Məhkəmə qərarları › İş №2-2(103)-1365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1365/2021

12.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1365/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3853/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin balansında olan giriş-çıxış qapısına nəzarət edən mühafizə otağı kimi istifadə olunan qeyri-yaşayış sahəsində olan Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı qarşılıqlı iddia qaldıraraq, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 12700 manat məbləğində pulun tutularaq xeyrinə ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.10.2021-ci il tarixli 2-2(113)-3853/2021 nömrəli qərardadı ilə iş baxılmamış saxlamışdır. İddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti iddiaçının nümayəndəsi kimi göstərilmiş Rövşən Musayev imzalamış, lakin şikayətə iddiaçının adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir. İşin 93-cü vərəqəsində olan iddiaçının adından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 17.05.2021-ci il tarixli 31/248 nömrəli məktubda isə X2 nümayəndə qismində iştirak etməsi göstərilsə də, onun səlahiyyətləri (o cümlədən məhkəmə aktından şikayət verməsi səlahiyyəti) göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda isə şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış hesab olunmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3853/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.10.2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar