Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1313/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2307/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı ASC-nin Nərimanov filialı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 24% olmaqla, 25.000 (iyirmi beş min) AZN məbləğində kredit verilmişdir.
2. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən Cavabdeh3məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür
3. 1.2-ci bəndinə əsasən kredit Cavabdeh3 kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir.
4. 2.1-ci bəndinə əsasən Sizə kredit36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylıƏlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir.
5. Kreditin təminatı olaraq Cavabdeh4 ilə bağlanan xx.xx.2023 cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
6. Kreditin təminatı olaraq Cavabdeh2 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
7. Kreditin təminatı olaraq Cavabdeh1 ilə bağlanan xx.xx.2023-cü il tarixli, № 001/ZM/107/52624xx/xx/140223 saylı zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir.
8. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı xx.xx.2023-cü il tarixli № 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən girov qoyulmuşdur.
9. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh3 və qeyrilərinə 16 dekabr 2024-cü il tarixli pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra– iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixə Banka əsas borc üzrə əsas borcu 17.355,43 manat, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 3176,81 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3771,77 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında– illik 5% olmaqla)0, cəmi 24.304,01 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 saylıGirov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə bu müqaviləyə əlavə olunmuş 60 №-li akta əsasən mal qalığı olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 3-16-16/2-9/3194/2025 saylı ekspert rəyinə əsasən Cavabdeh3 nun İddiaçı QSC-yə olan borcu xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 17487.70 manat, faiz borcu 2389.99 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2307/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 17355.43 (on yeddi min üç yüz əlli beş manat qırx üç qəpik) manat məbləğində əsas borc, 2389.99 (iki min üç yüz səksən doqquz manat doxsan doqquz qəpik) manat faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsi,xx.xx.2023-cü il tarixli, 001/GM/107/5262493/140223 saylı girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilsin, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən Cavabdeh3 icarəyə götürdüyü obyektdə olan daşınar əmlaka tutma yönəldilsin, qeyd olunan girov obyekti açıq hərracda satılsın, satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. , həmin əmlaklar açıq hərracda satılsın. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 geri qaytarılması,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin 10 manat hissəsi iddiaçıdan, 40 manat hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, iddianın qalan hissədə rədd edilsi qət edilmişdir.
6. Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2307/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsinin dəyişdirilməsi və sadəcə olaraq əsas borcun ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 25.000 min manat məbləğində kredit götürərkən 4 nəfər zamin kimi yazılmışdır. Onlardan biri vəfat etmişdir. Digər 3 nəfər isə yuxarıda adları qeyd edilən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 olmuşdur. Beləki götürdüyü krediti, yəni 25.000 min manatı zamin olan Cavabdeh4 sahibkiarlıq fəaliyyəti ilə məşğul olması üçün vermişdir. Buradakı əsas məqsədi krediti öz adına götürüb Cavabdeh4 verdikdən sonra həmin ödənişi Cavabdeh4 özünün ödəməsi olmuşdur. Lakin Cavabdeh4 İddiaçı ASC-yə 1 il ərzində 7.644 manat ödəniş etdikdən sonra ödənişi dayandırdığı üçün geriyə 17355.43 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 3176.81 manat, xx.xx.2025-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 3771.77 manat borc qalmışdır. Qətnamə qəbul edilərkən iş üzrə bütün faktlar araşdırılmamış və cavabdeh olaraq mənafeyi pozulmuşdur. Özü alzaymır, artiroz və venoz, həmçinin anemiya xəstəsidir və əsas borcdan əlavə 3176.81 manat faiz borcu,3771.77 manat dəbbə pulu (cərimə) borcunu ödəməyə imkanı yoxdur. Beləki o əsas borcun ödənilməsinə etiraz etmir, dəbbə pulu və faiz pulunun silinməsini xahiş edirəm.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı faiz və cərimə borcu hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulmaması barədə apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
22. İşin mübhiasəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı QSC xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə Cavabdeh3 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 25 000 manat məbləğində kredit verməklə, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 3-16-16/2-9/3194/2025 saylı ekspert rəyinə əsasən Cavabdeh3 nun İddiaçı QSC-yə olan borcu xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas kredit borcu 17487.70 manat, faiz borcu 2389.99 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir.
24. Apellyator tərəfindən yalnız faiz və cərimə borcunun məbləği mübahisələndirilmişdir.
25. İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan) arasında xx.xx.2023-cü il tarixli, № 001/KM/107/5262493/140223 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh3 məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
27. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizaların rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilənin müddətinin başa çatdığı tarixlə hesablanmış faiz borcu cavabdehlərdən tutulmalıdır.
28. Bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
29. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borclarının məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
30. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır
31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 3771,77 manat cərimə borcu qeyd olunduğu halda, məhkəmə işin hallarını, cavabdehlərin maddi durumunu nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq 700 manat müəyyən etmişdir. Apellyator maddi vəziyyətinin qeyri-sabit olduğuna istinad etsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2307/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.