Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-131/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4478/2021 saylı 18.10.2021-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 11.04.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 11.04.2019-cuil tarixə yaranan 51635.84 manat borcuna görə 52500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.04.2021-ci il tarixli **********0 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakınİddiaçı cavabdehə qarşı cavabdehin 11.04.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 51635,84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4478/2021 saylı 18.10.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: 1********) barəsində keçirilmiş 05.01.2018-ci il tarixli səyyar vergi yoxlaması zamanı da müəyyən olunmuşdur ki, müəssisə tərəfindən Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov 377-ci məhəllə ünvanında 2 və 3 saylı binaların satışa yararlı sahələrinin təqdim olunması həyata keçirilmişdir. Müəssisə tərəfindən inşa edilmiş 1 saylı bina yoxlama ilə əhatə olunmamış qalır. Göründüyü kimi, qeyd edilən 3 binadan birincisi özgəninkiləşdirilməmiş və həmin binanın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi barəsində siyahıya alınma həyata keçirilmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib olunmuş “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərardan da görünür ki, baxış "xxxx" Firmasının (Hazırki adı ilə Cavabdeh MMC (VÖEN: **********)) Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov 376 və 377-ci məhəllə ünvanında yerləşən binalar və ordakı əşyalar barəsində keçirilmişdir. Qeyd edilən səyyar vergi yoxlaması üzrə tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.01.2018-ci il tarixli Qərar vergi ödəyicisinə də təqdim edilmişdir. Eləcə də, iş üzrə qeyd edilən ünvanda siyahıya alınmış əmlakla bağlı “Əmlakın siyahıya alınması haqqında” Protokol və onun əlavəsi də vergi ödəyicisi tərəfindən imzalanmışdır. Bununla yanaşı, məhkəmə qərarında qeyd edilən, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 402,8 m təşkil edən qeyri-yaşayış sahəsinin X1 barədə 15 mart 2018-ci il tarixli müqavilə mülkiyyəti təsdiq edən sənəd hesab olunmur. Buna əsaslanaraq, iddianın təmin edilməməsi tamamilə əsassızdır. İşə apelyasiya qaydasında baxılması 26.01.2022-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4478/2021 saylı 18.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh MMC-nin şəxsi vərəqəsindən görünür ki, vergi ödəyicisinin 30.08.2021-ci il tarixə dövlət büdcəsinə 10755,43 manat borcu qalmışdır. 11.04.2019-cu tarixli **********0 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 20.04.2021-ci il tarixli **********0 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr olan qeyr-yaşayış sahəsi 52500 manat dəyərləndirilməklə siyahıya alınmışdır. İşə birinci instansiya qaydasnda baxılarkən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən siyahıya alınmış qeyri-yaşayış sahəsi "xxxx" Mənzil Tikinti Kooperativi ilə X6 arasında bağlanmış 15 mart 2018-ci il tarixli müqaviləyə əsasən X5 ödənimiş 201400 manat pay haqqı müqabilində təqdim edilmiş ünvan 3 ünvandakı yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 402,8 m2 təşkil edən qeyriyaşayış sahəsinin bir hissəsidir. Birinci instansiya məhkəməsi MPM-nin 77.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tərtib olunmuş protokolla siyahıya alınmış qeyriyaşayış sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından, əksinə iddiaçının siyahıya aldığı qeyri-yaşayış sahəsinin "xxxx" Mənzil Tikinti Kooperativinin pay haqqı müqavilində payçı X5 verilməsi barədə işdə sübut olduğundan iddia təmin edilə bilməz. Məhkəmə aşağıdkılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsində vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydaları müəyyən edilmişdir. Vergi Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.3.3.6 və 90.3.3.9-cu maddələrinə əsasən vergi orqanının sifarişinə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti; tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri əlavə edilməlidir. Vergi Məcəlləsinin qeyd edilən normalarının tələblərindən aydın olur ki, vergi ödəyicisinə məxsus daşınmaz əmlakın siyahıya alınarkən və hərracda satılması üçün sifariş verilərkən əgər həmin əmlak üzərində vergi ödəyicinin mülkiyyət hüququ varsa bu barədə sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, şəhadətnamə, dövlət aktı və s), əgər tikintisi başa çatmamış obyektdirsə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri vergi orqanından olmalı və bu sənədlər hərracın keçirilməsi üçün verilən sifarişə əlavə edilməlidir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, siyahıya alınmış qeyri-yaşayış sahəsinin X1 barədə 15 mart 2018-ci il tarixli müqavilə mülkiyyəti təsdiq edən sənəd hesab olunmadığından iddianın bu əsasla rədd edilməsi əsassızdır. Halbuki birinci instansiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi əsas dəlil siyahıya alınmış qeyri-yaşayış sahəsinin X3 mülkiyyətində olması deyil, həmin sahənin Cavabdeh MMC-nin mülkiyyətində olması barədə iddiaçı tərəfindən sübutların təqdim edilməməsidir. Cavabdeh MMC-nin direktoru Zaur Məhərrəmovun oturduğu otaq və mərtəbə siyahıya alınıbsa həmin otaq və onun yerləşdiyi qeyri-yaşayış sahəsi müqaviləyə əsasən X2 və sərəncamındadır. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, Cavabdeh MMC-nin heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə 3 yaşayış binası "xxxx" MTK-nın payçılarının vəsaiti və sifarişi ilə tikilərək payçıların istifadəsinə verilmişdir. Protokolda siyahıya alınmış qeyri-yaşayış sahəsini 3 binadan hansının 2-ci mərtəbəsində yerləşdiyi qeyd edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşır ki, əgər ərazidə bir neçə yaşayış binası varsa siyahıya alınmış əmlakın hansı binada yerləşdiyi qeyd edilməli idi. Belə ki, Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlakın tam təsvir edilməsi tələb edilir. Əks halda hərracın keçirilməsi zamanı qeyri-müəyyənlik yarana və digər şəxslərə məxsus əmlaklar hərraca çıxarıla bilər. Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. İşdəki daşınmaz əmlakın icbari sığorta şəhadətnamələrindən görünür ki, X6 ona məxsus əmlakı 2018-2022-ci illərdə daşınmaz əmlakın icbari sığortası növündə sığorta etdirmişdir. Qeyd edilən sübutlar təsdiq edir ki, hazırkı halda siyahıya alınmış əmlakın pay haqqı müqabilində X5 mülkiyyət hüququ ilə verilməsi barədə müqavilə 15 mart 2018-ci il tarixdə, yəni 20.04.2021-ci il tarixli əmlakın siyahıya alınması barədə protokolun tərtib edilməsindən daha əvvəl bağlandığından həmin əqdin məhkəmə tərəfindən əmlakın Cavabdeh MMC-nə məxsus olmadığını təsdiq edən sübut kimi qəbul edilməməsi üçün hər hansı qanuni əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, 377-ci məhəllədə yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 35 kv.metr olan qeyri-yaşayış sahəsinin siyahıya alınarkən Cavabdeh MMC-nə məxsus olduğu sübut edilmədiyindən mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğv olunması və iddianın təmin olunması üçün əsaslar mövcud deyil. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4478/2021 saylı 18.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4478/2021 saylı 18.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-131/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-131/2022
26.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver