Məhkəmə qərarları › İş №2-2(103)-136/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-136/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-136/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 343/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17400(on yeddi min dörd yüz) manat icarə haqqı üzrə borcunun, vəkilə odənilmiş 210 (iki yüz on) manat və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun – cəmi 17641(on yeddi min altı yüz qırx bir) manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-343/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10.343 (on min üç yüz qırx üç) manat, 30 (otuz) qəpik məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında barışıq sazişi imzalandığından tərəflər hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin surəti məhkəməyə təqdim edilmişdir. Kollegiyanın iclasında iştirak edən şəxslər qarşılıqlı barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Kollegiya barışıq sazişini araşdırıb, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında tərtib olunmuş barışıq sazişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi tələbinə dair» 2-2( 103)-136/2023 saylı kommersiya işinin tərəfləri: Bir tərəfdən İddiaçı, digər tərəfdən "xxxx" MMC aralarındakı mübahisəni barışıq yolu ilə həll etmək məqsədilə aşağıdakı şərtlərlə Barışıq Sazişini bağlayırlar:

1. Tərəflər razılaşırlar ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 8.1-ci bəndində şərtləşdirilmiş fors-major hal 20 may 2020-ci il tarixində baş vermiş, lakin bu barədə yazılı bildiriş iddiaçıya 20 iyul 2020-ci il tarixində (2 ay sonra) çatdırılmışdır.

2. Cavabdeh bəyan edir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il müddətini əhatə edən 5800 (beş min səkkiz yüz) manat və hüquqi xidmətlərə görə ödənilmiş 210 (iki yüz on) manat haqqı, cəmi 6010 (altı min on) manat pul vəsaitini iddiaçının etibarnaməli nümayəndəsi olan ixtiyarlı şəxs X1 adına "xxxx" ASC-də açılmış AZ02AİİB******************** saylı bank hesabına ödəyəcək.

3. Tərəflər razılaşırlar ki, 6010 (altı min on) manat pul vəsaiti iddiaçın arzuladığı ban hesabına ödənildikdən sonra onların gələcəkdə biri-birinə qarşı iddia və tələbləri olmayacaq. xx.xx.2023-cü il tarixli barışıq sazişi iddiaçı və cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və təsdiq edilmişdir. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasınınn Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Tərəflər öhdələrinə götürürlər ki, Barışıq Sazişinin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə bir-birlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. AR MPM-in 370.1-ci maddəsinin аpelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kolegiyası hesab edir ki, barışıq sazişi tərəflərin mənafelərinə uyğun gəlir, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Prosessual qanunvericliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə barışıq sazişinin təsdiq olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-69/19 saylı 29 oktyabr 2019-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam veriməlidir. Eyni zamanda məhkəmə kollegiyası AR MPM-in 191.2 və 262.4-cü maddələrinin tələbləri baxımından tərəflərə izah edir ki, barşıq sazişinin təsdiqi ilə əlaqədar icraat xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə bağlı məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsaslanaraq və AR MPM-in 52.5, 191.1, 261.0.4, 263-264, 266-268, 384, 391, 402-406-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər razılaşırlar ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 8.1-ci bəndində şərtləşdirilmiş fors-major hal 20 may 2020-ci il tarixində baş vermiş, lakin bu barədə yazılı bildiriş iddiaçıya 20 iyul 2020-ci il tarixində (2 ay sonra) çatdırılmışdır.

2. Cavabdeh bəyan edir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il müddətini əhatə edən 5800 (beş min səkkiz yüz) manat və hüquqi xidmətlərə görə ödənilmiş 210 (iki yüz on) manat haqqı, cəmi 6010 (altı min on) manat pul vəsaitini iddiaçının etibarnaməli nümayəndəsi olan ixtiyarlı şəxs X1 adına "xxxx" ASC-də açılmış AZ02AİİB******************** saylı bank hesabına ödəyəcək.

3. Tərəflər razılaşırlar ki, 6010 (altı min on) manat pul vəsaiti iddiaçın arzuladığı ban hesabına ödənildikdən sonra onların gələcəkdə biri-birinə qarşı iddia və tələbləri olmayacaq. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-343/2022 saylı xx.xx.2022-ci il tarixli tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar