Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-126/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə; İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın tutulması” barədə qarşılıqlı iddiaları üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “borcun tutulması” tələbinə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 16298,47 manat icarə haqqı borcu, 98054,46 manat müqavilə üzrə cərimə borcunun, toplam 114352,93 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, ilkin iddiaçı, qarşılıqlı iddiaçı qarşısında uzunmüddətli avtomobil müqaviləsi öhdəliyini icra edə bilmədiyinə görə qarşlıqlı iddiaçının işgüzar nüfuzuna vurduğu ziyana və qarşlıqlı iddiaçının 3-çü şəxlər qarşısında öhdəliyini icra edə bilmədiyinə görə, qarşlıqlı iddiaçıya dəymiş 500.000 manat ziyanın ilkin iddiaçıdan alınaraq qarşlıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçı "İddiaçı MMC-nin bank hesabına, daşınar əmlakına, avtomobillərinə, cəmi 500.000 manat məbləğində olan, qarşılıqlı iddia tələbi miqdarında həbs qoyaraq, avtomobillərin duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanmışdır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmə tədbiri kimi qarşılıqlı iddia üzrə cavabdehin bank hesabına, daşınar əmlakına, avtomobillərinə, cəmi 500.000 manat məbləğində olan, qarşılıqlı iddia tələbi miqdarında həbs qoyaraq, avtomobillərin duracağa yerləşdirilməsi zərurəti vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh «xxxx” MMC-yə qarşı «borcun ödənilməsi» tələbinə dair ilk, iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə “dəymiş ziyanın tutulması” barədə qarşılıqlı iddia ərizələri üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ərizəsi təmin edilməmişdir. Qərardadla razı olmayan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət qanunvericilik normalarını sadalamaqla əsaslandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, iddianın təmin etmək üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hərhansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlər tələb olunan əmlak tələbinin xarakterinə və xüsusiyyətlərinə mütənasib olmalıdır. MPM-nin 157-158 maddələrində göstərilmiş halların mövcud olmasının sübut edilməsi, müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiq edilməsinin zəruriliyi, tələbin təmin edilməsi barədə ərizə ilə müraciət edilməsinin səbəblərinin əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. Və iş üzrə gələcəkdə məhkəmə qərarının icrasının çətinləşdirə və ya qeyri-mümkün edə biləcəyi hər-hansı bir maneənin olmasına dair halların mövcud olmasının sübut edilməsi İddiaçının üzərinə düşür. “xxxx” MMC bu vəzifəni icra etməmişdir. Eyni zamanda, kollegiya hesab edir ki, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, qarşılıqlı iddia tələbi miqdarında həbs qoyaraq avtomobillərin duracağa yerləşdirmək zərurəti yoxdur. Belə zərurət gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyrimümkün edilə biləcəyi hallarda yaranır. Həmçinin iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi cavabdehin əmlakı üzərində sərəncam vermək hüququna nəinki iddia tələbi həcmində, həmçinin iddia tələbindən çox olan hissədə də məhdudiyyətin qoyulmasına gətirib çıxara bilər. Bundan başqa belə məhdudiyyət yalnız cavabdehə deyil, həmçinin iddia tələbinə aidiyyəti olmayan 3-cü şəxslərin də hüquqlarının pozulmasına səbəb ola bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-662/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-126/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-126/2020
31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver