Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-134/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3040/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00000 abonent kodunun İddiaçı MMC-nin adına bərpa edilməsi, qaz sayğacının quraşdırılması və təbii qazın verilməsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli -2-2(113)-3040/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş istixananın **********00000 nömrəli abonent kodunun İddiaçı MMC-nin adına bərpa edilməsi, G-1000 markalı 83040816 nömrəli qaz sayğacı istixananın ərazisində quraşdırılması və təbii qazın verilməsinin təmin edilməsi qət edilmişdir. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatında İddiaçı MMC iddia tələbinin “G1000 markalı 83040816 zavod nömrəli qaz sayğacının istixana ərazisində quraşdırılması” hissəsində iddiadan imtina etməsi barədə ərizə verərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Eyni zamanda, Cavabdeh İB xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə apellyasiya şikayətindən imtina etmə barədə ərizə vermişdir. Mülki Prosessual Məcəllənin 52.1, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz iddia tələbindən qismən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, iddiaçının iddia tələbindən qismən imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiaçının öz iddia tələbindən qismən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin öz şikayətindən imtinasının qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 369, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh İB-nə qarşı abonent kodunun bərpa edilməsi, qaz sayğacının quraşdırılması və təbii qazın verilməsinin təmin edilməsi tələblərinə dair kommersiya mübahisəsi üzrə iddiaçının iddiadan qismən, yəni “G1000 markalı 83040816 zavod nömrəli qaz sayğacının istixana ərazisində quraşdırılması” hissəsində imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3040/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni “G1000 markalı 83040816 zavod nömrəli qaz sayğacının istixana ərazisində quraşdırılması” hissəsində ləğv edilsin. Həmin hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3040/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardadın iş üzrə icraata xitam verilməsi hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadın apellyasiya icraatına xitam verilməsi hissəsindən şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-134/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-134/2024
09.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver