Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-126/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Nümayəndə Cavabdeh qarşı müqavilə öhdəliyinin icrasının təmin edilməsi” barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 121 E ünvanında yerləşən "Askar" otellə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə həmin obyektin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyin qoyulması, müqavilə müddətinin icarə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 121 E ünvanında yerləşən "Askar" otelin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verildiyi andan hesablanması və müqavilə şərtlərini pozduğu üçün cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 20.000 (iyirmi min) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşir, tələb həmin əmlakın sahibkar şəxs olan iddiaçının istifadəsinə və sahibliyinə verilməsi ilə bağlıdır. MPM-nin 39.1-ci maddəsinin tələbinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, 121 E ünvanında yerləşən "Askar" otellə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin şərtləri ilə həmin obyektin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı öhdəliyin qoyulması, yəni icarə müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyə riayət edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə tərəfindən sənədlərə əsasən müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanlarında qeydiyyatdadırlar. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə şikayət ərizəsini əsassız hesab edərək birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən işə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz və hazırkı iddia tələbi müstəsna aidiyyət qaydalarına uyğun olaraq baxılmalı olan iddialara aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, MPM-nin 39-cu maddəsində göstərilən hallar Mülki Məcəllənin 157–ci maddəsində mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi üçün istifadə edilən 3 iddianın tətbiqi ilə bağlıdır: vindikasiya, neqator və mülkiyyət hüququnun tanınması iddiaları. Mülkiyyət hüququnun tanınması iddiası ilə məhkəməyə üçüncü şəxslər tərəfindən mülkiyyət hüququnun mübahisələndirildiyi halda müraciət edilir. Neqator iddia – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, yəni mülkiyyətçinin əmlaka sahiblikdən məhrumetmə ilə bağlı olmayan pozuntulara xitam verilməsi tələbdir. Vindikasiya iddiası - əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsidir. Bu əşya-hüquq iddialarının xüsusiyyətləri ondan ibarətdir ki, tərəflər müqavilə-hüquq münasibətlərində olmurlar. Göründüyü kimi, cavabdehə qarşı müqavilə öhdəliklərinin icra edilməməsi ilə əlaqədar olan hazırkı işdə bu hallar mövcud deyil və tərəflər arasında yaranan mübahisə - mülki hüquq müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi və nəticədə fiziki şəxsə vurulmuş zərərlə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Nümayəndə şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3218/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-126/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-126/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver