Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1358/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1530/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 iyul 2021-ci il qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMCnin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməli, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188,00 manat məbləğində pulun və 30,00 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh İB ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx" MMC qarşı qarşılıqlı iddia qaldıraraq, təbii qazdan istifadəyə görə 01.03.2021-ci il tarixə yaranmış 313879 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat məbləğində dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qərardadı ilə ilk iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli, **********00201 nömrəli, 26**********002 abonent kodlu Elster G6T DİAFRAQMA markalı, 28101183 nömrəli, **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı "xxxx" MMCnin ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi ilkin iddia üzrə Cavabdeh İB-nə həvalə edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2- 2(113)-1530/2021 nömrəli qərardadından şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli, **********00201 nömrəli, 26**********002 abonent kodlu Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli, **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Belə ki, qeyd olunan münasibətlərin tənzimlənməsinə dair maddi hüquq normalar tərəflər arasında bağlanmış müqavilənin preambulasında Azərbaycan Respublikası mülki qanunvericiliyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan"-nın 2.1 -ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sənaye qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra onların texniki pasport göstəricilərinə uyğun normal və davamlı işinin təmin edilməsi üçün sazlama təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qaydaların 2.4-cü bəndinə görə sənaye qaz qurğularının istismara buraxılması Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji X1nin verdiyi icazə əsasında həyata keçirilir. Həmin Qaydaların 2.4-1-ci bəndinə əsasən enerji X1 tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir: qaz paylayıcısının verdiyi texniki şərt; Enerji X1 və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi; tikintiquraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı; buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt; quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları; qaz sayğacının quraşdırılması aktı. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən sənaye qaz qurğusu olan istehlakçının qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq haqqında müraciətinə qaz paylayıcısı 10 (on) iş günü müddətində baxıb, əsaslandırılmış qərar qəbul edir və onu məlumatlandırır. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında münasibətlər ilk olaraq qeyd olunan qaydaların tələblərindən irəli gələn şərtlərə əməl olunması ilə yaranır. Hazırda ilk iddianın Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli, Elster G-6T DİAFRAQMA markalı, 18101183 nömrəli, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğaclarının çıxarılaraq ləğv edilməsi hissələrinə dair münasibətlərin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə deyil, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən münasibətlərə aiddir. Belə ki, həmin sayğacların çıxarılması, tərəflər arasında münasibətlərin yaranmasına səbəb olan ilkin hüquqmüəyyənedici sənədlərdə dəyişikliklərin edilməsinə səbəb olacaqdır. Bu isə həmin sənədlər üzrə yuxarıda qeyd olunan subyektlərin sahibkarlıq səlahiyyəti ilə bağlı olmayan hərəkətlərini əhatə edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə İnzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsi ilk iddia tələbinin yuxarıda qeyd olunan hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1530/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-2(103)-1358/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1358/2021
18.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver