Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1268/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli e-2-2(113)-1891/2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 10882,34 manat və gecikdirilmiş faiz borcu üzrə illik beş faiz olmaqla 1632,69 manat, cəmi 12514.69 manat və ödənilmiş 30 manat iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli e-2-2(113)-1891/2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilərək 07.01.2015-ci il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 9164,81 manat, ödənilməmiş əsas borca illlik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10.016 (on min on altı) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-ə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən həmin qətnamədən 28.09.2021-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində çıxarışdan görünür ki, qətnamə 27.08.2021-ci il tarixdə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 27.09.2021-ci il tarixdə bitdiyindən iddiaçı 28.09.2021-ci il tarixdə apelyasiya şikayəti verməklə qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normanın tələbinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli e-2-2(113)-1891/2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli e-2-2(113)-1891/2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1268/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1268/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver