Məhkəmə qərarları › İş №2-2(103)-1257/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1257/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1257/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X6 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Cavabdeh4 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə Bakı Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 2041/2025- nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin Halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10151***- *******01L saylı Əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə illik 30 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 200.000 manat məbləğində kredit ayrılmışdır.

2. Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmasına əsasən, Cavabdeh2 illik 21 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 0 (sıfır) ay güzəşt olmaqla, 30.000 (otuz min) manat məbləğində borc pul vəsaiti “Avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə” verilmişdir.

3. İddiaçı Bank ilə Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM200667701 saylı, Cavabdeh3 MMC ilə xx.xx.2023-cü il tarixli 10HUZAM200688501 saylı və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM200675701 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən faizlərin, borcu tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar.

4. 30 may 2025-ci il tarixli , Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X8 tərərfindən təsdiq olunmuş icra qeydinə əsasən, 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, Bakı Şəhəri Səbail Rayonu, Xəqani, Ev 21 Ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /Vöen:**********/ Xeyrinə Bakı Şəhəri, Nəsimi Rayonu, 1-Ci Mikrorayon, Tbilisi Prospekti, Ev 68, Mənzil 9 X7 Cavabdeh1 (AA6255923,xx.xx.2024 - Asan 7; FİN: xxxxxxx; d/t: xx.xx.1986) 10FİZAM200675701 nömrəli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 17882 manat 22 qəpik (on yeddi min səkkiz yüz seksən iki manat iyirmi iki qəpik) tutulsun.Bundan əlavə təklif edirəm borcludan Cavabdeh1 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17907 manat 22 qəpik (on yeddi min doqquz yüz yeddi manat iyirmi iki qəpik) pul tutulması qeyd olunmuşdur.

5. 31 may 2025-ci il tarixli, Bakı 23 saylı notariat ofisinin Xüsusi notariusu X13 tərəfindən təsdiq olunmuş, icra qeydinə əsasən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, Bakı Şəhəri Səbail Rayonu, Xəqani, Ev 21 Ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /Vöen:**********/ Xeyrinə Ваkı Şəhəri Yasamal Rayonu X11 135 M13. Mənzil 5 X7 Cavabdeh2 (AA******* 00 042019 - Asan 3; Fin xxxxxxx. Da 24.12 1994), Bakı Şəhəri Yasamal Rayonu. X12 135, M13 Mənzil 5 X7 Cavabdeh4 (AA0520435. xx.xx.2019 - Asan 3. Fin 0xwb8wb. D-1 04 03 1960) 10151223- 17882,22 manat pul tutulması qeyd olunmuşdur. Bundan əlavə təklif edirəm borcludan Cavabdeh1 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17907 manat 22 qəpik (on yeddi min doqquz yüz yeddi manat iyirmi iki qəpik) pul tutulması qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

6. “İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 MMC vəCavabdeh1 müştərək qaydada 18580,25 manat məbləğində əsas kredit borcu, 923,23 manat məbləğində hesablanmış faiz borcu, 216,84 manat cərimə olmaqla, cəmi 19720,32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 149,16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 MMC və Cavabdeh1 müştərək qaydada 16580.25 manat məbləğində əsas kredit borcu, 923.23 manat məbləğində hesablanmış faiz borcu, 216.84 manat cərimə olmaqla, cəmi 17720.32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 149.16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10151223- 170830801L saylı Əsas kredit limiti razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3119 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2023-cü il tarixli 10151***-*******01L saylı kredit limiti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli 10151***-*******01L saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 02 aprel 2025-ci il tarixinə İddiaçı ASC 19703.30 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 18 341.83 manat, faiz borcu üzrə 1361.47 manat məbləğində müəyyən edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3745/2025 saylı qətnaməsi ilə iddia təmin edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMCdən və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə 16.580,25 manat əsas borc, 923,23 manat faiz borcu, 216,84 manat dəbbə pulu olmaqla, cəmi 17.720,32 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 149,16 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2023-cü il tarixli 10151***-*******01L kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində (dəqiqləşdirilmişdir) göstərilən əsas və faiz borcundan yüksək məbləğdə müəyyən edilmişdir. Beləliklə, məhkəmə xx.xx.2023-cü il tarixli 10151***-*******01L saylı kredit müqaviləsi əsas və faiz borcu məbləği ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə Kredit razılaşması üzrə iddiaçıya 16.580,25 manat məbləğində əsas borc məbləği, 923,23 manat məbləğində faiz borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada həmin məbləğlərdə pul tutularaq iddiaçıya ödənilməlidir. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olmadığından 216,84 manat məbləğində müəyyən edilməli və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3745/2025 saylı qətnaməsinin ləğv edilməsi, icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia ərizəsinin əsasını təşkil edən borc tələbinin tutulması ilə bağlı icra qeydinin verilməsi üçün elektron sistem vasitəsilə notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi borclu Cavabdeh1 (hazırki iş üzrə cavabdeh) cəmi 17,907.22 manat pulun tutulması ilə bağlı xx.xx.2025-ci il tarixli icra qeydi qəbul etmişdir. Həmin icra qeydi əsasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi icra tədbirlərinə başlamış və Cavabdeh1 əmək haqqından pulun tutulması ilə bağlı onun işə götürəninə rəsmi qaydada müraciət etmişdir. Bundan başqa, iş üzrə digər borclu Cavabdeh4 əmək haqqından hazırki iddia ərizəsinin əsasını təşkil edən borc məbləği bir neçə aydır ki tutulmaqdadır (icra məmurunun həyata keçirdiyi məcburi icra tədbirləri nəticəsində). Eyni tələb üzrə həm məhkəmə, həm də notariat qaydasında icra tədbiri eyni vaxtda həyata keçirilə bilməz. Bu prosessual qanunvericiliyinin tələblərinin pozulmasıdır. Göründüyü kimi, iddiaçı prosessual qanunvericiliyin ona vermiş olduğu hüquqlardan sui-istifadə edərək, eyni tələb ilə bağlı icra qeydi ola-ola, məhkəməyə buna dair məlumat verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır, Cavabdeh1 apellyasiya şikayətində “eyni mübahisə barədə artıq qüvvəyə minmiş qərar mövcud olması və həmin qərarın artıq icra edilməsi” ilə bağlı qeyd olunanlar qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin eyni mübahisə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olması ilə bağlı icraata xitam verilməsi əsasını tənzimləyən 261.0.2-ci maddəsinin məzmunundan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.Göründüyü kimi, MPM-in 261.0.2-ci maddəsi icraata xitam verilməsi əsasını eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə notariusun icra qeydinin (icra sənədinin) olması ilə deyil, məhz məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması ilə şərtləndirir. İcra qeydi isə məhkəmə qətnaməsi deyil və hazırkı iş üzrə icra qeydinin olması mülki iş üzrə icraata xitam verilməsi əsası kimi çıxış edə bilməz. Bir sözlə, mülki iş üzrə icraata nə MPM-in 261.0.2, nə də MPM-in 261.0.1-ci maddəsi ilə xitam verilməsi üçün də əsas ola bilməz.Çünki, mülki prosessual qanunvericilikdə mülki iş üzrə icraata xitam verilməsi əsasları konkret şəkildə təsbit edilmişdir, hazırkı tələbə münasibətdə isə qətnamənin ləğv edilməsi və ya icraata xitam verilməsi üçün əsaslar yoxdur. icra qeydinin olması hazırkı iddia ilə məhkəməyə müraciət edilməsinə mane olmur, belə bir iddianın verilməsini qadağan edən və ya mümkünsüz edən hər hansı bir norma mövcud deyildir. Bu iddianın verilməsi iddiaçının konstitusion hüquqdur. Cavabdehin isə formal mülahizəsi əsasında məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi baxımından, məhkəmə qətnaməsinin icra olunması bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və məhkəmə qətnaməsinin icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur, lakin icra qeydinin icrasına dair belə bir məcburiyyət yoxdur.İcra qeydinin icra edilməməsinə görə cinayət məsuliyyəti qanunvericlikdə nəzərdə tutulmasa da Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icra edilməməsinə görə müvafiq məsuliyyət qanunda təsbit edilmişdir. Bundan başqa notarius tərəfindən icra qeydinin verilməsi iddia müddətinin axımını dayandırmır, məhkəmə qətnaməsi çıxarılması məqsədilə iddia ərizəsinin verilməsi isə iddia müddətinin axımını dayandırır. Yəni, gələcəkdə icra qeydi ləğv olunacağı təqdirdə, iddia ilə məhkəməyə müraciət edilərsə, iddia müddəti keçmiş olacaqdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

22. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

23. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

24. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

26. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunu

28. Maddə 76.Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

Azərbaycan Respublikasının “ İcra haqqında” Qanunu

29. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: • 6.1.4. notariusun icra qeydləri; • 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 2.1. mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

31. Maddə 4.1.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir.

33. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: • 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

37. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

39. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

40. İşin müəyyən olunan halları ondan ibarətdir ki, Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmasına əsasən, Cavabdeh2 illik 21 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 0 (sıfır) ay güzəşt olmaqla, 30.000 (otuz min) manat məbləğində borc pul vəsaiti “Avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə” verilmiş, Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM200667701 saylı, Cavabdeh3 MMC ilə xx.xx.2023-cü il tarixli 10HUZAM200688501 saylı və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM200675701 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən faizlərin, borcu tutulması üzrə məhkəməxərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar

41. Zamin kreditor qarşısında məhz zaminliklə təmin edilmiş əsas öhdəliyə görə tamamilə və ya qismən məsuliyyət daşıyır (§ 23-25). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır”.

42. 30 may 2025-ci il tarixli , Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X8 tərərfindən təsdiq olunmuş icra qeydinə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, Bakı Şəhəri Səbail Rayonu, Xəqani, Ev 21 Ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /Vöen:**********/ Xeyrinə Bakı Şəhəri, Nəsimi Rayonu, 1-Ci Mikrorayon, Tbilisi Prospekti, Ev 68, Mənzil 9 X7 Cavabdeh1 (AA6255923,xx.xx.2024 - Asan 7; FİN: xxxxxxx; d/t: xx.xx.1986) 10FİZAM200675701 nömrəli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli müddət üçün vaxtında ödənilməmiş 17882 manat 22 qəpik (on yeddi min səkkiz yüz seksən iki manat iyirmi iki qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Cavabdeh1 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17907 manat 22 qəpik (on yeddi min doqquz yüz yeddi manat iyirmi iki qəpik) pul tutulması qeyd olunmuşdur.

43. 31 may 2025-ci il tarixli, Bakı 23 saylı notariat ofisinin Xüsusi notariusu X13 tərəfindən təsdiq olunmuş, icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1095, Bakı Şəhəri Səbail Rayonu, Xəqani, Ev 21 Ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /Vöen:**********/ Xeyrinə Ваkı Şəhəri Yasamal Rayonu X11 135 M13. Mənzil 5 X7 Cavabdeh2 (AA******* 00 042019 - Asan 3; Fin xxxxxxx. Da 24.12 1994), Bakı Şəhəri Yasamal Rayonu, X12 135, M13 Mənzil 5 X7 Cavabdeh4 (AA0520435. xx.xx.2019 - Asan 3. Fin 0xwb8wb. D-1 04 03 1960) 10151223- 17882,22 manat pul tutulması qeyd olunmuşdur. Bundan əlavə təklif edirəm borcludan Cavabdeh1 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17907 manat 22 qəpik (on yeddi min doqquz yüz yeddi manat iyirmi iki qəpik) pul tutulması qeyd olunmuşdur.

44. 30 may 2025-ci il tarixli və 31 may 2025-ci il tarixli icra qeydlərinə əsasən müvafiq icra hərəkətləri başlamış, AR Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun gəlirindən tutulma barədə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X5” MMC-yə müraciətinə əsasən Cavabdeh1 münasibətdə, AR Ədliyyə Nazirliyi Yasamal rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun gəlirindən tutulma barədə” müaricətinə əsasən borclular Cavabdeh2 və Cavabdeh4 İzzətəlli oğluna münasibətdə icra vərəqəsi əsasında icra hərəkətləri davam etdirilmişdir.

45. İş materillarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin məktubuna əsasən, icraatında olan olmuş Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-8104 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə qalıq borc 14183 manat təşkil edir.

46. İş materillarına əlavə edilmiş ödəniş qəbzlərinə əsasən, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə ümumilikdə1350 manat abunəçi Cavabdeh2 tərəfindən ödəniş olunmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC hazırki apellyasiya baxışının predmeti olan iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə məhkəmədə baxılmalı tələb kimi qiymətləndirilə bilməz. Çünki onun iddiasının faktiki əsasını təşkil edən kredit müqaviləsi üzrə artıq notariuslar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə icra qeydləri verilmiş, həmin icra sənədləri icraya yönəldilmiş, hətta qismən icra olunmuşdur.

48. İş materillarına əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC ilə xx.xx.2023-cü il tarixli 10HUZAM200688501 saylı zaminlik müqaviləsi bağlanmış zamin Cavabdeh3 MMC digər borclularla birlikdə borcun ödənilməsinə dair öhdəlik götürmüşdür. Digər borclulardan fərqli olaraq onunla bağlı notariat icra qeydi verilməmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 2(103)-1282/2025 saylı qərardadı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3745/2025 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Cavabdeh4 qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə işin icraatına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə iş üzrə icraata xitam verilmişdir.

50. Bu səbəbdən kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3745/2025 saylı qətnaməsi cavabdeh (zamin) Cavabdeh3 MMC-dən Kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli Razılaşmasına əsasən yaranmış 17.720,32 manat borc məbləğinin, ödənimiş 149,16 manat dövlət rüsumu və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin digər cavabdehlərlə müştərək qaydada tutulması hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, hazırki iddia tələbi icra sənədi üzrə olan 17.720,32 manat borc məbləğindən digər borclular tərəfindən icra qeydləri əsasında olunan ödənişlər nəzərə alınmaqla qalıq borcla bağlı 14183 manat məbləği Cavabdeh3 MMC-yə münasibətdə təmin olunmalıdır.

51. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlməmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-3745/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən, zamin Cavabdeh3 MMC-yə münasibətdə təmin olunsun və Cavabdeh3 MMC-dən 14183 manat qalıq borc məbləği və 149,16 manat dövlət rüsumu notariusların icra qeydləri əsasında olunan ödənişlər nəzərə alınmaqla tutularaq İddiaçı ASCyə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 75 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh3 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar