Məhkəmə qərarları › İş №2-2(103)-128/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-128/2021

11.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-128/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi və barəsində qanunsuz hesablanmış 10.500 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən ona məxsus istixanaya quraşdırılmış “Viko” markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş və sökülərək götürülmüşdür. Sayğaca baxışla bağlı ASC-nin əməkdaşları - A.Babayev, B.Hacıyev, R.Əhmədov və E.Abdullayev tərəfindən şəxsiyyəti ona məlum olmayan və abonentin nümayəndəsi kimi qeyd edilmiş Teymur Məlikovun iştirakı ilə tərtib olunmuş NDQ-007028 saylı, xx xxxxxx 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, c/tlarının üzərinə vurulmuş möhürlər (417869, 417866,417867) müdaxiləlidir. Qoyuluş gücü güc transformatoruna əsasən s=160 Kva təşkil edir. Bu aktın əsasında ona 10.500 manat məbləğində borc hesablanmışdır. Aşağıdakılara əsasən həmin akt və hesablanmış cərimə əsassızdır. Mülki-hüquq müqavilə üzrə bir tərəfin digər tərəf barəsində akt tərtib etməsi mülki qanunvericiliyin normalarına ziddir. Digər tərəfədən, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun aparılmamış, əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Adıçəkilən Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə olan halda hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərinə əməl etməyərək qəbul etdiyi akt qanuni hesab oluna bilməz. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2020 saylı xx.xx.2020-ci qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, NDQ N07028 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 9919 məbləğində borc silinməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və qətnaməsinin qismən – iddianın təmin olunduğu 9.919 manat borcun silinməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qanunsuz və əsassızdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş fakki hallarına görə xx.xx.2020-ci il tarixdə cavabdeh ASC-nin Nəzarət Departamennin əməkdaşları tərəfindən Şəmkir rayonunda yerləşən, iddiaçıya məxsus isxanada elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, obyekn daxilində quraşdırılmış elektrik sayğacının cərəyan transformatorlarının möhürlərinə müdaxilə edilmiş, hər 3 cərəyan transformatorunun transformasiya əmsalı fakki olaraq 300/5A (K=60) olduğu halda, kompyuter məlumat bazasında düzgün olmayaraq 150/5A (K=30) kimi qeyd olunmuş, nəcədə istehlak edilmiş elektrik enerjisi sərfiyya hər ay 60 əmsala vurulmaqla hesablanmaq əvəzinə, 30 əmsala vurulmaqla düzgün hesablanmamış (50 % xəta), yoxlama zamanı sayğacın göstəricisi 3908,7 kvt olmuşdur. Qeyd edilənlər yoxlamanın nəcəsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli NDQ seriyalı 007028 saylı aktla rəsmiləşdirilmiş, yoxlamada abonentin nümayəndəsi kimi iştirak edən Teymur Məlikov aktı imzalamaqla aktda göstərilən halların həqiqətən də mövcudluğunu təsdiq etmişdir. Bundan başqa, cərəyan transformatorlarına müdaxilə edilərək transformasiya əmsalının dəyişdirilməsi xx.xx.2020-ci il tarixli 166198 saylı laborator müayinə protokolu, həmçinin məhkəmədə şahid qismində dindirilmiş Afiq Balayevin və Bəhruz Hacıyevin ifadələri ilə də öz təsdiqini tapmışdır. Sayğac-uçot kompleknin iddiaçıya məxsus obyektin daxilində quraşdırıldığını nəzərə alaraq və tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik, eləcə də cərəyan transformatorlarına müdaxilə olunmasına görə məsuliyyət istehlakçının üzərinə düşmüşdür. Aşkar edilən pozuntu fak ilə bağlı irilmiş elektrik enerjisi sərfiyyanı bərpa etmık məqsədilə istehlakçı ilə elektrik sayğacının quraşdırıldığı xx.xx.2017-ci il tarixdən pozuntunun məlum olduğu xx.xx.2020-ci il tarixədək olan dövr üçün yenidən hesablaşma aparılaraq, 3908,7 kvt x 30 əmsal = 117261 kvts x 0,09 manat = 10.553,49 manat əlavə sərfiyyat hesablanmışdır. Qeyd edilən hesablaşmanın aparılması EEİQ-nin 8.15 və 8.17-ci bəndlərinin tələblərinə əsaslanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün sayımışdır. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirir. Ona görə də MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır. İş materiallarına əsasən isə müəyyən olunur ki. cavabdehin qətnamə ilə iddianın təmin olunan hissəsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını əsaslandıran mövqeyi əsasızdır. Belə ki, birincisi, işdə olan sənədlərə, o cümlədən, mübahisəli obyektin “Abunə haqqında” məlumatlarına əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən Şəmkir rayonunda yerləşən, iddiaçıya məxsus isxanada elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyəti yoxlanıldığı yanvar ayında obyektin sayğac üzrə elektrik enerjisi sərfiyyatı 558 manat təşkil etmiş və həmin sərfiyyat 2018-2019-cu illərin müvafiq aylarındakı sərfiyyta uyğun gəlir. Belə ki, həmin illərin yanvar ayları üzrə sərfiyyat müvafiq olaraq 715,50 manat, 540 manat təşkil etmişdir. İkincisi, cavabdeh tərəfindən iddiaçıya son üç ilə (2017-2020) görə əlavə sərfiyyatın hesablanması onu göstərir ki, sayğacın həmin cərəyan transformatorları əvvəllər də mövcud olmuş, lakin təchizatçı tərəfindən buna əhəmiyyət verilməmiş və iddiaçı da ona sayğac göstəricisinə müvafiq təqdim olunmuş hesablar üzrə ödənişlər həyata keçirmişdir. Üçüncü bir tərəfdən, cavabdehin Akt komissiyasının işdə olan, xx.xx.2020-ci il tarixli icra vərəqində qeyd olunur ki, “ dövrədə quraşdırılmış cərəyan transformatorlarının əmsallarının düzgün deyi. Belə ki, faktiki olaraq yerində c/t-ların əmsalı 300/5 (K=60) olduğu halda, kompüter məlumat bazasında əmsal 150/5(K=30) kimi qeyd olunub. C/t üzərinə vurulmuş möhürlər müdaxilədir. Qərar 3908,7 göstərici x30 əmsal =117261 kvts.” Cavabdeh hazırkı apellyasiya şikayətində həmin hesablamaya aydınlıq gətirərək qeyd edir ki, elektrik sayğacının quraşdırıldığı xx.xx.2017-ci il tarixdən pozuntunun məlum olduğu xx.xx.2020-ci il tarixədək olan dövr üçün yenidən hesablaşma aparılaraq, 3908,7 kvt x 30 əmsal =117261 kvts x 0,09 manat=10.553,49 manat əlavə sərfiyyat hesablanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Elektrik enerjisindən istifadə Qaydalarının: 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 10.8.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir. 10.9-cu bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Qaydaların qeyd tələbləri baxımından cavabdeh iddiaçıya məxsus mübahisəli obyektə quraşdırılan sayğacdakı cərəyan transformatorlarında mövjud olan əmsal pozğunluğunu 2017-ci ildən görməyə borclu idi. Lakin bunu görüb heç bir əhəmiyyət verməmişdir. Belə çıxır ki, iddiaçıya səhv hesablar təqdim etmiş və sonuncu tərəfindən də həmin hesablara uyğun ödənişlər həyata keçirilmişdir. Belə olan halda, Qaydaların 8.2-ci bəndinin tələbinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Dördüncüsü, iddiaçının iddia tələbinin əsaslarından biri də yoxlamanın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyi təşkil edir. Cavabdeh tərəfindən isə iddiaçıya məxsus obyektdə «Elektrik Enerjisindən istifadə Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra, yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, cavabdehin həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələrin, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş mübahisələndirilən akt, protokol, akt komissiyasının icra vərəqi və iddiaçıya verilən hesabla təsbit olunan nəticələr hüquqi qüvvəyə malik ola bilməz, etibarsızdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması və iddianın qismən təmin olunaraq 9919 məbləğində borc silinməsinin qət olunması maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1441/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar