Məhkəmə qərarları › İş №2-2(103)-1254/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1254/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1254/2025 05.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-1237/2025 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 37243.74 manat krеdit bоrcu, 4101.04 manat faiz bоrcu və 1407.81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 42752 manat 59 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 218.30 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, 2. Tutmanın Bakışəhəri Sabunçu Maştağa qəsəbəsi Savalan yaşayış massivi 1-ci kvartalda 0.0315 ha torpaq sahəsi və üzərində yerləşən 174.8 m ümumi sahədən ibarət 200A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 42752 (qırx iki min yeddi yüzəlli iki) manat 59 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 218.30 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; 3. Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1237/2025 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009R********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 35.243 (otuz beş min iki yüz qırx üç) manat 74(yetmiş dörd) qəpik, faiz bоrcu üzrə 4.101 (dörd min yüz bir) manat, 04 (sıfır dörd) qəpik, cərimə borcu üzrə 1.407 (bir min dörd yüz yeddi) manat, 81 (səksən bir) qəpik olmaqla, cəmi 40.752 (qırx min yeddi yüz əlli iki) manat, 59 (əlli doqquz) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSCyə ödənilməsi, xx.xx.2023-cü il tarixli 009R********** saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 1-ci kvartalda xüsusi mülkiyyətdə olan 0.0315 ha torpaq sahəsi və üzərində yerləşən 174.8 m2 ümumi sahədən ibarət 200A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 218 (iki yüz on səkkiz) manat, 30 (otuz) qəpik məbləğində pulun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 (on beş) manat və xidmət haqqının əvəzi olaraq 36 (otuz altı) manat məbləğində pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-1237/2025 nömrəli qərardadı ilə ərizə rədd edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət Cavabdeh3 münasibətdə buraxılmamış hesab edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-1237/2025 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1237/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadının ləğvedərək Cavabdeh3 tərəfindən şikayətverilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfin müddətin bərpasına səbəb kimi məhkəmənin sonuncu iclasından xəbərsiz olması göstərilmişdir. Lakin məhkəmənin xx.xx.2025-ci il qərardadında göstərildiyi kimi Cavabdeh3 prosesdə iştirak etmiş və məhkəmə baxış iclasının xx.xx.2025-ci il tarixinə təyin edildiyindən xəbəri olmuşdur. Cavabdehin öz seçimi əsasında baxış iclasında iştirak etməməsi və bunu əsas gətirərək müddətin bərpa edilməsi əsassızdır. Belə ki, iclasın yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdehin iclasda iştirak etməməyi nəticələrini dərk etməlidir. Faktiki olaraq iclasa nə üçün gələ bilməməsi barədə məlumat verilməmiş və ya gəlməyini mümkünsüz edən halları təsdiqləyən sübutlar təqdim etməmişdir. Bu da cavabdehin hər hansı zərurətdən gəlmədiyini deyil, öz seçimi əsasında prosesdə iştirak etmədiyini göstərir. Bu səbəbdən şikayət üzrsüz səbəbdən müddət ötürülməklə verilmişdir. Cavabdeh prosessual müddətin ötürülməsinin nəticələri barədəməlumatlıdır. Ona görə də şikayət qanunla müəyyən olunmuş müddət ərzində təqdim edilməli idi. Müddətin bərpası üçün üzrlü səbəb yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1237/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-1237/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xəbərnaməli məktubla Cavabdeh3 göndərilmiş, lakin poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qətnaməsi Cavabdeh3 xx.xx.2025-ci il tarixdə qəbzə imza edilməklə təqdim edilmiş və belə olan halda qətnamə Cavabdeh3 həmin tarixdə rəsmi qaydada verilmiş hesab olunur. xx.xx.2025-ci il tarixdə Cavabdeh3 qətnamədən apellyasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirmişdir. Odur ki, hazırkı halda qətnamə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq təqdim edildiyindən və Cavabdeh3 tərəfindən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verildiyindən qanunla apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət buraxılmamışdır. Qətnamənin xx.xx.2025-ci il tarixində deyil, xx.xx.2025-ci il tarixində cavabdehə rəsmi qaydada verilməsi barədə iddiaçının dəlilləri ilə bağlı qeyd edilir ki, iddiaçının istinad etdiyi tarixdə qətnamə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilərək bu barədə elektron kabinetə sahib olan tərəflərə məlumat verilsə də, apellyatorun elektron kabineti olmadığından sonuncuya qətnamə poçt vasitəsilə göndərilmiş, lakin xəbərnaməli məktub poçt tərəfindən geri qaytarıldığından qətnamənin poçt vasitəsilə də çatdırılması mümkün olmamışdır. Belə olan halda apellyasiya şikayəti verilməsi prosessual müddətinin buraxılmamış hesab edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-1237/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar