Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1329/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, X18 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndələri X6, X7, Cavabdehin nümayəndələri X4, X8 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı (Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3 cü şəxs qismində göstərilməklə) “vurulmuş zərərin ödənilməsi və s. ” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 10.010.2025-ci il tarixli, e-2-2(113)-4181/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı1 MMC və “X3 Limited (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən Setanta Sports 1 və Setanta Sports 2 kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı1 MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, EBEL Operatora icazə (lisenziya ) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir. 1.2-ci bəndinə əsasən, Operator EBEL ilə əvvəlcədən razılaşdırmaq şərti ilə EBEL-dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sublisenziya) hüququna malikdir.
2. Adrescon” MMC və “X3 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqavilyə 2 nömrəli əlavəyə əsasən “X1 Limited” lisenziya sahiblari ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (Seriya A, Liqa 1, X14, NBA, Formula 1, X9 Liqası, X24, La liqa, Bundesliqa, WTA, NHL, ATP Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X17 Liqası, UFC, X10, EFL) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsi ilə yayım hüquqları) “X3 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində Setanta Sports 1 və Setanta Sports 2 kanalları vasitəsi ilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən İddiaçı1 MMC eksklyuziv distrbyutor olaraq xx.xx.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixinədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.
3. İddiaçı1 MMC və “X3 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2023-xx.xx.2025-ci il tarix müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası ərazisində yayım hüququnun “EBEL” (Setanta Sports) şirkətinə məxsus olması təsbit olunduğu, bunu nəzərə alaraq platforma və multipleks operatorlarından təcili olaraq qeyd olunan idman yarışlarının yayımını həyata keçirən xarici televiziya kanallarının retranslyasiyasını qanunvericiliyə uyğun (rəsmi müqavilə əsasında) həyata keçirmələri xahiş olunmuş və əks halda qanunvericliyin tələblərini pozan operatorlara qarşı 01 iyun 2023-cü il tarixdən müvafiq sanksiyaların tətbiq edilcəyi bildirimişdir.
5. Azərbaycan Respublikası Audiovizual Şurasının xarici televiziya programlarının retranslyasiyasını həyata keçirən yayım operatorlarına ünvanladığı 12 iyun 2023-cü il tarixli, 092/G-2023 saylı məktubunda şuraya “X3 Limited” şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışların (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X15” idman yarışlarının (oyunlarının“Kinon” xidməti üzrə istifadəçi müqaviləsi xx.xx.2023cü il tarixli, UPO-036 nömrəli universal platforma operatoru lisenziyasına əsasən "xxxx" MMC ilə Cavabdeh MMC arasında əməkdaşlıq çərçivəsində təqdim edildiyi qeyd olunmuşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kinon xidməti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UPO-036 nömrəli lisenziyasına əsasən Operator (Azercell Telekom MMC) tərəfindən təqdim olunur.
6. İşdə olan Kinon onlayn kinoteatr istifadəçisi müqaviləsinə əsasən “Kinon” xidməti üzrə istifadəçi müqaviləsi xx.xx.2023-cü il tarixli, UPO-036 nömrəli universal platforma operatoru lisenziyasına əsasən "xxxx" MMC ilə Cavabdeh MMC arasında əməkdaşlıq çərçivəsində təqdim edildiyi qeyd olunmuşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kinon xidməti "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli UPO-036 nömrəli lisenziyasına əsasən Operator (Azercell Telekom MMC) tərəfindən təqdim olunur.
7. İddiaçı1 MMC ilə “ATV”+ arasında aylıq ödəniş 20000 manat olmaqla kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 3 saylı sublisenziya sazişi bağlanmışdır.
8. İddiaçı1 MMC ilə "xxxx" MMC arasında kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 1 saylı sublisenziya sazişi bağlanmışdır.
9. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır.Müqavilənin:
10. 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini, "xxxx" tərəfindən Azercell abunəçilərinə “Kinon” üzərindən audiovizual əsərlərin (Televiziya, VoD və digər audiovizual xidmətlər) yayımanması xidmətinin göstərilməsi zamanı "xxxx"in telekommunikasiya şəbəkəsindən istifadə edərək həyata keçirilən birgə fəaliyyəin əsaslarını, əldə edilən gəlirin bölüşdürülməsi şərtlərini və tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi təşkil edir.
11. 1.2-ci bəndinə əsasən Streamhub xidmətinin lazımi keyfiyyətdə həyata keçirilməsi üçün tələb olunan bütün texniki quraşdırma işlərinin təmin edilməsini öz öhdəsinə götürür.
12. 1.3-cü bəndinə əsasən Streamhub, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulanlardan əlavə olaraq “Kinon” xidmətinin təşkili ilə bağlı, o cümlədən “Kinon” xidməti təqdim edilən platforma üzərindən tərəflərin ayrıca razılaşma ilə müəyyən etdiyi şərtlər və qaydala çərçivəsində müxtəlif digər xidmət/məzmun təminatını həyata keçirir. Bu öhdəliyin icrası ilə əlaqədar Sreamhub zəruri texniki dəstək xidmətlərini göstərir.
13. 2-ci bəndinə əsasən, birgə fəaliyyət nəticəsində əldə edilən gəlirin bölüşdürülməsi tərəflərin qarşılıqlı razılığı əsasında təsdiq edilən razılaşdırma protokollarına uyğun olaraq müəyyən ediləcəkdir.
Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh MMC-yə qarşı (Azərbayan Respublikası Audiovizual Şurası maraqlı şəxs qismində göstərilməklə) iddia ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı1 MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları Cavabdeh MMC tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 30000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğin cavabdehdən tutulması, həmçinin pozulmuş hüquqların bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. 24.06.2025-ci il tarixdə iddiaçının qanuni təmsilçisi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı1 MMC-yə məxsus olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X15” idman yarışlarının (oyunlarının) 2025-ci ilin mart aprel aylarında 2 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı1 MMC-yə vurulmuş əldən çıxmış fayda qismində 30.000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı1 MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X9 Liqası” , “X24”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X15” idman oyunlarının Azərbaycan Respublikası ərazisində qanuni əsaslar olmadan yayımlanmasına dair hərəkətlərin Cavabdeh MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
16. Bakı Kommersiya Məhkəmənin 01 iyul 2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı2 dair hissədə iş üzrə icraata xitam verilmişdir.
18. Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2-2(113)- 4181/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı1 MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X9 Liqası” , “X24”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X15” idman oyunlarının Azərbaycan Respublikası ərazisində yayımlanması Cavabdeh MMC-yə qadağan edilməsi, Azərbaycan Respublikası ərazisində yayım hüquqları ilə İddiaçı1 MMC-yə məxsus olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X15” idman yarışlarının (oyunlarının) 2 ay müddətinə 2025-ci ilin mart-aprel aylarında qanunsuz yayımlanması nəticəsində İddiaçı1 MMC-yə vurulmuş zərərin əvəzi olaraq 5253.79 manat pul məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72.54 manat pul Cavabdeh MMC-dən tutularaq, İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4181/205 saylı, xx.xx.2025-ci tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
21. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının yayım hüququnun əsası olaraq istinad etdiyi sənədin qüvvədən olma müddəti və tələbin əhatə etdiyi dövr arasındakı uyğunsuzluq nəzərə alınmamışdır. İddiaçının yayım hüququnun əsası qismində təqdim etdiyi sənəd xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur. Sənədin qüvvədən düşməsindən 7 aydan artıq müddət keçdikdən sonra ona Əlavə imzalanaraq xx.xx.2025-ci il tarixində yenidən yayım hüququ qazanılması iddia edilmişdir. Əlavənin 30 mart tarixində imzalanmasına baxmayaraq İddiaçı tərəfindən 2025-ci ilin mart və aprel ayları üçün əldən çıxmış fayda tələbi irəli sürülmüşdür. Halbuki təqdim etdiyi sənədlərdən belə aydın olur ki, iddiaçının bu hüququ mart ayından yaranmışdır. Üstəlik iddia ərizəsində, qanuni yayım hüququnun onlara məxsus olmasını əsaslandıran heç bir fakt və ya əsaslı sübut təqdim edilməmişdir. Hə a məhkəməyə təqdim edilən və iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus di lərində olan razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur. Belə ki, İddiaçının təqdim etdiyi müqavilə Setanta Sports və X3 Limited arasında əlaqənin nə olduğunu göstərmir. Əgər həqiqətən Setanta Sports EBEL-ə məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mütləq ki, iddia olunan faktı dəstəkləmək üçün təqdim edilməlidir. Hal-hazıradək müvafiq faktı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Hazırki mübahisə predmeti üzrə delikt hesab olunan yayım fəaliyyəti Streamhub tərəfindən həyata keçirilmişdir. Hazırki mühabisə predmeti üzrə delikt hesab oluna biləcək əməl İddiaçıya məxsus olduğu iddia edilən idman yarışlarının yayımının həyata keçirilməsidir. Faktiki olaraq yayım fəaliyyəti 2024-0306 saylı xx.xx.2024-ci il tarixli müqavilə əsasında Streamhub tərəfindən həyata keçirilmişdir. Halbuki zərərin ödənilməsi öhdəliyi əsassız olaraq Azerclll-in üzərinə qoyulmuşdur. Məhkəmə zərər məbləğini düzgün müəyyən etməmişdir. Məhkəmə zərərin həcmini müəyyən edərkən Azercel tərəfindən təqdim edilən aylıq ödənişlərə dair maliyyə arayışını düzgün qiymətləndirməmişdir. Audiovizual Şura tərəfindən rəsmi olaraq İddiaçıya göndərilmiş məktubda mübahisə predmeti olan idman yarışları üzrə qanunsuz yayımı həyata keçirən subyektlər sırasında Azercell və ya Streamhub-ın adı çəkilmir. Yayım fəaliyyəti faktiki olaraq 2024-0306 saylı xx.xx.2024-ci il tarixli müqavilə əsasında Streamhub tərəfindən həyata keçirilmişdir. Halbuki işin faktiki hallarından və təqdim edilən sübutlardan da aydındır ki, Azercell-in Adrescon qarşısında hazırkı mübahisə predmeti üzrə delikt məsuliyyətinin yaranması üçün təqsirli olaraq heç bir hüquqa zidd əmələ yol verməmişdir. Belə ki, hazırkı mübahisə üzrə hüquq pozuntusu hesab olunan əməl olan idman yarışlarının yayımı Streamhub tərəfindən həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Azercell tərəfindən mübahisə predmeti olan idman yarışlarının yayımlanması ilə bağlı heç bir tələb müəyyən edilməmişdir. Müqavilə şərtlərinə əsasən Streamhub təqdim edilən məzmunun Azərbaycan Respublikasının qanunvericiliyinə cavab verən müvafiq icazə və lisenziyalara malik olması öhdəliyi götürmüşdür. Azercell-in Kinon-dakı əsas rolu abunəçilərə nömrə balansından istifadə etməklə xidmət haqqının ödənilməsi imkanını təmin etməkdən ibarət olmuşdur. Yayım fəaliyyəti faktiki olaraq 2024-0306 saylı xx.xx.2024-cü il tarixli müqavilə əsasında Streamhub tərəfindən həyata keçirilmişdir. – Delikt hesab olunan əməl hazırkı mübahisə predmeti üzrə qanunsuz yayım fəaliyyətidir. Nəticə olaraq, zərərin ödənilməsi öhdəliyi də yayım fəaliyyətini həyata keçirən Streamhub-a aiddir. Streamhub və Azercel arasında bağlanmış müqaviləyə əsasən Streamhub üçün Azercell tərəfindən hər hansı spesifik məzmunun yayımlanması kimi öhdəlik müəyyən edilməmiş, bununla bağlı hər hansı göstəriş verilməmişdir. Əksinə müqavilə əsasında Streamhub istədiyi məzmunu yayımlamaq hüququna malikdir və yayımlanan məzmuna görə də tam məsuliyyət daşıyır. Məhkəmə yekunda zərərin məbləğini müəyyən edərkən Streamhub-ın yayımdan martaprel ayları üzrə 240-dan artıq TV kana larının ümumilikdə yayımı ilə əlaqədar əldə etdiyi gəliri əsas götürmüşdür. Hansı ki, mart-aprel aylarına görə 9 TV kanallarına görə 196,92 manat gəlir (hesablama qaydası yuxarıda göstərilib) əldə edilən fəaliyyət müqabilində, ümumilikdə 240 TV kanalına görə əldə edilən gəliri ekvivalent bilib, “əldən çıxan fayda” hesablanması adekvat yanaşma hesab oluna bilməz. Mart ayı ərzində yayım hüququnun İddiaçıya məxsus olmasını təsdiq edən heç bir sübut yoxdur. Mart Aprel ayları üzrə Azercell tərəfindən Streamhub-a 240-dan artıq TV kanalın yayımlanmasına görə ödəniş edilmişdir. Azercell tərəfindən təqdim edilən aylıq ödənişlərə dair maliyyə arayışında Streamhub-a 240-dan artıq TV kanalının retransilyasına görə edilən aylıq ödənişlər əks olunmuşdur. Halbuki İddia ərizəsində İddiaçı ona məxsus yarışların cəmi 9 kanalda yayımlandığını qeyd edir. Bu isə o deməkdir ki, 2 aya görə Azercell tərəfindən Streamhuba edilən 5253,79 manat məbləğində ödəniş özündə mübahisə obyekti olan 9 kanaldan daha çoxunu ehtiva etdiyi üçün zərər məbləği olaraq qəbul edilə bilməz. İİİ. Streamhub-ın əldə etdiyi gəlirdə idman yarışlarının rolu çox cüzidir. Bu aylıq ödənişlərdə də öz əksini tapmışdır. Məhkəmə zərərin məbləğini müəyyən edərkən aylıq ödənişlərə dair maliyyə arayışını hərtərəfli araşdırmalı, ödənişin təyinatını müəyyən etməli və təyinatına uyğun olaraq mübahisə obyekti hesab olunan kanalların retransilayasına görə əldə edilən gəlirin həcmini ümumi məbləğə proporsional olaraq müəyyən etməliydi. Bunu edərkən nəzərə almaq lazımdır ki, iddia edilənin əksinə bu yarışların göstərildiyi kanlların əldə edilən gəlirdə heç bir xüsusi çəkiyə malik deyil. Belə ki, mart – aprel aylarından sonra ödəniş məbləği daim artmış və iyul ayında ən yüksək həddinə çatmışdır. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə təqdim edilən sübutu hərtərəfli və müqayisəli təhlil edərək yekun zərərin həcmini müəyyən edərkən əldə edilən ümumi gəlirdə mübahisə obyekti olan kanallardan əldə edilən gəlirin nisbətini nəzərə almamışdır.
22. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı İddiaçı1 tərəfindən etiraz daxil olmuşdur.
24. Etiraz onunla əsaslandırılmşdır ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Audiovizual Şurasının (bundan sonra “Şura” adlandırılacaq) “12” iyun 2023-cü il tarixli, 092/G2023 saylı məktubunda göstərilənlərlə hazırki mübahisə predmetinə aid olan idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikasının ərazisində yayım hüququnun “X3 LİMİTED” (“Setanta Sports”) (bundan sonra “EBEL” adlandırılacaq) şirkətinə məxsus olması mübahisəsiz qaydada müəyyən edilir. Nəzərə alınması zəruridir ki, Azərbaycan Respublikasının Audiovizual Şurası Azərbaycan Respublikasının Prezidentinin “05” oktyabr 2002-ci il tarixli, 794 saylı Fərmanı ilə Audiovizual media sahəsini tənzimləyən müvafiq icra hakimiyyəti orqanı statusunda yaradılmışdır. Şuranın “02” may 2025- ci il tarixli, 3-49/2-312/2025 saylı, “05” may 2025-ci il tarixli, 3-49/2-322/2025 saylı, “13” may 2025-ci il tarixli, 3- 49/2-340/2025 saylı məktublarından görünür ki, Azərbaycan Respublikasının ərazisində yayım hüquqları İddiaçı1 MMC-yə məxsus olan hazırki iş üzrə mübahisə predmetinə aid olan yayımların qanunsuz retranslyasiya edilən televiziya kanalları vasitəsilə hər hansı qanuni əsas olmadan operatorlar tərəfindən yayımlanması ilə müstəsna hüquq sahibi İddiaçı1 MMCnin hüquqlarının pozulması öz təsdiqini tapmış və bununla əlaqədar sözügedən məktubların ünvanlandığı operatorlara bildirilmişdir ki, xarici televiziya kanallarının operator tərəfindən retranslyasiya olunması yalnız həmin kanalın və ya yayımçının rəsmi icazəsinin (müqavilə, razılaşma, rəsmi möhürlü məktub və s.) olması şərti ilə mümkündür, əks halda, bu qanuna zidd və “pirat” fəaliyyəti hesab olunur. Şuranın “13” may 2025-ci il tarixli, 3-49/2-340/2025 nömrəli məktubunda xüusilə qeyd olunmuşdur ki, “МАТЧ! Футбл 1, МАТЧ! Футбол 2, МАТЧ! Футбол 3, МАТЧ ТВ, МАТЧ! ПРИМЬЕРA, МАТЧ! Игра, МАТЧ! Арена, МАТЧ! Страна, МАТЧ! və s. idman kanalları retranslyasiya paketlərinə o şərtlə daxil oluna bilərdi ki, həmin kanallarda yayımlanan idman oyunlarının (xüsusən futbol oyunlarının) Azərbaycan Respublikasının ərazisində yayım və ya retranslyasiya hüququ müstəsna və ya qeyri-müstəsna olaraq hər hansı subyektə məxsus olmasın. Daha sonra sözügedən məktubda keçən dövr ərzində operatorlar tərəfindən bu istiqamətdə ciddi pozuntular qeydə alındığına istinad olunaraq, göstərilmişdir ki, yuxarıda sözügedən pozuntu ilə əlaqədar bir sıra beynəlxalq idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüququnun sahibi olan “EBEL” şirkətinin rəsmi nümayəndəsi İddiaçı1 MMC həmin operatorları məhkəməyə vermişdir”. Qeyd edilməsi zəruridir ki, Audiovizual media sahəsində lisenziyaya malik olmaması ilə əlaqədar Audiovizual media subyekti sayılmaması səbəbilə yuxarıda sözügedən Şuranın adlı siyahı üzrə olan məktublarında Cavabdeh MMC-nin adı göstərilməmişdir. Cavabdeh iş materiallarına əlavə olunmuş “X3 Limited” şirkəti ilə İddiaçı1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kanalın yayımı barədə” müqavilənin müddətinin xx.xx.2024-cü il tarixində bitməsinə istinad etsə də, sözügedən müqavilənin xx.xx.2024-cü il tarixli, 1 nömrəli Əlavə Razılaşmasından (bax 26-cı səhifə) da göründüyü kimi, sözügedən razılaşma ilə müqavilənin müddəti ilkin olaraq xx.xx.2025-ci il tarixinədək, daha sonra isə xx.xx.2025-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşma ilə (bax 28-ci səhifə) xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Bununla da mübahisəsiz qaydada müəyyən olunur ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan yayımlara dair hüquq sahibi olan “X3 Limited” şirkəti Azərbaycan Respublikasının ərazisində öz hüquqlarını xx.xx.2023-cü il tarixli müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan əlavə razılaşmalar ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək fasiləsiz olaraq İddiaçı1 MMC-yə vermişdir. STREAMHUB AZ” MMC ilə Cavabdeh MMC-ni açıq-aşkar əlaqədar məsuliyyətdən yayındırmaq məqsədilə bağlanılan 2024-0306 saylı, xx.xx.2024-cü il tarixli birgə fəaliyyət müqaviləyə istinad etsə də, nəzərə almamışdır ki, məsuliyyətdən yayınmaq (məsuliyyətin ötürülməsi) məqsədilə müqavilədə qeyd olunan şərtlərin hüquqi əsası olmamaqla yanaşı, bu müddəalar qanunvericiliyə ziddir və heç bir hüquqi əhəmiyyət kəsb etmir. Sözügedən Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmçinin qeyd olunması zəruridir ki, cavabdeh və "xxxx" MMC arasında bağlandığı qeyd olunan 2024-0306 saylı, xx.xx.2024-cü il tarixli birgə fəaliyyət müqaviləsinin əksər maddələrinin məhz platforma vasitəsilə yayımlanan proqramlara (məzmunların) dair lisenziya və icazələrin alınması və əlaqədar məsuliyyətlə bağlı olması, həmçinin tərəflərin birgə fəaliyyəti ilə bağlı olan hər hansı hala görə Cavabdeh MMC-nin "xxxx" MMC və/və yaxud hər hansı digər şəxslərin qarşısında məsuliyyət daşımamasının qeyd olunması birmənalı şəkildə sübut edir ki, Cavabdeh MMC onun tərəfindən həyata keçirilən yayımın qanunsuz olduğundan məlumatlıdır və sözügedən müqaviləni bağlamaqla, xüsusilə də göstərilən müddəaları həmin müqaviləyə daxil etməklə xx.xx.2024-cü il tarixindən etibarən gələcəkdə yarana biləcək məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Azercell Telekom” platformadan istifadəyə dair iddialara görə iddiaçı qismində çıxış edə bilər, lakin cavabdeh qismində yox? və necə ola bilər ki, platformadan istifadəyə görə məhkəmə xərclərinin və iddiaların Cavabdeh MMC-yə ödənilməli olması qeyd olunduğu halda, yayımlar Cavabdeh MMC tərəfindən həyata keçirilməsin? Hazırki iş materiallarına əlavə olunan Cavabdeh MMC-yə aid “Kinon onlayn kinoteatr istifadəçi müqaviləsi”ndən görünür ki, Müqavilənin Operator/Xidmət sahibi və istifadəçi olmaqla iki tərəfi vardır ki, Operator/Xidmət sahibi qismində məhz Cavabdeh MMC, istifadəçi qismində isə Müqavilə şərtlərini tam və şərtsiz qəbul etmiş hər hansı fiziki şəxs çıxış etməkdədir. Həmçinin xidmətdən istifadəyə dair “Məxfilik siyasəti”ndə “Kinon” loqotipinin Cavabdeh MMC-yə məxsus ticarət markası olması, eləcə də xidmətə dair müəllif hüquqlarının Cavabdeh MMC-yə məxsusluğu qeyd olunmuş və sözügedən siyasətin “Təşkilatın ödənilməsi” hissəsində xidmətin istifadəsi və bu siyasətin pozulması ilə əlaqədar yaranan hər hansı itkilərin, məhkəmə xərclərinin və iddiaların Cavabdeh MMC-yə ödənilməli olması göstərilmişdir. n Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanan 2024-0306 saylı, xx.xx.2024-cü il tarixli birgə fəaliyyət müqaviləsinin 1.2-ci maddəsindən də görünür ki, "xxxx", Xidmətin lazımı keyfiyyətdə həyata keçirilməsi üçün tələb olunan bütün texniki quraşdırma işlərinin təmin edilməsini öz öhdəsinə götürmüşdür. Sözügedən Müqavilənin 9.1-ci maddəsində də “Kinon” xidmətinin Azercell tərəfindən təqdim edildiyi açıq şəkildə göstərilmişdir. O da xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh MMC tərəfindən özünə məxsus “Kinon” xidməti vasitəsilə yayımlanan mübahisə predmetinə aid olan yayımlara dair müvafiq yayım siqnallarının Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında əldə edilmiş (alınmış) olması Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüququ İddiaçı1 MMC-yə məxsus olan yayımların Cavabdeh MMC tərəfindən qanunsuz yayımlanmasına və nəticədə hüquq sahibi İddiaçı1 MMC-nin hüquqlarının pozulmasına əsas ola bilməz. . “01” iyun 2016-ci il tarixdən qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının əks olunduğu 2 nömrəli əlavənin 5-ci bəndi ilə Audiovizual media fəaliyyəti (ümumölkə yerüstü televiziya yayımçısı, ümumölkə yerüstü radio yayımçısı, regional yerüstü televiziya yayımçısı, regional yerüstü radio yayımçısı, peyk yayımı həyata keçirən platforma yayımçısı, peyk yayımı həyata keçirməyən platforma yayımçısı, sifarişli yayım xidməti provayderi, sadə platforma operatoru, universal platforma operatoru, multipleks operatoru) lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxil edilmişdir. Cavabdeh MMC-nin ölkə ərazisində yalnız mobil rabitə xidməti göstərmək üçün lisenziyaya malik olmasına baxmayaraq, həmçinin Audiovizual media sahəsində də lisenziya olmadan fəaliyyət göstərməsi faktı da aşkar olunmuşdur. Faktın həqiqiliyinin yoxlanması məqsədilə İddiaçı1 MMC tərəfindən Azərbaycan Respublikasının Prezidentinin “05” oktyabr 2002-ci il tarixli, 794 saylı Fərmanı ilə “Media haqqında” Az.Res.Qanununda Audiovizual media sahəsini tənzimləyən müvafiq icra hakimiyyəti orqanı statusunda yaradılmış Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış sorğu məktubuna Şuradan İddiaçı1 MMC-nin ünvanına daxil olan “03” iyun 2025-ci il tarixli, 3-49/2-376/2025 nömrəli cavab məktubunda (əlavə olunur) "xxxx" MMC-nin Audiovizual media fəaliyyəti sahəsində lisenziya olmadan platforma operatoru və sifarişli yayım xidməti provayderi qismində fəaliyyət göstərdiyi öz təsdiqini tapmışdır. Heç şübhəsizdir ki, cavabdehin audiovizual media sahəsində fəaliyyəti həyata keçirməsi üçün lisenziyası olmadığı üçün həmin lisenziyanın qayda və şərtlərinin pozulmasından söhbət belə gedə bilməz. Göründüyü kimi, Audiovizual Şura tərəfindən Cavabdeh MMC barəsində qanunsuz yayımın həyata keçirilməsi ilə əlaqədar inzibati xəta haqqında protokolun tərtib edilməməsinin səbəbi Cavabdeh MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməməsi deyil, məhz Şuranın müvafiq səlahiyyətinin olmaması olmuşdur. Cavabdeh MMC-nin özü tərəfindən təklif olunan “Kinon”, eyni zamanda yerli və xarici televiziya kanallarının retranslyasiyası xidmətini göstərməklə, bu fəaliyyət “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.21-ci maddəsinə uyğun olaraq “platforma operatoru” fəaliyyətidir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddəsinə uyğun olaraq sifarişli yayım xidməti provayderi və platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir. Şura tərəfindən Cavabdeh MMC-yə izahedici və xəbərdaredici məlumatları özündə ehtiva edən “30” iyul 2024-cü il tarixli, 3- 49/2-380/2024 nömrəli və “02” may 2025-ci il tarixli, 3-49/2-311/2025 saylı məktublar göndərilsə də, Cəmiyyət lisenziyasız audiovizual media fəaliyyəti göstərməkdə davam edərək, qanunsuz sahibkarlıqla məşğul olur. Bununla da, həm “Media haqqında” Qanunun, həm də digər qanunvericilik aktlarının tələbləri pozulur. ” "xxxx" MMC-yə 2025-ci ilin mart ayı üçün 2364.74 manat, 2025-ci ilin aprel ayı üçün 2889,05 manat” ödəniş həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin məhz “birgə fəaliyyət” müqaviləsi olması ilə şübhəsiz qaydada müəyyən olunur ki, həmin müqavilə üzrə hər iki tərəf həmin fəaliyyətdən müəyyən miqdarda gəlir əldə edir. Həyata keçirilən yayımlara görə ödənişin məhz yayımı həyata keçirən Cavabdeh MMC-yə daxil olması və həmin yayımlardan da iddia tələbində qeyd olunan 2 (iki) ay üçün cavabdehin iddia etdiyi kimi sadəcə 5253.79 manat məbləğin "xxxx" MMC-yə ödənildiyini hesab etsək, əldə olunan gəlirin Cavabdeh MMC-də qalan hissəsinə məhkəmə hər hansı formada münasibət bildirməmişdir. Göstərilən hal ilə Dövlət Vergi Xidmətindən daxil olan mötəbər sənədlərin qarşılıqlı təhlilindən məlum olur ki, 2025-ci ilin mart-aprel aylarında mübahisə predmetinə aid olan yayımlardan cavabdehin əldə etdiyi gəlir məbləğinin iddianın təmin olunmuş hissəsində qeyd olunan məbləğdən faktiki olaraq daha çox olması da istisna olunmur. Bu baxımdan heç şübhəsizdir ki, cavabdehin hazırda iddianın təmin olunmuş hissəsində göstərilən məbləğdən narazılığı tamamilə absurddur. Qeyd olunması zəruridir ki, Cavabdeh MMC tərəfindən hazırki iş üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia tələbinə dair etirazlarda, o cümlədən hazırki apellyasiya şikayətində təkrarən qeyd olunan və formal mülahizələrlə əsaslandırılmağa cəhd olunmuş arqumentlər müvafiq olaraq İddiaçı1 MMC tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə, o cümlədən işə baxan məhkəməyə təqdim olunmuş etiraza dair mülahizələrlə, həmçinin məhkəmə iclaslarında verilən izahatlarla, o cümlədən Cavabdeh MMC ilə 2024-0306 saylı, xx.xx.2024-cü il tarixli birgə fəaliyyət müqaviləsini bağlamış və işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" MMC-nin qanuni təmsilçisinin (direktorunun) xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında verdiyi ifadə (izahat) və iş üzrə maraqlı şəxs (müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qismində çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən işə baxan birinci instansiya məhkəməsinə verilən izahatlar və işə əlavə olunan sənədlərlə tam təkzib olunmuş, cavabdehin öz etirazlarında istinad etdiyi hallar sübuta yetirilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclaısnda iştirak edən iddiaçının nümayəndələri X11, X16 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
26. Məhkəmə iclaısnda iştirak edən cvabdehin nümayəndələri X4, X8 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun
29. 6-cı maddəsinə əsasən audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir.
30. 15.1-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
31. 35-ci maddəsinə əsasən, verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək, öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi, verilişin yazılmasını yaymaq.
32. 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
33. 45.1-ci maddəsinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. AR “Media haqqında” Qanunu
34. Həmin Qanunun 1.1.21-ci maddəsinə əsasən platforma operatoru– proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
35. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir, yəni müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadə olunarkən məhz bu Qanunun tələblərinə riayət olunmalıdır.
36. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərir.
37. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir
38. Həmin Qanunun 32.4-ci maddəsinə əsasən, platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.
39. Həmin Qanunun 32.8-ci maddəsinə əsasən, platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
40. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən, proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.
41. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.
42. “Telekommunikasiya haqqında” Qanunun 41.1-ci maddəsinə görə, telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunun hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, , İddiaçı1 MMC və “X3 Limited” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqavilə və müqaviləyə 2 nömrəli əlavəyə əsasən EBEL-ə məxsus Setanta Sports 1 və Setanta Sports 2 kanallarının və həmin kanallar vasitəsi ilə təqdim olunan idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququ, həmin kanalların yayım hüquqlarının satışı və müəllif hüquqlarının qorunmasının həyata keçirilməsi İddiaçı1 MMC-yə verilmiş, müqaviləyə 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə "xxxx" tərəfindən Cavabdeh MMC-ninabunəçilərinə “Kinon” platforması üzərindən audiovizual əsərlərin yayımanması xidmətinin göstərilməsi zamanı birgə fəaliyyətin əsasları və əldə edilən gəlirin bölüşdürülməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərindən görünür ki, "xxxx" MMC xidmətinin lazımi keyfiyyətdə həyata keçirilməsi üçün tələb olunan texniki quraşdırma işlərinin təmin edilməsini (1.2), “Kinon” xidmətinin təşkili ilə bağlı, o cümlədən “Kinon” xidməti təqdim edilən platforma üzərindən tərəflərin ayrıca razılaşma ilə müəyyən etdiyi şərtlər və qaydala çərçivəsində müxtəlif digər xidmət/məzmun təminatını və digər texnixi dəstək xidmətlərinin göstərilməsini (1.3) öz üzərinə götürmüşdür.
53. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024- 0206 saylı müqaviləyə dair "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli MT2***-*******9 saylı e-qaimə ilə aprel-may 2024-cü il dövr üzrə, xx.xx.2024-cü il tarixli MT2***-*******5 saylı e-qaimə ilə iyun 2024-cü il dövr üzrə, xx.xx.2024-cü il tarixli MT2***-*******1 saylı eqaimə ilə iyul 2024-cü il dövr üzrə, xx.xx.2024-cü il tarixli MT2***-*******5 saylı e-qaimə ilə avqust 2024-cü il dövr üzrə, xx.xx.2024-cü il tarixli MT2***-*******5 saylı e-qaimə ilə sentyabr 2024-cü il dövr üzrə, xx.xx.2024-cü il tarixli MT2***-*******0 saylı e-qaimə ilə oktyabr 2024-cü il dövr üzrə, xx.xx.2025-ci il tarixli MT2***-*******4 saylı e-qaimə ilə noyabr 2024-cü il dövr üzrə və xx.xx.2025-ci il tarixli MT2***-*******3 saylı e-qaimə ilə dekabr 2024-cü il dövr üzrə elektron qaimələr təqdim edilmişdir.
54. Azərbaycan Respublikası Audiovizual Şuranın Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-49/2-380/2024 saylı məktubunda “Azercell Telecom" MMC tərəfindən "xxxx" mobil rabitə xidməti abunəçilərinə təklif olunan “Yandex Music”, “Kinopoisk”, “Blu TV” və “Amediateka” xidmətlərinin provayderləri Qanunun 1.1.22-ci maddəsinə uyğun olaraq ''sifarişli yayım xidməti provayderi” (tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs) fəaliyyəti həyata keçirdikləri, bundan əlavə, "xxxx" MMC-nin özü tərəfindən təklif olunan “Kinon”, eyni zamanda yerli və xarici televiziya kanallarının retranslyasiyası xidmətini göstərməklə Qanunun 1.1.21 -ci maddəsinə uyğun olaraq “platforma operatoru” (proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs) fəaliyyəti həyata keçirdiyi, şirkət tərəfindən təklif olunan “NNTV" xidməti Audiovizual Şuranın "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verdiyi “universal platforma operatoru İisenziyası”na (lisenziyanın tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: UPO-041) və “sifarişli yayım xidməti provayderi lisenziyasına (lisenziyanın tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: SYP-002) əsasən tam qanunvericiliyə uyğun fəaliyyət göstərən bir xidmət olduğu, bundan başqa, şirkət tərəfindən təklif olunan “Bulud Cinema’’ xidmətini təqdim edən "xxxx" MMC də artıq müvafiq lisenziya alınması üçün Audiovizual Şuraya müraciət etdiyini, qeyd olunanları nəzərə alaraq, “Kinon” xidməti üçün müvafiq lisenziya alınması məqsədilə Audiovizual Şuraya müraciət edilməsi, habelə şirkət abunəçilərinə təqdim olunan “Yandex Music”, “Kinopoisk”, “Blu TV” və “Amediateka" xidmət povayderlərindən Azərbaycan Respublikasında qanunvericiliyə uyğun fəaliyyət üçün lisenziya alınması məqsədilə Audiovizual Şuraya müraciət etmələrini tələb edilmədi, əks təqdirdə qeyd olunan xidmətləri Azərbaycan Respublikasının mobil rabitə abunəçilərinə təqdim edilməsinin dayandırılmas, ümumiyyətlə, audiovizual media xidməti təqdim edən şirkətlərlə əməkdaşlıqda onların qanuni fəaliyyətini təsdiq edən lisenziyanın tələb edilməsi xahiş olunmuşdur.
55. Cavabdeh MMC-nin İddiaçı1 MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 7337 saylı məktubunda, Kinon xidməti "xxxx" MMC ilə "xxxx" MMC arasında mövcud olan müqavilə əsasında təqdim edildiyi, həmin müqavilə şərtlərinə əsasən "xxxx" MMC müvafiq xidmət çərçivəsində təqdim edilən TV kanalların yayımı "xxxx" MMC tərəfindən (bundan sonra xidmət təminatçısı) təmin edildiyi, eyni zamanda müqavilələrin şərtlərinə əsasən, xidmət təminatçısı təmin etdiyi məzmun və məlumatları ilə əlaqədar müəllif və əlaqəli hüquqlarının pozulması ilə bağlı "xxxx" MMC-nin heç bir məsuliyyət daşımadığı, bundan başqa xidmət təminatçısı tərəfindən Kinon xidməti çərçivəsində yayımlanan hər hansı məlumatların, elanların, reklamların əlaqədar qanunvericiliyin tələblərinə uyğun olması təmin edilməli olduğunu, həmçinin də xidmətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan bütün növ icazələri, lisenziyaları öz vəsaitləri və fərdi məsuliyyətləri müqabilində alınmalı olduğunu, müqavilənin bu şərtilərinin pozulmasına görə məhz xidmət təminatçıları cavabdehlik daşıdığını, həmçinin də bu müqavilə şərtlərinə əsasən müəssisələr arasındakı mövcud müqavilə münasibətlərinə "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri rejimi tətbiq edildiyini və müraciətdə qeyd edilən mülahizələrin araşdırılaraq, qanunvericilikdə nəzərdə tutulan qaydada cavablandırılması üçün aidiyyəti üzrə müraciət edilməsinin tövsiyə edildiyi qeyd olunmuşdur.
56. Azərbaycan Respublikası Audiovizual Şuranın Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-49/2-311/2025 saylı məktubunda, "xxxx" MMC özünün ''Azercell” mobil rabitə xidməti abunəçilərinə təklif etdiyi “Yandex Music”, “Kinopoisk”, “Bİu TV” və “Amediateka” xidmətləri ilə Qanunun 1.1.22-ci maddəsinə uyğun olunmasının təmin edilməsi bir daha xahiş olunmuşdur.
57. Azərbaycan Respublikası Audiovizual Şurasının İddiaçı1 MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-49/2-322/2025 saylı məktubunda cəmiyyətin müraciəti əsasında Şura tərəfindən yayım operatorlarının yenidən monitorinqi aparıldığı, monitoinq nəticəsində "xxxx" MMC-nin, “Tvin TV” xidməti, "xxxx" MMC-nin, “Baktelekom xidmti”, "xxxx" MMC-in, “CityLine” xidməti və "xxxx" MMC-nin, "xxxx" xidməti tərəfindən müqavilə olmadan retranlasiya edilən bir sıra televiziya kanalları vasitəsilə İddiaçı1 MMC-nin hüquqlarının pozulduğu təsbit olunduğu, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərildiyi və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələrinin tələb olunduğu, əks təqdirdə qanunvericliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edildiyi qeyd olunmuşdur.
58. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən platforma və multipleks oepratorlarına ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-49/2-340/2025 saylı məktubunda Şura tərəfindən operatorlara göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba qoşma edilmiş 5-ci əlavəyə əsasən bir sıra idman kanalları (МАТЧ Фут6ол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3, МАТЧ Премьер, МАТЧ Игра, МАТЧ Арена, МАТЧ, МАТЧ Страна,) retranslyasiya paketlərinə o şərtlə daxil oluna bilərdi ki, həmin kanallarda yayımlanan idman oyunlarının (xüsusən futbol oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım və ya retranslyasiya hüququ müstəsna və ya qeyri-müstəsna olaraq hər hası bir subyektə məxsus olmasın. Lakin, keçən dövr ərzində operatorlar tərəfindən bu istiqamətdə ciddi pozuntular qeydə alındığı, bir sıra beynəlxalq idman yarışlarının Azərbaycanda yayım hüququnun sahibi olan EBEL şirkətinin rəsmi nümayəndəsi olan "xxxx" MMC həmin operatorları məhkəməyə verdiyi, bu səbəbdən, bundan sonra qeyd olunan idman kanallarının pirat retranslasiyasını həyata keçirən operatorlar Audiovizual Şura tərəfindən ciddi tədbirlərə məruz qalacağı qeyd olunmuşdur.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən iddiaçıya məxsus heç bir yayım hüququnun pozuntusu halı törədilmədiyindən Audiovizual Şura tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İddiaçı1 MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-49/2-376/2025 saylı məktubundan görünürki, "xxxx" MMC tərəfindən mobil rabitə xidməti abunəçilərinə təklif olunan “Yandex Music”, “Kinopoisk”, “Blu TV” və “Amediateka” xidmətlərinin provayderləri “Media haqqında” Qanunun 1.1.22-ci maddəsinə uyğun olaraq “sifarişli vayım xidməti provayderi” fəaliyyəti həyata keçirirdiyi, bundan əlavə, "xxxx" MMC-nin özü tərəfindən təklif olunan “Kinon”, eyni zamanda yerli və xarici televiziya kanallarının retranslyasiyası xidmətini göstərməklə həmin Qanunun 1.1.21-ci maddəsinə uyğun olaraq “platforma operatoru” fəaliyyəti olduğu, “Media haqqında” Qanunun 31 -ci və 32-ci maddələrinə əsasən sifarişli yayım xidməti provayderi yə platforma operatoru lisenziya əsasında fəaliyyət göstərdiyi, Şura tərəfindən "xxxx" MMC-yə izahedici və xəbərdaredici məlumatları özündə ehtiva edən 30 iyul 2024-cü il tarixli 3-49/2-380/2024 nömrəli və 02 may 2025-ci il tarixli 3-49/2-311/2025 nömrəli məktublar göndərilsə də, Cəmiyyət lisenziyasız audiovizual media fəaliyyəti göstərməkdə davam etdiyini və bu sahədə qanunsuz sahibkarlıqla məşğul olduğunu, bununla da, həm “Media haqqında” Qanunun, həm də digər qanunvericilik aktlarının tələblərinin pozulduğunu və qeyd olunanları nəzərə alaraq "xxxx" MMC platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları aldığı təqdirdə audiovizual media subyekti hesab olunur və “Media haqqında” Qanunun tətbiq dairəsinə düşdüyünü, bu səbəbdən, hazırda hər hansı qanun pozuntusuna görə "xxxx" MMC-yə dair tədbirlərin görülməsi Şuranın səlahiyyətləri xaricində olduğu bildirilmişdir.
60. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanladığı xx.xx.2025-ci il tarixli, 14444 saylı məktubunda "Kinon" xidməti çərçivəsində televiziya kanallarının yayımı ilə bağlı müvafiq məzmunun "xxxx" MMC tərəfindən təmin edildiyi və buna müvafiq olaraq, məzmunun yayımına görə məsuliyyətin də həmin hüquqi şəxs üzərində olduğu barədə ətraflı izah təqdim edildiyi, müraciətdə qeyd edilən "platforma operatoru" lisenziyası qanunvericiliyin tələblərinə uyğun olmaqla, "xxxx" MMC ilə "xxxx" MMC arasında mövcud razılaşma əsasında "xxxx" MMC tərəfindən təmin edildiyini, "KİNON" tətbiqindəki müvafiq məzmun "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli, UPO-036 saylı universal platforma operatoru lisenziyası əsasında təmin edildiyi, ölkədə fəaliyyət göstərən digər platforma operatorları kimi "xxxx" MMC tərəfindən görülən tədbirlərə uyğun olaraq, xx.xx.2025-ci il tarixindən etibarən МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Фут6ол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalının yayımlanmasının tamamilə dayandırıldığı qeyd olunmuşdur.
61. Kollegiya qeyd edir ki, göründüyü kimi cavabdeh sadalanan idman yarışlarının retranslyasiyasını həyata keçirmiş, media sahəsində tənzimlənməni həyata keçirən dövlət orqanı olan AR Audiovizual Şurası tərəfindən Cavabdeh MMC-yə ilkin olaraq xx.xx.2024cü il tarixli, 3-49/2-380/2024 saylı məktubla rəsmi müraciət olunaraq “Kinon” platformasının yerli və xarici televiziya kanallarının retranslyasiyası xidmətini göstərməklə “platforma operatoru” fəaliyyəti həyata keçirdiyi qeyd olunmuş və “Kinon” xidməti üçün müvafiq lisenziya alınması məqsədilə Audiovizual Şuraya müraciət edilməsi xahiş olunmuşdur. Şura tərəfindən cavabdehə ünvanlanan digər (xx.xx.2025-ci il tarixli, 3-49/2- 311/2025 saylı) məktubda "xxxx" MMC-nin hələ də lisenziyasız fəaliyyət göstərməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu və bu sahədə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi bildirilmiş, cavabdeh isə Şuraya müraciət edərək yayımın xx.xx.2025-ci il tarixdən etibarən dayandığını təsdiq etmişdir.
62. Apellyator şikayətin dəlillərində zərərin məbləğini müəyyən edərkən aylıq ödənişlərə dair maliyyə arayışını hərtərəfli araşdırmalı, ödənişin təyinatını müəyyən etməli və təyinatına uyğun olaraq mübahisə obyekti hesab olunan kanalların retransilayasına görə əldə edilən gəlirin həcminin düzgün hesablanmamasını qeyd etsədə, kollegiya qeyd edir ki, cavabdeh və üçüncü şəxslər tərəfindən nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı hər hansı sübut təqdim edilməmişdir.
63. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
64. Belə ki, cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən iş materiallarına əlavə edilmiş elektron qaimələr 2024-cü il üzrə göstərilən xidmətlərə dair ödənişləri əks etdirmişdir, cavabdeh tərəfindən təqdim edilmiş aylıq ödənişlərə dair maliyyə arayışı təqdim edilmiş, arayışa əsasən cavabdehin 2025-ci ilin mart ayında 2364,74 manat, aprel ayında 2889,05 manat ödəniş etməsini təsdiq etmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən iş materiallarına əlavə edilmiş elektron qaimələr 2024-cü il üzrə göstərilən xidmətlərə dair ödənişləri əks etdirmişdir.
65. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
66. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
67. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4181/205 saylı, xx.xx.2025-ci tarixli qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun apellyasiya şikayətinin veriləməsinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.