Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1361/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X5 qanuni nümayəndəsi Cavabdeh2 iştirakları ilə, iddiaçı X11 Bakı Filialının Cavabdeh3 Eyvaz, "xxxx" MMC, Cavabdeh4, Cavabdeh2 qarşı kredit borcunun və faizlərin ödənilməsi, tələbin girov əmlaka yönəldilməsinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli e-2- 2(113)-3490/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X11” Bakı filialı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Eyvaz oğlu, Cavabdeh2 və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12 mart 2015-ci il tarixli, 16 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 43411,05 manat əsas kredit borcuna 13.04.2016-cı il tarixindən 24.05.2021-ci il tarixinədək olan dövr ərzində hesablanmış 5788,14 manat faiz borcu və 24.05.2021 ci il tarixində ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və tələbin X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11A saylı evin 107 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağlanılmış 12 mart 2015-ci il tarixli, 16 nömrəli kredit müqaviləsinə əsasən illik 18 faiz hesablanmaqla 36 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə «borcalan»ın ssuda hesabında borc əmələ gələn gündən bir ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla, 65074,31 manat ödəniş yerinə yetirməli idi. Cavabdeh müqavilə müddəti ərzində, yəni 13.04.2015-ci ildən 13.03.2018-ci il tarixədək banka 65074,31 manat kredit ödənişi icra etməli idi. Bundan 50.000 manat ssuda borcu, 15074,31 manat isə faiz borcu təşkil edir. Verilmiş kreditin təminatı olaraq 12 mart 2015-ci il tarixli 16 nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilələrə əsasən X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11 A saylı binanın 107 nömrəli mənzili yüklü edilmişdir. Bundan başqa, "xxxx" MMC ilə bağlanılmış 12 mart 2015-ci il tarixli, 16 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq, Cavabdeh3 Eyvaz oğlu ilə 12 mart 2015-ci il tarixində 165 A, Cavabdeh4 ilə 164 saylı zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinə görə zamin borcalanla eyni məsuliyyət daşıyır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə borcun məcburi alınması üçün tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Nəsimi rayon Məhkəməsinin 02.05.2016cı il tarixli, 2(006)-637/2016 saylı qətnaməsi ilə "xxxx" MMC, Cavabdeh3 Eyvaz oğlu və X1 müştərək qaydada «X11» Bakı filialının xeyrinə 43411,50 (qırx üç min dörd yüz on bir min manat əlli qəpik) manat kredit, 2732,45 (iki min yeddi yüz otuz iki manat qırx beş qəpik) manat faiz, 46143,95 (qırx altı min bir yüz yırx üç manat doxsan beş qəpik) manat pul vəsaitinin tutulması, tutmanın X7 ilə bank arasında bağlanılmış 12 mart 2015-ci il tarixli, 16 sayı kredit müqaviləsinin təminatı qismində banka ipoteka qoyulmuş, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11A saylı evin 107 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 125000 (bir yüz iyirmi beş min) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, X4 ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan mənzili satıldıqdan sonra 1 ay ərzində tərk etmələri, "xxxx" MMC, Cavabdeh3 Eyvaz oğlu və X1 müştərək qaydada «X11» Bakı filialının xeyrinə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət olunmuşdur. Cavabdehlərin apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38, 43 və 45-ci maddələrində təsbit olunmuş imkanlara baxmayaraq, qanuni qüvvəyə minmiş bu qətnamələr naməlum səbəblərdən qanunda göstərilmiş müddətdə icra edilməmiş qalmışdır. Cavabdeh banka olan kredit borcunu bu günədək ödəməmişdir. Əksinə borcun ödənilməməsi üçün əlində olan bütün vasitələrdən, hüquqdan və qanundan sui-istifadə etməklə və əsassız şikayətlər etməklə icra sənədinin icrasını yubatmışdır. Belə ki, cavabdehlər icra sənədini mübahisələndirməklə apellyasiya və kassasiya şikayətləri vermiş, daha sonra icra məmurunun hərəkətlərini, daha sonra zaminlik müqaviləsini mübahisələndirmiş və sonda hərracın nəticələrini mübahisələndirməklə icranın dayandırılmasına nail olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-637/2016 saylı qətnaməsi 02.05.2016-cı il tarixdə qəbul olunmuş, qətnamədə borcalanın borcu olaraq 15.02.2016-cı il tarixə olan faizlər nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsi üzrə müəyyən olunmuş və ödənilməmiş əsas kredit borcu 43411,50 manata müqavilə müddəti ərzində (15.02.2016-13.03.2018-ci il) 29 ay kredit müqaviləsinə uyğun olaraq, müqavilə müddəti bitdikdən sonra isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən ediyi 5 faizlik tələbi ilə faizlər tutulmalıdır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçün borcalan banka illik 23 faiz ödəməldidir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 43411,05 manat əsas kredit məbləğinə 15.02.2016-cı il tarixindən 17.05.2021-ci il tarixiııədək olan 63 ay müddətində 5 faiz uçot dərəcəsi ilə hesablama aparılmalı və cavabdehlər tərəfindən ödənilməlidir. 43411,05 * 5% = 217055,25 * 64 = 13891536,00/2400 = 5788,14 manat (5 faiz) pul vəsaiti cavabdehlərdən tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3490/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli , e-2-2 (133)-2309 saylı qətnəməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həm cavabdehlə bağlanmış kredit müqaviləsini, həm də Mülki Məcəlləni səhv təfsir etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsində həm faiz, həm də cərimə faizlərinin anlayışı və dərəcələri əks olunmuşdur. Müqavilədə 4.4-cü maddəsinə əsasən “Borcalan bu müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə Bank borcun məcburi alması üçün məhkəməyə müraciət edir. Məhkəməyə müraciət olunduqda və ya təminat vasitəsi Banka təqdim edildikdə faizlərin, o cümlədən cərimə faizlərinin hesablanması dayandırılır.” Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan başqa, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülərdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli e-2-2(113)-3490/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, “X11” Bakı filialı ilə cavabdeh “Kran Servis Təmir- Təchizat" MMC arasında 16 saylı, 12 mart 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, "xxxx" MMC-yə 36 ay müddətinə illik 18 faiz olmaqla 50000 (əlli min) manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq 16 saylı, 12 mart 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 107 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli, 2(006)-637/2016 saylı qətnaməsindən görünür ki, “X11” Bakı filialının cavabdehlər Cavabdeh1 MMC, X7, Cavabdeh3 Eyvaz oğlu və X3 qarşı kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə idda tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC, Cavabdeh3 Evvaz oğlu və X1 müştərək qaydada “X11” Bakı filialının xeyrinə 43411,50 manat kredit, 2732,45 manat faiz, cəmi 46143,95 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 ilə bank arasında bağlanmış 12 mart 2015-ci il tarixli 16 saylı kredit müqaviləsinin təminatı qismində banka ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 11 A saylı evin 107 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 125000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 Eyvaz oğlu və X2 “X11” Bakı filialına olan borcunun ödənilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ipoteka predmeti olan mənzili satıldıqdan sonra 1 ay ərzində tərk etmələri və Cavabdeh1 MMC, Cavabdeh3 Eyvaz oğlu və X1 müştərək qaydada “X11” Bakı filialının xeyrinə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Müqavilənin 4.4-cü bəndinə əsasən "Borcalan" bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, Bank borcun məcburi alınması üçün məhkəməyə müraciət edir. Məhkəməyə müraciət olunduqda və ya təminat vəsaiti banka təqdim edildikdə faizlərin, o cümlədən cərimə faizlərinin hesablanması dayandırılır. “X11” Bakı filialı tərəfindən verilmiş 2021-610 saylı, 24 may 2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 12.03.2015-ci il tarixdən 24.05.2021-ci il tarixinədək ödənilmiş kredit məbləği 43838,81 manat (41106,36 manat əsas və 2732,45 manat faiz) təşkil edir. Sonuncu ödəniş 16.11.2020-ci il tarixdə 1681,20 manat məbləğində olmuşdur. 24.05.2021-ci il tarixinə tələb olunan 5% uçot dərəcəsi ilə hesablanmalı məbləğ – 5788,14 manat təşkil edir. Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 23.04.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(006)-637/2016 saylı icra sənədi icra olunduğundan qeyd edilən icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 Eyvaz oğlu və X1 müştərək qaydada 12 mart 2015-ci il tarixli, 16 nömrəli kredit müqaviləsi üzrə ödənilməsi gecikdirilmiş 43411,05 manat əsas kredit borcuna 13.04.2016-cı il tarixindən (ödənişin tam həyata keçirildiyi tarixdən) 24.05.2021-ci il tarixinədək olan dövr ərzində illik 5 faizlə hesablanmış 5788,14 manat faiz borcunun tutulmasını xahiş etmişdir. İddianın hüquqi əsasını aşağıdakı norma təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə aşağıdakılara əsasən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən borcun tutulması üçün məhkəməyə müraciət olunduqda faizlərin, o cümlədən cərimə faizlərinin hesablanması dayandırılmalı olduğu halda iddiaçı cavabdehlərə əlavə faizlər hesablamağa haqlı olmamışdır. Bundan əlavə işin hallarından göründüyü ki, tərəflər arasında 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üç il müddətinə, yəni 12.03.2018-ci il tarixədək bağlandığından borclunun əsas borcu həmin tarixədək hissə-hissə qaytarmaq hüququ olmuşdur. Hazırkı halda iddiaçı kredit müqaviləsini kredit ödənişlərinin vaxtlı-vaxtında həyata keçirməməsi əsası ilə vaxtından əvvəl ləğv etmiş və verilmiş kredit məbləği 13.04.2016-cı il tarixədək banka geri qaytarılmışdır. Buna görə də, məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı halda bankın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cavabdehlərdən illik 5 %-lə əlavə faizlərin tutulmasına dair tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli e-2- 2(113)-3490/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X11 Bakı Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli 2-2(113)-3490/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1361/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1361/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver