Məhkəmə qərarları › İş №2-2(103)-1345/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1345/2025

22.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1345/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6097/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında AMX-4190/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” bağlanmışdır.

2. 1xx-xx/2025 nömrəli aktda əsasən, Sumqayıt QİS-in nümayəndələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G-160 markalı ******* nömrəli qaz sayğacının xx.xx.25025-ci il tarixdən keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmadığı qeyd edilmişdir.

3. Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00190) istifadə edilmiş təbii qaza görə xx.xx.2025-ci il tarixinə 22322.15 manat debitor borc yaranmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5ci bəndində nəzərdə tutulmuşdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Yaranmış debitor borcun 3 (üç) iş günü müddətində tam ödənişi təmin etməyinizi Sizdən xahiş edirik. Əks halda qaz təhcizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Muradlı-M MMC-nin abonent kodu üzrə (**********00190) yaranan 7.047,84 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında AMX-4190/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı MMC olaraq tərəfimizdən qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişlər edilmişdir. Lakin, bu yaxınlarda İddiaçı MMC-yə Sumqayıt QİS tərəfindən xəbərdarlıq məktubu daxil olmuşdur. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00190) istifadə edilmiş təbii qaza görə xx.xx.2025-ci il tarixinə 22322.15 manat debitor borc yaranmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndində nəzərdə tutulmuşdur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Yaranmış debitor borcun 3 (üç) iş günü müddətində tam ödənişi təmin etməyinizi Sizdən xahiş edirik. Əks halda qaz təhcizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. Hesab edirik ki, xəbərdarlıq məktubunda qeyd olunan borc məbləği təmamilə əsassızdır. Belə ki, qeyd olunan tarixlərdə İddiaçı MMC olaraq fəaliyyətimiz olmamışdır və fəaliyyət sahəmizə aid olan hər hansı fəaliyyət növü ilə məşğul olmadığımızdan aktda (AKT № 124- 03/2025) da qeyd edildiyi kimi daş və boya sexinə tərəfimizdən qazın verilməsi dayandırılmışdır. Belə ki, tərəfimizdən sexə daxil olan qaz borusunun vintili bağlanılmışdır. Məhz bu səbəbdəndir ki, Sumqayıt QİS tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, İddiaçı MMC-yə (daş və boya sexi) məxsus qaz xətti üzərində quraşdırılmış G-160 markalı 75158650 nömrəli qaz sayğacı xx.xx.2025-ci il tarixindən keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4342/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6097/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisənin qaz sayğacı kənarda yəni GPS deyilən və mühafizə olunan ərazidə yerləşir və Azəriqaz İB-nin işciləri iş günləri öz vəzifə borclarını yerinəyetiriblər. Daha sonra qaz sayğacının göstərici aktını daima Şıxəli Nəsirovadlı nümayəndə imza cəkir o nümayəndəni də mühafizəci kimi qələmə versələrdə onu məhkəməyə dəvət etməmiş bu saxta fikirləri araşdırmamışdır. Bununla yanaşı iddiaçının qeyri-iş günləri işləmədiyini təsdiq edən Vergi xidməti orqanından Müəssisənin müvəqqəti olaraq fəaliyyətinin dayandırması haqqında ARAYİŞİ məhkəməyə təqdim etməmişdir. Həmcinin 18-ci bəndi də əsassız və qanuna ziddir. Cünki qaz sayğacının işlək vəziyyətdə olmasına və dəyişdirilməsinə Sənaye qaz istifadəcilərinin öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmənin nəzərinə catdırmaq istəyirik ki, Sənaye obyektlərində qaz sayğaclarının nasaz olmasına görə məsuliyyəti (Naz.Kab.80saylı Qərarı 4.8 bəndi) özləri daşıyırlar. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildən halhazırki dövrə kimi eyni hesab faktura ilə hər ay istifadə etdiyi qaza görə ödəniş etmişdirlər. Hesab edirik ki, iddiacı şikayət hüququndan sui-istifadə etməklə istifadə etdiyi qaza görə ödəniş etməmək və öz qanunsuz əməllərini ört-basdır etmək ücün məhkəmədə iddia qaldırmışır. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

11. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

13. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

14. Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

15. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

16. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, 1xx-xx/2025 nömrəli aktda əsasən, Sumqayıt QİS-in nümayəndələri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G-160 markalı ******* nömrəli qaz sayğacının xx.xx.25025-ci il tarixdən keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmadığı qeyd edilmişdir.

20. Hesablanmış borc məbləğinin hansı əsasla hesablanmasına qiymət verilməlidir.

21. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, "xxxx" MMC-yə 2025-ci ilin mart ayı üzrə akt əsasında 7.047,84 manat, sərfiyyat üzrə isə 6.604,56 manat borc hesablanmışdır.

22. Həmçinin abonentin saldosundan görünür ki, mübahisə predmeti olan sayğac üzrə "xxxx" MMC-yə digər dövrlər üzrə (akta qədər və sonra) qaz sərfiyyatı hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, əgər həqiqətən də, sayğac işlək vəziyyətdə olmasa idi, digər dövrlər üzrə də sərfiyyatı hesablamazdı.

23. Məhkəmə haqlı olaraq tələbin xx.xx.2025-ci il tarixli aktda 22322.15 manat qaz sərfiyyatına görə borcun ödənilməsi tələb olunsada, iddiaçının 7.047,84 manat borcun silinməsi tələbi əsaslı hesab edərək təmin edilməsi nəticəsinə gəlmişdir.

24. Kollegiya qeyd edir ki, cavabdeh tərəf şikayətdə qeyd etdiyi hallara dair hər hansı sübutu təqdim etməmiş, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi hallar cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir. İddiaçı qeyri iş günləri olduğundan müəssisənin fəaliyyət göstərməməsi səbəbindən sərfiyyat olmadığından sayğacın işləmədiyini bildirmişdir. Cavabdeh isə hansı əsasla borc hesabladığını aktda qeyd etməmiş, bu halı əsaslandırmamışdır.

25. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

26. Göründüyü kimi qaz paylayıcısı olan cavabdeh tərtib etdiyi aktın əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxiləyə istinad etməmiş, sayğacın nasazlığında iddiaçını təqsirli bilməmişdir. Belə vəziyyətdə əlavə borc məbləğinin hesablanması əsası və qaydası (faktiki və hüquqi əsaslar) ətraflı şəkildə aktlarda qeyd edilməli idi. Cavabdeh aktların əsaslılığına dair heç bir sübut təqdim etməmişdir.

27. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”n 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir... Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

28. Həmin qaydaların 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6097/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş rüsum apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar