Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-130/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “Azerconnect MMC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1090/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “Azerconnect MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.472,46 (iki min dörd yüz yetmiş iki manat 46 qəpik) manat artıq ödənilmiş icarə haqqının və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1090/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2.460 (iyirmi üç min bir yüz) manat, 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh tutularaq “Azerconnect MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq “Azerconnect MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə formal yanaşaraq əsaslı araşdırma aparmadan işi yekunlaşdırmaq üçün tələsik qətnamə çıxarmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnamənin məzmununda təhriflər etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiadan kənara çıxmışdır. Həmçinin məhkəmə vermiş olduğu heç bir vəsatəti təmin etməmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən məhkəmə xətşünaslıq ekspertizasının, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etsəydi ekspert rəyləri həqiqətin ortaya çıxmasına kıməklik edərdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
8. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
9. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
10. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
11. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
18. Hazırki işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh (icarəyə verən) ilə “Azerconnect MMC (icarəçi) arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1024 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023xx.xx.2024-cü il tarixləri üzrə 4.986,30 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin rəhbərliyə ünvanlanmış məktubda Cavabdeh, Bakı şəhəri, Səbail rayonu ərasində yerləşən İddiaçı MMC-yə məxsus BBK6287_BulBul sahəsinin söküntüsü zamanı ona məxsus olan obyektə heç bir ziyan dəymədiyini və gələcəkdə İddiaçı MMC-yə qarşı heç bir iddiasının olmadığını bildirmiş və öz imzası ilə təsdiq etmişdir.
19. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 1 illik icarə haqqı ödənilmiş ancaq cavabdehin özünün də, iddiaçıya yazmış olduğu məktubdan görünür ki, tərəflər arasında olan icarə hüquq münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin icarə müqaviləsindəki imzaların onun olmadığına dair dəlil ağalabatan deyildir. Həmçinin də, qeyd edilən halın işin həlli baxımından xüsusi bir əhəmiyyəti yoxdur. Belə ki, cavabdeh tərəfin özü, tərəflər arasında artıq uzun müddətdir icarə münasibətinin olduğunu bildirmiş və son olaraq xx.xx.2023- xx.xx.2024-cü il tarixləri üzrə 4.986,30 manat məbləğində ödəniş edildiyini qəbul etmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, əgər hətta müqavilə və müqaviləyə əlavədəki imzalar cavabdehə məxsus olmasa da, belə, tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmuş və mütəmadi olaraq iddiaçı tərəfindən cavabdehə icarə haqqı ödənilmişdir. Hazırda isə, iddiaçı icarə hüquq münasibətlərinə xitam verildikdən sonrakı dövrə aid olan pulun qaytarılmasını tələb edir.
21. Bu xüsusda qeyd edilməlidir ki, cavabdeh tərəf də, iddiaçıya məktub ünvanlamaqla tərəflər arasında olan icarə münasibətlərinin xx.xx.2023-cü il tarixdə bitdiyini qəbul etmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə aid olan, ödənilmiş icarə haqqı iddiaçıya qaytarılmalıdır. Qeyd edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə nəzər yetirildikdə aydın olur ki, icarə hüquq münasibəti 06 ay, 02 gün davam etmişdir. Sadə riyazi hesablama ilə hesabladıqda da görünür ki, ödənilmiş icarə haqqı üzrə 2.525,47 (4.986,3/12=415,525 (1 ay üçün), 415,525x6=2.493,15 (6 ay üçün), 4.986,3/365=13,661 (1 gün üçün) 13,661x2=27,3 (2 gün üçün), 2.493,15+27,3=2.525,47 (06 ay, 02 gün üçün)) manat məbləğinə dair hissədə icarə hüquq münasibətləri mövcud olmuşdur. Yəni ödənilmiş icarə haqqı üzrə 2.460,83 (4.986,3-2.525,47) manat məbləğinə aid hissədə artıq icarə hüquq münasibətlərinə xitam verildiyindən, qeyd edlmiş məbləğdə pul, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 2.460,83 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmənin mövqeyindən aydın olur ki, işin hallarından tərəflər arasında icarə hüquq münasibətlərinin olması müəyyən edildiyindən xətşünaslıq ekspertizasının davam etdirilməsinə zərurət aradan qalxmışdır. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır. Cavabdeh bir tərəfdən müqavilədəki imzanın ona məxsus olmamasını bildirərək, məhkəmədən xətşünaslıq ekspertizasının təyin edilməsini istəmiş, digər tərəfdən mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bu iki hal birbirini təkzib edir. Bu onu göstərir ki, cavabdehin vəsatət verməkdə məqsədi işi süni surətdə uzatmaqdır. Bundan başqa cavabdeh mühasibatlıq ekspertizasının zərurətini əsaslandırmamışdır.
23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
25. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1090/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.