərdən maye oksigenin 1 tonunu 260 manata alır. Göründüyü kimi, 13 sentyabr 2022-ci il tarixdən hazırkı günədək KjAr 2-1 havaayırıcı qurğusunun (KjAr 2-1 hava ayırıcı qurğusu; 6BM-16 140/200 porşenli hava kompressoru; 2 ədəd soyuducu maşın MTK-280; 3 ədəd soyuducu maşın MTK-80; 3 ədəd KK 3411.000 Pn istilik dəyişəni və KK 0951 00 000 nC seolitlərdə kompleks təmizləmə bloku) TEMP MMC-yə təhvil verilməmişdir, eyni zamanda həmin avadanlıqdan istifadə edən Cavabdeh X6 kifayət qədər böyük məbləğlərdə gəlir əldə etmişdir. Eyni zamanda tərəflər arasında olan başqa məhkəmə mübahisəsi zamanı həmin avadanlıqlarla istehsal edilən məhsulun qiymət və dəyəri ətraflı şəkildə göstərilmişdir ki, onu da iddia ərizəmizə əlavə etmişik. Həmin avadanlığın aylıq gəliri 100000-150000 manat təşkil edir ki, cavabdeh də bu vəziyyətdən yararlanmaqdadır. Apellyasiya şikayətinin göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsində işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, mübahisəli avadanlığın cavabdehdə qalması işin halları ilə öz əksini tapır. İddiaçı maye oksigeni və digər qazları istehsal edib gəlir əldə edə biləcəyi halda cavabdehdən maye oksigenin 1 tonunu 300 manata alır. O zaman bu barışıq sazişinin nə kimi müsbət cəhətləri olmuş oldu? Məhkəmə iş üzrə bütün halları araşdırmadanzəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Nəticə yalnız cavabdehin təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu özü ərizə ilə icra şöbəsinə müraciət etmiş və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Halbuki, iddiaçının nümayəndəsi tərəfindən belə bir ərizə ilə müraciət olunmamışdır. Məhkəmə həmin ərizənin mətninə diqqət yetirməmişdir. Belə ki, həmin ərizənin məzmunundan görünür ki, işin icra edilmədən məhkəməyə qaytarılmamasını xahiş edir. Apellyasiya şikayətinin İİ hissəsindən də göründüyü kimi məhkəmə iddiaçı olaraq TEMP MMC-nin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
6. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
18. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəf Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı MMC-nin iddiasının təmin edilərək, Cavabdeh X1suz sahibliyindən “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların alınıb İddiaçı MMCyə qaytarılmasının qət edildiyinə və son olaraq qeyd edilmiş işin Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı ilə yekunlaşmasına istinad edərək, qeyd edilmiş sonuncu tarixdən indiyədək qeyd edilmiş qurğunun qaytarılmama səbəbinə görə, müvafiq olaraq aylar üzrə əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir.
19. İddiaçı tərəf KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların qaytarılmadığı səbəbinə görə aylıq əldən çıxmış fayda olaraq 100.000 manat tutulmasını tələb etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir.
20. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarından görünür ki, həqiqətən də, bir neçə dəfə iş apellyasiya və kassasiya instansiya Məhkəmələrinin icratında olmuş və yekun olaraq iş “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların İddiaçı MMC-yə məxsus olmasının müəyyən edilməsi və qeyd edilmiş avadanlığın qurğuları ilə birgə Cavabdeh X2 alınaraq İddiaçı MMC-yə qaytarılması ilə nəticələnmişdir.
21. Məhkəmə tərəfindən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018ci il tarixli qətnaməsinin icrası ilə Bakı şəhəri Binəqədi və Sabunçu Rayon İcra Şöbələrindən icra işləri tələb edilmişdir.
22. Qeyd edilmiş icra işlərinin surətlərindən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və icra sənədi verilmiş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
23. Qeyd edilmiş materiallardan görünür ki, Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen- N”, "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qurğular sökülməyərək Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmışdır.
24. Bundan sonra Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen-N”, "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyətin şərtləri müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqavilənin 2.1-ci bəndinə əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarı icra olunaraq, Kjar-2-1 hava ayırıcı qurğusunda istifadə edilə bilən hava ayırıcı blok sökülməyərək Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmaqla İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli təhvil-təslim barədə akt tərtib edilmişdir.
25. Bundan başqa işdən görünür ki, Cavabdeh İKF, İddiaçı MMC, “Kriogen-N”, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndindən görünür ki, tərəflər bir neçə Məhkəmə qərarlarını və Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-2408/2022 saylı qərarının icrasını barışıq yolu ilə həll etmə barədə razılığa gəlmişlər.
26. xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6, 7 və 8-ci bəndlərinin məzmunundan görünür ki, tərəflər “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən birgə fəaliyyət göstərmək üçünCavabdeh İKF-də saxlanması barədə razılığa gəlmişlər.
27. Göründüyü kimi, iddiaçı tərəf özü barışıq sazişi bağlamaqla “KjAr 2-1 havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən üçünCavabdeh İKF-də saxlanması ilə razı olmuşdur.
28. İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən icra edilmədiyini bildirməklə, əldən çıxmış fayda tələb etmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, artıq tərəflər xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladığından məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı, əldən çıxmış faydanın tələb edilməsi tələbi istisna edilir.
30. Belə ki, iddiaçının özünün bağlamış olduğu barışıq sazişi ilə qaytarılması qət edilmiş əmlak cavabdehdə qalmışdır.
31. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Temp” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu özü ərizə ilə icra şöbəsinə müraciət etmiş və icra sənədinin icra edilmədən Məhkəməyə qaytarılmasını xahiş etmişdir.
32. Məhkəmə həmçinin qeyd etmişdir ki, bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinin kim tərəfindən əməl edilməməsi və bunun nəticəsində də, kimin maddi ziyana uğraması və gəlirdən məhrum olmasının müəyyən edilməsi isə, hazırkı mübahisənin predmeti deyildir.
33. Məhkəmə kollegiyası məhkəmənin yuxarıda qeyd edilən əsaslandırması ilə razılaşaraq qeyd edir ki, iddiaçının tələbi qətnamənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində ona zərərin vurulmasıdır. Belə ki, iddiaçıya görə onun əşyası cavabdehin sahibliyində qalaraq ona qaytarılmamış, nəticədə iddiaçı gəlirdən əldə çıxmış formasında məhrum olmuşdur.
34. Halbuki işin hallarından görünür ki, tərəflər qətnamənin icrası üzrə icraat zamanı barışıq sazişi imzalamış və tələbkar olan iddiaçı icraatın dayandırılmasını xahiş etmişdir. Barışıq sazişində tərəflər bir-birilərinə qarşı tələblərinin olmaması, qətnamənin icrasının saziş qüvvədə olduğu müddətdə dayandırmağı üzərlərinə öhdəlik götürmələri barədə razılığa gəlmişlər. İddiaçı avadanlığın cavabdehin sahibliyində qalmasına razılıq vermişdir. Beləliklə tərəflər sazişlə mübahisənin davam etməməsinə razılıq vermişlər.
35. İddiaçı apellyasiya şikayətində sazişin şərtlərinin cavabdeh tərəfindən pozulmasına istinad etsə də, hazırkı tələb barışıq sazişinin mübahisələndirilməsinə yönəlməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının tələbi əsaslı olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3024/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.