Məhkəmə qərarları › İş №2-2(103)-137/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-137/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-137/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3851/2023 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.

2. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının:

3. 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.

4. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur.

5. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq.

6. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır.

7. İV bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir.

8. İV bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.

9. Cavabdeh2 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DC00307419-02 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh2 MMC-yə illlik 17%-lə xx.xx.2023-cü il tarixədək müddətə 92.834 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə üştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.

10. İddiaçı ASC (bank) ilə Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında müvafiq olaraq 15 oktyabr 2021-ci il tarixli, DG**********49 və DG**********49 saylı zaminlik müqavilələri bağlanmışdır.

11. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

12. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə.

13. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 92.834 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit təşkil edir.

14. Həmin müqavilələrin 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır.

15. Həmin müqavilələrin 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zaminlər tərəfindən imza ilə təsdiq edilmişdir.

16. Cavabdeh2 MMC (müştəri) tərəfindən İddiaçı ASC-yə (banka) DC00307419-03 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri Cavabdeh2 MMC-yə illlik 17%-lə xx.xx.2024-cü il tarixədək müddətə 104.420 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsiçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.

17. İddiaçı ASC (bank) ilə Cavabdeh3 və Cavabdeh1 (zaminlər) arasında müvafiq olaraq 01 fevral 2022-ci il tarixli, DG**********961 və DG**********691 saylı zaminlik müqavilələri bağlanmışdır.

18. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

19. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə.

20. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 17% olmaqla 104.420 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit təşkil edir.

21. Həmin müqavilələrin 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır.

22. Həmin müqavilələrin 15.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zaminlər tərəfindən imza ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

23. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.322,27 manat əsas borc, 15.018 manat faiz borcu, 4.581,51 manat cərimə borcu olmaqla, cəmi 95.921,78 manat; DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 94.688,73 manat əsas borc, 16.184,01 manat faiz borcu, 4.197,31 manat cərimə borcu olmaqla, cəmi 115.070,05 manat məbləğində pulun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və 101 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı bildirir ki, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 müqavilənin şərtini pozaraq ödəməli оlduğu kreditin, kredit faizinin və cərimə faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.

25. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76.322,27 manat əsas borc, 16.531,74 manat faiz borcu, 5.592,62 manat cərimə borcu olmaqla, cəmi 98.446,63 manat; DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 94.688,73 manat əsas borc, 18.062 manat faiz borcu, 5.202,23 manat cərimə borcu olmaqla, cəmi 117.952,96 manat məbləğində pulun; mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və 107 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3851/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMCdən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 76.322,27 manat əsas borc, 15.018 manat faiz borcu, 3.500 manat dəbbə pulu olmaqla, cəmi 94.840,27 manat; DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 94.688,73 manat əsas borc, 16.184 manat faiz borcu, 4000 manat dəbbə pulu olmaqla, cəmi 114.872,73 manat, ümumilikdə 209.713 manat məbləğində pul vəsaiti, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

28. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnmənin faiz və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

30. İddiaçın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da, qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00307419-02 saylı və DC00307419-03 maliyyələşdirmə üçün ərizə üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 415 gün və 394 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən müvafiq olaraq 3500 (üç min beş yüz) və 4000 (dörd min) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Odur ki, məhkəmə tərəfindən işin faktiki hallarıaraşdırılmadan faiz borcunu tam tutmamış və cərimə məbləği əsassız surətdə azaldılmışdır.

31. Cavabdehlərin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında yazılı qaydada Kredit Müqaviləsi bağlanmadığı üçün iddiaçının istinad etdiyi müqavilə qanunvericiliyin tələblərinə görə etibarsızdır. Belə ki, Mülki Məcəllənin 2020-ci ildə qüvvədə olan 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Odur ki, iddiaçı etibarsız bir müqaviləyə əsasən cavabdehə qarşı hər hansı bir pul tələbini irəli sürə bilməz. Bundan başqa, digər cavabdeh (zamin Cavabdeh1) ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, həmin zaminlik müqaviləsi, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğu zaman hüquqi qüvvəyə malik ola bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddiaçının verdiyi apellyasiya şikayətini müdafiə etdi, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz etdi.

34. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

35. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

36. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

37. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

38. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

39. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

40. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

41. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

42. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

43. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

45. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddiaçının apellyasiya şikayətinə əsasən faiz və cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində və cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 qarşı irəli sürülmüş tələblərin təmin edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehlərin apellyasiya şikayəti isə təmin edilməməlidir.

48. Belə ki, əsas və faiz borcunun və dəbbə pulunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 462.1, 739.1 və 741-ci maddələri təşkil edir.

49. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

50. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit öhdəlikləri üzrə DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 76.322,27 manat, faiz borcu 16.531,74 manat, 5.592,62 manat cərimə borcu olmaqla, cəmi borcu 98.446,63 manat (gecikmə günü: 457); DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borcu 94.688,73 manat, faiz borcu 18.062 manat, cərimə borcu 5.202,23 manat, cəmi borcu 117.952,96 manat (gecikmə günü: 436) təşkil edir.

51. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 avqust 2023-cü il tarixli, 9/6184 saylı ekspert rəyi verilmişdir.

52. Həmin rəyə əsasən Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2023-ci il tarixə (birinci maliyyə arayışında borcun hesablandığı tarixə) xx.xx.2021-ci il tarixli DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 76.322,27 manat, faiz borcu 15.018 manat, xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcu 94.688,73 manat, faiz borcu 16.184 manat məbləğində müəyyən edilmişdir.

53. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borca aid hissədə iddianı tam, faiz borcu və dəbbə puluna aid hissədə isə iddianı qismən təmin etmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcuna aid hissədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil.

55. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərərfindən Cavabdeh2 MMC-yə elektron qaydada hazırki iddia ərizəsinin surəti göndərilmişdir. İddia ərizəsində isə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.

56. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə DC00307419-02 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə əsasında verilmiş kreditin müddəti xx.xx.2023-cü il tarixdə, DC00307419-03 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə əsasında isə xx.xx.2024-cü il tarixdə bitməsi müəyyən edilsə də, iddiaçı həmin müddətlər başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-dən cəmi əsas borcun tutulmasını tələb etməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.

57. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 5.2-ci bəndində müəyyən edilmişdir ki, bu müqavilə çərçivəsində bank aşağıdakı hallarda müştəriyə verilən kreditin vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər: kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə (5.2.1); müqavilənin İV.2.4. bəndində göstərilən şərtlər, habelə maliyyələşdirmə üçün ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda.

58. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 59.Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

60. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

61. Qeyd olunanları, yəni iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə kreditlərin verilməsinin əsasını təşkil edən Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 5.2-ci bəndində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 06 iyul 2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.

62. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız həmin tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

63. Lakin ekspert qarşısında iş üçün əhəmiyyətli olan xx.xx.2023-cü il tarixə olan borcun müəyyən edilməsi sualı qoyulmamışdır.

64. Göstərilənlər nəzərə alınaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 iyun 2024-cü il tarixli 9/3009 nömrəli ekspert rəyi verilmişdir.

65. Həmin rəyə əsasən xx.xx.2021-ci il tarixli DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə xx.xx.2023-cü il tarixə olan əsas borc – 76.322,27 manat, faiz borc – 16.172,16 manat; xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə isə əsas borc 94.688,73 manat, faiz borcu 17.545,24 manat müəyyən olunur. Həmçinin, hesabdan çıxarış sənədlərinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli DC00307419-02 saylı və xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən sonra cavabdeh tərəfindən iddiaçı banka heç bir ödəniş aparılmamışdır.

66. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, hesabdan çıxarış məlumatlarını, maliyyə arayışını, 14 iyun 2024-cü il tarixli 9/3009 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli DC00307419-02 saylı və xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Faiz borcun məbləği isə ekspert rəyinə uyğun olaraq xx.xx.2021-ci il tarixli DC00307419- 02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 16.172,16 manat, xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 17.545,24 manat məbləğində müəyyən edilməlidir.

67. Eyni zamanda, kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

68. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

69. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixlərini və müqavilə üzrə aparılan son ödəniş tarixlərini müqayisə edərək və dəbbə pulu ilə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, dəbbə pulunun məbləğinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, həmin tələblə bağlı apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır.

70. Eyni zamanda, Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır.

71. Bu baxımdan kollegiya hesab edir ki, həmin borcun Cavabdeh1 tutulması barədə nəticə də düzgündür.

72. Cavabdehlərin appellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdehlər tərəflər arasında yazılı qaydada kredit müqaviləsinin bağlanmadığına istinad edərək, həmin müqavilələrin etibarsız olduğuna istinad edir. Birinci instansiya məhkəməsində isə cavabdehlər həmin hallara istinad etməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər tərəfindən belə əsaslandırma gətirilməmişdir. Eyni zamanda, işin mübahisəsiz hallarına görə tərəflər arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2021-ci il tarixli OnGTC-03690LE/2019 nömrəli razılaşma və kredit müqavilələri (DC00307419-02 saylı və DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə Mülki Məcəllənin 329.1-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcüd deyil.

73. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3851/2023 nömrəli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. xx.xx.2021-ci il tarixli DC00307419-02 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə faiz borcu 16.172,16 manat və xx.xx.2022-ci il tarixli DC00307419-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə 17.545,24 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar