Məhkəmə qərarları › İş №2-2(103)-1358/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1358/2025

13.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1358/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, subicarə, icarə müqaviləsinin ləğvi, öhdəliyin lazımınca icrası, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “subicarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X2” MMC (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) arasında bağlanmış xx.xx.2023cü il tarixli 23/063 saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 46B ünvanında yerləşən binaları, yaxud binaların müvafiq hissələrini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə, xidmət və digər haqları müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli CRİ01-12/23 saylı subicarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarəyə verən müqavilənin 1.2-ci bəndində göstərilən sahənin icarəçinin istifadəsinə verilməsinə dair öhdəlik götürür, icarəçi isə həmin sahəni istifadəyə qəbul edib, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsini öhdəsinə götürür.

3. Müqavilənin 3-cü bəndinə əsasən, icarə predmetinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, X4 46B ünvanında yerləşən A6 qeyri-yaşayış sahəsidir.

4. Müqavilənin 7-ci bəndinə əsasən, xx.xx.2023-cü il tarixdən 36 ay müddətinə müəyyən edilir; 9-cu bəndinə əsasən, müqavilə imzalandığı tarixdən icarə müddəti ərzində icarə haqqı xx.xx.2023-xx.xx.2023-cü il tarixlər möhlət hüququ verilməklə sabit aylıq 6700 manat məbləğində təşkil edir.

5. Müqavilənin 28-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət icarə haqqının vaxtında ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir.

6. Müqavilənin 29-cu bəndinə əsasən, icarəçi bir sıra kommunal xərcləri, o cümlədən: kanalizasiya və qazdan istifadə haqqını, rabitə xərclərini, həmçinin MTK ödənişlərini tam məbləğdə ödəməyi, su qaz və elektrik enejisinə görə isə daxili sayğacla müəyyən edilmiş məbləği vaxtlı-vaxtında ödəməyi öz üzərinə götürür.

7. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli CRİ01-12/23 saylı subicarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən bu müqavilənin 1.2-ci bəndində göstərilən sahəni icarəçinin istifadəsinə verilməsinə dair öhdəlik götürür, icarəçi isə həmin sahəni istifadəyə qəbul edib, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsini öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən, icarə predmetinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, X4 46B ünvanında yerləşən A6 qeyri-yaşayış sahəsi.

9. Müqavilənin 1.6-cı bəndinə əsasən, bu müqaviləyə əsasən icarənin müddəti xx.xx.2025-ci il tarixdən 36 ay müddətinə müəyyən edilir. Müqavilənin müddəti bitməyinə 10 (on) gün qalana qədər tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsinə dair təşəbbüs göstərməzlərsə, müqavilə 1 (bir) il müddətinə uzadılmış sayılır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən, icarə müddəti ərzində icarə haqqı sabit aylıq 5 500.00 manat məbləğində (əlavə dəyər vergisi (ƏDV) daxil) təşkil edir.

11. Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin həyata keçirilməsində gecikməyə yol verildikdə, gecikdirilmiş məbləğin 0,5 faizi məbləği icarəyəverənə ödəniləcəkdir.

12. Müqavilənin 2.6-cı bəndinə əsasən, icarə müddəti ərzində icarəçi kommunal xərclərini ödəməyi öz üzərinə götürür.

13. Müqavilənin 2.7-ci bəndinə əsasən icarə haqqının iki ay ərzində ödənilməməsi müqavilənin İcarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməsinə əsas verir.

14. Müqavilənin 3.11-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə icarə haqqının vaxtında ödənilməsini təmin etmək icarəçinin vəzifəsidir

15. Müqavilənin 3.12-ci bəndinə əsasən icarə predmetinə aid kommunal xərcləri, o cümlədən: su, qaz və elektrik enerjisinə görə isə daxili sayğaclarla müəyyən edilmiş məbləği vaxtlı vaxtında ödəməyi öz üzərinə götürür.

16. xx.xx.2023-cü il tarixli CRİ01-12/23 saylı subicarə müqaviləsi üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə hər biri üzrə yekun məbləğ 6700 manat olmaqla xx.xx.2024-cü il tarixli EBDW seriyalı 540627 nömrəli, xx.xx.2024-cü il tarixli EBDX seriyalı 980432 nömrəli, xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 751234 nömrəli, xx.xx.2024-cü il tarixli MT2404 seriyalı 00003665 nömrəli, xx.xx.2024-cü il tarixli MT2405 seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10036174 nömrəli, xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10014164 nömrəli, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10023841 nömrəli, xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10012690 nömrəli, xx.xx.2024-cü il tarixli MT2411 seriyalı 10011538 nömrəli elektron qaimələr göndərilmişdir.

17. xx.xx.2025-ci il tarixli CRİ01-12/23 saylı subicarə müqaviləsi üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə hər birində yekun məbləğ 5500 manat olmaqla xx.xx.2025-ci il tarixli MT2502 seriyalı 10036299 nömrəli, xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 10124737 nömrəli, xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 12004826 nömrəli, xx.xx.2025-ci il tarixli MT2505 seriyalı 10036297 nömrəli, xx.xx.2025-ci il tarixli MT2506 seriyalı 10031127 nömrəli, xx.xx.2025ci il tarixli MT2507 seriyalı 10037972 nömrəli, xx.xx.2025-ci il tarixli MT2508 seriyalı 10037899 nömrəli və xx.xx.2025-ci il tarixli MT2509 seriyalı 11902936 nömrəli,xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı 10767640 nömrəli elektron qaimələr göndərilmişdir.

18. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən xx.xx.2025-ci il tarixli MT2501 seriyalı 11410371 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 422 manat, 23.01.2.25-ci il tarixli MT2501 seriyalı ******* saylı elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 31,25 manat, xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı 10280804 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 260 manat, xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı 12015921 nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 85,51 manat, xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı 12015821 nömrəli elektron qaiməyə əsasən elektrik enerjsinin paylanması üzrə yekun məbləğ 153,57 manat, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı 10040794 nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 692,51 manat, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı 10040731 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 57,35 manat, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı 11939197 nömrəli elektron qaiməyə əsasən təbbi qaz (21.06-21.07) üzrə yekun məbləğ 21,74 manat, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı 11939055 nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 57,35 manat, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, MT2507 seriyalı 11938933 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 509,66 manat, MT2509 seriyalı 10018882 nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 42,36 manat, xx.xx.2025-ci il tarixli, MT2509 seriyalı 10018823 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 980,91 manat, xx.xx.2025-ci il tarixli, MT2509 seriyalı 12263980 nömrəli elektron qaiməyə əsasən içməli su istifadəsi üzrə yekun məbləğ 39,77 manat, xx.xx.2025-ci il tarixli, MT2509 seriyalı 12263710 nömrəli elektron qaiməyə əsasən elektrik enerjisinin paylanması üzrə yekun məbləğ 698,27 manat təşkil etmişdir.

19. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində 7450 manat xx.xx.2024-cü il tarixdə 498,96 manat, xx.xx.2024-cü il tarixdə 6000 manat, xx.xx.2024- cü il tarixdə 6000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixdə 5500 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixdə 4661,02 manat, xx.xx.2025-ci il tarixdə 4661 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il 498,96 manat, xx.xx.2025-ci il 2500 manat, xx.xx.2025-ci il tarixdə 1058,50 manat, xx.xx.2025-ci il tarixdə 12350,23 manat və 358,14 manat məbləğlərində ödənişlər edilmişdir.

20. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin ƏDV sub-uçot hesabına xx.xx.2024-cü il tarixli bildirişə əsasən EBDW-540627 saylı e-qaimə üzrə 1260 manat, xx.xx.2024-cü il tarixli bildirişə əsasən EBDX-980432 saylı e-qaimə üzrə 1341 manat, xx.xx.2024-cü il tarixli bildirişə əsasən MT2***-*******4 saylı e-qaimə üzrə 39,67 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən EBDZ-751234 saylı, MT2***-*******5 saylı e-qaimələr üzrə 1080 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən MT2***-*******5 saylı e-qaimə və MT2***-*******3 saylı e-qaimə üzrə 1080 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən MT2***-*******3 saylı, MT**********74 saylı və MT2***-*******5 saylı eqaimə üzrə 1800 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən MT2***- *******5 saylı e-qaimə və MT2408-**********30 saylı e-qaimə üzrə 900 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən MT2***-*******0 saylı e-qaimə üzrə 180 manat, xx.xx.2024-cü il tarixli, bildirişə əsasən MT2***-******* saylı, MT2***-*******1 saylı, MT2***-*******0 saylı, MT2***-*******8 saylı, MT2***-*******0 saylı e-qaimə üzrə 4000 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******0 saylı e-qaimə üzrə 450 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***- *******1 saylı e-qaimə üzrə 56,24 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******0 saylı e-qaimə üzrə 388,99 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******5 saylı eqaimə üzrə 4,77 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 56,24 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 64,47 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******5 saylı e-qaimə üzrə 8,75 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******7 saylı e-qaimə üzrə 3,32 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******3 saylı e-qaimə üzrə 77,75 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT***-*******9 saylı e-qaimə üzrə 450 manat, xx.xx.2025ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 23,43 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 13,04 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******4 saylı e-qaimə üzrə 8,75 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 105,64 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı e-qaimə üzrə 13,04 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***- *******1 saylı e-qaimə üzrə 23,43 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******4 saylı e-qaimə üzrə 39,67 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******7 saylı eqaimə üzrə 838,98 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******1 saylı eqaimə üzrə 64,47 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2***-*******9 saylı, MT2***-*******2 saylı, MT2***-*******9 saylı, MT2***-*******3 saylı və MT2509- 10018882 saylı e-qaimə üzrə 1000 manat, xx.xx.2025-ci il tarixli, bildirişə əsasən MT2502- 10036299 saylı, MT2***-*******2 saylı, MT2***-*******9 saylı, MT2***-*******3 saylı və MT2***-*******2 saylı e-qaimə üzrə 384,06 manat ƏDV məbləğləri ödənilmişdir.

21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ödənişlərə dair açıqlama cədvəlindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-xx.xx.2025-ci illəri əhatə edən dövr üzrə 133 953 manat məbləği borcdan 104 096,71 manat məbləğində ödəniş edilmiş, xx.xx.2025-ci il tarixə yekun borc 29 856,29 manat təşkil etmişdir. 29 856,29 manat borcun 19 753,44 manatı xx.xx.2023-cü il tarixli subicarə müqaviləsi, 10 102,83 manat borc isə xx.xx.2025-ci il tarixli subicarə müqaviləsi üzrə yaranmış borcdur.

22. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunda icarə haqqının ödənilməməsi səbəbindən xx.xx.2025-ci il tarixli subicarə müqaviləsinə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verildiyi qeyd olunmuş, eyni zamanda icarəyə verilmiş əmlakın xx.xx.2025-ci il tarixinə qədər təhvil verilməsi və təhvil verilən günə qədər həmin günə mövcud icarə və kommunal xərclərinin ödənilməsi tövsiyyə edilmişdir.

Birinci instansiya məhkəmələrində icraat və qəbul olunmuş məhkəmə aktı

23. "xxxx" MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 30 may 2025-ci il tarixinə olan 29 800 manat icarə haqqının və 953 manat kommunal ödənişlərə görə borcun, icarəyə verilmiş Bakı şəhəri, Nərimanov Rayonu, X4 46B ünvanda yerləşən ümumi sahəsi 670 kv.m təşkil edən “A6” saylı qeyri-yaşayış binasını 30 may 2025-ci il tarixindən təhvil verilən günə qədər mövcud icarə və kommunal xərclər üzrə borcun, 30 may 2025-ci il tarixinə qədər və 30 may tarixindən qeyri-yaşayış sahəsinin təhvil verilən günə qədər həmin günə mövcud icarə və kommunal xərclərdən yaranmış borcun hər günə 0,5 faizi məbləğində cərimənin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, X4 46B ünvanda yerləşən ümumi sahəsi 670 kv.m təşkil edən “A6” saylı qeyri-yaşayış binasının aylıq icarə haqqı 5500 manat məbləğinə icarəyə verilməsinə dair 06 yanvar 2025-ci il tarixli № CRİ01-12/23 saylı müqavilə bağlanmış, qeyd olunan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsinə verilməsinə və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərə tam əməl olunmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə tam əməl olunmamış, icarə haqqı üzrə borc yaranmışdır. Nəticədə 30 may 2025-ci il tarixinə olan borc 29 800 manat icarə haqqı və 953 manat kommunal ödənişlər təşkil etmişdir. Mövcud borcun ödənilməsi barədə cavabdehə pretenziya məktubu ünvanlanmış, eyni zamanda qeyri-yaşayış sahəsinin 20 iyun 2025-ci il tarixinə qədər təhvil verilməsi, təhvil verilən günə qədər həmin günə mövcud icarə və kommunal xərclərinin ödənilməsi tövsiyyə olunmuş, əks halda müqavilənin 2.5ci bəndinə əsasən icarə haqqının gecikdirilməsinə görə cərimə haqqı tələb olunacağı, məcburi tədbirlər həyata keçiriləcəyi və barələrində müvafiq orqanlara müraciət olunacağı bildirilmişdir. Eyni zamanda, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 yanvar 2025-ci il tarixli № CRİ01-12/23 saylı “Subicarə Müqaviləsi”nə birtərəfli qaydada İddiaçı MMC tərəfindən xitam verilmiş və bu barədə xx.xx.2025-ci il tarixli pretenziya məktubu vasitəsilə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsinə və ya qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair hər hansı bir tədbir görülməmişdir.

25. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, xx.xx.2025-ci il tarixinə olan olan borcun, o cümlədən tərəflər arasında bağlanmış 01 dekabr 2023-cü il tarixli CRİ01-12/23 saylı “subicarə müqaviləsi” üzrə 19 753.44 manat icarə haqqının, 06 yanvar 2025-cü il tarixli CRİ01-12/23 saylı “subicarə müqaviləsi” üzrə 5644.11 manat icarə haqqının, 3689.43 manat icarə üzrə ƏDV-nin, 651.96 manat kommunal ödənişlər üzrə yığılmış borcun, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV-nin, yəni cəmi 29 856.29 manatın və icarə və kommunal xərclərdən yaranmış borcun gecikdirilmiş hər günü üçün borcun 0,5% faizi məbləğində cərimənin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə bildirmişdir ki, iddiaçıya 76 000 manat ödəmişlər, 32 000 manat borcları qalıb (İ cild, səh.123), birinci müqavilə üzrə 19 753,44 manat, ikinci müqavilə üzrə 5644,11 manat icarə haqqı borcu və 3689,43 manat icarə haqqı üzrə ƏDV, 651,96 manat kommunal ödənişlər üzrə yığılmış borc, 117,35 manat kommunal ödənişlər üzrə yaranmış ƏDV borcu düzgündür (İ cild, səh.225-226), borcu ödəməkdən yayınmırlar.

27. Birinci instansiya məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC və "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli CRİ 01-12/23 saylı subicarə müqaviləsi üzrə 19 753,44 manat icarə haqqı, xx.xx.2025-ci il tarixli CRİ 01-12/23 saylı subicarə müqaviləsi üzrə 5644,11 manat icarə haqqı, 3689,43 manat ƏDV, 651,96 manat kommunal ödənişlər üzrə borc, 117,35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV olmaqla, cəmi 29 856.29 manat, 1492,81 manat dəbbə pulu olmaqla, ümumilikdə 31 349,10 (otuz bir min üç yüz qırx doqquz manat on qəpik) manatın, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 185 manatın Cavabdeh MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməsi qət olunmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.1. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. 28.2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli subicarə müqavilələrinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X4 46B ünvanında yerləşən A6 qeyri-yaşayış sahəsi cavabdehin (icarəçinin) icarəsinə verilmiş, birinci müqavilə üzrə aylıq icarə haqqı 6700 manat, ikinci müqavilə üzrə isə 5500 manat müəyyən edilmişdir. Əlavə olaraq hər iki müqavilə üzrə kommunal xərclərin ödənilməsi öhdəliyi icarəçinin üzərinə qoyulmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək icarə obyektini cavabdehə təhvil verməsinə baxmayaraq, cavabdeh icarə haqqlarının və kommunal ödənişlərin bir qismi üzrə ödənişləri həyata keçirsə də (ödənişlərin bir qismi məhkəmə icraatının gedişində həyata keçirilmişdir), digərlərini ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 19753.44 manat icarə haqqı, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5644.11 manat icarə haqqı, 3689.43 manat ƏDV, 651.96 manat kommunal ödənişlər üzrə borc, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV borcunu və gecikdirilmiş borca görə hesablanan cərimə məbləğini təsdiq etmişdir. Hal-hazırda iddiaçı qeyd edilən müqavilələr üzrə qalıq borcun və cərimənin tutulması tələbi ilə çıxış edir. 28.3. Tərəflər arasında bağlanan hər iki subicarə müqaviləsinin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq xx.xx.2025-ci il tarixli subicarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini qeyd etmiş, 20 iyun 2025-ci il tarixədək icarə obyektinin icarəyə verənə təhvil verilməsini və həmin günə qədər olan icarə haqqı və kommunal ödənişləri tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı hər iki icarə müqaviləsi üzrə gecikdirilmiş icarə haqqı və kommunal ödənişlərini tələb etməkdə haqqlıdır. 28.4. Estoppel prinsipinin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyini, nəticədə iddiaçıya borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfindən edilən ödənişləri, eyni zamanda iddia tələbinin cavabdeh tərəfindən qəbul edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi icarə haqqı və kommunal ödənişlərin tutulması hissəsində təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli subicarə müqaviləsi üzrə 19753.44 manat icarə haqqı, xx.xx.2025-ci il tarixli subicarə müqaviləsi üzrə 5644.11 manat icarə haqqı, 3689.43 manat ƏDV, 651.96 manat kommunal ödənişlər üzrə borc, 117.35 manat kommunal üzrə ödənişlərdən yaranmış ƏDV olmaqla, cəmi 29856.29 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. 28.5. İddiaçı icarə və kommunal xərclərdən yaranmış borcun gecikdirilmiş hər günü üçün borcun 0.5 faizi məbləğində cərimənin tutulması tələbi ilə çıxış edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixə hesablanmış cəriməyə dair açıqlamadan görünür ki, ümumilikdə 35624,36 manat məbləğində cərimə hesablanmışdır. Dəbbə pulunun növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği, digər növü olan “penya” isə öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərində nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. 28.6. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, dəbbə pulunun məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən qəbul edildiyini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 1492,81 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

29. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 386.1ci, 398.1-ci, 399.1-ci, 421.2-ci, 425.1-ci, 442-ci, 447.1-ci, 700.1-ci, 700.2-ci maddələrinə istinad etmişdir.

30. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini, məhkəmənin cavabdehin təqdim etdiyi sübutlara münasibət bildirmədiyini və buna görə də əsassız nəticəyə gəldiyini irəli sürmüşdür

Apellyasiya şikayətinə qarşı etiraz

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

32. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq başqa məhkəmə prosesində iştirak etməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi də məhkəməyə gəlməmişdir.

33. İşin halları, cavabdehin nümayəndəsinin müvafiq ərizəni hazırkı məhkəmə iclasına 1 (bir) gün qalmış göndərdiyi və bununla da prosesin başqa vaxta keçirilməsinə əvvəlcədən şərait yaratmadığı, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

40. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.

45. Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

46. Maddə 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin.

47. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

48. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.1. İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə

49. Maddə 685.4. Kirayəyə verilmiş yaşayış otağına bu Məcəllənin 685.2-ci maddəsindən əlavə, aşağıdakı göstərişlər tətbiq edilir: 685.4.1. bu Məcəllənin 685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak kirayəsi haqqının ödənilməmiş hissəsi yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış otağı yalnız müvəqqəti istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq edilmir);

50. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

51. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

52. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

53. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

54. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

55. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

56. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, Cavabdeh MMC-nin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

65. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

66. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

67. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

68. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

69. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli subicarə müqavilələrinə istinadla cavabdeh tərəfindən ödənilməyən icarə haqqlarını, habelə ödənişin gecikdirilməsinə görə cəriməni və kommunal ödənişləri tələb edir.

70. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər: bu baxımdan iddiaçı, subicarə müqavilələri üzrə ödənilməyən icarə haqqlarının məbləğini, hər ay üçün ödənişin gecikdirildiyi günlərin sayını, ödənilməyən kommunal ödənişləri sübut etməlidir; cavabdeh isə iddiaçıya icarə haqqları və kommunal ödənişlər üzrə borcunun qalmadığını sübut etmək vəzifəsi daşıyır.

71. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

72. İşin hallarından görünür ki, cavabdeh tərəfindən icarə haqqlarının və kommunal ödənişlərin bir qismi üzrə ödənişlər həyata keçirilmiş, cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirak edən nümayəndəsi icarə haqqları, kommunal ödənişlər üzrə qalıq borc məbləğini faktiki olaraq etiraf etmişdir.

73. Başqa sözlə, müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması ilə bağlı iddiaçının göstərdiyi əsaslar sübuta yetirilmişdir.

74. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının məsuliyyətsizliyi nəticəsində cavabdehə maddi ziyanın dəyməsi və bu səbəblə icarə haqqlarının ödənilməsində güzəşt edilməsinə dair tərəflər arasında razılıq əldə edildiyi irəli sürülsə də, həmin faktı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

75. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə icarə obyektini təhvil vermiş, lakin cavabdeh müqavilələr üzrə icarə haqqlarını və kommunal ödənişləri tam şəkildə həyata keçirməmiş, nəticədə iddiaçıya 29 856,29 manat borcu yaranmışdır.

76. Kollegiya məhkəmənin 1492,81 manat dəbbə pulu tutulması ilə bağı gəldiyi nəticə ilə də razılaşır.

77. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

78. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5548/2025 saylı iş üzrə 30 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar