Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-13/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı “kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 60/2019 saylı 30.10.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh «xxxx» MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən: - 27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 1.600.000 manat əsas, 223.289,05 manat faiz, cəmi 1.823.289,05 manat borcun; -23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi 2.000.000 manat əsas, 240.540.594,31 manat faiz, 56.649,83 manat cərimə, cəmi 2.297.244,14 manat məbləğində borcun; - 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 2.000.000 manat əsas borc 244.222,28 manat faiz, 13.611,12 manat cərimə, cəmi 2.257.833,40 manat borcun; - 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 2.300.000 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi 2.620.977,65 manat borcun; - 20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 4.000.000 manat əsas, 418.666,71 faiz, cəmi, 4.418.666,71 manat borcun; - ödənilmiş 30 manat dövlət rüsumunun – tutulması; Tutmanın: - 27.03.2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli və 289/1 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaklara (avadanlıqlara); - 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli, 289/3 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş əsas vəsaitlərə, - 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/4 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaka, 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinin təminatı kimi, eyni tarixli 289/6 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaka - yönəldilməsi; -həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-60/2019 saylı 30.10.2019-cu qətnaməsi ilə iddia qismən təmin edilmiş: - 27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 1.600.000 manat əsas, 223.289,05 manat faiz, cəmi 1.823.289,05 manat borcun; - 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi 2.000.000 manat əsas, 240.540.594,31 manat faiz, 5700 manat cərimə, cəmi 2.246.294,31 manat məbləğində borcun; - 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 2.000.000 manat əsas əsas borc 244.222,28 manat faiz, 1400 manat cərimə, cəmi, 2.245.622,28 manat borcun; - 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 2.300.000 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi 2.620.977,65 manat borcun; -20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 4.000.000 manat əsas, 418.666,71 faiz, cəmi, 4.418.666,71 manat borcun; - ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının Cavabdeh MMC-dən tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 ödənilməsi; Tutmanın: - 27.03.2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/1 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş daşınar əmlaklara (avadanlıqlara), -23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/3 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş əsas vəsaitlərə; -23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinin təminatı kimi, eyni tarixli 289/4 saylı ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş daşınar əmlaka; - 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/6 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaka yönəldilməsi; - həmin əmlakların açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsait hesabına borcun təmin edilməsi - qət olunmuş, qalan hissədə isə iddia rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbi üzrə əsas və faiz borcu hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi, əsassız hesablanmış borcun ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız olaraq şişirdilmiş borc tələb edir. Məhkəmə araşdırma apararkən iş üzrə ödənişləri nəzərə almamış, birtərəfli qaydada bankın sənədlərinə əsaslanmışdır. Ödur ki, ödənişlər nəzərə alınmaqla, iddia tələbinə düzgün qiymət verilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5. 135.8, 146, 376.2-maddələrinin tələblərininəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Əliyev cavabdehin şikayətinin əsassız olduğunu və işi uzatmək məqsədi daşıdığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalidir. MPM-in 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığılığı cavabdehin əsas və faiz borcuna münasibətdə hissələrində yoxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbi üzrə əsas və faiz borcu hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi, əsassız hesablanmış borcun ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia ərizəsinə və iş materiallarına əlavə olunmuş kredit müqavilələrinə əsasən müəyyən olunur ki, biddiaçı tərəfindən cavabdehə: -27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 1.600.000 manat ; -23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000,00 manat; - 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000 manat; - 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 2.300.000 manat - 20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faizlə, 4.000.000 manat məbləğində təminatlı kredit verilmişdir. İddiaçı tərəfindən iddia olunur ki, müqavilə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh müqavilələrdə nəzərdə tutulan əsas və faiz borcunu qaytarmamış, bununla da müqavilə öhdəliyini yerinə yetirilməmişdir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdehin banka olan borcu, hər kredit müqaviləsi üzrə məhkəməyə təqdim olunmuş (29 mart 2018-ci il, 05 aprel 2018-ci il) maliyyə arayışlarına əsasən müəyyən olunmuşdur. İşə apellyasiya qaydasında baxılması zamanı, cavabdehin qətnamənin əsas və faiz borclarına münasibətdə hissəsi mübahisələndirdiyini nəzərə alınaraq, həmin hissədə tərəflərin borc münasibətlərinə aydınlıq gətirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspert (lər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin qərardad icra olunmuş və 15 mart 2021-ci il tarixli 9/2287 saylı ekspert məhkəməyə təqdim olunmuşdur. Həmin ekspert rəyi ilə, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və kredit müqavilələrinin şərtləri tədqiq olunmaqla, cavabdehin müqavilələrin müddəti çərçivəsində aşaıdakı əsas və faiz borcları müəyyən olunmuşdur: -27 mart 2013-cü il tarixli 298/2 saylı müqavilə üzrə : əsas borc 1.599.615,02 manat; faiz borcu 30.925,89 manat; -23 avqust 2013-cü il tarixli 298/3KX saylı müqavilə üzrə: əsas borc 1.999.999,98 manat, faiz borcu 26833,25 manat; -23 dekabr 2013-cü il tarixli 298/4 saylı müqavilə üzrə: əsas borc 1.999.999,98 manat, faiz borcu 68.055,46 manat; -28 sentyabr 2015-ci il tarixli, 298/5 saylı kredit müqaviləsi üzrə: əsas borc 2.229.986,92 manat, faiz borcu 413.486,82 manat; -20 aprel 2016-cı il tarixli 298/6 saylı müqavilə üzrə : əsas borc – 3.999,999,97 manat, faiz borcu 673.999,99 manat; Rəyin tədqiqat hissəsindən görünür ki, ekspert qarşısında qoyulmuş suallar üzrə konkret araşdırma aparılmış, hər kredit müqaviləsi üzrə qrafik şəklində, tarixi göstərilməklə, borcalanın ödənişlər nəzərə alınmaqla, müqavilə müddətlərində ayrıayrılıqda əsas və faiz borcuna aylar üzrə aydınlıq gətirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası ekspertin gəldiyi həmin nəticələrə inadırıcı yanaşır və onları sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qiymətləndirir. Ekspert rəyi ilə müəyyən olunan həmin nəticələr, birinci instansiya məhkəməsinin qətnaməsindəki nəticələrlə müqayisəli təhlil olunduqda isə qeyd olunan müqavilə ardıcıllığı üzrə aşağıdakı borc məbləğləri arasında aşağıdakı fərqlər müəyyən edilir. Qətnamə üzrə nəticə : Ekspert rəyi üzrə nəticə: Əsas borc : Faiz borcu: Əsas borc: Faiz borcu: (manatla) (manatla) 1.600.000 223.289,05 1.599.615,02 30.925,89 2.000.000 240.540.594,31 1.999.999,98 26.833,25 2.000.000 244.222,28 1.999.999,98 68.055,46 2.300.000 320.977,65 2.229.986,92 413.486,82 4.000.000 418.66,71 3.999,999,97 673.999,99 Göründüyü kimi, rəy üzrə əsas borc məbləğlərində azalma ilə, cüzi fərqlər mövcuddur, faiz borclarına münasibətdə isə nəticələr əhəmiyyətli dərəcədə fərqlidir. Belə ki, birinci üç müqavilə üzrə ekspert rəyində cavabdehin faiz borcları - iddia tələbinə və qətnamədə göstərilmiş nəticələrə münasiətdə xeyli aşağı məbləğlərdə müəyyən edilsə də, sonrakı iki müqaviləyə münasibətdə faiz borcunun məbləği iddia tələbi həddini aşır. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində borcun tutulması hissəsində gəldiyi nəticələr - qeyd olunan ardıcıllıqla, birinci üç müqavilə üzzrə əsas və faiz borclarına, sonrakı iki müqavilə üzrə isə əsas borca münasibətdə hissələrində uyğunluq təşkil etmir. Sonuncu iki müqavilə üzrə isə ekspert rəyində aşkar olunan faiz məbləğləri iddia tələbinin həddini aşır. Beləliklə də qeyd olunanları ümumiləşdirərək və MPM-in 218.3-cü və 385.1-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faz borcu hissələrində birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə: - 27.03.2013-cü il tarixli 298/2 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.599.615,02 manat, faiz borcu üzrə 30.925,89 manat, cəmi, 1.630.540,91 manat; - 23.08.2013-cü il tarixli 298/3 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.999.999,98 manat, faiz borcu üzrə 26.833,25 manat, cərimə borcu üzrə 5.700,00 manat, cəmi, 2.032.533,23 manat; - 23.12.2013-cü il tarixli 298/4 №-li kredit müqaviləsinə görə 1.999.999,98 manat əsas əsas borc 68.055,46 manat faiz, 1400 manat cərimə, cəmi, 2.069.455,44 manat borcun; -28.09.2015-ci il tarixli 298/5 №-li kredit müqaviləsi üzrə 2.229.986,92 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi, 2.550.964,57 manat; -20.04.2016-cı il tarixli 298/6 №-li kredit müqaviləsi üzrə 3.999,999,97 manat əsas, 418.666,71 faiz, cəmi, 4.418.666,68 manat - məbləğində borcun tutulması və həmin borc tələbləri üzrə qalan hissədə iddianın rədd edilməsi qət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-60/2019 saylı 30.10.2019-cu qətnaməsi, qismən, borcun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə: -27.03.2013-cü il tarixli 298/2 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.599.615,02 manat, faiz borcu üzrə 30.925,89 manat, cəmi, 1.630.540,91 manat; -23.08.2013-cü il tarixli 298/3 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.999.999,98 manat, faiz borcu üzrə 26.833,25 manat, cərimə borcu üzrə 5.700,00 manat, cəmi, 2.032.533,23 manat; - 23.12.2013-cü il tarixli 298/4 №-li kredit müqaviləsinə görə 1.999.999,98 manat əsas əsas borc 68.055,46 manat faiz, 1400 manat cərimə, cəmi, 2.069.455,44 manat borcun; -28.09.2015-ci il tarixli 298/5 №-li kredit müqaviləsi üzrə 2.229.986,92 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi, 2.550.964,57 manat; -20.04.2016-cı il tarixli 298/6 №-li kredit müqaviləsi üzrə 3.999,999,97 manat əsas, 418.666,71 faiz, cəmi, 4.418.666,68 manat - məbləğində borc tutulsun. Həmin borc tələblər üzrə qalan hissədə iddia təmin edilməsin. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-13/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-13/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver