Məhkəmə qərarları › İş №2-2(103)-13/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-13/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-13/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın qiyməti, müştərək məsuliyyət, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “kredti borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı QSC-nin Xırdalan filialı (bank, kredit verən) və Cavabdeh5 (kredit alan) arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə əsasən, bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10 000 000 ABŞ dolları məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək.

2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ (120 ay) 16 iyul 2023-cü il tarixdən gec olmayaraq verilməlidir; 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir; 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

3. Müqavilənin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir; 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir.

4. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir, müqavilədə Cavabdeh5 şəxsiyyətini təsdiq edən sənədin nömrəsi ilə yanaşı vergi ödəyicisinin nömrəsi də (VÖEN) qeyd edilmişdir.

5. Bankla Cavabdeh5 (kredit alan) arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000003885 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən bank məbləği 500.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.2083 % olmaqla 48 ay müddətinə kredit alana vermişdir; 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür; 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi kiçik kredit.

6. xx.xx.2013-cü il tarixli kredit razılaşmasının 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ32ACAB******************** ssuda hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.2-ci bəndinə əsasən bank 5000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir; 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır; 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 15.05 % təşkil edir; 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməyə borcludur.

7. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh5 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmiş, kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

8. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ödəniş sənədi ilə müəyyən edilir ki, 500 000 ABŞ dolları kredit (komissiya 5000 ABŞ dolları) Cavabdeh5 AZ32ACAB******************** nömrəli hesabına köçürülmüşdür.

9. Ödəniş sənədi bankın səlahiyyətli şəxsinin imzası və bankın möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

10. 17R000003885 saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixənədək ödəniləcək əsas məbləğ 500 000 ABŞ dolları, faizin məbləği 172 003,80 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 672 003,80 ABŞ dolları müəyyən edilmişdir.

11. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2 tərəfindən də imzalanmışdır.

12. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli 17R000003885S saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəni tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

13. 17R000003885 saylı kredit razılaşmasının xx.xx.2015-ci il tarixli ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəniləcək əsas məbləğ 331 856,99 ABŞ dolları, faizin məbləği 138 874,6 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 475 861,08 ABŞ dolları müəyyən edilmişdir.

14. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır.

15. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000003885SB saylı saziş bağlanmış, sazişə əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017-ci il tarixdən aylıq 1,0417% dərəcəsi ilə faiz hesablanır və kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

16. 17R000003885 saylı kredit razılaşmasının xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəniləcək əsas məbləğ 251 785,78 ABŞ dolları, faizin məbləği 65 597,42 ABŞ dolları, ödənilməmiş faiz/cərimə məbləği 66 714,51 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 384 097,71 ABŞ dolları müəyyən edilmişdir.

17. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır.

18. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000003885SC saylı saziş bağlanmış, sazişə əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

19. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000003885 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəniləcək əsas məbləğ 237 460,9 ABŞ dolları, faizin məbləği 36 840,44 ABŞ dolları, ödənilməmiş cərimə borcu 95 848,42 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 389 861,42 ABŞ dolları müəyyən edilmişdir.

20. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

21. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2018-ci il tarixli 17R000003885SD saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2018-ci il tarixdən aylıq 1,000% dərəcəsi ilə faiz hesablanır və kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

22. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000003885 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2018-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəniləcək əsas məbləğ 193 206,12 ABŞ dolları, hesablanmış faizin məbləği 36 840,44 ABŞ dolları, hesablanmış cərimənin məbləği 155 111,36 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 409 496,09 ABŞ dolları müəyyən edilmişdir.

23. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

24. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 17R000003885SE saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

25. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000003885 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəniləcək əsas məbləğ 130 000 ABŞ dolları, hesablanmış faiz borcu 61 568,61 ABŞ dolları, hesablanmış cərimə borcu 195 993,83 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 393 717,14 ABŞ dolları müəyyən edilmişdir.

26. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

27. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 17R000003885SF saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 19 iyul 2013-cü il tarixdə bağlanmış 17R000003885 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

28. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000003885 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəniləcək əsas məbləğ 115 573,76 ABŞ dolları, hesablanmış faiz borcu 64 023,9 ABŞ dolları, hesablanmış cərimə borcu 231 534,51 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 415 756,72 ABŞ dolları müəyyən edilmişdir.

29. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

30. Bankla Cavabdeh5 (kredit alan) arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000004010 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, bank məbləği 500.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.2083 % olmaqla 48 ay müddətinə kredit alana vermişdir; 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür; 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi kiçik kredit.

31. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ09ACAB******************** ssuda hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.2-ci ci bəndinə əsasən bank 5000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir; 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır; 2.4-cü cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 15.03 % təşkil edir; 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməyə borcludur.

32. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh5 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmiş, kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir.

33. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ödəniş sənədi ilə müəyyən edilir ki, 500 000 ABŞ dolları kredit (komissiya 5000 ABŞ dolları) Cavabdeh5 AZ09ACAB******************** nömrəli hesabına köçürülmüş, ödəniş sənədi bankın səlahiyyətli şəxsinin imzası və bankın möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir.

34. 17R000004010 saylı kredit razılaşmasının xx.xx.2013-cü il tarixli ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixənədək ödəniləcək əsas məbləğ 500 000 ABŞ dolları, faizin məbləği 172 203,25 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 672 203,25 ABŞ dolları müəyyən edilmişdir.

35. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

36. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli 17R000004010S saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 iyul 2013-cü il tarixdə bağlanmış 17R000004010 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəni tarixləri bu sazişə əlavə olunan xx.xx.2015- ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir”.

37. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000004010SB saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 iyul 2013-cü il tarixdə bağlanmış 17R000004010 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017-ci il tarixdən aylıq 1,0417% dərəcəsi ilə faiz hesablanır və kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

38. 17R000004010 saylı kredit razılaşmasının xx.xx.2017-ci il tarixli ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəniləcək əsas məbləğ 279 949,49 ABŞ dolları, faizin məbləği 85 713,89 ABŞ dolları, ödənilməmiş faiz/cərimə məbləği 56 883,91 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 422 547,29 ABŞ dolları müəyyən edilmişdir.

39. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh2 və Cavabdeh3 tərəfindən də imzalanmışdır.

40. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2018-ci il tarixli 17R000004010SD saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 iyul 2013-cü il tarixdə bağlanmış 17R000004010 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2018-ci il tarixdən aylıq 1,000% dərəcəsi ilə faiz hesablanır və kredit alan, kredti razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

41. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000004010 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2018-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 221 106,42 ABŞ dolları, hesablanmış faizin məbləği 45 335,61 ABŞ dolları, hesablanmış cərimənin məbləği 167 578,37 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 468 780,91 ABŞ dolları müəyyən edilmişdir.

42. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC tərəfindən də imzalanmışdır.

43. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 17R000004010SE saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 iyul 2013-cü il tarixdə bağlanmış 17R000004010 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

44. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000004010 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 150 000 ABŞ dolları, hesablanmış fazi borcu 50 877,27 ABŞ dolları, hesablanmış cərimə borcu 239 708,09 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 448 792,64 ABŞ dolları müəyyən edilmişdir.

45. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı, zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

46. Bankla Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli 17R000004010SF saylı saziş bağlanmış, sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “Bankla kredit alan arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 31 iyul 2013-cü il tarixdə bağlanmış 17R000004010 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir”.

47. 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə 17R000004010 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2021-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 108 961,52 ABŞ dolları, hesablanmış faiz borcu 51 366,69 ABŞ dolları, hesablanmış cərimə borcu 285 122,05 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 451 818,98 ABŞ dolları müəyyən edilmişdir.

48. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, digər zamin Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən də imzalanmışdır.

49. Bankla Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 MMC (zaminlər) arasında müvafiq olaraq 16 iyul 2013-cü il tarixli 17S000004237, 17S000004240, 17S000004241 saylı və 17 iyul 2013-cü il tarixli 17S000004260 saylı zaminlik müqavilələri bağlanmışdır.

50. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir; 3.1.2-ci ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir; 3.1.3-cü cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir; 4.1-ci ci bəndinə əsasən, bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir.

51. Müqavilələr bankın səlahiyyətli şəxsinin imzası və möhürü, habelə zaminlərin imzası (o cümlədən Cavabdeh1 MMC-nin möhürü) ilə təsdiq edilmişdir.

52. Bankla Cavabdeh5 (borc alan və ipoteka verən) arasında 16 iyul 2013-cü il tarixdə 17M000000528 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan, mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 16 iyul 2013-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000002559 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verliməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

53. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər, ipoteka predmetinin dəyərini 137 426,88 manat məbləğində müəyyən etmişlər.

54. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəyə əsasən, ipoteka qoyan Cavabdeh5 həyat yoldaşı X1 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir.

55. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

56. Cavabdeh5 özünə məxsus ünvan 1əşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh4 satmışdır.

57. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli razılıq ərizəsinə əsasən, ipoteka qoyan Cavabdeh4 həyat yoldaşı X2 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipotekada olmasının ona məlum olduğunu və həyat yoldaşı Cavabdeh4 tərəfindən ipotekada saxlanılması şərti ilə alınmasına heç bir etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda əmlakı qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür.

58. ünvan 1əşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2013- cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2018-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir.

59. Bankla Cavabdeh5 (borc alan və ipoteka verən) arasında 16 iyul 2013-cü il tarixdə 17M000000530 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 16 iyul 2013-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000002559 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verliməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

60. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəyə əsasən, ipoteka qoyan Cavabdeh5 həyat yoldaşı X1 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir.

61. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər, ipoteka predmetinin dəyərini 106 678,40 manat məbləğində müəyyən etmişlər.

62. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

63. Cavabdeh5 özünə məxsus ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh4 satmışdır.

64. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli razılıq ərizəsinə əsasən, ipoteka qoyan Cavabdeh4 həyat yoldaşı X2 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipotekada olmasının ona məlum olduğunu və həyat yoldaşı Cavabdeh4 tərəfindən ipotekada saxlanılması şərti ilə alınmasına heç bir etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda əmlakı qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür.

65. Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binada yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2013- cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2018-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir.

66. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli razılıq ərizəsinə əsasən, ipoteka qoyan Cavabdeh5 həyat yoldaşı X1 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir.

67. Bankla Cavabdeh5 (borc alan və ipoteka verən) arasında 16 iyul 2013-cü il tarixdə 17M000000529 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 16 iyul 2013-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000002559 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verliməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

68. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər, ipoteka predmetinin dəyərini 156 880 manat məbləğində müəyyən etmişlər.

69. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

70. Cavabdeh5 özünə məxsus ünvan 1əşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh4 satmışdır.

71. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli razılıq ərizəsinə əsasən, ipoteka qoyan Cavabdeh4 həyat yoldaşı X2 rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binada yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ipotekada olmasının ona məlum olduğunu və həyat yoldaşı Cavabdeh4 tərəfindən ipotekada saxlanılması şərti ilə alınmasına heç bir etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda əmlakı qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür.

72. ünvan 1əşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ xx.xx.2013- cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2018-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir.

73. Bankla Cavabdeh2 (ipoteka verən) arasında 16 iyul 2013-cü il tarixdə 17M000000527 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 16 iyul 2013-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000002559 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verliməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

74. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər, ipoteka predmetinin dəyərini 75 302,40 manat məbləğində müəyyən etmişlər.

75. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

76. Notarius tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli razılıq ərizəsinə əsasən, ipoteka qoyan Cavabdeh2 həyat yoldaşı X11 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ipotekaya qoyulmasına etiraz etmir, ipoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən həmin mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür.

77. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzili üzərində Cavabdeh2 mülkiyyət hüququnun xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2013-cü il tarixdə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

78. Bankla Cavabdeh3 (ipoteka qoyan) arasında 30 iyul 2013-cü il tarixdə 17M000000535 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 16 iyul 2013-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000002559 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verliməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü etmişdir.

79. İpoteka müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər, ipoteka predmetinin dəyərini 345 180 manat məbləğində müəyyən etmişlər.

80. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir.

81. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evi üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSCnin Xırdalan filialı qarşısında xx.xx.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir.

82. Bank tərəfindən ipoteka qoyan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq müvafiq olaraq ünvan 1əşən 219,6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin, ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin, ünvan 1əşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin , Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

83. Bank adı çəkilən şəxslərə xəbərdarlıq məktubu ünvanlayaraq, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanan kredit müqaviləsi üzrə əsas və faiz borcunun xx.xx.2022-ci il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyini bildirmişdir.

84. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh5 xx.xx.2022-ci il tarixə 17R000003885 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 107 075,57 ABŞ dolları, faiz borcu 65 351,7 ABŞ dolları, (gecikdirilən günlərin sayı 154 gün) cərimə borcu 50 000 ABŞ dolları olmaqla, cəmi borcu 222 427,27 ABŞ dolları təşkil edir.

85. İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh5 xx.xx.2022-ci il tarixə 17R000004010 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə əsas borcu 100 310,9 ABŞ dolları, faiz borcu 76 385,83 ABŞ dolları, (gecikdirilən günlərin sayı 154 gün) cərimə borcu 45 000 ABŞ dolları olmaqla, cəmi borcu 221 696,73 ABŞ dolları təşkil edir.

86. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən, kredit razılaşması üzrə Cavabdeh5 sonuncu dəfə xx.xx.2022-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

87. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bank, iddiaçı) Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC-yə və Cavabdeh3 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı krеdit xətti müqaviləsinə, 19 iyul 2013-cü il tarixli 17R000003885 saylı krеdit razılaşmasına və 31 iyul 2013-cü iltarixli 17R000004010 saylı krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlərdən müştərək qaydada bankın хеyrinə 17R000003885 saylı krеdit razılaşması üzrə 107 075,57 ABŞ dolları krеdit bоrcu, 65 351,70 ABŞ dolları faiz bоrcu, 50 000 ABŞ dolları cərimə olmaqla, cəmi 222 427,27 ABŞ dollarının, 17R000004010 saylı krеdit razılaşması üzrə 100 310,90 ABŞ dolları krеdit bоrcu, 76 385,83 ABŞ dolları faiz bоrcu və 45 000 ABŞ dolları cərimə olmaqla, cəmi 221 696,73 ABŞ dollarının, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə 444 124 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 636 manat məbləğində dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 444 124 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 636 manat məbləğində dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsum və 100 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 MMC-dən müştərək qaydada bankın xeyrinə tutulması, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

88. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh5 bankla bağladığı xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10.000.000 ABŞ dolları məbləğində kredit хətti açılmış, müqavilədə nəzərdə tutulmuşdur ki, cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq kredit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 bankla bağladığı xx.xx.2013cü il tarixli 17R000003885 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,2083% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000003885S saylı, xx.xx.2017-ci il tarixli 17R000003885SB saylı, xx.xx.2017-ci il tarixli 17R000003885SC saylı, xx.xx.2018-ci il tarixli 17R000003885SD saylı, xx.xx.2020-ci il tarixli 17R000003885SE saylı və xx.xx.2021-ci il tarixli 17R000003885SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 392.924,43 ABŞ dolları ödəmiş, onun 107.075,57 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tamqaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 154 gün üçün hesablanmış faiz borcu 65 351,7 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gacikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 154 gün üçün hesablanmış cərimə 50 000 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh5 bankla bağladığı xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,2083% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000004010S saylı, xx.xx.2017-ci il tarixli 17R000004010SB saylı, xx.xx.2018-ci il tarixli 17R000004010SD saylı, xx.xx.2020-ci il tarixli 17R000004010SE saylı və xx.xx.2021-ci il tarixli 17R000004010SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 399 689,1 ABŞ dolları ödəmiş, onun 100 310,9 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 123 gün üçün hesablanmış faiz borcu 76.385,83 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hasablanmış faizi vaxtında qaytarmadıqda hər gacikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 123 gün üçün hesablanmış cərimə 45 000 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitamvarmək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hasablanmış cəriməni tələb atmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin atmək məqsədilə cavabdahlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Avtokrat MMC zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхaпda göstərilən kredit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 bankla bağladığı xx.xx.2013-cü il tarixli 17M000000528 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. AN-İ № ******* sylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27ci məhəllə 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17 №-li reyestr kitabının 43 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-cimaddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bank ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh5 həyat yoldaşı X4 və Cavabdeh4 həyat yoldaşı X7 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 bankla bağladığı xx.xx.2013-cü iltarixli 17M000000530 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17 №-li reyestr kitabının 45 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən “İpoteka predmetinə tutmanın yönədilməsi haqqında” bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdimolunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bank ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh5 həyat yoldaşı X4 və Cavabdeh4 həyat yoldaşı X7 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipotekailə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 bankla bağladığı xx.xx.2013-cü iltarixli 17M000000529 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhəri 27-ciməhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. AN-İ № ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17 №-li reyestr kitabının 44 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklülüyünün əlavə qeydiyyatı aparılmışdır. İpoteka saxlayan tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bank ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilərkən Cavabdeh5 həyat yoldaşı X4 və Cavabdeh4 həyat yoldaşı X7 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipotekailə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bankla bağladığı xx.xx.2013-cü il tarixli 17M000000527 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 1854 №-li reyestr kitabının 170857 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bank ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X11 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bankla bağladığı xx.xx.2013-cü il tarixli 17M000000535 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 8 №-li reyestr kitabının 909 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixdə bildiriş göndərilmiş, bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Bank ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 410 manat haqq ödənilmişdir.

89. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11, X7 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

90. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

91. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili iddia tələbini qəbul etməyərək izahatında dəbbə pulu məbləğinin həddindən artıq yüksək olduğunu, əsas borcun yarısı qədər dəbbə pulu hesablandığını bildirmiş və bu hissədə iddia tələbinin rədd olunmasını xahiş etmiş, ikinci kredit razılaşması üzrə bankın hesabladığı və ekspertin rəydə göstərdiyi faiz məbləği arasında 23.000 ABŞ dolları fərq olduğunu, dəbbə pulu azaldıldığı halda iddia tələbi digər əmlaklara yönəldilərsə tələbin Cavabdeh3 məxsus əmlaka yönəldilməsinə ehtiyac qalmayacağını, Cavabdeh3 münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

92. Cavabdeh5 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşmasına və xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə öhdəlikləri üzrə iddia tələbi vermək müddəti 3 ildir. Müqavilənin müddətinin bitməsindən 3 il keçməsini, eləcə də zaminlik müqavilələri üzrə iddia müddəti 1 il olmasını nəzərə alaraq xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşmasına və xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılamaları üzrə iddia tələbinə müddət tətbiq edilməsini xahiş edir.

93. Digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

94. Məhkəmənin sifarişi əsasında "xxxx" MMC tərəfindən hazırlanmış 27 sentyabr 2022-ci il tarixli mütəxəssis rəylərində göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 241 000 manat, likvid qiyməti 109 200 manat dəyərində; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 199 000 manat, likvid qiyməti 192 000 manat dəyərində; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 114 000 manat, likvid qiyməti 110 000 manat dəyərində; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin bazar dəyəri 121 000 manat, likvid qiyməti 118 000 manat dəyərində; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 1 650 000 manat, likvid qiyməti 1 500 000 manat dəyərində müəyyən edilmişdir.

95. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, “iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqavilələri, həmçinin həmin müqavilələrin əsasında imzalanmış sazişlərin şərtləri nəzərə alınaraq Cavabdeh5 İddiaçı QSC-yə olan borcu xx.xx.2022-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 109 697,07 ABŞ dolları, faiz borcu 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcu 64 023,90 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 99 098,81 ABŞ dolları, faiz borcu 231,23 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcu 53 366,69 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit müqaviləsi üzrə Cavabdeh5 tərəfindən maliyyə arayışında borcun hesablandığı xx.xx.2022-ci il tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixdə 2000 ABŞ dolları məbləğində ödəniş aparıldığı müəyyən edilmiş, lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualda cavabdehin borcunun maliyyə arayışının tarixinə hesablanması soruşulduğundan hesablama zamanı həmin ödəniş nəzərə alınmamışdır”.

96. Məhkəmənin sifarişi əsasında "xxxx" MMC Qiymətləndirmə Şirkətinin hazırladığı 08 fevral 2023-cü il tarixli qiymətləndirmə hesabatında (rəyində) göstərilmişdir ki, “ünvan 1əşən 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (zirzəmi) bazar dəyəri 197 000 manat, likvid qiyməti 158 000 manat dəyərində; ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) bazar dəyəri 164 000 manat, likvid qiyməti 131 000 manat dəyərində; ünvan 1əşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) bazar dəyəri 274 000 manat, likvid qiyməti 219 000 manat dəyərində; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin bazar dəyəri 168 000 manat, likvid qiyməti 134 000 manat dəyərində, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 750 000 manat, likvid qiyməti 600 000 manat dəyərində müəyyən edilmişdir”.

97. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi ipoteka predmetlərinin dəyərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən təyin olunmuş ekpertizanın həyata keçirilməsindən imtina etmişdir.

98. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “xx.xx.2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşmasına və xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşmasına xitam verilməsi (ləğv edilməsi)” tələbinə dair hissədə işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə iddianın qismən təmin olunması, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, "Avtokrat” MMC-dən, Cavabdeh3 müştərək qaydada 17R000003885 saylı kredit razılaşması üzrə 107 075,57 ABŞ dolları məbləğində kredit borcu, 64 279,86 ABŞ dolları faiz borcu, 6000 ABŞ dolları cərimə olmaqla, cəmi 177 355,43 ABŞ dolları məbləğində pul vəsaitinin; 17R000004010 saylı kredit razılaşması üzrə 99 098,81 ABŞ dolları kredit borcu, 51 597,92 ABŞ dolları faiz borcu və 5500 ABŞ dolları cərimə olmaqla, cəmi 156 196,73 ABŞ dollarının, 2 kredit razılaşması üzrə ümumilikdə 333 552,16 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 450 manat məbləğində dövlət rüsumunun, mediasiya xərclərinin əvəzi olaraq 300 manatın, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq "AccessBank” QSC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 158 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 131 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 219 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 134 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 600 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Abşeron rayonu Xırdalan şəhəri 27-ciməhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddianın rədd olunması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə ilkin iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, qiymətləndirmə rəyinin alınmasına görə 900 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada və 350 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur.

99. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

99.1. İddiaçı QSC ilə Cavabdeh5 arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit razılaşmalarından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı QSC Cavabdeh5 müqavilədə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 1 000 000 ABŞ dolları (xx.xx.2013-cü il tarixli razılaşma üzrə 500 000 ABŞ dolları, xx.xx.2013-cü il tarixli razılaşma üzrə 500 000 ABŞ dolları) məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşmalarla üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 99.2. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC cavabdehlərə xəbərdarlıq məktubları ünvanlayaraq xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit razılaşmaları üzrə gecikdirilmiş əsas və faiz borcunun xx.xx.2022-ci il tarixədək kredit alan tərəfindən ödənilmədiyi təqdirdə həmin kredit razılaşmalarına xitam veriləcəyini bildirmiş, lakin kredit alan tərəfindən kredit razılaşmaları üzrə gecikdirilmiş borc ödənilməmişdir. İşin yuxarıda göstərilən halları dəlalət edir ki, kredit alan bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində gecikdirilmiş borcu ödəmədiyindən sözügedən kredit razılaşmalarına xx.xx.2022-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. 99.3. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə Cavabdeh5 "xxxx" QSC-yə xx.xx.2013- cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 109 697,07 ABŞ dolları, faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 64 023,90 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 99 098,81 ABŞ dolları, faiz borcunun 231,23 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 53 366,69 ABŞ dolları təşkil etdiyi və bundan sonra xx.xx.2022-ci il tarixdə həmin müqavilə üzrə 2000 ABŞ dolları məbləğində ödəniş olunduğu müəyyən edilmişdir. 99.4. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Hazırkı halda iş materiallarından görünür ki, ekspert rəyində xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə əsas borcun 109 697,07 ABŞ dolları məbləğində olması müəyyən edildiyi halda, iddiaçı həmin müqavilə üzrə 107 075,57 ABŞ dolları məbləğində əsas borcun tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə həmin hissədə işə iddia tələbi həddində baxaraq hesab edir ki, xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə cavabdehdən 107 075,57 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Faiz borcuna gəldikdə ekspert rəyi ilə həmin razılaşma üzrə xx.xx.2022-ci il tarixə (tələb olunan tarixə) faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun isə 64 023,90 ABŞ dolları olması, yəni faiz borcunun cəmi 64 279,86 (64.023,90+255,96) ABŞ dolları) təşkil etməsi müəyyən edilmişdir. Odur ki, xx.xx.2013cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə cavabdehdən tutulacaq faiz borcu məbləği ekspert rəyinə uyğun olaraq 64 279,86 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Eynilə xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə tutulacaq əsas və faiz borcları ekspert rəyinə əsasən müvafiq olaraq 99 098,81 ABŞ dolları və 51 597,92 ABŞ dolları (53 366,69 ABŞ dolları + 231,23 - 2000 ABŞ dolları ödəniş) məbləğində müəyyən edilməlidir. 99.5. Belə olan halda məhkəmə, Cavabdeh5 kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini - kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh5 xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 107 075,57 ABŞ dolları məbləğində əsas, 64 023,90 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 99 098,81 ABŞ dolları məbləğində əsas, 51 597,92 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. 99.6. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh5 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə 6000 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə 5500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. 99.7. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı QSC (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi bankla (kreditor) Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "Avtokrat” MMC (zaminlər) arasında müvafiq olaraq 16 iyul 2013-cü il tarixli 17S000004237, 17S000004240, 17S000004241 saylı və 17 iyul 20İ3-cü il tarixli 17S000004260 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "Avtokrat” MMC 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi və kredit razılaşmalarından irəli gələn öhdəliklərinə zamin durmuşlar. 99.8. Məhkəmə borc alan Cavabdeh5 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə kredit verən İddiaçı QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona əsas və faiz borcunu ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda müqavilənin 3.1.2-ci bəndinin "a” yarımbəndinə əsasən kredit verən "AccessBank” QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və "Avtokrat” MMC həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, İddiaçı QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. 99.9. Bununla yanaşı iş materiallarından göründüyü kimi Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən mübahisəyə iddia müddətinin və zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətin tətbiqi barədə ərizə verilmişdir. 99.10.Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, 17L000002559 saylı mübahisəli kredit xətti müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, həmin kredit xətti müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə və xx.xx.2013-cü il tarixdə kredit razılaşması imzalamışlar. Sonradan hər 2 kredit razılaşması üzrə kredit alan və kredit verən arasında müxtəlif vaxtlarda (2015, 2017, 2018, 2020 və 2021-ci il tarixlərdə) sazişlər bağlanmış və hər 2 kredit razılaşması üzrə borc öhdəlikləri restrukturizasiya edilərək sonuncu sazişlə hər 2 kredit razılaşması üzrə borcun kredit alan tərəfindən son ödənilmə tarixi xx.xx.2023-cü il olaraq razılaşdırılmışdır. Sözügedən sazişə zaminlər də imza etməklə kredit razılaşmaları üzrə öhdəliyin icrası müddətinin uzadılmasına razılıqlarını ifadə etmişlər. 99.11. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən kredit razılaşmaları üzrə öhdəliklərin icrası müddəti bitməmişdir. Bu səbəblə, mübahisəli kredit müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin, eləcə də zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətin (əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanan bir illik müddət) iddiaçı tərəfindən buraxılmaması açıqaşkardır. 99.12.Bundan əlavə iş materiallardan görünür ki, iddiaçı "xxxx" QSC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh5 arasında 16 iyul 2013-cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC və Cavabdeh5 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17M000000528, 17M000000530 və 17M000000529 saylı ipoteka müqavilələrinə əsasən hazırda tam mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus (ipoteka müqavilələri bağlandıqdan sonra Cavabdeh5 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakları Cavabdeh4 satmışdır) müvafiq olaraq ünvan 1əşən 219.6 m2, ünvan 1əşən 78.1 m2 və ünvan 1əşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahələri; "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli 17M000000527 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzili və "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli 17M000000535 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. 99.13.İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh5 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. 99.14.Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 mülkiyyətində olan müvafiq olaraq ünvan 1əşən 219.6 m2, ünvan 1əşən 78,1 m2 və ünvan 1əşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahələrinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı; tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı; tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə yönəldilmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, "Avtokrat” MMC, Cavabdeh3 müştərək qaydada tutulmalıdır. 99.15.İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətlərinin rəyləri alınmışdır. 99.16."xxxx" MMC tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli mütəxəssis rəylərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 241 000 manat, likvid qiyməti 109 200 manat dəyərində; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 199 000 manat, likvid qiyməti 192 000 manat dəyərində; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binada yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 114 000 manat, likvid qiyməti 110 000 manat dəyərində; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin bazar dəyəri 121 000 manat, likvid qiyməti 118 000 manat dəyərində; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 1 650 000 manat, likvid qiyməti 1 500 000 manat dəyərində müəyyən edilmişdir. 99.17."xxxx" MMC Qiymətləndirmə Şirkətinin hazırladığı 08 fevral 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 1əşən 219.6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin (zirzəmi) bazar dəyəri 197 000 manat, likvid qiyməti 158 000 manat dəyərində; ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) bazar dəyəri 164 000 manat, likvid qiyməti 131 000 manat dəyərində; ünvan 1əşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) bazar dəyəri 274 000 manat, likvid qiyməti 219 000 manat dəyərində; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin bazar dəyəri 168 000 manat, likvid qiyməti 134 000 manat dəyərində, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258.6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 750 000 manat, likvid qiyməti 600 000 manat dəyərində müəyyən edilmişdir. 99.18.Bununla yanaşı iş materiallarından görünür ki, ipoteka predmeti olan əmlaklar ipoteka müqavilələri bağlanarkən də tərəflər arasında qarşılıqlı razılıq əsasında qiymətləndirilmiş və həmin qiymətləndirmələrə əsasən ipoteka predmetləri olan müvafiq olaraq ünvan 1əşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 137 426,88 manat məbləğində, ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 106 678,40 manat məbləğində, ünvan 1əşən 137,3 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsi 156 880 manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzili 75 302,40 manat məbləğində, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258,6 m2 olan 12 nömrəli fərdi yaşayış evi 345 180 manat məbləğində dəyərləndirilmişdir. 99.19."xxxx" MMC tərəfindən verilmiş rəyə münasibətdə məhkəməm qeyd edir ki, həmin rəydə müəyyən edilmiş bazar dəyəri və likvid qiymətlərlə (xüsusən də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə) tərəflərin ipoteka müqaviləsində tərəflərin razılaşdırdıqları ilkin satış qiymətləri və "MBA LTD” MMC tərəfindən verilmiş rəydə müəyyən edilmiş bazar dəyəri və likvid qiymətləri arasında kəskin fərqlər, eyni zamanda həmin rəyin özündə uyğunsuzluqlar mövcuddur. Belə ki, rəydə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın birinci mərtəbəsində yerləşən 78,1 kv.m. qeyri-yaşayış sahəsi 192 000 manat məbləğində qiymətləndirildiyi halda, eyni binanın eyni mərtəbəsində 137,3 kv.m. qeyri-yaşayış sahəsi 110.000 manat məbləğində qiymətləndirilmiş (hər iki obyektin təmiri yaxşı kimi qeyd edilmişdir) və göstərilən ziddiyyət əsaslandırılmamışdır. Bununla yanaşı qiymətləndirici Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 214,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyərinin 241 000 manat, likvid dəyərinin 109 200 manat olmasını göstərmiş, lakin bazar dəyəri və likvid qiymət arasında kəskin fərqin səbəbini əsaslandırmamışdır. Bundan əlavə qiymətləndirici tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinin bazar dəyəri və likvid qiyməti müəyyən edilərkən evin yerləşdiyi 0,05166 ha torpaq sahəsinin ipoteka qoyanın mülkiyyətində deyil, istifadəsində olması nəzərə alınmamış, rəydə yaşayış evi ilə yanaşı həmin evin yerləşdiyi torpaq sahəsi ayrıca olaraq qiymətləndirilmişdir. 99.20.Odur ki, məhkəmə ünvan 1əşən 219,6 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin (zirzəmi), ünvan 1əşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə), ünvan 1əşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə), Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258,6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətlərinin ipoteka predmetlərinin "MBA LTD” MMC Qiymətləndirmə Şirkətinin rəyində müəyyən edilmiş likvid qiymətlərə əsasən müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. 99.21."MBA LTD” MMC-nin qiymətləndirmə rəyini verərkən ipoteka predmeti olan fərdi yaşayış evinə baxış keçirməməsi, onun faktiki sahəsini nəzərə almaması barədə Cavabdeh3 dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, Cavabdeh3 ipoteka müqaviləsi bağlandıqdan sonra mübahisəli fərdi yaaşyış evində genişləndirmə işlərinin aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir; digər tərəfdən cavabdehin dəlilləri nəzərə alınaraq iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilsə də, tətqiqat obyektinə baxışın təyin olunduğu tarixdə tərəflər məhkəməyə gəlmədiyindən və göstərilən səbəbdən obyektə baxış keçirilməsi qeyrimümkün olduğundan ekspert rəy verməkdən imtina etmişdir. Halbuki sözügedən ipoteka predmetinə baxış keçirilməsi üçün şərait yaradılması məhz ipoteka predmetinin mülkiyyətçisi olan Cavabdeh3 vəzifələrinə daxil idi. 99.22.Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, müvafiq olaraq ünvan 1əşən 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (zirzəmi) ilkin satış qiyməti 158 000 manat; ünvan 1əşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) ilkin satış qiyməti 131 000 manat; ünvan 1əşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (1-ci mərtəbə) ilkin satış qiyməti 219 000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiyməti 134 000 manat, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0,05166 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 258,6 m2 olan 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 600 000 manat məbləğində müəyyən edilməlidir. 99.23.İddianın ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilmasi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, "İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin qanunun 59.3-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Hazırkı halda məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan mənzil və fərdi yaşayış evindən müvafiq olaraq Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, eləcə də ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. 99.24.Məhkəmə xərclərinə gəldikdə, iş materiallarından görünür ki, 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 636 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsini nəzərə alınmaqla) 1036 manat təşkil edir. "Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. 99.25.Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda "Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 99.26.Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 450 manat və işə baxılması ilə əlaqədar olan digər məsrəflərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 99.27.İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 45 manat hissəsi isə iddiaçı "AccessBank” QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməli, qiymətləndirmə rəyinin alınmasına görə 900 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada və 350 manat məbləğində pul vəsaiti iddiaçı "AccessBank” QSC-dən tutularaq "MBA LTD” MMC-yə ödənilməlidir.

100. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 270.1-ci, 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1-ci, 377.2-ci, 377.3-cü, 375.2-ci, 378-ci, 380.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 477-ci, 739-cu, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 39.3-ci, 47.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına istinad etmişdir.

101. Qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını (iddianın təmin olunan hissəsində) və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, bankın əsas kredit müqaviləsinə edilmiş dəyişikliklər zamanı cərimə və faiz məbləğlərini əsas borca hesabladığını, bununla da əsas borc məbləğini şişirtiyini nəzərə almadığı, əsas borc məbləğinin əslində tam ödənildiyinə, zaminlərlə və Cavabdeh3la bağlanmış müqavilələrdə faiz və dəbbə borcunun məbləğinin göstərilmədiyinə diqqət yetirmədiyi, ipoteka predmetlərinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi arqumentləri ilə əsaslandırmıışdır.

102. Qətnamədən Cavabdeh5 nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və mühasibatlıq, habelə tikinti-texniki ekspertizalar keçirilərək yeni qətnamə çıxarılmasını, həmin qətnamə ilə iddianın qismən təmin olunmasını və apellyasiya şikayəti üçün ödənilmiş 518 manat dövlət rüsumunun iddiaçıdan tutulmasını xahiş etmişdir.

103. Cavabdeh5 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti ümumiyyətlə əsaslandırılmamış, yalnız birinci instansiya məhkəməsinin təkrar mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizalarının keçirilməsini təmin etmədiyi irəli sürülmüşdür (kollegiya hazırkı halda bu şikayətin qeyri-mümkün hesab edilməsini məqsədəuyğun hesab etmir, çünkü daha əvvəl şikayət mümkün hesab olunaraq müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir).

Apellyasiya şikayətinə qarşı etiraz

104. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

105. Apellyatorların məhkəmə iclasında iştirak edən nümayəndələri şikayətlərin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə şikayətlərin əsassız olduğunu bildirmişdir.

106. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilərək ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın zirzəmi mərtəbəsində 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin;

- Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin;

- Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin;

- Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 4-cü mərtəbəsində yerləşən 67,1 m2 ümumi, 45 m2 yaşayış, 22,1 m2 yardımçı sahədən ibarət 3 otaqlı 8 saylı mənzilin bazar qiymətləri və likvid dəyərləri nə qədər təşkil edir? - Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,05166 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli 5 otaqlı, 102,7 m2 yaşayış, 155,9 m2 köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evinin mövcud vəziyyətdə bazar qiyməti və likvid dəyəri nə qədər təşkil edir?

107. 23 aprel 2025-ci il tarixdə kommersiya işi rəy verilmədən məhkəməyə geri qaytarılmış, bu səbəblə işin icraatı təzələnərək icraat davam etdirilmişdir.

108. İşə baxılarkən Cavabdeh3 nümayəndəsi (vəkili) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə vəsatət göndərərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,05166 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə yenidən ekspertiza keçirilməsini və ekspertizanın özəl şirkətlərə həvalə olunmasını xahiş etmişdir.

109. Cavabdeh3 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) vəsatətin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi vəsatətin əsaslı olmadığını bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

110. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin olunaraq ipoteka predmetlərinin qiymətləndirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır.

111. "xxxx" MMC-nin verdiyi 26.05 2025-ci il tarixli rəydə göstərilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın zirzəmi mərtəbəsində 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 200 000 manat, likvid dəyəri 170 000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 176 000 manat, likvid dəyəri 150 000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 306 000 manat, likvid dəyəri 260 000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 4-cü mərtəbəsində yerləşən 67,1 m2 ümumi, 45 m2 yaşayış, 22,1 m2 yardımçı sahədən ibarət 3 otaqlı 8 saylı mənzilin bazar dəyəri 206 000 manat, likvid dəyəri 175 000 manat; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,05166 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın bazar qiyməti 1 063 000 manat, likvid dəyəri 850 000 manat təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

112. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

113. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

114. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

115. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

116. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

117. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

118. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

119. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

120. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

121. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

122. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

123. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

124. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

125. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

126. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

127. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

128. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

129. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

130. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

131. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

132. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

133. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

134. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

135. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

136. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

137. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

138. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

139. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

140. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

141. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

142. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

143. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

144. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

145. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

146. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

147. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

148. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının həddi

149. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

150. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

151. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

152. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada 17R000003885 saylı kredit razılaşması üzrə 107 075,57 ABŞ dolları məbləğində kredit borcu, 64 279,86 ABŞ dolları faiz borcu, 6000 ABŞ dolları cərimə olmaqla, cəmi 177 355,43 ABŞ dolları məbləğində pul vəsaitinin; 17R000004010 saylı kredit razılaşması üzrə 99 098,81 ABŞ dolları kredit borcu, 51 597,92 ABŞ dolları faiz borcu və 5500 ABŞ dolları cərimə olmaqla, cəmi 156 196,73 ABŞ dollarının, 2 kredit razılaşması üzrə ümumilikdə 333 552,16 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 450 manat məbləğində dövlət rüsumunun, mediasiya xərclərinin əvəzi olaraq 300 manatın, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq "AccessBank” QSC-yə ödənilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 158 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 131 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 219 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiymətinin 134 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600 000 manat məbləğində müəyyən edilməsi, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsinin Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, qiymətləndirmə rəyinin alınmasına görə 900 manat məbləğində pul vəsaitinin Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 nümayəndələri (vəkilləri) isə qətnamənin ləğv olunmasını xahiş etsələr də, bu şikayətlərdə əsasən əsas borc məbləğinin şişirdildiyi (əsas borc məbləğinin əslində tam ödənildiyi), zaminlərlə və Cavabdeh3la bağlanmış müqavilələrdə faiz və dəbbə borcunun məbləğinin göstərilmədiyi, ipoteka predmetlərinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi irəli sürülmüşdür (yuxarıda qeyd olunduğu kimi, Cavabdeh5 şikayəti ümumiyyətlə əsaslandırılmamışdır). Nəzərə alınmalıdır ki, hər iki apellyatorun ipoteka predmetlərinin dəyərini mübahisələndirmək hüquqları olsa da, onlar qətnamənin zaminlərlə bağlı hissəsini, habelə ipoteka predmetlərinin hərracdan satılmasını və boşaldılmasını mübahisələndirə bilməzlər (Cavabdeh3 özünə aid hissə istisna olmaqla).

153. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 MMC-dən müştərək qaydada 17R000003885 saylı kredit razılaşması üzrə 107 075,57 ABŞ dolları məbləğində kredit borcu, 64 279,86 ABŞ dolları faiz borcu, 6000 ABŞ dolları cərimə olmaqla, cəmi 177 355,43 ABŞ dolları məbləğində pul vəsaitinin; 17R000004010 saylı kredit razılaşması üzrə 99 098,81 ABŞ dolları kredit borcu, 51 597,92 ABŞ dolları faiz borcu və 5500 ABŞ dolları cərimə olmaqla, cəmi 156 196,73 ABŞ dollarının, 2 kredit razılaşması üzrə ümumilikdə 333 552,16 ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 450 manat məbləğində dövlət rüsumunun, mediasiya xərclərinin əvəzi olaraq 300 manatın, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq "AccessBank” QSC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına "AccessBank” QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Abşeron rayonu Xırdalan şəhəri 27-ciməhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78.1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə və Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137.3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahələrinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin 100 manat hissəsinin Cavabdeh2, Cavabdeh4, "Avtokrat” MMC-dən müştərək qaydada, 45 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi, qiymətləndirmə rəyinin alınmasına görə 900 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh4, "Avtokrat” MMC-dən müştərək qaydada və 350 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir.

154. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin “xx.xx.2013cü il tarixli 17L000002559 saylı kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşmasına və xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşmasına xitam verilməsi (ləğv edilməsi)” tələbinə dair hissədə işin icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadı da mübahisələndirilməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

155. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə “Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 158 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 131 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 219 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiymətinin 134 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600 000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilməli, mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

156. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

157. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

158. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh3 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

159. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 109 697,07 ABŞ dolları, faiz borcunun 255,96 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 64 023,90 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 99 098,81 ABŞ dolları, faiz borcunun 231,23 ABŞ dolları, sonuncu sazişin tarixinə qalıq faiz borcunun 53 366,69 ABŞ dolları təşkil etdiyi və bundan sonra xx.xx.2022-ci il tarixdə həmin müqavilə üzrə 2000 ABŞ dolları məbləğində ödəniş olunduğu müəyyən edilmişdir.

160. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ekspert rəyində xx.xx.2013-cü il tarixli 17R000003885 saylı kredit razılaşması üzrə əsas borcun 109 697,07 ABŞ dolları məbləğində olması müəyyən edildiyi halda, iddiaçının həmin müqavilə üzrə 107 075,57 ABŞ dolları məbləğində əsas borcun tutulmasını tələb etməsi nəzərə alınaraq sözügedən razılaşma üzrə apellyatorlardan 107 075,57 ABŞ dolları məbləğində əsas borc və 64 279,86 ABŞ dolları faiz borcu tutulmalı, xx.xx.2013-cü il tarixli 17R000004010 saylı kredit razılaşması üzrə tutulacaq əsas və faiz borcları da ekspert rəyinə əsasən müvafiq olaraq 99 098,81 ABŞ dolları və 51 597,92 ABŞ dolları (53 366,69 ABŞ dolları + 231,23 - 2000 ABŞ dolları ödəniş) məbləğində müəyyən edilməlidir.

161. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

162. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

163. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

164. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borclarının məbləğlərini mütənasib şəkildə azaltmışdır.

165. Kollegiya, birinci instansiya məhkəməsinin “satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin apellyatorlardan müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” tələbi üzrə gəldiyi nəticəni qanuni hesab edir; çünkü həmin nəticə bilavasitə qanunun göstərişindən irəli gəlir (§ 115, 129, 131).

166. Bununla belə kollegiya, apellyatorların şikayətlərinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir:

167. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin rəyinə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın zirzəmi mərtəbəsində 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 170 000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 150 000 manat; Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 260 000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 4-cü mərtəbəsində yerləşən 67,1 m2 ümumi, 45 m2 yaşayış, 22,1 m2 yardımçı sahədən ibarət 3 otaqlı 8 saylı mənzilin likvid dəyərinin 175 000 manat; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində istifadədə olan 0,05166 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın likvid dəyərinin 850 000 manat təşkil etdiyi müəyyən olunmuş, iddiaçı bankın nümayəndəsi həmin qiymətləri mübahisələndirmədiyini bildirmişdir. Həmin rəyin əmlaklara baxış keçirilərək müqayisəli təhlillər aparılmaqla hazırlandığını, həmçinin əmlaklara qoyulan qiymətlərin təxminən 2 il əvvəlki dövrün qiymətləri olmasını (birinci instansiya məhkəməsinin qətnaməsi 2 il əvvəl çıxarıldığı üçün), ötən dövr ərzində isə daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, bu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti müvafiq məbləğlərdə müəyyənləşdirilməlidir.

168. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

169. Apellyasiya baxışı zamanı yaranmış xərclərə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün Cavabdeh5 ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı (digər apellyator dövlət rüsumunu ödəməkdən azaddır), qiymətləndiriciyə ödənilməli vəsait apellyatorlardan alınıb müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

170. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-66/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi “Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219.6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 158 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 131 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 219 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiymətinin 134 000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600 000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilsin. Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 219,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 170 000 (yüz yetmiş min) manat, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 78,1 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150 000 (yüz əlli min) manat, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 14 saylı binanın 1-ci mərtəbəsində yerləşən 137,3 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 260 000 (iki yüz altmış min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2a saylı evin 8 saylı mənzilinin ilkin satış qiyməti 175 000 manat, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 0.05166 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 850 000 (səkkiz yüz əlli min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh5 aid edilsin, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 1500 (min beş yüz) manat Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ68İBAZ********************, “ABB ASC) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar