Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-135/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 99999,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia yanlış olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilmişdir. Belə ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonunun ərazisində olmasına baxmayaraq, cəmiyyət faktiki fəaliyyətini Bakı şəhəri, Yasamal rayonunda həyata keçirir. Yasamal rayonu ərazi aidiyyətinə görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə aid olduğu üçün işə həmin məhkəmədə baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət cavabdehin yazılı ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayəti və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinin əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X3, ev 11B, mənzil 11B ünvanıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibatiiqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Nərimanov rayonu 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olan halda məhkəmə kollegiyası Cavabdeh MMC-nin qeydiyyata alındığı ünvanın ünvan 4 İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid inzibati ərazi vahidi olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyəti qaydalarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi AR MPM-nin 35.2-ci maddəsinin tələbi baxımından ərazi aidiyyət qaydalarına riayət edilməklə icraata götürüldüyündən işə mülki-prosessual qanunvericiliyin tələbləri baxımından 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində baxılmalıdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin vəsatətin təmin olunmaması ilə bağlı gəldiyi nəticə düzgündür, şikayət qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Ona görə də, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 398,400 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1106/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-135/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-135/2020
31.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver