Məhkəmə qərarları › İş №2-2(103)-137/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-137/2025

15.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-137/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: pul tələbi, öhdəliyin pozulması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6212/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 348/107 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə "xxxx" MMC arasında Borclu -Cavabdeh MMC-nin Bankdan götürdüyü kreditə (xx.xx.2022-ci il tarixli, **********29122022 saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Maksimal borclanma limitinin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli 01/107 saylı Əlavəvə) görə Borclunun Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Bank qarşısında Borcalanla birgə qaydada məsuliyyət daşıyır.

2. xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 10000 manat məbləğində, xx.xx.2022-ci il tarixli OD1 saylı ödəniş tapşırığına əsasən 25000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 2000 manat məbləğində, xx.xx.2022-ci il tarixli, OD1 saylı ödəniş tapşırığına əsasən 24000 manat məbləğində, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 35000 manat dəyərində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 25000 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 28500 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 1000 manat məbləğində, xx.xx.2023-cü il tarixli, BD3 saylı ödəniş tapşırığına əsasən 12000 manat məbləğində, xx.xx.2023-cü il tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində İddiaçı MMC tərəfinən xx.xx.2022-ci il tarixli 10 saylı borc müqaviləsi üzrə Cavabdeh MMC-yə pul vəsaitləri köçürülmüşdür.

3. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən 1250 manat məbləğində, xx.xx.2024-cü il tarixli ödəniş tapşrığına əsasən 1243,11 manat məbləğində və xx.xx.2024cü il tarixli ödəniş tapşırığına əsasən 613,77 manat məbləğində, pul vəsaiti COCL0675059B107 saylı müqavilə üzrə gecikən faiz borcunun ödənilməsi məqsədilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X17" MMC-dən 167.500 manat məbləğdə pul vəsaitinin, 22450 manat məbləğdə faizin, həmçinin "X17" MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğin, ümumilikdə 193.056 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçı ”Gravity İnc." MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh X7 isə 2022-ci ildə təsis edilmiş “X17 MMC”-nin təsisçisi və payçısıdır. İddiaçı X9 ilə cavabdeh X7 təxminən 2013-14-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. İddiaçı MMC ilə Cavabdeh MMC arasında pul münasibətlər ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmışdır. Cavabdeh “X17 MMC”-nin təsisçisi və direktoru X7 İddiaçı MMC-nin təsisçisi və payçısı X6 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim edilməsi üçün dəfələrlə müraciət edilsə də cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi iddia tərəfindən cavabdeh tərəfə ilkin ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə “Kapital Bank ASC”-dən 100000 manat məbləğində kredit məbləği üçün zamin olmasını istəmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023-cü və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin “Kapital Bank ASC”-dəki hesablarından gecikmiş borc üzrə 3106 manat məbləğində vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır Beləliklə də, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Əsassız varlanma ilə bağlı iddianın qaldırılması üçün əsas şərtlər aşağıdakılarıdrı -borclu əmlak əldə etsin -həmin əmlak kreditorun əmlkaı hesabına əldə edilsin -bu əldə etmə üçün heç bir hüquqi əsas olmasın. Kreditorun hesabına varlanmış borclunun əmlakının əsas olmadan artması müxtəlif yollarla baş tuta bilər. Məsələn, məhrum olan öz hərəkəti ilə varlanmış şəxsin əmlakını bilərəkdən və ya məqsədyönlü şəkildə artıra bilər. Bunun üçün hüquqi əsas olmayıbsa və ya sonradan aradan qalxmışsa varlanan şəxs əmlakının artmış hissəsini qaytarmalıdır. Bu hal borclunun mövcud olmayan əsasa görə icra nəticəsində əsassız varlanması adlandırılır. Həmçinin nəzərə almaq lazımdır ki, varlanan şəxs hüquqi əsas olmadığını bilirdisə və ya sonradan bilmişdirsə, onda heç vaxt varlanmanın aradan qalxmasına istinad edə bilməz. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Sonralar aradan qalxmış əsas isə müəyyən bir müddət mövcud olmasına baxmayaraq daha sonra aradan qalxır və aradan qalxdıqdan sonrakı dövrdə şəxsin həmin əsasa söykənərək əldə etdiyi əmlak əsassız varlanma hesab olunur. Həmçinin, cavabdeh iddiaçının pul vəsaitin özündə qanunsuz şəkildə - yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müəyyən normasına görə qanun pozuntusudur və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə faiz ödənişi də edilməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci il və 2023-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: xx.xx.2022 - 7.75%, xx.xx.2022 - 8.00%, xx.xx.2022 - 8.25%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.75%, xx.xx.2023 - 9.0%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.0% Bu səbəbdən də, iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22450 manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair”, Cavabdeh MMC-dən 167500 manat məbləğdə pul vəsaitinin, 22450 manat məbləğdə faizin, həmçinin Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğin, ümumilikdə 193056 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki: “İddiaçı X9 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh X7 isə 2022-ci ildə təsis edilmiş “X17 MMC”-nin təsisçisi və payçısıdır. İddiaçı X9 ilə cavabdeh X7 təxminən 2013-14-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. İddiaçı MMC ilə Cavabdeh MMC arasında pul münasibətləri ilk dəfə 2022-ci ilin oktyabr ayında yaranmışdır. Cavabdeh “X17 MMC”-nin təsisçisi və direktoru X7 İddiaçı MMC-nin təsisçisi və payçısı X6 müraciət edərək cavabdeh şirkətin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmişdir. Maddi və maliyyə vəziyyəti qənaətbəxş olmayan cavabdeh şirkətin direktoru və təsisçisi Cavadov Şahin aldığı borclarla fəaliyyətini tez bir zamanda yaxşılaşdırdıqdan sonra borcları qaytaracağını bildirmişdir. Tərəflər iddiaçıdan cavabdehə ödənişlərin edilməsi üçün borc müqaviləsi bağlamaq barəsində razılığa gəlmiş, borc müqaviləsinin tarixi və nömrəsi qeydə alınaraq borc müqaviləsi hazırlanmış və cavabdeh tərəfə təqdim edilmişdir. Cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq borc müqaviləsinin tarixi və nömrəsinə istinad edərək cavabdeh tərəfə ödənişlər icra edilmişdir. Sonradan cavabdeh tərəfə borc müqaviləsinin bir nüsxəsinin imzalanaraq iddiaçı tərəfə təqdim edilməsi üçün dəfələrlə müraciət edilsə də, cavabdeh tərəf buna ehtiyac olmadığını bildirmiş, iddiaçı tərəf isə qarşılıqlı inam olmasına əsaslanaraq borc müqaviləsi olmadan digər ödənişləri də həyata keçirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfə ilkin ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Eyni zamanda cavabdeh tərəf maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək iddiaçı tərəfə “Kapital Bank ASC”-dən 100000 manat 2 məbləğində kredit məbləği üçün zamin olmasını istəmiş, iddiaçı tərəf də qarşılıqlı inama və verilən vədlərə əsaslanaraq cavabdeh tərəfə COCL0675059B107 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə 2023-cü və 2024-cü ildə müxtəlif vaxtlarda cavabdeh tərəfin krediti gecikdirməsinə görə iddiaçı tərəfin “Kapital Bank ASC”- dəki hesablarından gecikmiş borc üzrə 3106 manat məbləğində vəsait silinmişdir. Həm verilmiş borc məbləğinin, həm də gecikmiş borca görə iddiaçının hesabından silinmiş məbləğin cavabdeh tərəfindən ödənilməsi müxtəlif vaxtlarda tələb edilsə də, cavabdeh tərəf hər dəfəsində borcu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin borcun qaytarılması ilə bağlı heç bir addım atmamışdır. Beləliklə də, cavabdeh iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Həmçinin, cavabdeh iddiaçının pul vəsaitin özündə qanunsuz şəkildə - yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müəyyən normasına görə qanun pozuntusudur və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə faiz ödənişi də edilməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci il və 2023cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: xx.xx.2022 - 7.75%, xx.xx.2022 - 8.00%, xx.xx.2022 - 8.25%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.75%, xx.xx.2023 - 9.0%, xx.xx.2023 - 8.5%, xx.xx.2023 - 8.0%. Bu səbəbdən iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehdən 22450 manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır.” X9 2018-ci ildə təsis edilmiş İddiaçı MMC-nin təsisçisi və payçısıdır. - X7 isə 2022-ci ildə təsis edilmiş “X17 MMC”-nin təsisçisi və qanuni təmsilçisidir. (“X17 ” MMC faktiki olaraq X1, İddiaçı MMC-nin təsisçisi və payçısı olan X3 və "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X2 ortaq şirkətidir.) - X9 ilə X7 2013-2014-cu illərdən tanışlıq münasibətində olmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC–yə ilk ödəniş xx.xx.2022-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixində olmaqla cəmi 167500 məbləğində pul vəsaiti ödənilmişdir. - 14 oktyabr 2022-ci il tarixli 10 № li borc müqaviləsi mövcud deyildir. İddiaçı iddia edir ki, 167500 manat məbləğdə pul vəsaiti, 22450 manat məbləğdə faiz və gecikmiş borc üzrə silinmiş 3106 manat məbləğ, ümumilikdə 193056 manat Cavabdeh MMC tərəfindən ona ödənilməlidir. Cavabdeh MMC iddiaçının bu tələbini əsassız hesab edir. Cavabdeh MMC faktiki olaraq X1, İddiaçı MMC-nin təsisçisi və payçısı olan X3 və "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X2 ortaq şirkətidir. Belə ki, Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi olan X7 2021-ci ilin iyun-iyul aylarında təsisçisi olduğu "xxxx" MMC-nin işləri üçün ofis axtarışı zamanı əvvəldən qrup yoldaşı olduğu hazırkı iddia üzrə iddiaçı olan İddiaçı MMC-nin payçısı X9 ilə görüşüb, ofislərinin bir hissəsinin boş olduğu təqdirdə, götürməyi təklif etmiş, X9 da təklifi qəbul etmişdir. 2022-ci ilin aprel ayında İtaliya Respublikasından məhsulların idxalı və bazara distribyusiyası üzrə fəaliyyət göstərəcək Cavabdeh MMC-ni təşkil etmişdir. X7 ilə X3 ofisdə birlikdə keçirdiyi zaman müddətində X16 Cavadovun biznes ideyasını bəyəndiyini və müəyyən bir hissəyə şərik olmaq istədiyini bildirmişdir. Biznes ideyasına əsasən, "xxxx" Şirkətindən mal alışı və kooperativ “Showroom”un açılışı üçün biznes planı üzrə 300.000 manat vəsait lazım olduğu üçün Emil Baliyevin rəsmi təsisçisi olduğu İddiaçı MMC və onun qeyri-rəsmi həmtəsisçisi olduğu "xxxx" MMC-nin zamin göstərərək, 300.000 manat kredit cəlbetmə öhdəliyi qarşılığında Cavabdeh MMC-nin 20% təsis payına ortaq olmağı barədə razılığa gəlinmişdir. (Emil Baliyev daha sonra "xxxx" MMC-dəki ortağı Vüqar Səfərovun da bu ortaqlığa onun tərəfindən daxil olub-ola bilməyəcəyini soruşmuş və Şahin Cavadov tərəfindən təsdiq cavabı verilmişdir.) Kredit prosesinin ləngiməsi səbəbi ilə Emil Balıyev "xxxx" MMC-nin rəsmi, İddiaçı MMC-nin qeyri- rəsmi əvvəllər Emil Balıyevin atasının şirkətində çalışmış, Fuad Rufullayevin Cavabdeh MMC-nin mühasibatlığını aparmağı təklif etmiş, Şahin Cavadov buna razılıq vermiş və 2022-ci ilin noyabr ayından etibarən Cavabdeh MMC-nin mühasibatlıq işləri Fuad Rufullayevə verilmişdir. Kreditin alınması ilə bağlı noyabr ayında yığılmağa başlanan sənədlər uzun müddət tamamlanmamış, bu səbəbdən kredit alınma prosesi yenidən ləngimiş və vəsait çatışmamazlığı səbəbindən Şahin Cavadov təsisçi olaraq, Cavabdeh MMC-yə yatırım etmişdir. Maliyyə məsələlərinin bir neçə dəfə düzgün idarə olunmadığı Şahin Cavadov tərəfindən Emil Baliyevə bildirilsə də, sonuncu buna məhəl qoymamış, şirkətin vergi hesabatları, uçotları və kreditor/debitor münasibətləri düzgün tənzimlənməmişdir. Uzun müddətli tələblərdən sonra, aprel ayında Kapital bankdan 300000 limit ayrılmaqla, 1 illik 100000 manatlıq kredit Cavabdeh MMC-yə verilmişdir. Zamin olaraq Cavabdeh MMC-nin təsisçisi olan Şahin Cavadovun valideyninə məxsus T.Şıxəliyev 20 ünvanında yerləşən, likvid dəyəri 750000 manat olan, bank dəyərləndirilməsində isə 500000 manat olaraq dəyərləndirilən mənzil, İddiaçı MMC, "xxxx" MMC və həmin şirkətlərin rəhbərləri götürülmüşdür. Həmçinin 2023-cü ilin sentyabr ayında Emil Baliyev, Cavabdeh MMC-yə aid olan korporativ showroom və ictimai iaşə obyekti kimi fəaliyyət göstərən, Ceyhun Hacıbəyli 133 ünvanında yerləşən “Gelateca” adlı restoranın Şahin Cavadov tərəfindən düzgün idarə edilmədiyini iddia edərək, idarəçiliyin onda olmasını istəmişdir. Bununla yanaşı o, öz üzərinə düşən maliyyə məsələlərindən də Şahin Cavadovu təqsirli görərək, idarəçiliyi əldə etmək istəmişdir. Şahin Cavadov tərəfindən heç bir narazılıq olmamış, Emil Baliyev İddiaçı MMC-nin bəzi əməkdaşlarını qeyri-rəsmi olaraq “Gelatecaya” gətirmiş, obyektə yüksək maaşla yeni rəhbər təyin etmiş, bir çox yeni sifarişlər vermişdir. Lakin, bu addımlarının arxasında dayanmamış, 2023-cü ilin dekabrın sonundan etibarən, işlərdən tamamilə çəkilmiş və yenidən hər şeyi Şahin Cavadovun üstünə ataraq özünü kənarlaşdırmışdır. 2024-cü ilin yanvar ayından etibarən, X11 Cavadovun apardığı danışığa əsasən, Emil Baliyevin bu ortaqlığa dəyər qatmadığını, öhdəliyində olan maliyyə işlərinin qaydasında olmadığını və ortaqlığı bitirməkləri üçün onun hissələrinin başqa bir şəxs tərəfindən alınması üçün bir neçə şəxsə təklif edəcəyini Şahin Cavadov bildirmişdir. İnvestisiya etmək istəyən şəxslər Şahin Cavadovdan maliyyə hesabatını istədiklərində, o, Emil Baliyevə dəfələrlə müraciət etməsinə baxmayaraq, hesabatın təmin edilməsinə kömək etməmişdir. Bütün bu müddət ərzində həm Emil Baliyevə, həm də Vüqar Səfərova aid hissələrin onların adına rəsmiləşdirilməsi təklif edilsə də, onlar bunu dəfələrlə rədd etmişdir. Göründüyü kimi, Emil Baliyevin də Cavabdeh MMC-də ortaq olması təsdiq olunmuşdur. Bununla bağlı, hətta Whatsapp yazışmaları, şirkətin ortaqlarının olduğu Whatsapp qrupları mövcuddur. Həmin Whatsapp qrupları məhz Emil Baliyev tərəfindən yaradılmışdır. Həmçinin, Cavabdeh MMC-yə aid olan “Gelateca” adlı restoranda ortaqların adına xüsusi depozit hesabı mövcud olmuşdur ki, Emil Baliyevin adına da belə bir hesab mövcuddur. Bunu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim ediləcəkdir. Emil Baliyevin həmin şirkətin ortağı olduğu halda 167.500 manat məbləğində ortaqların birgə fəaliyyəti üçün qoyulmuş pulun yazılı borc müqaviləsinin də mövcud olmamasına baxmayaraq, borc kimi təqdim etməsi absurddur və həqiqəti əks etdirmir. Əlavə olaraq hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, İddiaçı MMC-nin “qarşılıqlı inama və verilən vədlərə” əsaslanaraq Cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyildir. Emil Baliyevin İddiaçı MMCnin təsisçisi olması və həmin MMC-nin də Cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması bir daha da təsdiq edir ki, o, Cavabdeh MMC-nin ortağıdır və Gravity İNC.” MMC–nin Cavabdeh MMC–yə köçürdüyü 167.500 manat borc yox, ortaqların birgə fəailiyyəti üçün qoyulmuş vəsaitdir. Bu fəaliyyət də gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün heç bir halda bir hüquqi şəxsin digər hüquqi şəxsə verdiyi borc kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də aydın olur ki, iddiaçı “borc müqaviləsi” kimi istinad etdiyi müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki: iddiaçının bağlanmasını iddia etdiyi “borc müqaviləsi”-nin tərəfi kimi çıxış etməli olan Cavabdehin iradə ifadəsi sübut edilmir (ümumiyyətlə, belə iradə ifadəsi mövcud deyildir ) - “borc müqaviləsi” mövcud olmadığından onun hər hansı mühüm şərtləri (borcun məbləği, verilməsi və qaytarılması şərtləri və s.) barədə cavabdehin razılığının olmadığı da aydındır; İddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs olduğu halda, qanunla tələb olunan formada bağlanmamış müqavilənin mövcudluğuna istinad edilə bilməz. - məhkəməyə təqdim edilən sübutlar (tərəflərin Cavabdeh MMCnin fəaliyyəti, gəlir və xərcləri ilə bağlı mütəmadi müzakirələr aparması, MMC-yə mal ixrac edən xarici şirkətin dəvət məktubunda X3 və X1 eyni zamanda dəvət edilməsi və X3 da həmin MMC-nin satış meneceri kimi qeyd edilməsi və s. digər çoxsaylı sübutlar) birmənalı olaraq təsdiq edir ki, X1 və X3 arasında mövcud olmuş münasibətlər yalnız Cavabdeh MMC-də ortaqlıq münasibətləri olmuşdur və sonuncuya məxsus İddiaçı MMCdən X4 məxsus Cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi də məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, iddia ərizəsində İddiaçı MMC X9 ilə, Cavabdeh MMC isə X7 ilə eyniləşdirilir və müvafiq olaraq iddiaçı kimi X9, cavabdeh kimi X7 göstərilir ki, bu da münasibətlərin iki hüquqi şəxs arasında deyil, məhz iki fiziki şəxs arasında ortaqlıqla bağlı olduğunun etiraf edilməsidir. Tərəflər arasında hər hansı bir borc münasibəti olmamışdır. Borc münasibəti olsaydı belə, Mülki Məcəllənin imperativ tələbinə əsasən tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi. “Bu nə cür borc münasibətidir ki, cavabdeh tərəfindən ilkin götürülən borc iddiaçıya qaytarılmamasına baxmayaraq iddiaçı 13 ay ərzində mütəmadi olaraq müxtəlif məbləğlərdə onun hesabına vəsaitlər köçürür?” Həmçinin qeyd edilməlidir ki, iddiaçı müraciət etdiyi “mübahisə” üzrə özünün tələbinin hüquqi əsasını tapa bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında borc münasibətlərini olduğunu bildirsə də, hüquqi əsas kimi cavabdehin əsassız varlandığını iddia edir.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6212/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 167.500 (bir yüz altmış yeddi min beş yüz) manat borc məbləği, pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 (on bir min yüz altmış doqquz) manat, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 (üç min yüz altı) manat və dövlət rüsumunun əvəzi olaraq 472 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə iddia rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 167.500 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Qeyd edilən məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə köçürülməsi işin mübahisə edilməyən halıdır. Hazırda iddiaçı həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh isə etiraz edərək bildirir ki, yazılı borc müqaviləsi mövcüd olmadığı üçün və ödənilən pullar sadəcə X1 və X3 arasında mövcud olmuş münasibətlər çərçivəsində Cavabdeh MMC-də ortaqlıq münasibətləri əsasında və sonuncuya məxsus İddiaçı MMC-dən X4 məxsus Cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi məhz ortaqlıq münasibətlərindən irəli gəldiyi üçün iddia təmin edilməməlidir. İlk öncə məhkəmə qeyd edir ki, həmin məbləğə dair tərəflər arasında yazılı borc müqaviləsi mövcüd olmasa da, pul vəsaitləri bank hesabından köçürmə yolu ilə təyinatı borc olaraq göstərilməklə cavabdeh şirkətin hesabına ödənilmişdir. Və bu pul məbləği bir dəfəyə deyil, iki il ərzində müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə köçürülmüşdür. Əgər cavabdehin bildirdiyi kimi tərəflər arasında borc münasibətləri mövcüd olmamışdırsa, bu müddət ərzində cavabdeh iddiaçıya ödənilən pulların təyinatına dair öz etirazını bildirə və növbəti ödənişlərin təyinatının dəyişdirilməsini tələb edə bilərdi, lakin, göründüyü kimi bütün məbləğlər iki il ərzində təyinatı borc olaraq qəbul edilmişdir. Məhkəmə tərəflər arasında borc müqaviləsinin mövcud olmaması ilə bağlı cavabdehin etirazının dəlili ilə razılaşmır. Göründüyü kimi qanunverici əqdlərin (müqavilələrin) şifahi formada bağlanmasına yol verir. Digər tərəfdən cavabdehin nümayəndəsi bildirir ki, həmin pullar X7 ilə X9 arasında mövcüd olan ortaqlıq münasibətləri çərçivəsində, gələcəkdə Cavabdeh MMC-nin paylarının müəyyən hissəsinin alınması məqsədi ilə ödənilmişdir. Buna dair məhkəmə qeyd edir ki, birincisi, mübahisə edilən pul məbləği X9 tərəfindən X4 deyil, iddiaçı-şirkət tərəfindən cavabdeh-şirkətin hesabına ödənilmişdir, ikincisi, cavabdeh tərəf ortaqlıq münasibətlərinin mövcüdluğuna dair hər hansı sübutu (müqavilə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən foto-şəkillər, whatsapp-yazışması və s. ortaqlıq münasibətlərinin mövcüdluğunun və pul vəsaitinin məhz ortaqlıq münasibəti çərçivəsində ödənilməsinin təsdiqi kimi məhkəmə tərəfindən mötəbər və yetərli sübut olaraq qəbul edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 167.500 manat borc məbləği tutlaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin ikinci hissəsi olan - iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və iddiaçının qanuni pul vəsaiti olan 167500 manat məbləğə gecikdirmə faizi olaraq hesbalanmış 22450 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, pul məbləğləri 2022-ci ilin oktyabr və noyabr aylarında (cəmi 61000 manat) və 2023-cü ilin iyun-noyabr aylarında (cəmi 106500 manat) verildiyi və bugünə kimi cavabdeh tərəfindən geri qaytarılmadığı üçün, qətnamənin çıxdığı tarixə illik 5% ilə hesablanmaqla 11169 manat məbləğində faiz borcu müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının digər tələbi – zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 manat pulun cavabdehdən tutularaq ona geri ödənilməsidir. Məhkəmə araşıdırılması zamanı müəyyən edildi ki, həqiqətən də iddiaçı şirkət cavabdeh şirkətin kredit müqaviləsi üzrə öhdəliklərinə görə zamin durmuş və həmin müqavilə nəticəsində iddiaçı zamin olaraq cavabdehin gecikdirilmiş faiz borcuna görə 3106 manat ödəniş etmişdir (ödənişə dair sənədlər təqdim edilmiş və bu hal cavabdeh tərəfindən mübahisə edilməyən hal kimi qəbul edilmişdir).

9. Məhkəmə hazırkı mübahisəyə AR Mülki Məcəlləsinin 329, 470.1, 475.1, 445.7, 739, 740-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6212/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı “borc müqaviləsi” kimi istinad etdiyi müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs olduğu halda, qanunla tələb olunan formada bağlanmamış müqavilənin mövcudluğuna istinad edilə bilməz. Tərəflər arasında hər hansı bir borc münasibəti olmamışdır. Borc münasibəti olsaydı belə, Mülki Məcəllənin imperativ tələbinə əsasən tərəflərin ikisi də hüquqi şəxs olduğu üçün həmin müqavilə yazılı bağlanmalı idi. “Bu nə cür borc münasibətidir ki, cavabdeh tərəfindən ilkin götürülən borc iddiaçıya qaytarılmamasına baxmayaraq iddiaçı 13 ay ərzində mütəmadi olaraq müxtəlif məbləğlərdə onun hesabına vəsaitlər köçürür?” Məhkəmə qətnamədə yuxarıda qeyd olunan normalara istinad etsə də, daha dəqiq desək hüquqi şəxslər arasında olan borc münasibətlərinin mütləq yazılı şəkildə bağlanılmalı olmasını bildirsə də və tərəflər arasında yazılı müqavilənin olmamasını qeyd etsə də, hazırkı mübahisəyə borc münasibəti kimi qiymət verməklə ağlabatan nəticəyə gəlməmiş, maddi hüquq normasını kobud şəkildə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçı özü bu münasibətin hüquqi əsasını borc münasibəti kimi qeyd etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında borc (müqaviləsinin) münasibətlərinin olduğunu bildirsə də, hüquqi əsas kimi cavabdehin əsassız varlandığını iddia edir. Yəni iddiaçı özü də yazılı borc müqaviləsi olmadığına görə, həmin münasibətə borc münasibətə kimi yanaşmamışdır. Belə olan halda məhkəmənin bu münasibəti, yalnız ödəniş tapşırığında qeyd edilmiş “xx.xx.2022-ci il tarixli 10 saylı borc müqaviləsinə əsasən” ifadəsini əsas götüməklə “borc münasibəti” adlandırması, qanunvericilyin imperativ tələblərini pozmaqla müşayiət edilən qətnamə qəbul edilməsinə rəvac vermişdir. Sual olunur: 1) Tərəflər arasında olan münasibət həqiqətən borc münasibəti idisə, borc nə zaman qaytarılmalı idi? 2) Həmin borc münasibətinə əsasən məbləğ iddiaçı tərəfindən cavabdehə birdəfəlik yoxsa hissə-hissə köçürülməli idi? 3) Həmin borc münasibətinə əsasən məbləğ cavabdeh tərəfindən iddiaçıya birdəfəlik yoxsa hissə-hissə verilməli idi? 4) Cavabdeh tərəfindən iddiaçıdan birinci dəfə, yəni xx.xx.2022-ci il tarixdə götürülmüş olan 10000 manat pulun qaytarılmamasına bamayaraq, nə üçün xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə 25000 pul köçürüb? Eləcə də sonralar? 5) Fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyəti iştirakçısı olan hüquqi şəxs (iddiaçı) kifayət qədər böyük olan məbləği cavabdehə borc verərəkən nə üçün yazılı müqavilənin bağlanılmasını tələb etməyib? Tələb edibsə bununla bağlı hans sübutları mövcuddur? Yuxarıda qeyd olunanlardan da görünür ki, məhkəmə tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamış, tamamilə səthi əsaslandırılan qətnamə qəbul edilmişdir. Tərəflər arasında olan münasibətin “borc münasibəti” olması təsdiqini tapsaydı belə yazılı borc müqaviləsi olmadan belə münasibətə borc müqaviləsi kimi qiymət verilməsi absurtdur və qəbul edilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir.” İddia ərizəsindən də aydın olur ki, iddiaçı “borc müqaviləsi” kimi istinad etdiyi hallara dair müqavilənin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki: - İddiaçının bağlanmasını iddia etdiyi “borc müqaviləsi”-nin tərəfi kimi çıxış etməli olan Cavabdehin iradə ifadəsi sübut edilmir (ümumiyyətlə, belə iradə ifadəsi mövcud deyildir - “borc müqaviləsi” mövcud olmadığından onun hər hansı mühüm şərtləri (borcun məbləği, verilməsi və qaytarılması şərtləri və s.) barədə cavabdehin razılığının olmadığı da aydındır; - İddiaçı və cavabdehin hər ikisi hüquqi şəxs olduğu halda, qanunla tələb olunan formada bağlanmamış müqavilənin (münasibətin) mövcudluğuna istinad edilə bilməz. Məhkəməyə təqdim edilən sübutlar (tərəflərin Cavabdeh MMC-nin fəaliyyəti, gəlir və xərcləri ilə bağlı mütəmadi müzakirələr aparması, MMC-yə mal ixrac edən xarici şirkətin dəvət məktubunda X3 və X1 eyni zamanda dəvət edilməsi və X3 da həmin MMC-nin satış meneceri kimi qeyd edilməsi və s. digər çoxsaylı sübutlar) birmənalı olaraq təsdiq edir ki, X1 və X3 arasında mövcud olmuş münasibətlər yalnız Cavabdeh MMC-də ortaqlıq münasibətləri olmuşdur və sonuncuya məxsus İddiaçı MMC-dən X4 məxsus Cavabdeh MMC-yə vaxtaşırı müxtəlif məbləğlərin köçürülməsi də məhz ortaqlıq münasibətlərindən irəli gəlmişdir. - iddia ərizəsində İddiaçı MMC X9 ilə, Cavabdeh MMC isə X7 ilə eyniləşdirilir və müvafiq olaraq iddiaçı kimi X9, cavabdeh kimi X7 göstərilir ki, bu da münasibətlərin iki hüquqi şəxs arasında deyil, məhz iki fiziki şəxs arasında ortaqlıqla bağlı olduğunun etiraf edilməsidir. Birinci instansiya məhkəməsi mülki işi tam, hərtərəfli və obyektiv araşdırsa idi, təbii ki, iddia tələbinin zaminliyə dair hissəsində də, daha dəqiq desək, “Cavabdeh MMC tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabından gecikmiş borc üzrə silinmiş 3106 (üç min yüz altı) manat məbləğin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissəsində rədd edərdi. Belə ki, cavabdehin qanunin təmsilçisinin izahatında da, həmçinin məhkəməyə təqdim edilmiş sübutlarda da "xxxx" MMC-nin təsisçisi olan Emil Baliyevin də Cavabdeh MMC-də ortaq olması təsdiq olunmuşdur. Emil Baliyevin ortağı olduğu şirkətin bankdan kredit götürülməsində ona məxsus digər şirkətin zamin durması normaldı. "xxxx" MMC rəsmi olaraq zamin kimi göstərilsə də, əslində Cavabdeh MMC kimi həmin kredit müqaviləsi üzrə “borclu” olmuşdur. Əlavə olaraq iddiaçının “dəlillərinə” və məhkəmənin buna əsaslanmış mövqeyinə münasibət bildirərək qeyd edirik ki, hüquqi şəxs fiziki şəxsə münasibətdə mülki dövriyyənin daha məsuliyyətli iştirakçısıdır. Belə olan halda, "xxxx" MMC-nin “tanışlıq münasibətinin” olmasına əsaslanaraq Cavabdeh MMC tərəfindən götürülmüş kredit üzrə zamin olması inandırıcı və ağlabatan deyildir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. - Maddə 739.1. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - Maddə 739.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - Maddə 740.2. (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. - Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı Cavabdeh MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.

18. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-dən “167.500 manat məbləğində borcun tutulması” nəticəsinə gələrkən tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni həmin hissədə düzgün əsaslandırmamış, gəldiyi müvafiq nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

19. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. İşin bilavasitə iddiaçının özünün bildirdikləri, eləcə də iş materiallarında olan sübutlarla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçı cəmi 167.500 manat məbləğində pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan aralarında yaranmış anlaşılmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır. Cavabdehin nümayəndəsi irəli sürülən həmin faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçı şirkətlə cavabdeh şirkətin ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyi və zərərlə nəticələndiyi üçün cavabdehin iddiaçıya hər hansı ödəniş etməli olmadığını irəlir sürür. Konstitusiya Məhkəməsinin Plenumunun ifadə etdiyi mövqeyə əsasən, “müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir” (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarı). İşin hallarından görünür ki, tərəflər arasında qanunvericiliyin tələb etdiyi formada borc müqaviləsi bağlanmamışdır. Tərəflərin bildirdikləri əsasında müəyyən olunan odur ki, onların arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı deyil, qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 167.500 manat verdiyini sübutetmə yükü iddiaçının, iddiaçı ilə ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni verdiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Cavabdeh iddiaçının ona 167.500 manat verdiyini etiraf etdiyindən, həmçinin ödənişlə bağlı təkzibolunmayan sübutlar təqdim edildiyindən iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır. Cavabdeh isə razılaşdırılan ortaq biznes fəaliyyətinin gözlənilən nəticəni vermədiyini, yaxud əgər mənfəət əldə olunmuşdursa bu mənfəəti iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmişdir.

20. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

21. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC-dən 167.500 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

23. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-dən “pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 11.169 (on bir min yüz altmış doqquz) manat odənilməsi” nəticəsinə gələrkən də səhvə yol vermişdir. Belə ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 22450 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

25. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

26. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

27. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

28. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

29. Qətnamənin mübahisləndirilən digər hissəsi, yəni 3106 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı kollegiya əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir; müvafiq iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir və birinci iinstansiya məhkəməsi həmin əsasa istinadən düzgün nəticəyə gəlmişdir.

30. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6212/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 167.500 (bir yüz altmış yeddi min beş yüz) manat, zaminlik müqaviləsi əsasında ödənilmiş 3.106 (üç min yüz altı) manat və dövlət rüsumunun əvəzi olaraq 472 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar