Məhkəmə qərarları › İş №2-2(103)-1309/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1309/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1309/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9095/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini pozması faktının məhkəmə tərəfindəntəsdiq edilməsi, 2025-ci ilin may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə mövcud olan, ümumilikdə 18 000 (on səkkiz min) manat məbləğində faktiki və məhkəmə qətnaməsinin qanuni qüvvəyə minəcəyi vaxtadək icarə müqaviləsi əsasında yaranacaq borcun Cavabdehndən tutulub iddiaçıya ödənilməsi, icarə haqqını əsassız gecikdirməyə görə, gecikdirilmiş məbləğin 20% həcmində cavabdehə cərimənin hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehdən tutulmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-9095/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı Cavabdehndən İddiaçı xeyrinə Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış 24 fevral 2025-ci il tarixli “İcarə müqaviləsi” üzrə yaranmış (2025-ci ilin may, iyun, iyul, avqust entyabr və oktyabr ayları üzrə) 18 000 (on səkkiz min) manat məbləğində pulun, faktiki məhkəmə qətnaməsinin qanuni qüvvəyə minəcəyi vaxtadək icarə müqaviləsi əsasında yaranacaq borc pulun, İcarə haqqını əsassız gecikdirməyə görə gecikdirilmiş məbləğin 20% həcmində cərimənin və iş üzrə ödənilmiş dövlət rüsumunun, eləcə də məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9095/2025 nömrəli qərardadı ilə işin ərazi aidiyyətinə uyğun olmadığı əsasına görə iddia ərizəsi icraata qəbul etmədən iddiaçıya geri qaytarmışdır. Belə ki, icarə obyekti Bakı şəhərində, N.Nərimanov rayonu, Xətai prospekti 63C ünvanında yerləşir və icarəçi tərəfindən orada istifadə olunur. Həmçinin, icarə müqaviləsi Bakı şəhərində 23 saylı notariat ofisində bağlanmış və həmin müqavilə üzrə icarə haqqının ödənilməsi də faktiki olaraq Bakı şəhərində həyata keçirilmişdir. Yəni, icarə müqaviləsi üzrə öhdəliklərin yarandığı və icra yeri faktiki olaraq Bakı şəhəri, N.Nərimanov rayonudur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-9095/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 5.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Elektron Məhkəmə İnformasiya Sistemindən və Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı Xankəndi şəhəridir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Xankəndi şəhəri Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Materiallardan görünür ki, iddiaçının hazırkı tələbi tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. İddia tələbi həmin müqavilə üzrə icarə haqqının tutulmasından ibarətdir. Müqavilədə icra yeri (icarə haqqının və digər ödənişlərin) Bakı şəhərində icra edilməli olması barədə hər hansı qeyd-şərt müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hüquqi ünvanın məhkəmə tərəfindən düzgün müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-9095/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar