Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1257/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh GP Alpha Greenhouse” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 25,803,29 əsas borc, 4435,2 manat dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 30298,49 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 25803,29 manat məbləğində icarə haqqı borcu, borclunun icranı gecikdirdiyi üçün illik 5 faiz hesablanmaqla 3225,38 manat, cəmi 29028,67 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı Kommersiya Məhkəməsinin 30 iyun 2021 tarixli, e-2-2(113)-2553/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi üzrlü hesab edilərək, bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qərardadı ilə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, e-2- 2(113)-2553/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, 23.09.2021-ci il tarixli, e-2-2(113)- 2553/2021 saylı qərardadın ləğv edilməsini və apellyasiya şikayəti vermək müddətinin bərpasından imtina edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni 01.09.2021-ci il tarixdə nümayəndəsi X2 tərəfindən qəbzə imza edilməklə əldə etmişdir. Qərardaddan da göründüyü kimi üzərində Cavabdeh adının və ünvanının qeyd olunduğu məhkəmə bildirişləri və məhkəmə qətnaməsi çatdırılmış, imza edilməklə qəbul edilmişdir. İkincisi qətnaməni iddiaçı deyil, məhkəmə göndərmiş, iddiaçı deyil, poçt xidməti çatdırmışdır. Üçüncüsü “Heydərli” adlı və soyadlı şəxsin Cavabdeh ilə əlaqəsi Cavabdeh tərəfindən təqdim edilmiş siyahı əsasında müəyyən edilmişdir. Hesab edir ki, həmin siyahı mötəbər sübut kimi dəyərləndirilməməlidir. Belə ki, Cavabdeh “Heydərli” adını çıxardaraq siyahını təqdim etmə ehtimalı da mövcuddur. Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-2553/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qərardadı ləğv edilməli, cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, iş üzrə qəbul edilmiş qətnamə cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. Cavabdeh müddətin bərpası barədə ərizədə qətnaməni qəbul etmiş “Heydərli” soyadlı şəxsin onun işçisi olmadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədə cavabdeh faktiki ünvanı kimi, ünvan 1 Cavabdehin hüquqi ünvanı kimi qeydiyyata alınmış ünvanda (ünvan 3rdiyinə dair işdə sübutlar olmadığından məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin cavabdehin hüquqi ünvanı kimi qeydə alınmış ünvanda onunla rəsmi işçisi olmayan şəxsə təqdim edilməsi buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qərardadı ləğv edilməli, cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23.09.2021-ci il tarixli, e-2-2(113)-2553/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1257/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1257/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver