Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1255/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10rşı maneənin aradan qaldırılması və s. tələbinə dair kommersiya mübahisəsi (açar söz: maneənin aradan qaldırılması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10rşı "maneənin aradan qaldırılması və s." tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1815/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2001ci il tarixli, 251 nömrəli sərəncamdan müəyyən olunur ki, "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında yeləşən "xxxx" İstehsal və X8 müəssisəsinin bazasında “Azərikimya İstehsal və X8” Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır.
2. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Baksol yolunda aparılan əsaslı təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin, yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlinmiş, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyü də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır.
3. "xxxx" QSC-nin mütəxəssisi X5 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı İddiaçı ASC-yə məxsus olan 1960-cı illərdə inşa edilmiş dalan dəmir yolunun 543 nömrəli pasportuna və X2 əsasən 2147 metr uzunluğunda olması, dalan dəmir yolunun "xxxx" ASC-yə məxsus olan dalan dəmir yoluna (həmin dalan dəmir yolu "xxxx" QSC-nin Keşlə stansiyasına birləşir) N-siz yoldəyişən ilə birləşdiyi, bu yoldəyişəndən başlamaqla Baksol yoluna qədər davam etməsi, Baksol yolunu kəsərək, X1 məxsus sahibkarlıq obyektinin ərazisindən keçməsi və oradan İddiaçı ASC-yə məxsus olan istehsalat ərazisinə daxil olması müəyyən edilmişdir.
4. İddiaçı tərəfindən iş materiallarına İddiaçı ASC-yə məxsus dalan dəmir yolunun 543 nömrəli pasportu və fotoşəkillər əlavə edilmişdir. İddiaçı ASC-yə məxsus dalan dəmir yolunun 543 nömrəli pasportuna əsasən dalan dəmir yolu: Bakı şəhəri, Dərnəgül 2096-cı məhəllə küçəsi, 507-də yerləşən dəmir yolu İddiaçı ASCyə məxsusdur.
5. İddiaçı ASC tərəfindən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 46 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı ASCnin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə edilməsinə köməklik göstərilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7918 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elvin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: Göstərilən ərazidən işlək olmayan dəmir yol xətti keçir. Lakin dəmir yol xəttinin bir hissəsi görünür, böyük hissəsinin ləğv olunaraq sökülməsi və ya torpağın altında olub-olmamasını müəyyənləşdirmək mümkün olmadı.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15 (bundan sonra “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyinə şəraitin yaradılması vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunması, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat və məhkəməyə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 230668 sənəd nömrəli, 543 nömrəli pasporta əsasən ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xətti İddiaçı ASC-yə məxsusdur. Həmin dalan dəmir yolu xəttindən müxtəlif idarə, müəssisə və təşkilatlar iddiaçı ilə bağlanmış müqavilələr əsasında yükdaşıma əməliyyatları həyata keçirirlər. Bununla əlaqədar olaraq bildirilir ki, 1 ildən artıq müddətdir həmin dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində iddiaçı ilə razılaşdırılmadan və heç bir rəsmi xəbərdarlıq edilmədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən asfaltlama işləri aparılmış və həmin yükdaşıma əməliyyatlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaratmaqla yanaşı, eyni zamanda yükdaşımalarla əlaqədar müxtəlif şirkətlər qarşısında üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə səbəb olmuş və nəticədə iddiaçı külli miqdarda cərimələrə məruz qalmış və maddi ziyanla üzləşmişdir. Qeyd edilir ki, yaranmış bu problemin aradan qaldırılması üçün iddiaçı tərəfin əməkdaşları tərəfindən cavabdeh təşkilatın məsul şəxsləri ilə dəfələrlə danışıqlar aparılsa da, təəssüf ki, heç bir müsbət nəticəsi olmamışdır. Bundan sonra da yaranmış problemin aradan qaldırılması və həmin yoldan iddiaçının maneəsiz istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubla müraciət olunmuşdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ünvana daxil olmuş xx.xx.2023-cü il tarixli, 11-1/2-4326-8/2023 nömrəli müraciətə cavab məktubunda iddiaçıya bildirilmişdir ki, tərəfinizdən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissəsinin üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Göründüyü kimi, sözügedən məktubun iddiaçıya göndərilməsindən bir ildən artıq müddət ötməsinə baxmayaraq, cavabdeh tərəfindən dalan dəmir yolundan istifadəyə maneələrin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görülməmiş və məhz dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin salınması səbəbindən cəmiyyət həmin dalan dəmir yolu üzərində öz qanunla qorunan mülkiyyət hüquqlarını, o cümlədən istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir. Bundan əlavə, cəmiyyəti məhkəmədə təmsil etmək üçün vəkillə müqavilə bağlanılmış və 800 (səkkiz yüz) manat hüquqi xidmət haqqı ödənilmişdir. Hesab edilir ki, həmin vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.4-cü maddələrinə istinad olunmuşdur.
10. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Baksol yolunda aparılan əsaslı təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin, yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlinmiş, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyü də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı “X14 Xarici əlaqələr” ASC Baksol yolunda qalan dəmir yolu xəttinin üzərini açacağı yükdaşıma əməliyyatlarının istifadəsinə şərait yaradılacaqdır. Bilindiyi kimi, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. müvafiq sahənin inkişafını təmin etmək; 2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 3. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1815/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 3 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyə şəraitin yaradılması vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunması, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X11 400 manat hüquqi yardım xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, cavabdeh tərəf də iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirməmişdir. Həmin hal həm cavabdehin etirazı, həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ tərəfindən İddiaçı ASC-yə ünvanlanmış yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli məktubla öz təsdiqini tapır. Həmin məktubda cavabdeh təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlindiyini, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyünün də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsinin məqsədəuyğun hesab edildiyini bildirmiş və İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacağı qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacağını bildirmişdir. Halbuki, mübahisəli dəmir yolu xəttinin üzərinin açmaq vəzifəsi də cavabdehin üzərinə düşür. Ona görə də cavabdehin göstərilən hissə ilə bağlı etirazı əsassız hesab olunmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1, 152.1, 152.2, 152.3 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X18 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baksol yolunda aparılan əsaslı təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin, yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlinmiş, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyü də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı “X14 Xarici əlaqələr” ASC Baksol yolunda qalan dəmir yolu xəttinin üzərini açacağı yükdaşıma əməliyyatlarının istifadəsinə şərait yaradılacaqdır. Bilindiyi kimi, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəzi yyəti nə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 1. müvafiq sahənin inkişafını təmin etmək; 2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 3. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan Qanununun müddəalarınıtətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cimaddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırmaqla sübut etməlidir. iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Birinci instansiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktiki hallar isə aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur.
Apellyasiya şikayətinə qarşı etiraz:
16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili X12 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Gəncə Apellyasiya Məhkəməsində keçirilən işdə iştirak etdiyindən, hazırki məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. - 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2.1 maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1815/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
28. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 230668 sənəd nömrəli, 543 nömrəli pasporta əsasən ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xətti İddiaçı ASC-yə məxsusdur. Həmin dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində iddiaçı ilə razılaşdırılmadan və heç bir rəsmi xəbərdarlıq edilmədən cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən asfaltlama işləri aparılmış və yükdaşıma əməliyyatlarının həyata keçirilməsi mümkünsüz olmuş, bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaratmışdır. Həmin yoldan iddiaçının maneəsiz istifadə etməsinə şəraitin yaradılması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli, 20 nömrəli məktubla müraciət olunmuş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin müraciətə cavab məktubunda iddiaçıya bildirilmişdir ki, tərəfinizdən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissəsinin üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacaqdır. Cavabdeh tərəfindən dalan dəmir yolundan istifadəyə maneələrin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görülməmiş və məhz dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin salınması səbəbindən cəmiyyət həmin dalan dəmir yolu üzərində öz qanunla qorunan mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir.
29. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xəttindən istifadəyə maneələrin aradan qaldırılaraq dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfalt döşəmənin sökülərək həmin yoldan maneəsiz istifadə etməyinə şəraitin yaradılması vəzifəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunmasını tələb edir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də onun davamı olaraq mülki qanunvericilik mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı, Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı).
31. Göründüyü kimi, mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.
32. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.
33. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
34. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.
35. İş materiallarının tədqiqi onu deməyə əsas verir ki, ünvan 2 ünvanında yerləşən dalan dəmir yolu xətti üzərində iddiaçının mülkiyyət hüquqları var. Mülkiyyət hüquqları iddiaçıya həmin əmlaka heç bir məhdudiyyət qoyulmadan sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları verir.
36. Bununla belə, cavabdeh iddiaçıya məxsus olan həmin dalan dəmir yolunun ümumi istifadədə olan yoldan keçən hissəsində asfaltlama işləri aparılmış, bununla da yükdaşıma əməliyyatlarının həyata keçirilməsi mümkünsüz olmuşdur. Bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə ciddi maneələr yaratmışdır.
37. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda cavabdeh təmir işləri zamanı sözügedən ünvanda yerləşən dalan dəmir yolu xəttinin yolun sol tərəfində (şəhər istiqamətində) qalan hissəsinin üzərinin daha əvvəllər tikinti materialları ilə örtülməsi səbəbindən onun fəaliyyətsiz olması qənaətinə gəlindiyini, həmçinin Baksol yolunun hərəkət hissəsinin üzərindən atmosfer sularının kənarlaşdırılmasının mümkünsüzlüyünün də nəzərə alınaraq, yolun mövcud şəkildə tikilməsinin məqsədəuyğun hesab edildiyini bildirmiş və İddiaçı ASC tərəfindən Baksol yolunun solunda qalan dəmir yolu xəttinin üzərinin açılacağı təqdirdə, yol örtüyünün altında qalan hissənin də üzərinin açılaraq yükdaşıma əməliyyatlarının maneəsiz istifadəsinə şərait yaradılacağı qeyd olunmuşdur.
38. Lakin mübahisəli dəmir yolu xəttinin üzərinin açmaq vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh iddia tələbində irəli sürülən bütün maneələri aradan qaldırmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1815/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1815/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.