Məhkəmə qərarları › İş №2-2(103)-1302/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1302/2025

29.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1302/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, elektron qaimələr, işgüzar adətlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5020/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, EBCN 819311 nömrəli 715,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli 650,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 490504 nömrəli 1200,00 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli 1880,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBX 159906 nömrəli 2200,00 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDG 168611 nömrəli 1600,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCL 909896 nömrəli 2310,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCK 266552 nömrəli 790,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCİ 497592 nömrəli 790,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCG 354295 nömrəli 810,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCD 204207 nömrəli 920,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCB 548242 nömrəli 810,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBZ 063982 nömrəli 780,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBU 834353 nömrəli 689,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBQ 457382 nömrəli 788,00 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBS 021669 nömrəli 3160,00 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBO 718152 nömrəli 1590,00 manat məbləğində,xx.xx.2021-ci il tarixli, EBBN 648325 nömrəli 790,00 manat məbləğində, xx.xx.2021-ci il tarixli, EBBN 261514 nömrəli 300,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

2. xx.xx.2023-cü il tarixli, 18 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 EBCN 819311 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 605,93 manat ödəniş olunmuşdur.

3. xx.xx.2023-cü il tarixli, 29 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, EBCO 490504 nömrəli e-qaimə üzrə 1016,95 manat ödəniş olunmuşdur.

4. xx.xx.2023-cü il tarixli, 41 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli e-qaimə üzrə 550,85 manat ödəniş olunmuşdur.

5. xx.xx.2023-cü il tarixli, 42 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, EBDA 737544 nömrəli e-qaimə üzrə 99,15 manat ödəniş olunmuşdur.

6. xx.xx.2023-cü il tarixli, 89 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli, EBDG 168611 nömrəli e-qaimə üzrə 1355,93 manat ödəniş olunmuşdur.

7. xx.xx.2024-cü il tarixli, 10 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli e-qaimə üzrə 1593,22 manat ödəniş olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli, 11 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli, EBDX 454372 nömrəli e-qaimə üzrə 286,78 manat ödəniş olunmuşdur.

9. İddiaçı ASC-yə məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə 286,78 manat, xx.xx.2023-cü il tarixdə 244,07 manat, xx.xx.2023-cü il tarixdə 55,22 manat, xx.xx.2023-cü il tarixdə 99,15 manat, xx.xx.2023-cü il tarixdə 396,00 manat, xx.xx.2023-cü il tarixdə 183,05 manat, xx.xx.2023cü il tarixdə 109,07 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 352,37 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 120,51 manat, xx.xx.2022-ci il tarixdə 120,51 manat, xx.xx.2022-ci il tarixdə 123,56 manat, xx.xx.2022-ci il tarixdə 140,34 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 533,9 manat, xx.xx.2022-ci il tarixdə 123,56 manat, xx.xx.2022-ci il tarixdə 118,98 manat, xx.xx.2022-ci il tarixdə 335,59 manat, xx.xx.2022-ci il tarixdə 105,10 manat, xx.xx.2022-ci il tarixdə 482,03 manat, xx.xx.2022-ci il tarixdə 120,20 manat, xx.xx.2021-ci il 242,54 manat, xx.xx.2021-ci il tarixdə 120.51 manat, xx.xx.2021- ci il tarixdə 45,76 manat məbləğində vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20092 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 1200 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 150,28 manat məbləğində pulun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhviltəslim aktı və digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin (VÖEN: **********) hesabından Cavabdeh2 Allahyar oğluna ödənişlər edilmişdir. Belə ki, xx-xx-2021-ci il tarixli, EBNN 261514 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 300 manat, xx-xx-2021-ci il tarixli, EBNN 648325 nömrəli elektron qaimə üzrə xx.xx.2021- ci il tarixdə 790 manat, xxxx-2021-ci il tarixli, EBBO 718152 nömrəli elektron qaimə üzrə xx.xx.2021-ci il tarixdə 1590 manat, xx-xx-2022-ci il tarixli, EBBQ 457382 nömrəli elektron qaimə üzrə xx.xx.2022ci il tarixdə 788 manat, xx-xx-2022-ci il tarixli, EBBS 021669 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3160 manat, xx-xx-2022-ci il tarixli, EBBU 834353 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 689 manat, 27-05- 2022-cİ il tarixli, EBBX 159906 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2200 manat, xx-xx-2022-ci il tarixli, EBBZ 063982 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 780 manat, xx-xx-2022ci il tarixli, EBCB 548242 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 810 manat, xx-xx-2022-ci il tarixli, EBCD 204207 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 920 manat, xx-xx-2022-ci il tarixli, EBCG 354295 nömrəli elektron qaimə üzrə xx.xx.2022ci il tarixdə 810 manat, xx-xx-2022-ci il tarixli, EBCİ 497592 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022- ci il tarixli, EBCK 266552 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022-ci il tarixli, EBCL 909896 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2310 manat, xx-xx-2023-cü il tarixli, EBCN 819311 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 715 manat, xx-xx- 2023-üi il tarixli, EBCO 490504 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1200 manat, xx-xx-2023-cü il tarixli, EBDA 737544 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 650 manat, xx-xx-2023-cü il tarixli, EBDG 168611 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1600 manat, 23-01- 2024-cü il tarixli, EBDX 454372 nömrəli elektron qaimə üzrə xx.xx.2024-ci il tarixdə 1880 manat olmaqla, ümumilikdə 20092 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan İddiaçı ASC-nin hesabından Cavabdeh2 Allahyar oğluna ödənilmişdir. Qeyd edir ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-yə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə 20.092 manat ziyan dəymişdir. Buna görə də, hesab edir ki, 20092 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5020/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş 150,28 manat dövlət rüsumu və 1200 manat hüquqi yardıma görə xərc) İddiaçı ASC-nin özünə aid edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ümumilikdə 20092 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan iddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edib. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh2 arasında 2021-ci ildən alqısatqı münasibətləri yaranmış, Cavabdeh2 tərəfindən iddiaçıya 2021-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər ümumi dəyəri ƏDV daxil olmaqla 22772 manat olan mal (dizel və benzin) satılmış, satılmış malların dəyəri cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia ərizəsində tərəflər arasında hər hansı yazılı müqavilənin olmamasını bildirir. Məhkəmə bununla bağlı qeyd edib ki, qaimələrdə göstərilmiş malların (müxtəlif yanacaq məhsulu) satılması ilə bağlı yazılı alqı-satqı müqaviləsinin olması tələb edilmir. İddiaçı hazırda ödənilmiş 20092 manat vəsaitin geri qaytarılmasını tələb etsə də, məhkəmə hesab edib ki, satılmış malların dəyərinin geri qaytarılması üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, Cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər (16 ay) hər hansı irad bildirilməmiş, elektron qaimələr üzrə satılmış malların dəyəri ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, satılmış malların dəyərinin geri qaytarılması barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianı Cavabdeh1 aid hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə Cavabdeh1 tərəfindən 20092 manat pulun mənimsənilməsi və ya israf edilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər” (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 20092 manat zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməməlidir. İddia ərizəsində 1200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edib ki, iddia təmin edilmədiyindən 1200 manat xərc iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 567, 598.1, 598.2, 600.1, 600.4, 49.4.5, 21.2, 386.1, 1097, 1096.1, 1096.2-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinad etmişdir.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin keçmiş direktoru Cavabdeh1 fəaliyyəti dövründə heç bir əsas (müqavilə, təhvil-təslim aktı və digər sənədlər) olmadan aşağıdakı e-qaimələr üzrə İddiaçı ASC-nin hesabından Cavabdeh2 Allahyar oğluna ödənişlər edilmişdir. Belə ki, xx-xx-2021-ci il tarixli, EBNN 261514 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 300 manat, xx-xx-2021-ci il tarixli, EBNN 648325 nömrəli elektron qaimə üzrə xx.xx.2021- ci il tarixdə 790 manat, xx-xx-2021-ci il tarixli, EBBO 718152 nömrəli elektron qaimə üzrə xx.xx.2021-ci il tarixdə 1590 manat, xxxx-2022-ci il tarixli, EBBQ 457382 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 788 manat, 28- 02-2022-ci il tarixli, EBBS 021669 nömrəlielektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 3160 manat, xx-xx-2022-ci il tarixli, EBBU 834353 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 689 manat, xx-xx-2022-cİ il tarixli, EBBX 159906 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2200 manat, xx-xx-2022-ci il tarixli, EBBZ 063982 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 780 manat, xx-xx-2022-ci il tarixli, EBCB 548242 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 810 manat, 05- 09- 2022-ci il tarixli, EBCD 204207 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 920 manat, xx-xx-2022-ci il tarixli, EBCG 354295 nömrəlielektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 810 manat, xx-xx-2022-ci il tarixli, EBCİ 497592 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022- ci il tarixli, EBCK 266552 nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 790 manat, xx-xx-2022-ci il tarixli, EBCL 909896nömrəli elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 2310 manat, 30-01- 2023-cü il tarixli, EBCN 819311 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cüil tarixdə 715 manat, xx-xx-2023-üi il tarixli, EBCO 490504 nömrəli elektron qaiməüzrə xx.xx.2023-cü il tarixdə 1200 manat, xxxx-2023-cü il tarixli, EBDA737544 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 650 manat, xx-xx-2023-cü il tarixli, EBDG 168611 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1600 manat, 23-01- 2024-cü il tarixli, EBDX 454372 nömrəli elektron qaimə üzrə xx.xx.2024-ci il tarixdə 1880 manat olmaqla, ümumilikdə 20092 manat pul vəsaiti heç bir xidmət göstərilmədən, müqavilə və təhvil-təslim aktı olmadan İddiaçı ASC-nin hesabından Cavabdeh2 Allahyar oğluna ödənilmişdir. Qeyd edir ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024- cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıqvə sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə edilmişdir. Lakin aparılmış təftiş nəticəsində hazırda həmin ödənişlərin nə məqsədlə edilməsi, hansı sənədlər (müqavilə, təhvil-təslim aktı və ya digər hər hansı sənəd) əsasında edilməsi müəyyən olunmamışdır. Nəticədə ASC-yə 20.092 manat ziyan dəymişdir. Buna görə də, hesab edir ki, 20092 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir Hazırda birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməsi ilə bağlı hesab edirlər ki, aşağıdakı əsaslara görə qanunsuz və ədalətsizdir. Mülki Məcəllənin 329-cu maddəyə əsasən, Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə bu rəftarı Cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər (16 ay) hər hansı irad bildirilmədiyində, elektron qaimələr üzrə satılmış malların dəyərinin ödənildiyində ifadə etmişdir. Lakin məhkəmə iddia tələbinin 20.092 (manat məbləğində olmasına baxmayaraq, bu məbləğin yalnız şifahi əqd əsasında köçürülməsinin adi hal olması qənaətinə gəlmişdir. Halbuki, 20.092 manat məbləğindəki yüksək miqdarın köçürülməsi üçün yalnız şifahi razılığın olması kifayət etməməlidir. Bunun yazılı formada əsası mövcud olmalıdır. Göründüyü kimi, məhkəmə bu nüansları araşdırmadan və qeyd edilən qanunvericiliyin bütün normalarında nəzərdə tutulan tələblərə səthi və formal yanaşaraq iddia tələbini rədd etmişdir. Qeyd edir ki, iddia tələbinin əsasını heç bir təhviltəslim aktı, müqavilə və ya hər hansı bir sənəd olmadan qeyd olunan qaimələr üzrə ödənişlərin edilməsi təşkil etsə də, məhkəmə bu nüansa çox səthi yanaşaraq heç bir araşdırma etmədən iddia tələbini rədd etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə iddiaçı və Cavabdeh2 arasında 2021-ci ildən alqısatqı münasibətlərinin yarandığını, Cavabdeh2 tərəfindən iddiaçıya 2021-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına qədər ümumi dəyəri ƏDV daxil olmaqla 22772 manat olan mal (dizel və benzin) satıldığını və satılmış malların dəyərinin cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə iddiaçı tərəfindən ödənildiyini qeyd etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən, iddia tələbinin də məhz bu alqı-satqı müqaviləsinin həqiqətən də olub-olmadığının və bu ödənişlərin nəyin əsasında ödənildiyinin müəyyən edilməsi olduğunu nəzərdən qaçırtmışdır. Eyni zamanda məhməmə qətnaməsində yalnız Cavabdeh2 İddiaçı ASC ilə arasında guya bağlanmış alqı-satqı müqaviləsini vurğulamış, digər Cavabdeh1İsa oğlunun həmin dövrdə İddiaçı ASC-nin rəhbəri olması nüansına qətiyyən toxunmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini xahiş etdi.

19. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədilər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədilər.

20. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır. 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələbləri və apellyasiya şikayəti üzrə təqdim edilmiş dəlilləri nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi rədd olunduğundan və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-2024-cü illəri əhatə edən dövrdə Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə malların (dizel yanacağı və benzin) təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş və iddiaçı tərəfindən cavabdehə həmin qaimələr üzrə 20.092 manat məbləğində ödəniş edilmişdir. Hazırda İddiaçı ASC Cavabdeh2 tərəfindən ASC-yə göndərilmiş elektron qaimələrin heç bir əsasının olmadığını, belə ki, tərəflər arasında müqavilə bağlanmadığını, malların təhvil-təslim aktlarının mövcud olmadığını, 2021-2024-cü illərdə həmin dövrdə iddiaçının direktoru olmuş Cavabdeh1 isə hər hansı əsas olmadan mübahisəli qaimələr əsasında ödənişlər etdiyini əsas göstərərək 20.092 manat məbləğində pulun cavabdehlərdən mütərək qaydada tutulmasını tələb edir.

28. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallara görə Cavabdeh2 qarşı yönəldilmiş iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi, Cavabdeh1 qarşı yönəldilmiş iddia tələbinin qanuni əsasını isə həmin Məcəllənin 49.4.5-ci maddəsi təşkil edir.

29. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh2 lə alqı-satqı münasibətlərinin yazılı formada rəsmiləşdirilməməsi ilə bağlı dəlillərə münasibətdə Mülki Məcəllənin 329.1ci maddəsinə istinad edərək qeyd edir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydiyyata alınan əşyalar istisna olmaqla) alqı-satqı müqavilələrinin yazılı formada bağlanmalı olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, tərəflər arasında müqavilənin mütləq yazılı formada bağlanmasına dair razılaşma da mövcud olmamışdır. Bu səbəbdən hazırkı halda yazılı müqavilənin bağlanmaması tərəflər arasında malların alqı-satqısı ilə bağlı etibarlı müqavilə münasibətlərinin mövcud olmasını istisna etmir.

30. Alqı-satqı münasibətlərinə dair alt sənədlərin olmaması məsələsinə münasibətdə məhkəmə tərkibi bildirir ki, kommersiya subyektləri arasında alqı-satqı əməliyyatlarının elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsi sahibkarlıq sahəsində uzun müddətdir istifadə edilən işgüzar praktikadır. Digər tərəfdən o da vurğulanmalıdır ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli elektron qaimələrə etiraz edilməməklə yanaşı həmin qaimələr üzrə ödənişlər edilmişdir. Buna görə də kollegiya hazırkı halda təhvil-təslim aktlarının və ya qaimə-fakturaların mövcud olmamasını elektron qaimələrin formal xarakter daşımasına dair şübhə yaradan hal kimi qiymətləndirilmir.

31. İddiaçının həmin dövrdəki direktoru Cavabdeh1 Cavabdeh2 ilə sövdələşərək iddiaçıya mallar təqdim edilmədiyi halda Cavabdeh2 ödənişlər etməsi ilə bağlı dəlillərə gəldikdə iddiaçı həmin dəlillərin əsaslılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

32. Bununla bağlı kollegiya həmçinin qeyd edir ki, MM-nin 49.3-cü maddəsi hüquqi şəxsin rəhbərindən hüquqi şəxsin mənafeləri naminə vicdanlı, qərəzsiz, sadiq və ehtiyatlı davranmağı tələb etsə də, bu o demək deyil ki, hər hansı mübahisəli əməliyyat avtomatik olaraq rəhbərin öz maraqları üçün edilmiş hesab olunur; əksinə, rəhbərin şəxsi maraq güddüyü, vəzifəsini qəsdən pozduğu və ya hüquqi şəxsin maraqlarına zidd hərəkət etdiyi konkret sübutlarla təsdiqlənməlidir, lakin iş üzrə Cavabdeh1 kontragentlə razılığa gəlməklə formal alqı-satqı əməliyyatları aparmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

33. İddiaçı tərəfindən apellyasiya instansiya məkhkəməsində təqdim edilmiş xx.xx.2024-cü ildən – 19 dekabr 2025-ci il tarixdən "xxxx" QSC-dən aldığı dizelin həcmini və həmin dizelin generatorun çəninə doldurulmaqla generator üçün istifadə edilməsini təsdiq edən müxtəlif tarixli aktlar və arayışa münasibətdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən sözügedən sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olmaması əsaslandırmamışdır. Odur ki, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından sübut qismində qəbul edilə bilməz. Digər tərəfdən həmin sübutlar qəbul edilsə belə yalnız müvafiq dövrdə iddiaçı tərəfindən bir şirkətdən alınmış dizelin həcmini təsdiq etməklə əvvəlki dövrdə Cavabdeh2 daha artıq həcmdə dizelin alınması ehtimalını istisna etmir.

34. Beləliklə, kollegiya hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən göndərilmiş elektron qaimələrin iddiaçı tərəfindən qeyd-şərtsiz qəbul edilməsi və ödənilməsi ona dəlalət edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə mallar təqdim edilmiş və həmin malların dəyəri ödənilmişdir.

35. Odur ki, iddiaçının 20.092 manat məbləğində pulun əsas varlanma obyekti kimi Cavabdeh2 geri tələb etməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Eləcə də Cavabdeh1 tərəfindən mübahisəli alqı-satqı əməliyyatları ilə bağlı direktor vəzifəsini hüquqi şəxsin maraqlarına uyğun şəkildə icra etməməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması da iş materialları ilə öz təsdiqini tapmadığından həmin pul vəsaitinin Cavabdeh1 tələb edilməsi hissəsində də iddia əsassızdır.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi (iddiaçıya aid edilməsi) hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5020/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar