Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1289/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X2 məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8577/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh ASC-yə məxsus əmlak kompleksində yerləşən 1,20 ha ərazidə dəmir, aluminium və şüşə materiallardan inşa edilmiş istixana konstruksiyasının materialları Cavabdeh ASC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil-nə verilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8577/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər, mülki prosessual qanunvericiliyin 149 və 152.1.5-ci maddələrinin tələblərinə cavab vermədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8577/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin: 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Faktiki hallar: İş materiallarından isə görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-8577/2025 nömrəli qərardadı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlunun elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, vəkilin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (Elektron ünvan ). Bu o anlama gəlir ki, qərardad iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilməklə və bu barədə sonuncuya sistem vasitəsinə elektron qaydada məlumat verilməklə iddiaçıya rəsmi qaydada çatdırılmışdır. Buna baxmayaraq sonuncu tərəfindən həmin qərardaddan şikayət xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət buraxılmış (10 günlük prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır), müddətin bərpası barədə vəsatət isə şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrааldı: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8577/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2-2(103)-1289/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1289/2025
10.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver