Məhkəmə qərarları › İş №2-2(103)-1290/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1290/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1290/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. İş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 76819,25 manat əsas borc, 2546,34 manat faiz, 93,86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 79459,45 manat kredit borcunun; xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat əsas borc, 9405,13 manat faiz, 56,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 122994,94 manat kredit borcunun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat əsas borc, 10075,82 manat faiz, 82,07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 148920,56 manat kredit borcunun, 641,37 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tutmanın Qanuni nümayəndə mülkiyyətindəki ünvan 1 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m, yaşayış sahəsi 98.4 kv.m, yardımçı sahəsi 57.8 kv.m, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)- 226/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 75095,65 manat (yetmiş beş min doxsan beş manat altmış beş qəpik) əsas borc, 1280,49 manat (min iki yüz səksən manat qırx doqquz qəpik) faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli birinci tranş üzrə 113533,09 manat (yüz on üç min beş yüz otuz üç manat doqquz qəpik) əsas borc, 8474,53 manat (səkkiz min dörd yüz yetmiş dörd manat əlli üç qəpik) faiz borcu, 56,72 manat (əlli altı manat yetmiş iki qəpik) cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli ikinci tranş üzrə 138762,67 manat (yüz otuz səkkiz min yeddi yüz altmış iki manat altmış yeddi qəpik) əsas borc, 8590,24 manat (səkkiz min beş yüz doxsan manat iyirmi dörd qəpik) faiz borcu, 82,07 manat (səksən iki manat yeddi qəpik) cərimə, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 (otuz) manat rüsum və 72 (yetmiş iki) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 631,33 manat (altı yüz otuz bir manat otuz üç qəpik) olmaqla, cəmi 346608,79 manat (üç yüz qıx altı min altı yüz səkkiz manat yetmiş doqquz qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Qanuni nümayəndə məxsus olan ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Qanuni nümayəndə və Cavabdeh2 qaytarılması, ipoteka predmetləri olan, ünvan 3 ünvanında ümumi sahəsi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 156.2 kv.m olan, yaşayış sahəsi 98.4 kv.m olan, yardımçı sahəsi 57.8 kv.m olan yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 288000 (iki yüz səksən səkkiz min) manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 112.4 kv.m, yaşayış sahəsi 81.2 kv.m, yaşayış otaqlarının sayı 6 olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 195000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 98,40 manat hissəsinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 1,60 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 600 (altı yüz) manat pulun 590,60 manat hissəsinin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 müştərək qaydada, 9,40 manat hissəsinin isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30AZRT********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ02NABZ**********0000022944, kod: 512565, SWİFT: AZRT AZ 22) köçürülməsi qət edilmişdir.

3. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 21 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin 01 avqust 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 226/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1022/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-226/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qeyd edilən qətnamədən Cavabdeh2 tərəfindən yenidən xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmiş, Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2- 2(113)-226/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 226/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini geri qaytaran birinci instansiya qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci iltarixli, e-2-2(113)-226/2025 saylı qətnaməsinin mənim ünvanıma xəbərnaməli poçt vasitəsilə göndərildiyini, xx.xx.2025-ci il tarixdə xəbərnamənin imza edilməklə tərəfimdən rəsmi qaydada alındığını, qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımının xx.xx.2024-cü il tarixdən başladığını və xx.xx.2025-ci il tarixdə bitdiyini qeyd etmişdir. Belə ki, hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamə mənə şəxsən təqdim edilmədiyi üçün qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıcı müəyyən edilməmişdir. Məhkəmənin qeyd etdiyi mövqe ilə razılaşmayaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərəbirinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçiriləbilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin məhkəmə, qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin S.Süleymanova çatdırılmış olduğu qənaətinə gəlməklə hesab edirəm ki, prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-226/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

12. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

13. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

14. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

15. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Məhkəmənin mövqeyi

20. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

21. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 226/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

23. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

24. İş materialları ilə müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(113)-226/2025 nömrəli qətnaməsi 18 aprel 2025-ci il tarixli məktubla poçt vasitəsi ilə Cavabdeh2 ünvanına göndərilmiş (elektron kabineti olmadığına görə) və sonuncu 05 may 2025-ci il tarixdə həmin poçt göndərişinin verilməsi barədə xəbərnaməni imzalamışdır.

25. Belə olan halda, Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e- 2-2(113)-226/2025 saylı qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qayadada təqdim edilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.5, 135.8-ci maddələrinin tələblərinə əsasən cavabdeh tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

26. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən Bakı Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli , e-2-2(113)-226/2025 nömrəli qətnaməsindən cavabdeh üçün şikayət vermə müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir.

27. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

28. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə qeyd edilən dəlillər öz təsdiqini tapmamışdır.

30. Qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.

31. Kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassız olmaqla müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

32. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qətnaməni əldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir.

33. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

35. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-226/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar