Məhkəmə qərarları › İş №2-2(103)-1282/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1282/2025

09.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1282/2025 09.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə4, Nümayəndə5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Audiovizual Şurası və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4199/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2023- cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçıya verilmişdir.

2. "xxxx" Şirkətinin 2023-cü ildə Audiovizual Şuraya müraciəti əsasında təqdim olunan sənədlərə əsasən sonuncu tərəfindən aparılmış araşdırma ilə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa1” in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu təsbit olunmuş və Audiovizual Şura xx.xx.2023-cü il tarixli məktubla xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən yayım operatorlarına müraciət edərək, qeyd olunan idman yarışlarının yayımını həyata keçirən xarici televiziyakanallarının retranslyasiyasını qanunvericiliyə uyğun (rəsmi müqavilə əsasında) həyata keçirilmələrini tələb etmişdir;

3. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir;

4. İddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu "xxxx" Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... "xxxx" MMC-nin “Bektelecom” xidməti ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları iddiaçıya məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) 2025-ci ilin mart - aprel aylarında 2 ay müddətinə qanunsuz yayımlanması nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış fayda qismində 30 000 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC hüquq varisi Cavabdeh (bundan sonra Cavabdeh MMC) ilə əvəz edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 4199/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışıdr ki, normaların təhlil etdikdə aydın olur ki, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Yayım təşkilatının isə verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüququ, o cümlədən öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi hüququ vardır. Yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsini, yəni retranslyasiyasını həyata keçirən platforma operatoru ilə proqramın müəllifi və ya xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlanmalı, bağlanmış müqavilənin surətini isə Audiovizual Şuraya təqdim edilməlidir. Cavabdeh etirazının əsası kimi iddiaçının hüquq sahibi olmasını yayım hüquqlarının sonuncuya məxsus olduğunu təsdiq edən sübutun təqdim edilməməsi, məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətinin təqdim edilməsi ilə şübhə altına almağa çalışmışdır. “Media haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının və həmin Qanunun 43.1,46-cı maddələrinin tələblərinə əsasən, Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir. Qanunun 13.6-cı maddəsinə əsasən, bu Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Audiovizual Şuraya müraciət edə bilər. Təqdim olunan sübutlardan və Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirən Audiovizual Şuranın təsbitlərindən aydın olur ki, İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu isə bu hüququ xx.xx.2023 - xx.xx.2025-ci il tarixlərdə iddiaçıya vermişdir. Bu isə cavabdehin etirazının əsassız olduğu qənaətinə gəlməyə əsas verir. yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımı və tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququnun verildiyi iddiaçı hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla ondan istənilən formada istifadəyə müstəsna hüquqa malikdir və həmin idman yarışlarının retranslyasiyasını həyata keçirən bütün hüquqi və fiziki şəxslər, o cümlədən cavabdeh xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair müqavilə bağlamalı, qonorar ödəməlidirlər. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu hüquq sahibinə zərərin ödənilməsini (həmin normada zərər dedikdə zərərin real forması nəzərdə tutulur), pozucudan əldə etdiyi gəlirin tutulması (faydalanma forması) və ya normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini (analogiya forması) tələb etmək hüququ verir. Təqdim olunan analoji müqavilələr üzrə aylıq orta qiymətin 17334 manat ((20000+20000+12000)/3) təşkil etdiyini, iddiaçının isə aylıq 15000 manat hesablamaqla 2025-ci ilin mart və aprel ayı üçün cəmi 30000 manat tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 2025-ci ilin mart və aprel ayı üçün tutulmalı olan zərərin həcmi müəyyənləşdirilərkən həmin göstərici nəzərə alınmalı və 2 ay üçün 30000 manat (2 ay x 15000 manat) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4199/205 saylı, xx.xx.2025-ci tarixli qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, İddiaçı MMC-nin iddia predmetinin tərkibi olan sözügedən kanalların müstəsna yayım hüququnun iddiaçıda olduğuna istinad etsələr də onların həmin hüquqa həqiqətən malik olub-olmadığı icraat gedişində heç bir zaman tədqiq edilməmişdir. Bütün bunların nəticəsində qeyd edilən məqamlar araşdırılmadan iddiaçı tərəfin sözügedən tələb üzrə müstəsna yayım hüququna malik olduğu hesab edilmiş və prosesin növbəti gedişatı da birbaşa olaraq bu istiqamət üzrə aparılmışdır. Bununla əlaqədar olaraq qeyd edirik ki, kanalların qanunsuz yayımı ilə bağlı heç bir əsaslı məlumat təqdim edilməmiş, sübut qismində təqdim edilən faktlar həqiqəti əks etdirməyən, təhrif edilmiş və ya mötəbərliyi şübhə doğuran məlumatlar olmuşdur. İddiaçının sübutları məzmunca ziddiyyətlidir və faktları təhrif etmək məqsədi daşıyır. Əgər İddiaçı həqiqətən də, Azərbaycan EBEL-in müstəsna yayım hüququna malikdirsə belə, bundan sui-istifadə etməyə çalışır. Cavabdeh "xxxx" (hal-hazırda Cavabdeh MMC) MMC sözü gedən kanalların heç bir zaman özbaşına yayımını həyata keçirməmiş, o, digər hüquqi şəxs “X8” MMC (daha əvvəl QSC) ilə müqavilə əsasında iddiaçının istinad etdiyi dövr daxilində həmin kanalların satışını həyata keçirmişdir. Belə ki, sözügedən kanalların "xxxx" MMC tərəfindən yayımlanması ilə bağlı münasibətlər "xxxx" MMC ilə "xxxx"QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli XM- 178-22 nömrəli müqavilə ilə tənzimlənir. Müqaviləyə əsasən, “X8” MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş müvafiq, o cümlədən iddia ərizəsində adları qeyd edilən kanalların daxil olduğu kanallardan ibarət RƏQƏMSAL TV Platforması yalnız satışını həyata keçirir. Həmin xidmətin özü ilə bağlı bütün iqtisadi texniki və hüquqi münasibətlər isə artıq “X8” MMC tərəfindən tənzimlənir. Müqavilədən də məlum olduğu kimi "xxxx" MMC-nin sözügedən kanallarla bağlı öhdəliyi mövcud deyildir. Müqavilənin predmeti olan xidmətin göstərilməsi üçün "xxxx" MMC-dən yalnız müvafiq lisenziya tələb edilir ki, bu da müqavilənin 2.4.1-ci bəndində göstərilmişdir. Kanalların cavabdeh tərəfindən yalnız satışı həyata keçirilir ki, həmin satışın tələb və şərtləri, habelə tərəflərin öhdəliyi və buna müvafiq məsuliyyəti birbaşa olaraq həmin müqavilədə tənzimlənmiş və iddiaçının iddia etdiyi “pozuntu” halı heç bir zaman baş verməmişdir. Hətta kanalların satışının həyata keçirilməsi halının pozuntu olmasını fərz etsək belə, o zaman iddiaçının ilkin olaraq “X8” MMC-yə qarşı iddia qaldırmadan birbaşa olaraq onun müqavilə tərəfi "xxxx" MMC-yə (Cavabdeh MMC) qarşı tələb irəli sürməsi halı özü-özlüyündə kifayət qədər absurd məqamdır və iddiçanın tamamilə fərziyyələrə əsaslanan “müstəsna hüququndan” birbaşa olaraq sui istifadəsidir. Yuxarıda qeyd edilmiş “müstəsna hüquq” məsələsi kimi sözügedən hala da iddiaçı tərəfindən sübutetmə öhdəliyi onda olmasına baxmayaraq heç bir dəlil gətirilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, qeyri-əmlak hüquqlarının pozulması halında, ümumiyyətlə, əldən çıxmış faydanın ödənilməsini tələb etmək mümkün deyil, belə ki, bu anlayış şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinin əsas vasitəsi olan mənəvi zərərin ödənilməsinə deyil, sahibkarlıq və ya digər fəaliyyətdən əldə edilən mənfəətin itirilməsi ilə bağlı zərərin ödənilməsinə aid edilir. Lakin buna baxmayaraq, məhkəmə İddiaçı tərəfindən tələb edilmədiyi halda cavabdehin əldə etdiyi gəlir həcmində faktiki olaraq mənəvi zərər tutulması qərarına gəlmişdir. Əlavə olaraq Audiovizual Şuranın 3- 49/2-340/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda açıq şəkildə göstərilir ki, mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımı xx.xx.2025-ci il tarixdən dayandırılmalıdır. İddiaçının təqdim etdiyi sübutlardan da aydın şəkildə görünür ki, iddiaçının müraciəti əsasında Audiovizual Şura əlaqədar şəxsləri məlumatlandırmış və həmin şəxslər yayım haqqının yenidən Adrescon tərəfindən əldə edildiyini bildikdən sonra yayımı həyata keçirməmişlər. Üstəlik iddiaçı özü də bu faktı təsdiq edir. Beləliklə, məhkəmə nəzərə almamışdır ki, Audiovizual Şuranın 3-49/2-340/2025 nömrəli xx.xx.2025ci il tarixli məktubunda mübahisənin predmeti olan bir sıra idman kanallarının (МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧФутбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3) yayımı məhz xx.xx.2025-ci il tarixindən dayandırılmalı olduğunun göstərildiyini nəzərə alaraq iddiaçının hər hansı hüququn pozulmasından söhbət gedə bilməz. Üstəlik həmin idman kanallarının yayımı müvafiq tarixdə dayandığı üçün iddiaçının hər hansı hüququnun pozulmasını da iddia etməsi əsassızdır. Yayım hüququ ilə əlaqədar lisenziyanın alınması özlüyündə ictimaiyyətə açıq məlumat olmadığı üçün yayımı həyata keçirən subyektlərin bunu bilməsi yalnız səlahiyyətli qurum olan Audiovizual Şuranın xəbərdarlığı əsasında mümkündür. Bunu əsasən lazımi qaydada məlumatlandırma etmədən pozulmuş hüquqa görə əldən çıxmış fayda tələb etmək mülki hüququn təməl prinsipi olan vicdanlılığa tamamilə ziddir. "xxxx" MMC-nin abunəçi sayı və müqavilələrdə adları qeyd edilən “ATV Plus”, “AG Telekom” və “Kaspian Telekom”-un abunəçi sayı eyni deyildir. Hətta bu üç müqavilədən biri olan “Kaspian Telekom” ilə bağlanmış müqavilənin dəyərinin digərlərindən ciddi şəkildə aşağı olması da bunun göstəricisidir. Lakin iddiaçı məbləği hesablayarkən hər üç məbləği toplayaraq ədədi orta əsasında ona dəyən zərəri müəyyən etdiyini iddia edir. iddiaçı tərəfindən eyni məhsulun alıcılarına münasibətdə qiymət ayrı-seçkiliyinə yol verilməsi faktları mövcuddur. Belə ki, iddiaçı tərəfindən müvafiq idman kanallarının yayımı üçün AiləTV, Citiynet, KATV kimiprovayderlərə hər abunəçi üçün 2 AZN xidmət haqqı ödənilməsi nəzərdə tutulsa da, qərəzli olaraq bir sıra təşkilatlara (misal üçün Cavabdeh MMC) abunəçi sayından asılı olmayaraq aylıq 20 000 manat xidmət haqqı ödənilməsi şərti ilə müqavilə bağlanması tələb olunur. AR Rəqabət Məcəlləsinin 16.2.12.2-ci maddəsinə əsasən eyni növ və eyni keyfiyyətli məhsul oxşar məzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaradılması, hökmran mövqedən sui-istifadə kimi xarakterizə edilməklə qanunvericiliyin tələblərinin pozulmasıdır. zərərin həcmi müəyyən edilərkən "xxxx" MMC-nin həmin dövrdə mövcud olan faktiki abunəçi sayı nəzərə alınmalıdır. İddiaçının iddia etdiyi 30 000 (otuz min) manat dəymiş zərərin nəyə əsaslandığı dəqiqləşdirilməmişdir. İddiaçı tərəfindən “müstəsna yayım hüququ”nun əsası kimi təqdim edilən sənədin 17 və 18- ci səhifələrində yerləşən Əlavə Razılaşma 2 başlıqlı hissəsində aydın şəkildə görünür ki, Razılaşmanın qüvvədə olma müddəti bitdikdən, yəni müqavilə ləğv edildikdən 7 ay sonra - xx.xx.2025-ci il tarixində imzalanmışdır. İddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan həmin Razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur.Hətta bu sənəd iddiaçının hüququnu müəyyən etsə belə iddia edilənin əksinə iddiaçının hüququ 30 mart tarixində başlamış olacaq və bunda görə də mart ayına görə əldən çıxmış fayda və ya digər zərərlə bağlı tələblər tamamilə qanunsuz və əsassızdır.

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddianın əsaslılığına münasibət bildirilməmişdən əvvəl məhkəmə tərəfindən iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalı idi. Lakin iddiaçının cavabdehə qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, X1 Limited ilə Setanta Sports arasında hərhansı müqavilə münasibətlərinin mövcud olubolmaması, Setanta Sports tərəfindəniddia tələbində göstərilən idman kanallarının və yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququna dair EBEL-ə müstəsna lisenziya verilib verilməməsi iş materialları ilə müəyyən edilmir. İddiaçı Setanta Sports tərəfindən EBEL şirkətinə müstəsna lisenziya verilməsi faktını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu xüsusatda məhkəmənin başlıca vəzifəsi iddiaçının cavabdehə qarş ıirəli sürülən tələblərində subyektiv hüquqa malik olub-olmamasını müəyyən etməkdən ibarət olsa da, məhkəmə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. İdman yarışlarının yayım hüququnun "xxxx" Şirkətinə məxsusluğunu iş materiallarında olan hər hansı mötəbər sübutla əsaslandıra bilməmişdir. Yalnız iddiaçının izahatına və Audiovizual Şuranın təsbitlərinə istinad etmişdir. Halbuki, prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. İdman yarışlarının yayım hüququnun "xxxx" Şirkətinə məxsusluğu Audiovizual Şuranın təsbitləri ilə deyil, Setanta Sports tərəfindən iddia tələbində göstərilən idman yarışlarına yayım hüququna dair EBEL-ə müstəsna lisenziya verilməsini təsdiq edən müqaviləilə müəyyən edilə bilərdi. Lakin belə bir müqavilə iddiaçı tərəfindən iş materiallarına təqdim edilməmişdir. İddiaçı cavabdehin 2025-ci ilin mart və aprel aylarında qanunsuz yayım etdiyinisübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasında audiovizu almedia sahəsində tənzimləməni həyata keçirən Audiovizual Şuranın 3-49/2-340/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda yayım hüququnun yenidən İddiaçı MMC-yə məxsus olması (halbuki məxsusluğu təsdiq edən mötəbər sənəd, sübut mövcud deyildir) və mübahisənin predmeti olan bir sıra idman yarışları və kanallarının yayımının xx.xx.2025-ci il tarixindən dayandırılmalı olması göstərilmişdir. Belə olan halda, yalnız xx.xx.2025-ci il tarixindən sonra cavabdeh tərəfindən qanunsuz yayım aparılsa idi, o zaman iddiaçı subyektiv hüquqa malik olduğunu qanuna müvafiq qaydada sübut etdiyi təqdirdə hər hansı hüququnun pozulmasına və zərərin qanuna müvafiq qaydada sübut etdiyi təqdirdə hər hansı hüququnun pozulmasına və zərərin ödənilməsinə iddia edə bilərdi. Məhkəmə zərərin müəyyən edilməsi istiqamətində də obyektiv araşdırma aparmamış, işin faktiki hallarını, "xxxx" MMC-nin həmin dövrdə mövcud olan faktiki abunəçi sayını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmşdır ki, cavabdeh və üçüncü şəxs apellyasiya şikayətlərində bir tərəfdən İddiaçı MMC-nin mübahisə predmetinə aid olan yayımlara dair ümumiyyətlə hüquq sahibi olmadığını, bu məqsədlə təqdim olunan “X1 Limited” şirkəti (bundan sonra "xxxx") ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kanalın yayımı barədə” müqavilənin bu faktı təsdiq etmədiyini, "xxxx" şirkəti ilə “SETANTA SPORTS” kanalları arasında əlaqənin müəyyən olunmadığını, iddiaçının ümumiyyətlə subyektiv hüququnun olmadığını qeyd etsə də, digər tərəfdən İddiaçı MMC ilə "xxxx" şirkəti arasında bağlanmış sözügedən müqavilənin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olduğunu və daha sonra imzalanmış müvafiq Əlavə ilə iddiaçının bu hüququnun xx.xx.2025-ci il tarixindən etibarən yarandığını qeyd etmişdir. Göstərilənlərlə əlaqədar təkrarən qeyd olunması zəruridir ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Audiovizual Şurasının (bundan sonra “Şura” adlandırılacaq) “12” iyun 2023-cü il tarixli, 092/G-2023 saylı məktubunda göstərilənlərlə hazırki mübahisə predmetinə aid olan idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikasının ərazisində yayım hüququnun "xxxx" şirkətinə məxsus olması mübahisəsiz qaydada müəyyən edilir. Nəzərə alınması zəruridir ki, Azərbaycan Respublikasının Audiovizual Şurası Azərbaycan Respublikasının Prezidentinin “05” oktyabr 2002-ci il tarixli, 794 saylı Fərmanı ilə Audiovizual media sahəsini tənzimləyən müvafiq icra hakimiyyəti orqanı statusunda yaradılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, “X1 LİMİTED” şirkəti Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüququ ona məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və həmin kanallar vasitəsilə yayımlanan İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X4 Liqası”, “X9”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman oyunlarına dair öz hüquqlarını İddiaçı MMC ilə bağlanmış “01” oktyabr 2023-cü il tarixli “Kanalın yayımı barədə” Müqavilə və onun 2 saylı əlavəsi əsasında İddiaçı MMC-yə vermişdir. Həmçinin, Şuranın “02” may 2025-ci il tarixli, 3-49/2-312/2025 saylı, “05” may 2025-ci il tarixli, 3-49/2-322/2025 saylı, “13” may 2025-ci il tarixli, 3-49/2-340/2025 saylı məktublarından görünür ki, aparılmış monitorinqlər nəticəsində Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus olan hazırki iş üzrə mübahisə predmetinə aid olan yayımların qanunsuz retranslyasiya edilən televiziya kanalları vasitəsilə hər hansı qanuni əsas olmadan Cavabdeh MMC-nin “Tvin TV” xidməti, "xxxx" MMC-nin “Baktelecom” xidməti, "xxxx" MMC-nin “Azeurotel” xidməti, "xxxx" MMC-nin “Cityline” xidməti və "xxxx" MMC-nin "xxxx" xidməti tərəfindən yayımlanması ilə müstəsna hüquq sahibi İddiaçı MMC-nin hüquqlarının pozulması öz təsdiqini tapmış və bununla əlaqədar sözügedən məktubların ünvanlandığı operatorlara ("xxxx" MMC-də daxil olmaqla) bildirilmişdir ki, xarici televiziya kanallarının operator tərəfindən retranslyasiya olunması yalnız həmin kanalın və ya yayımçının rəsmi icazəsinin (müqavilə, razılaşma, rəsmi möhürlü məktub və s.) olması şərti ilə mümkündür, əks halda, bu qanuna zidd və “pirat” fəaliyyəti hesab olunur. Şuranın “13” may 2025-ci il tarixli, 3-49/2-340/2025 nömrəli məktubunda xüusilə qeyd olunmuşdur ki, “МАТЧ! Футбл 1, МАТЧ! Футбол 2, МАТЧ! Футбол 3, МАТЧ ТВ, МАТЧ! ПРИМЬЕРA, МАТЧ! Игра, МАТЧ! Арена, МАТЧ! Страна, МАТЧ! və s. idman kanalları retranslyasiya paketlərinə o şərtlə daxil oluna bilərdi ki, həmin kanallarda yayımlanan idman oyunlarının (xüsusən futbol oyunlarının) Azərbaycan Respublikasının ərazisində yayım və ya retranslyasiya hüququ müstəsna və ya qeyri-müstəsna olaraq hər hansı subyektə məxsus olmasın. Daha sonra sözügedən məktubda keçən dövr ərzində operatorlar tərəfindən bu istiqamətdə ciddi pozuntular qeydə alındığına istinad olunaraq, göstərilmişdir ki, yuxarıda sözügedən pozuntu ilə əlaqədar bir sıra beynəlxalq idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüququnun sahibi olan "xxxx" şirkətinin rəsmi nümayəndəsi İddiaçı MMC həmin operatorları məhkəməyə vermişdir”. İş materiallarına əlavə olunmuş Şuranın "xxxx" şirkətinə ünvanlanmış “10” iyul 2025-ci il tarixli, 3-49/2-467/2025 saylı sorğu məktubundan (Azərbaycan dilinə tərcüməsi də əlavə olunmuşdur) görünür ki, Şura son zamanlar bir sıra agent şirkətlərin xarici televiziya kanallarının Azərbaycan Respublikasının ərazisində retranslyasiyası üçün onların adından müqavilə bağlamaq səlahiyyəti və bununla bağlı müstəsna hüquqların onlarda olduğunu iddia etməsi ilə əlaqədar müvafiq dəqiqləşmələrin aparılması zərurəti ilə əlaqədar, “Setanta Sports 1” və “Setanta Sports 2” televiziya kanallarının Azərbaycan Respublikasının ərazisində yayım və satış hüququnun hansı hüquqi şəxslərdə olması və bu hüquqların müstəsna və yaxu qeyri-müstəsna əsaslarla verilməsi ilə bağlı məlumatların Şuraya təqdim olunması "xxxx" şirkətindən xahiş olunmuşdur. EBEL” şirkəti öz “18” iyul 2025-ci il tarixli cavab məktubunda “Setanta Sports 1” və “Setanta Sports 2” televiziya kanallarının və OTT platforması da (www.setantasports.com) daxil olmaqla, “Setanta” brendi platformalarının operatoru kimi "xxxx" şirkəti ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı MMC-nin “SETANTA SPORTS” televiziya kanallarının Azərbaycan Respublikasının ərazisində qəbul edilməsi və yayımı üçün müstəsna hüquqa və “Setanta” brendinə məxsus televiziya kanallarının yayımı üçün müvafiq müqavilələri bağlamaq və həyata keçirmək səlahiyyətlərinə malik olmasını təsdiq etmişdir. Xüsusilə qeyd olunması zəruridir ki, cavabdeh və üçüncü şəxs iş materiallarına əlavə olunmuş “X1 Limited” şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kanalın yayımı barədə” müqavilənin müddətinin xx.xx.2024-cü il tarixində bitməsinə istinad etsə də, sözügedən müqavilənin xx.xx.2024-cü il tarixli, 1 nömrəli Əlavə Razılaşmasından (bax 26-cı səhifə) da göründüyü kimi, sözügedən razılaşma ilə müqavilənin müddəti ilkin olaraq xx.xx.2025-ci il tarixinədək, daha sonra isə xx.xx.2025-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşma ilə (bax 28-ci səhifə) xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Bununla da mübahisəsiz qaydada müəyyən olunur ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan yayımlara dair hüquq sahibi olan “X1 Limited” şirkəti Azərbaycan Respublikasının ərazisində öz hüquqlarını xx.xx.2023-cü il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan əlavə razılaşmalar ilə xx.xx.2023cü il tarixindən xx.xx.2025-ci il tarixinədək fasiləsiz olaraq İddiaçı MMC-yə vermişdir. hazırki iş üzrə cavabdeh "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XM-178-22 nömrəli müqavilənin 2.2.5-ci bəndi ilə Qoşulmalar zamanı xidmətin təqdim olunmasının "xxxx" MMC tərəfindən həyata keçirilməsinin və müqavilənin 2.2.6-cı bəndi ilə qoşulmaları icra edən işçi heyətin "xxxx" MMC-nin loqusunu əks etdirən geyimdə olmasının göstərilməsi, eləcə də “Media haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinin tələbinə əsasən, istifadəçiyə audiovizual proqramların satışının yalnız bağlanmış müqavilə əsasında həyata keçirilməsinin mümkünlüyünün qeyd olunması və sözügedən Müqavilənin 2.1.1-ci bəndi ilə “RƏQƏMSAL TV” ilə əlaqədar həyata keçirilən xidmətlər üzrə satışlardan əldə edilən gəlirin Əlavələr ilə müəyyənləşdirilmiş hissəsinin “X8” QSC-yə ödənilməsinin cavabdeh "xxxx" MMC-nin öhdəliyi olaraq təsbit olunması və Ödəniş şərtləri başlıqlı 3-cü bəndin 3.1-ci bəndi ilə RƏQƏMSAL TV üzrə həyata keçirilən xidmətlər üzrə aylıq satışlardan əldə edilən gəlirin Müqavilə ilə müəyyən olunmuş hissəsinin (Əlavə 1) təhvil-təslim aktı və müvafiq ödəniş sənədləri əsasında "xxxx" MMC tərəfindən "xxxx" QSC – yə ödənilməsinin qeyd olunması, həyata keçirilən yayım ilə əlaqədar əldə olunan gəlirin də məhz "xxxx" MMC ilə istifadəçilər arasında bağlanmış müqavilələr əsasında "xxxx" MMC-ya daxil olması, xüsusilə də cavabdehin yayımların "xxxx" MMC tərəfindən həyata keçirilməsinin təsdiq olunması və digər mötəbər sübutlar əsasında hazırki iş üzrə mübahisə predmetinə aid olan yayımların "xxxx" MMC tərəfindən həyata keçirilmiş olması faktı işin məhkəmə tərəfindən müəyyən olunan hallarından da biridir. mübahisə predmetinə aid olan yayımların cavabdeh tərəfindən yayımlanması faktı heç vaxt mübahisə predmeti olmamış, cavabdeh də bu faktı bütün məhkəmə icraatı zamanı təsdiq etmiş, yalnız həmin yayımların üçüncü şəxs ilə bağlanmış müqavilə əsasında həyata keçirildiyini qeyd etmişdir. Bununla bağlı qeyd olunması zəruridir ki, "xxxx" MMC tərəfindən özünə məxsus “Baktelecom” xidməti vasitəsilə yayımlanan mübahisə predmetinə aid olan yayımların "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XM-178-22 nömrəli müqavilə əsasında təqdim edilən “RƏQƏMSAL” TV xidmətləri əsasında əldə edilmiş (alınmış) olması Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan yayımların cavabdeh "xxxx" MMC tərəfindən qanunsuz yayımlanmasına və nəticədə hüquq sahibi İddiaçı MMCnin hüquqlarının pozulmasına əsas ola bilməz.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclaısnda iştirak edən iddiaçının nümayəndələri Nümayəndə4, Nümayəndə5 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

15. Məhkəmə iclaısnda iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Audiovizual Şurası məhkəmə iclasına gəlməmişlər. Cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun

18. Qanunu 4-cü maddəsinə əsasən, proqram - istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu; yayım ^təşkiOıtının verilişi - efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş; kabellə kütləvi bildiriş - əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; retranslyasiya - yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsidir.

19. Həmin Qanunun 35-ci maddəsinə əsasən, verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

20. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. AR “Media haqqında” Qanunu

21. Qanunun 1.1.21-ci maddəsinə əsasən, platforma operatoru - proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.

22. Həmin Qanunun 32.4-ci maddəsinə əsasən, platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.

23. Həmin Qanunun 32.8-ci maddəsinə əsasən, platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

24. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.

25. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC dəyəri tələb olunan 2025ci ilin mart - aprel ayları da daxil olmaqla Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна. (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) retranslyasiyasını həyata keçirmiş, xx.xx.2025-ci il tarixdən cavabdeh adıçəkilən idman yarışlarının (oyunlarının) retranslyasiyasını dayandırmışdır.

36. Audiovizual Şuranın xx.xx.2025-ci il tarixli məktubuna əsasən, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ...”Aztelekom” MMC-nin, "xxxx" MMC-nin “Bektelecom” xidməti ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

37. Eyni zamanda iş materillarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin3(004)-746/2025 salyı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, "xxxx" MMCnin “Baktelecom" platforma operatoru xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30-da ünvan 2 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-d maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Azərbaycan Respublikasının İXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir.

38. Həmçinin qərarda qeyd olunmuşdur ki, "Retranslyasiya fəaliyyətinin Monitorinqinə dair” 10 fevral 2025-ci il tarixli arayışdan görünür ki, “BAKTELECOM” universal platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 190 (bir yüz doxsan) televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbəsi tərəfindən təqdim olunmuş RM/25- 008 nömrəli arayışa dair 10 fevral 2025-ci tarixli, HR- 008/2025 nömrəli hüquqi rəydən görünür ki, təqdim olunmuş arayışda qeyd olunmuş fakt, yəni, “Baktelecom" universal platforma operatoru xidməti tərəfindən müxtəlif dillərdə yayımlanan 190 (bir yüz doxsan) televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır.

39. Məhkəmə kollegiyası cavabdehin apellyaisya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının müstəsna yayım hüququ xx.xx.2025-ci il tarixdən deyil, İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış ona əsasən, sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir.

40. Həmçinin kollegiya qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" QSC (hazırkı MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli XM- 178-22 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" QSC tərəfindən standartlara uyğun rəqəmsal TV platformasının təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. "xxxx" MMCnin sözügedən idman yarışlarının 2025-ci ilin mart və aprel aylarında yayımı və ya retranslyasiyası ilə bağlı müstəsna hüququ və ya müstəsna hüquq sahibi ilə bağladığı, idman yarışlarının retranslyasiyası hüququnu üçüncü şəxsə ötürməyə səlahiyyət verən şərtləri də özündə ehtiva edən hansı müqaviləsi məhkəməyə təqdim olunmamışdır.

41. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının hazırki iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququnun olmadığını bildirmişdir.

42. Kollegiya qeyd edir ki, AR Audiovizual Şura xx.xx.2023-cü il tarixli məktubuna əsasən, təqdim olunmuş sənədlərə əsasən, İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X6” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu təsbit olunmuşdur.

43. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin subyektiv hüququ yaranmışdır.

44. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair 23 may 2025-ci il tarixli qərarına əsasən, hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq.

47. Kollegiya qeyd etmək istəyir ki, iddiaçının bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrə əsasən məhdudlaşdırılması mülki dövriyyə iştirakçılarının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.

48. Apellyasiya şikayətlərində qeyd edilən dəlilləri iddiaya etirazda irəli sürüldüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4199/205 saylı, xx.xx.2025-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorların apellyasiya şikayətlərinin veriləməsinə görə ödədiyi dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar