Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-132/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin əvəzləşdirilərək borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4600/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. “X10 Stansiyası” MMC (İstehsalçı) ilə "xxxx" ASC (Təchizatçı) arasında Elektrik enerjisinin ötürülməsi haqqında 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən “istehsalçı” "xxxx" tərəfindən istehsal olunub “Enerji ötürən”-“Azərişıq" ASC-nin şəbəkəsi vasitəsilə “İstehsalçı”nın istehlakçılarına ötürüləcək elektrik enerjisinin hər kVt.s-nın dəyəri (ƏDV daxil olmaqla) 0.4 qəpik təşkil edir. İllik, rüblük və aylıq elektrik enerjisinin istehsalının proqnoz göstəriciləri və maksimal güc qrafiki hər müvafiq il üçün Energetika Nazirliyi tərəfindən təsdiq edilərək, bu müqaviləyə əlavə olunur. “İstehsalçı”nın və “Enerji ötürən”in enerjinin təhvil-təsliminə dair sərhəd nöqtəsi olaraq qəbul edilmiş "xxxx"-də 35 kV-lıq bölmələrarası yağ açarında quraşdırılmış “ELSTER” tipli elektrik sayğacının göstəriciləri əsasında “Aran" RETSİ-nin X5 ilə ikitərəfli qaydada tərtib etdikləri sərfiyyat aktı əsas hüquqi sənəddir və hesablaşma həmin sənədə əsasən aparılır. “X10 Stansiyası” MMC-nin "xxxx" ASC-nin ərazisində olan enerji ötürdüyü müəssisələrin siyahısında İddiaçı ASC qeyd edilmiş və onun orta aylıq istehlak olunan enerjinin həcmi 50000 - 100000 kVts müəyyən olunmuşdur.
2. Müqavilənin: - 4-cü bəndinə əsasən elektrik enerjisinin ötürmə marşrutu aşağıdakı kimidir: “İstehsalçı” “Muğan SES" - “Enerji ötürən” “Azərişıq" ASC-nin enerji təchizatı şəbəkəsi- “İstehsalçı”nın enerji satacağı müəssisələrinin (Bakı şəhəri və regionlarda yerləşən) enerji qəbulu üzrə sərhəd nöqtələri. Müqavilənin 5-ci bəndinə əsasən “İstehsalçı”da sərhəddə quraşdırılmış hesabat sayğacının göstəriciləri əsas götürülərək, “İstehsalçı və “Enerji ötürən” arasında tərtib edilmiş akta əsasən istehsal edilib ötürülən enerjidən "xxxx" ASCnin X8 Təchizatı və Satışı İdarəsinin X5 ərazisində “İstehsalçının enerji satacağı müəssisələrinin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerji "xxxx" ASC-nin Bakı regionu ərazisində yerləşən “İstehsalçı”-nın müəssisələrinə ötürülür. -6-cı bəndinə əsasən ötürülən elektrik enerjisinin kəmiyyəti “Enerji ötürən” ilə “İstehsalçı”nın müəssisələrinin istifadə etdikləri elektrik enerjisinin sərfiyyat aktları əsasında hər ay üzləşdirilərək rəsmiləşdirilir. –7-ci bəndinə əsasən "İstehsalçı”nın işə buraxılması üçün (xüsusi sərfiyyat) sərhəddə quraşdırılmış hesabat sayğacının göstəricisinə əsasən. “Enerji ötürən”dən idxal etdiyi elektrik enerjisi “İstehsalçı” ilə “Enerji ötürən” arasında tərtib edilmiş aktda göstərilir və aktda göstərilən (idxal edilən) enerjinin haqqı “Enerji ötürən”ə qanunvericiliklə müəyyən edilmiş müvafiq qiymətlə ödənilir.
3. "xxxx" ASC-nin təchizat şəbəkəsinə, müstəqil enerji istehsalçısı "xxxx" MMCdən 2024-cü il yanvar-aprel aylarında istehsal olunaraq ötürülən elektrik enerjisi sərfiyyatı haqqında xx.xx.2024-cü tarixli aktdan görünür ki, 35 kV-luq "xxxx" h/x, xüsusi sərfiyyat – istehsal rejimi üzrə 847448 kvts enerji istehsal edilmiş, Bakı RETSİ-nə 783590 kvts enerji ötürülmüşdür.
4. Azərbaycan Respublikası “X10 Stansiyası” MMC tərəfindən "xxxx" ASC-nin Satış departamentinin direktoru Elçin Dadaşova ünvanlanmış məktubundan görünür ki, “X10 Stansiyası” MMC ilə "xxxx" ASC arasında təsdiqlənmiş akta əsasən 01 yanvar 2024cü il 01 may 2024-cü il tarixədək “X10 Stansiyası” MMC tərəfindən istehsal edilərək ötürülən 783590 kvts elektrik enerjisindən "xxxx" MMC-yə 310000 kvts, İddiaçı ASC-yə 75000 kvts, "xxxx" MTK-ya 398590 kvts əvəzləşdirmə aparılmasına köməklik göstərilməsini xahiş etmişdir.
5. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova ünvanlanmış məktubundan görünür ki, “X10 Stansiyası” MMC-nin 01 yanvar 2024-cü il 01 may 2024-cü il tarixləri ərzində istehsal edərək ötürdüyü elektrik enerjisindən Holdingin tərkibinə daxil olan "xxxx" MMC ilə 310000 kvts, İddiaçı ASC ilə 75000 kvts, qalan istehsal olunaraq ötürülmüş elektrik enerjisinin isə "xxxx" MTK ilə əvəzləşdirmə aparılmasına göstəriş verilməsini xahiş etmişdir.
6. "xxxx" ASC tərəfindən “X10 Stansiyası” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-13/2-1/07-8252/2024 nömrəli məktubdan görünür ki, “X10 Stansiyası" MMC tərəfindən 2024-cü ilin yanvar - aprel dövrü ərzində istehsal edilmiş 783590 -kVts elektrik enerjisinin 752327 kVts hissəsi "xxxx" MTK, 31263 kVts hissəsi isə "xxxx" MMC ilə əvəzləşdirilmişdir.
7. “X10 Stansiyası” MMC tərəfindən istehsal olunaraq ötürülən elektrik enerjisinin “Azərişıq" ASC-yə rəsmi müraciətlə əvəzləşdirilməsi barədə məlumat cədvəlindən görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il dövrləri üzrə “X10 Stansiyası” MMC tərəfindən istehsal olunmuş enerjinin 75000 kVts hissəsinin İddiaçı ASC-nin borcu ilə əvəzləşdirilmənin aparılması nəzərdə tutulmuşdur.
8. MT2404 seriyalı, 00900801 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən istifadə olunmuş 71757,39 kv/st həcminə uyğun olaraq elektrik enerjisinin dəyəri 7893,3129 manat hesablanmaqla, "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ödənilməsi üçün təqdim edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 75000 kVst hissəsinin İddiaçı ASC ilə əvəzləşdirilməsini və uyğun olaraq yaranmış ƏDV daxil 7893,3129 manat məbləğində borcun silinməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisinin tranzit ötürülməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “X10 Stansiyası” MMC istehsal etdiyi elektrik enerjisini "xxxx" ASC-nin şəbəkələrinə ötürür və “X10 Stansiyası” MMC-nin müəyyənləşdirdiyi abonentlər ilə "xxxx" ASC arasında akt tərtib edilərək şəbəkəyə ötürülmüş elektrik enerjisi həmin abonentlərlə istehlak etdiyi elektrik enerjisi ilə əvəzləşdirilir. “X10 Stansiyası” MMC tərəfindən 01 yanvar 2024- cü il tarixdən 01 may 2024-cü il tarixə qədər 783 590 kVts elektrik enerjisi istehsal olunaraq "xxxx" ASC-yə ötürülmüş və bu 29 may 2024-cü il tarixli aktla təsdiq edilmişdir. 27 may 2024-cü tarixli 05 nömrəli məktubla “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 75 000 kVst hissəsinin İddiaçı ASC-nə ötürülməsi və onunla əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilmişdir. Buna görə də İddiaçı ASC-nin hazırda elektrik enerjisinə görə "xxxx" ASC-nə borcu yoxdur. Bir müddət əvvəl"xxxx" ASC tərəfindən guya kiİddiaçı ASC-nin borcu olması səbəbindən əsassız olaraq İddiaçı ASC-nə elektrik enerjisinin verilişi dayandırılmışdır. İddiaçı ASC-nin elektrik enerjisinin ödənilməsi ilə əlaqədar borcunun olması haqqında tələbiniz əsassızdır. İddiaçı ASCnin “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin əvəzləşdirilməsi səbəbindən borcu mövcud deyildir. Elektrik enerjisinin verilişi dayandırıldığından müəssisənin fəaliyyəti dayanmışdı və bu səbəbdən müəssisə bir sıra problemlərlə üzləşmişdir. Bağlanmış müqavilələr üzrə əmlakın (enerjinin) sahibi “X10 Stansiyası” MMC-dir və əmlakın (enerjinin) kimlərlə əvəzləşdirilməsi “X10 Stansiyası” MMC tərəfindən müəyyənləşdirilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə istinad olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4600/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 75000 kvst hissəsi İddiaçı ASC ilə əvəzləşdirilərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 7893 manat 31 qəpik məbləğində borcun silinməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “X10 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC “X10 Stansiyası” MMC tərəfindən istehsal olunan elektrik enerjisini “X10 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunan İddiaçı ASC-yə ötürməyi, “X10 Stansiyası” MMC isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, tərəflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə “X10 Stansiyası” MMC tərəfindən istehsal edilən 783590 kvts elektrik enerjisindən 75000 kvts enerjini İddiaçı ASC-yə ötürməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsi cavabdeh tərəfindən “X10 Stansiyası” MMC-yə ünvanlanmış məktubla da təsdiq olunur. Belə ki, həmin məktubla "xxxx" ASC “X10 Stansiyası" MMC tərəfindən istehsal edilmiş elektrik enerjisinin 752327 kVts hissəsini "xxxx" MTK ilə, 31263 kVts hissəsini isə "xxxx" MMC ilə əvəzləşdirdiyini, lakin İddiaçı ASC ilə 75000 kv/st əvəzləşdirmədiyini qeyd etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 403.2-ci maddəsinə əsasən onun xeyrinə bağlanmış müqavilə üzrə öhdəliyin icrasını tələb edə etmək hüququ əmələ gəlmişdir. Belə ki, “X10 Stansiyası” MMC-nin ötürdüyü elektrik enerjisi "xxxx" ASC tərəfindən tərəflərin razılışdığı qaydada əvəzləşdirilmədən, “X10 Stansiyası” MMC-nin istehlakçıları sırasında qeyd olunmuş digər hüquqi şəxs olan "xxxx" MTK-nın ümumi borcuna silinmişdir. Bu səbəbdən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, “X10 Stansiyası” MMC tərəfindən iddiaçının xeyrinə müqavilə üzrə nəzərdə tutulmuş elektrik enerjisinin 75000 kv/st hissəsinin cavabdehə ötürdüyünü, cavabdehin isə öz öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı ilə həmin həcmdə elektrik enerjisini əvəzləşdirmə aparmadığını nəzərə alaraq hesab etmişdir ki, “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 75000 kv/st hissəsi iddiaçı ilə əvəzləşdirilərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 7893,3129 (≈7893,31) manat məbləğində borc silinməlidir.
13. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK abonentlərin siyahısında olduğundan, onun mövcud borcu ilə bağlı əvəzləşdirmə aparılmışdır. Belə ki, "xxxx" MTK tərəfindən binada istifadə olunmuş elektrik enerjisi sərfiyyatının dəyərini ödənilmədiyindən və ümumilikdə binanın enerji təchizatı müvəqqəti olaraq kəsmək ağır nəticələnəcəyindən ümumi siyahı üzrə məbləğ əvəzləşdirilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -403.1-cü maddəsinə əsasən üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. -403.2-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. -403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. -403.6-cı maddəsinə əsasən borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. -403.7-cü maddəsinə əsasən üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X10 Stansiyası” MMC ilə "xxxx" ASC arasında elektrik enerjisin ötürülməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" ASC “X10 Stansiyası” MMC-nin isteklakçılarını ötürməyi, o cümlədən müqavilənin 5-ci bəndinə əsasən “X10 Stansiyası” MMC-nin istehsal edərək ötürdüyü enerjisindən istehsal olunan elektrik enerjisindən istehsalçının enerji satacağı müəssisələrin işlətdiyi enerji çıxıldıqdan sonra, artıq qalan enerjini istehsalçının Bakı ərazisində yerləşən müəssisələrinə (o cümlədən İddiaçı ASCyə) ötürməyi, “X10 Stansiyası” MMC isə müqavilənin 13-cü bəndinə əsasən elektrik enerjinin ötürülməsi haqqını "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında təsdiqlənmiş akta əsasən 01 yanvar-01 may 2024-cü il dövrü üzrə “X10 Stansiyası” MMC tərəfindən “X10 Stansiyası” MMC tərəfindən 01 yanvar 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə qədər 847448 kvts enerji istehsal edilmiş, həmin enerjinin artıq qalan 783590 kvts hissəsi Bakı RETSİ-ə ötürülmüşdür.
23. “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş 783590 kvts elektrik enerjisinin 75 000 kVst hissəsinin İddiaçı ASC-nin, 310000 kvts hissəsinin "xxxx" MMC-nin, 398590 kvts hissəsinin isə "xxxx" MTK-nin "xxxx" ASC-yə olan borcu ilə əvəzləşdirilməli olması barəsində "xxxx" ASC-yə rəsmi məlumat verilməsinə baxmayaraq "xxxx" ASC tərəfindən həmin enerjinin 752327 kVts hissəsi "xxxx" MTK, 31263 kVts hissəsi isə "xxxx" MMC ilə əvəzləşdirilmişdir, yəni İddiaçı ASC-nin borcu ilə əvəzləşdirmə aparılmamışdır.
24. Göründüyü kimi “X10 Stansiyası MMC istehsal etdiyi elektrik enerjisini 75000 kvst hissəsinin İddiaçı ASC Azərkimya İstehsal və X4” ASC-nin borcu ilə əvəzləşdirilməsi üçün cavabdehin Bakı RETSİ-yə ötürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək İddiaçı ASC ilə həmin həcmdə elektrik enerjisinə dair əvəzləşdirmə aparmamışdır. Odur ki, müqavilənin xeyrinə bağlandığı üçüncü şəxs olan iddiaçı Azərkimya İstehsal və X4” ASC Mülki Məcəllənin 403.2-cü maddəsinə əsasən həmin öhdəliyin cavabdeh "xxxx" ASC tərəfindən icra edilməsini tələb etməkdə haqlıdır.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, “X10 Stansiyası” MMC tərəfindən ötürülmüş elektrik enerjisinin 75000 kv/st hissəsinin İddiaçı ASC ilə əvəzləşdirilərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 7893 manat 31 qəpik məbləğində borcun silinməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4600/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov