Məhkəmə qərarları › İş №2-2(103)-1297/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1297/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1297/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(113)-2162/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işin apelyasiya baxışından çıxarılması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, tərəflər arasında bağlanmış “yük daşıma haqqında” müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə Cavabdeh1ndən və Cavabdeh2 37327,42 (otuz yeddi min üç yüz iyirmi yeddi manat 42 qəpik) manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 37357,42 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı Sadişah oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması 01.12.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh2 tərəfindən qətnamədən apelyasiya şikayəti verildiyi və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət olunduğu üçün Bakı Kommersiya Məhkəməsi tərəfindən işin birinci instansiya məhkəməsinə qaytarılması barədə sorğu verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəyə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apelyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.10.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364, 386 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.10.2021-ci il tarixli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə e-2-2(103)-1297/2021 saylı iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar