Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1250/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndələri Nümayəndə2, X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və «AdaTicarət” QSC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilərək 18.06.2009-cu il tarixli 152/H-09 nömrəli kredit müqaviləsi üzrə 271.436 ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlər “Ada-Ticarət" QSC və "xxxx" MMC-dən birgə qaydada tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi, 17.08.2009-cu il tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq “Turanbank" ASC-nin xeyrinə ödənilməsi, tələbin 17 avqust 2009-cu il tarixli 227/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracda satılması və satışdan əldə edilən məbləğin hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, 25 dekabr 2009-cu il tarixli 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq Cavabdeh2 MMC-dən tutularaq “Turanbank" ASC-nin xeyrinə ödənilməsi, 25 dekabr 2009-cu il tarixli 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq "xxxx" QSC-dən tutularaq “TuranbankASC-nin xeyrinə ödənilməsi, tələbin 25 dekabr 2009-cu il tarixli 480/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş əsas vəsaitlərə yönəldilməsi, həmin əsas vəsaitlərin açıq hərracda satılması və satışdan əldə edilən məbləğin hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş rüsumun əvəzi olaraq 30 (otuz) manatın və girova tutuma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş pulun əvəzi olaraq 60 (altmış) manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edlmişdir. Həmin qətnamədən cavabdehlər .şikayət verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş, bütün faktiki hallar aydınlaşdırılmamışdır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehlərin məhkəmə prosesləri barədə məlumatı olmamışdır. Cavabdehlərin qanuni təmsilçisi R.Hacıyev 2018-ci ildən 2020-ci ilin sentyabrınadək Türkiyə Respublikasında olmuşdur Kredit müqavilələri üzrə öhdəliyin icra müddəti bitdiyi tarixdən iddia müddəti keçmişdir. İddia müddəti keçdiyindən məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Bundan əlavə "xxxx" MMC-nin cavabdehlər İddiaçı ASC-yə, cavabdehlər “Ada-MülkiyyətMMC və "xxxx" QSCyə qarşı qaldırdığı iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə işə baxarkən həmin qətnamənin hazırkı iş üzrə preyudisial xarakter daşıdığını nəzərə almamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndələri Nümayəndə2, X3 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ASC-nin iddia tələblərini şərti olaraq 2 hissəyə ayırmaq olar: Ada-Mülkiyyət MMC-yə qarşı tələblər və «AdaTicarət” QSC-yə qarşı tələblər. Ada-MülkiyyətMMC-yə qarşı tələblərlə bağlı aşağıdakı sübutlar təqdim edilmişdir: -17 avqust 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsi- həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 20% olmaqla 18 (on səkkiz) ay müddətinə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları kredit verilməsi razılaşdırılmışdır. -Tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanmış 17 avqust 2009-cu il tarixli № 227/H-09-01 saylı girov müqaviləsi- qeyd edilən müqaviləyə əsasən girov qoyan "xxxx" MMC-yə məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.108.807 manat dəyərində qiymətləndirilən avadanlıqlar girovla yüklü edilmişdir. - 25 dekabr 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsi- həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ada-Mülkiyyət MMC-yə illik faiz dərəcəsi 22% faiz olmaqla 6 (altı) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları kredit verilməsi razılaşdırılmışdır. Qeyd edilən kredit müqavilələri üzrə cavabdeh “Ada-Mülkiyyət MMC tərəfindən əsas borcun ödənilmədiyi iddia edilmiş, cavabdehlər tərəfindən ödənişlə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. «AdaTicarət” QSC-yə qarşı tələblərlə bağlı aşağıdakı sübutlar təqdim edilmişdir: -18 iyun 2009-cu il tarixli № 152/H-09 saylı kredit müqaviləsi- həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 QSC-yə illik faiz dərəcəsi 22% faiz olmaqla 12 (on iki) ay müddətinə 625.000 (altı yüz iyirmi beş min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. Qeyd edilən müqavilə üzrə iddiaçı əsas borc qalığının 271.436 ABŞ dolları olduğunu iddia etmiş, cavabdeh tərəfindən ödənişlərlə bağlı sübutlar təqdim edilməmişdir. -"xxxx" ASC və "xxxx" MMC (zamin) və "xxxx" QSC (borclu) arasında bağlanmış 18 iyun 2009-cu il tarixli № 152/H-09-01 saylı zaminlik müqaviləsi- bu müqaviləyə əsasən zamin-"xxxx" MMC ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə kreditorla borclu arasında bağlanılmış 18 iyun 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. -25 dekabr 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi- həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 QSC-yə illik faiz dərəcəsi 22% olmaqla 6 (altı) ay müddətinə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 QSC tərəfindən əsas borcun ödənilmədiyi iddia edilmiş, cavabdeh tərəfindən ödənişlə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. -İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli № 480/H-09-01 saylı girov müqaviləsi- qeyd edilən müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli № 480/H- 09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.077.680,06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat altı qəpik) manat dəyərində qiymətləndirilən əsas vəsaitlər girovla yüklü edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Mülki Məcəllənin 385.1, 386.1-ci, 442-ci, 445.2-ci, 448-ci, 449-cu, 460.1-ci, 470-ci, 739-cu maddələrinə istinad edərək iddianın əsaslı olduğuna və təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, birinci instansiya məhkəməsi kredit müqavilələri üzrə öhdəlikləri icra müddəti bitdiyi tarixdən iddia müddəti keçdiyi halda iddia müddətini tətbiq etməmiş, bununla da maddi hüquq normasının tətbiqində pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin hüquqi ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədikləri üçün çatmamış və cavabdehlər işə birinci instansiya qaydasında baxılarkən məhkəmə prosesləri barədə məlumatsız olduqları üçün məhkəməyə iş üzrə hər hansı sənəd, o cümlədən iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişlər. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə əsasən cavabdehin ərizəsi olmadığına görə birinci instansiya məhkəməsinin mübahisə üzrə iddia müddətinin keçib-keçmədiyini araşdırmaq səlahiyyəti olmamışdır. Cavabdehlərin nümayəndəsi tərəfindən işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə və 01.06.2011-ci il tarixdə İddiaçı ASC, Ada-Mülkiyyət MMC, «AdaTicarət” QSC, "xxxx" MMC "xxxx" MMC arasında bağlanmış razılaşma təqdim edilmişdir. 01.06.2011-ci il tarixli razılaşmanın mətnindən görünür ki, razılaşmanın imzalanması zamanı borclular (müqavilənin 2–ci bəndinə əsasən "xxxx" şirkətlər qrupuna daxil olan Ada-Mülkiyyət MMC, «AdaTicarət” QSC, "xxxx" MMC) İddiaçı ASC-yə 2.366.000 AZN məbləğində iddianı ödəmək öhdəliyi daşıyırlar. Həmin müqavilə əsasında "xxxx" MMC İddiaçı ASC-dən alacağı 473200 manat kreditin bir hissəsi hesabına (konkret məbləğ qeyd edilməmişdir) cavabdehlərin borclarının ödəniləcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri öhdəliklərin icra müddəti 2010-2011-ci illərdə bitsə də cavabdehlər 01.06.2011-ci il tarixli razılaşmanı imzalamaqla mövcud borcu etiraf edərək ödəmək öhdəliyi daşıdıqlarını qəbul etdiklərindən və 01.06.2011-ci il tarixli razılaşmada kredit öhdəliyinin borclular tərəfindən tam icrası üçün yeni müddət müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz. Kredit müqavilələri üzrə borcun cavabdehlər və ya digər hüquqi şəxslər tərəfindən ödənilməsi barədə işdə sübutlar olmadığından məhkəmə hesab edir ki, iddia tələbinin rədd edilməsi üçün qanuni əsaslar mövcud deyil. Cavabdehlərin nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən irəli sürdüyü mülahizə bundan ibarət olmuşdur ki, 01.06.2011-ci il tarixli razılaşma imzalandığı cavabdehlərin bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Məhkəmə kollegiyası bu mülahizələri əsassız hesab edir. Belə ki, 01.06.2011-ci il tarixli razılaşmanın məzmununda cavabdehlərin iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin tamamilə "xxxx" MMC-yə ötürülməsi qeyd olunmamışdır. Həmin razılaşmaya əsasən "xxxx" MMC bankdan alacağı 473200 manat kredit hesabına "xxxx" şirkətlər qrupuna daxil olan hüquqi şəxslərin 2.366.000 AZN məbləğində kredit borcunun bir hissəsinin (konkret məbləğ qeyd edilmədən) ödənilməsini öhdəsinə götürdüyündən müəyyən olunur ki, cavabdehlər kredit öhdəliyinin icrasından azad olunmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə hesab edir ki, cavabdehlərin bank qarşısındakı kredit öhdəliyinə xitam verilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsaslar olmadığından apellyasiya şikayəti əsassızdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehlər "xxxx" MMC-nin və «AdaTicarət” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı 11.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1250/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1250/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver