Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1294/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X8 oglunun, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Azərbaycan Həmkarlar X1rşı cavabdehlərdən 30 yanvar 2007-ci il tarixli Qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2021 saylı 26.08.2021-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına və Azərbaycan Həmkarlar X1rşı cavabdehlərdən Azərbaycan Həmkarlar İttifaqları X5 AHİTA İcraiyyə Komitəsinin Ş.Orduxanov adına Qusar şəhər stadionunun iddiaçının balansına verilməsinə dair 30 yanvar 2007-ci il tarixli Qərarının təsdiqlənmiş surətinin alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında idmanın və fiziki hazırlığın inkişaf etdirilməsi məqsədilə İddiaçı təsis edilmiş, klub 11.01.2000-ci tarixdə dövlət qeydiyyatına alınmış, kluba 4/112 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Həmkarlar İttifaqları X5 AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarına əsasən Ş.Orduxanov adına Qusar şəhər stadionu İddiaçına verilmişdir. Stadion verildiyi vaxtdan hal-hazıradək klubun balansında və istifadəsindədir. AHİTA İcraiyyə Komitəsinin 30 yanvar 2007-ci il tarixli Qərarı dəfələrlə cavabdehlərdən tələb olunsa da, qərarın təqdim olunması naməlum səbəblərdən təmin edilməmişdir. Cavabdehlər əsaslı tələbi təmin etməyərək qərarı vermədikləri səbəbindən həmin qərar məhkəmə qaydasında cavabdehlərdən alınaraq kluba təqdim edilməlidir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2021 saylı 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 22.12.2021-ci il tarixə təyin edilmiş, cavabdehlərin nümayəndələri sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının qanuni təmsilçisi X7, nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2021 saylı 26.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, “2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Hazırkı iş üzrə nə iddiaçı, nə də cavabdehlər kommersiya qurumları deyildir. İddiaçı iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən qeydə alınmış nizamnaməsindən görünür ki, klubun fəaliyyət istiqamətlərinə idmanın və fiziki hazırlığın inkişaf etdirilməsi, “futbol” təliminə uyğun idmançıların hazırlanması daxildir. İddiaçının nümayəndəsinin izahatına görə iddiaçı sahibkarıq fəaliyyəti ilə məşğul olmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə nə subyekt tərkibinə, nə də predmetinə görə kommersiya məhkəməsində baxılmalı olan mübahisə olmadığından iddiaya cavabdehlərdən birinin hüquqi ünvanı üzrə ümumi məhkəmə tərəfindən baxılmalı idi. Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini icraata qəbul edib baxmaqla mübahisənin məhkəmə aidiyyəti ilə bağlı prosessual normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Həmkarlar İttifaqları X3 hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşdiyindən məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2021 saylı 26.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2021 saylı 26.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1294/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1294/2021
23.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver