Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-132/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2051/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə ödənilməmiş 11296,91 manat pul vəsaitinin, mediasiyaya ödənilmiş 200 manat və iş üzrə ödənilmiş 124 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və vurulmuş maddi ziyana görə ödənilməmiş 19502,04 manat pul vəsaitinin, mediasiyaya ödənilmiş 200 manat və iş üzrə ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq İddiaçı1 Xanbala oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2051/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdehndən 11296,91 manat məbləğində pul, ödənilmiş 200 manat məbləğində mediasiya xərci, 124 manat məbləğində dövlət rüsumu, ümumilikdə 11620,91 manat məbləğində pul tutularaq İddiaçı2 MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2051/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin edildiyi hissədə ləğv edilərək o hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 və Cavabdeh MMC “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək mübahisə tərəflər arasında barışıq sazişi ilə həll edildiyi və iddiaçılara tələb edilən pul məbləği ödənildiyi üçün iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında barışıq sazişinin əslini və ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə ərizələri iş materialları ilə birlikdə baxaraq hesab edir ki, iddiaçıların ərizələri iddiadan imtina kimi qəbul edilməli, mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina barədə ərizələr qəbul edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2051/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtina ərizələri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2051/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-132/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-132/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver