Məhkəmə qərarları › İş №2-2(103)-1299/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1299/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1299/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-103/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh3 sentyabr 2021-ci tarixli, RB/KM1250_REST saylı kredit müqaviləsi üzrə kreditə görə 883.651,77 ABŞ dolları, faiz borcuna görə 43.074,06 ABŞ dolları, dəbbə borcuna görə 85.330,19 ABŞ dolları, cəmi 1.012.056,02 ABŞ dolları, 09 oktyabr 2020-ci tarixli, RB/KM-1317 saylı kredit müqaviləsi üzrə kreditə görə 97.482,13 manat, faiz borcuna görə 17.975,97 manat, dəbbə borcuna görə 48.521,95 manat, cəmi 163.980,05 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 1145 manat pulun və mediasiya xərci kimi ödənilmiş 800 manat məbləğində pulun İddiaçı ASCnin xeyrinə tutulması, 23 sentyabr 2021-ci tarixli, RB/KM-1250_REST saylı kredit müqaviləsi üzrə tələbin 23 sentyabr 2021-ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş "xxxx" MMC-yə məxsus olan Daşınar Əmlaklara yönəldilməsi bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 23 sentyabr 2021-ci tarixli, RB/KM1250_REST saylı kredit müqaviləsi üzrə cəmi 1.012.056,02 ABŞ dolları borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, 09 oktyabr 2020-ci tarixli, RB/KM-1317 saylı kredit müqaviləsi üzrə tələbin 18 noyabr 2020-ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş "xxxx" MMC-yə məxsus olan Daşınar Əmlaklara yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin 09 oktyabr 2020-ci tarixli, RB/KM-1317 saylı kredit müqaviləsi üzrə cəmi 163.980,05 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, girov predmetləri satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada "xxxx" MMCdən, Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli e-2-2(113)- 103/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 23 sentyabr 2021-ci tarixli, RB/KM- 1250_REST saylı kredit müqaviləsi üzrə kreditə görə 753485,66 (yeddi yüz əlli üç min dörd yüz səksən beş dollar altmış altı sent) ABŞ dolları, faiz borcuna görə 43194,27 (qırx üç min yüz doxsan dörd dollar iyirmi yeddi sent) ABŞ dolları, dəbbə borcuna görə 22604,57 (iyirmi iki min altı yüz dörd dollar əlli yeddi sent) ABŞ dolları – cəmi 819284,5 (səkkiz yüz on doqquz min iki yüz səksən dörd dollar əlli sent) ABŞ dolları ödəniş günü (AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən); 09 oktyabr 2020-ci tarixli, RB/KM-1317 saylı kredit müqaviləsi üzrə borcunun məbləği faiz borcuna görə 1612,33 (min altı yüz on iki manat otuz üç) manat,300 (üç yüz) manat dəbbə pulu, iddia tələbinin təmin olunmuş hissəsinə nisbətdə 687, 15 (altı yüz səksən yeddi manat on beş qəpik) manat məbləğində dövlət rüsumu, mediasiya xərci kimi ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələb üzrə tutmanın 23 sentyabr 2021-ci tarixli, RB/KM-1250 REST saylı kredit müqaviləsi üzrə 23 sentyabr 2021ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş əmlaklara (1.Bar içkiləri üçün süd buzdolabı; 2.Bar içkiləri üçün spirtli buzdolabı; 3.La cimbali M22 premium kofe aparatı; 4.Serviz masası; 5.İki ədəd ağ divan; 6.İki ədəd mərmər masa; 7.İki ədəd böyük boz divan; 8.Desert vitrini; 9.Dondurma vitrini; 10.Desert soyuducu; 11.Mey və soyuducu; 12.Buz generatoru; 13.Zanussi istehsalı qabyuyan; 14.PROEL mikser; 15.Parakonvek-tomat; 16.Cliponne istehsalı olan Pizza sobası; 17.Slayser; 18.Testomez; 19.CAGSAŞ istehsalı olan ət çəkən maşın;20.İnoksan fryutur;21.Makra istehsalı olan düz soyuducu;22.Masterpoint istehsalı olan iki qapılı tərəvəz soyuducu;23.Galans istehsalı olan mikrodalğalı soba; 24.Makra Derin istehsalı olan dondurucu; 25.Makra istehsalı olan pizza dondurucu; 26.Çek printeri; 27.Çek printeri model TM 200; 28.Pos terminal Verifone vx 520 modeli; 29.İki ədəd kassa monitoru HP ap500 modeli; 30.Epson istehsalı olan çek printeri; 31.Printer HP Laser jet 1536 modeli; Printer HP Laser Jet 1525 modeli; 33. Printer HP X13 400 modeli; 34. Dövlət kassası Unisystem Mini T61 modeli; 35. Pakrad Beli istehsalı olan kompyuter; 36. Dell istehsalı olan kompyuter; 37. Keeper kassa HP 500 modeli; 38. Çek printeri POS 5890K modeli; 39. On dörd ədəd LD4710 HP istehsalı olan monitor; 40. Üç ədəd LD4200 TM HP istehsalı olan monitor, İnoksan soba dörd gözlü, 42. Musiqi cihazı EVQ66 modeli, 43. Musiqi cihazı Audio İCT modeli, 44. İki ədəd Air Hockey,

45. İki ədəd 2 Lanes Archery, 46. Fiesta oyun aparatı, 47. İki ədəd Fighterfrealand oyun aparatı, 48. İki ədəd Formula 1 oyun aparatı, 49. X3, 50. İki ədəd (SEGA UK) Grid Twin,

51. Lazer Battle, İki ədəd Move (Mock up game) oyun aparatı, 53. İki ədəd Dead Heat (Namco) oyun aparatı, 54. İki ədəd Superbikes 2 (Raw Thrills) oyun aparatı, 55. Nascar STD oyun aparatı, 56. Terminator SDX oyun aparatı, 57. Boulinq xətti XD Dark Side 8 seats, 58. 6 Lanes Bowling, 59. Yanğından müdafiə sistemləri, 60. Elektrik sistemləri, 61. Səkkiz ədəd metal karkaslı oturacaq mebellər, 62. Səkkiz ədəd Boulinq üçün Avtomatik bamperlər (Durabowl), Səkkiz ədəd Boulinq üçün yol (SPLİİ Select), 63. Səkkiz ədəd Boulinq üçün yol (SPL İİ Select), Dörd ədəd şar geri qayıtmasını işlədən sistem (Harmony), Dörd ədəd Maskirovka panelləri (Harmony MASQ), Bir ədəd avtomatik pinspotter (Xli EDGE), Bir ədəd Boulinq yolu üçün nəzarət maşını (EZ Touch), 64. On bir ədəd avtomatik pinspotter Xli EDGE avadanlığı, Altı ədəd Maskirovka panelləri Harmony MASQ, Dörd ədəd Fol detektoru Xİ Radaray, On altı ədəd Kegley podveskası Center Punch, Doxsan altı cüt Velcro markalı Boulinq üçün nəzərdə tutulmuş icarə ayaqqabılar, Bir ədəd Boulinq döşəməsinin təmizlənməsi üçün mühərriksiz mexaniki əl fırçaları, Səksən ədəd Boulinq üçün şar, Dörd ədəd xal hesablanması üçün Kamera Q-vision, Dörd ədəd xal hesablanması üçün sistem BES X, Dörd ədəd oyunçu konsolu EasyKey Twin, Bir ədəd monitorlu X4 Conqueror Pro-ya), 09 oktyabr 2020-ci tarixli, RB/KM1317 saylı kredit müqaviləsi üzrə 18 noyabr 2020-ci tarixli Daşınar əmlakların Girov müqavilələrinə əsasən girov qoyulmuş əmlaklara (1.Bir ədəd Sega markalı X5 Ghost Upright ekranlı oyun, 2. Bir dəst Sega markalı X10 ekranlı oyun, 3. Bir dəst Universal-space markalı Night Hunter STD ekranlı oyun, 4. İki dəst Universal-space markalı Ultra Race ekranlı oyun, 5. Bir dəst Universal-space markalı Atori Pong ekranlı oyun, 6. İki dəst Raw Thrills markalı Cruis Blast DX ekranlı oyun, 7. Bir dəst Raw Thrills markalı X7 DX ekranlı oyun, 8. Bir dəst Raw Thrills markalı X14 HD Wild ekranlı oyun, 9. Bir dəst Billares Sam markalı X12 elektron oyun, 10. Bir dəst Billares Sam markalı Techno Flame ekranlı oyun, 11. Altı ədəd Sistem Air markalı RCF-230TD-Termostat, 12. Üç ədəd Sistem Air markalı Fancoil-SHN SC80-48 hava kondisiyalaşdırma qurğusu, Sistem Air markalı İrxexarh08408 İSİ Geri K Cihazı FX 08 H B4+Argus hava kondisiyalaşdırma qurğusu, Sistem Air markalı BDD700700- Back Draft damperi, BBD800500 Back Draft damperi, Cenkay markalı, 13. Üç ədəd FD- 700*700-Yanğın damperi, 14. Yeddi ədəd Sistem Air markalı SYS000FRVH21 VH 21 (4pipe) X11 hava kondisiyalaşdırma qurğusu, 15. İki ədəd Sistem Air markalı SYS********** VBR 60-35-2 Sulu Batarya istilik mübadiləsi aparatı, 16. Bir ədəd X6rğusu) yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 MMC-yə geri qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası “X1” bank hesabına (Kod 201218, VÖEN **********, Müxbir Hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2X, X2, VÖEN **********, hesab: AZ64AİİB400900C**********208) ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin bank hesabına (Kod 805562, VÖEN **********, Müxbir Hesab AZ03NABZ********************, SWİFT İBAZAZ2X, "xxxx" MMC, VÖEN **********, hesab: AZ33İBAZ********************) ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Həmin qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" MMC tərəfindən şikayət verilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

4. Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2-2(103)- 1299/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.

5. xx.xx.2026-cı il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanlanaraq Cavabdeh3 tərəfindən xx.xx.2026-cı il tarixində verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-103/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyindən iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2- 2(103)-1299/2025 nömrəli qərardadı ləğv edilməlidir.

10. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli 2-2(103)-1299/2025 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-103/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar