Məhkəmə qərarları › İş №2-2(103)-1379/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1379/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1379/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e- 2-2(113)-210/2025 saylı qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün cavabdehə 6 000 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır.

2. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən bank 400 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə (aylıq faiz dərəcəsi 1,3333 %) Qanuni nümayəndə verməyi, Cəfərov abir Sabir oğlu isə aldığı pul vəsaitini hissə-hissə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 48 ay razılaşdırılmışdır. Daha sonra xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşmasına xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı sazişlə kredit müddəti xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə verilmiş kreditin qalıq məbləği xx.xx.2022-ci il tarixli 005R**********SE saylı sazişlə aylıq faiz dərəcəsi 1,1667 % olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə aylıq faiz dərəcəsi 1,25 % olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək restrukturizasiya edilmişdir.

3. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən, bank 300 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə (aylıq faiz dərəcəsi 1,25 %) Qanuni nümayəndə verməyi, Qanuni nümayəndə isə isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 36 ay razılaşdırılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə verilmiş kreditin qalıq məbləği xx.xx.2022-ci il tarixli 005R**********SE saylı sazişlə aylıq faiz dərəcəsi 1,1667 % olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə aylıq faiz dərəcəsi 1,25 % olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək restrukturizasiya edilmişdir.

4. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən , bank 200 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə (aylıq faiz dərəcəsi 1,25 %) Qanuni nümayəndə verməyi, Qanuni nümayəndə isə aldığı pul vəsaitini hissə-hissə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək 36 ay razılaşdırılmışdır. Daha sonra xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasına xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə verilmiş kreditin qalıq məbləği xx.xx.2022-ci il tarixli 005R**********SE saylı sazişlə aylıq faiz dərəcəsi 1,1667 % olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə aylıq faiz dərəcəsi 1,25 % olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək restrukturizasiya edilmişdir.

5. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşmasına əsasən bank 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə (aylıq faiz dərəcəsi 1,25 %) Qanuni nümayəndə verməyi, Qanuni nümayəndə isə aldığı pul vəsaitini hissə-hissə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək 36 ay razılaşdırılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşmasına xx.xx.2021-ci il tarixli 999R**********S saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 999R**********SA saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə verilmiş kreditin qalıq məbləği xx.xx.2022-ci il tarixli 999R**********SB saylı sazişlə aylıq faiz dərəcəsi 1,1667 % olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixli 999R**********SC saylı sazişlə aylıq faiz dərəcəsi 1,25 % olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək restrukturizasiya edilmişdir.

6. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli 005S**********03 saylı, Cavabdeh4 MMC ilə xx.xx.2022-ci il tarixli 005S**********01 saylı, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 005S**********01 saylı zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.

7. Qanuni nümayəndə kredit məbləğini təşkil edən pul vəsaitlərinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5662 nömrəli 02 oktyabr 2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 30968,5 manat, faiz borcu 6999,85 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 249 341,82 manat, faiz borcu 51396,87 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 88856,10 manat, faiz borcu 12736,37 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 127 558,51 manat, faiz borcu 21385,99 manat təşkil edir.

9. Hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə 741,12 manat cərimə, 290,03 manat, 1628,44 manat əsas, 3340,41 manat faiz, xx.xx.2024-cü il tarixdə 33000 manat faiz, xx.xx.2025-ci il tarixdə 8500 manat əsas, xx.xx.2025-ci il tarixdə 9500 manat əsas, xx.xx.2025-ci il tarixdə 7500 manat əsas, xx.xx.2025-ci il tarixdə 10000 manat əsas, xx.xx.2025-ci il tarixdə 7000 manat əsas, xx.xx.2025-ci il tarixdə 10000 manat əsas, xx.xx.2025-ci il tarixdə 15000 manat əsas borca olmaqla ümumilikdə 69418,47 manat əsas borca, 36340,41 manat faiz borcuna, 741,12 manat cərimə borcuna, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə 4000 manat faiz, 13000 manat əsas borca, xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixdə 8530 manat əsas, xx.xx.2025-ci il tarixdə 7000 manat əsas borca olmaqla ümumilikdə 15530 manat əsas borca silinmə aparılmışdır.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünüb ki, xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 120 ay müddətinə olan öhdəlik üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

11. İddiaçı QSC (ipoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (ipoteka qoyan qismində) və Qanuni nümayəndə (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 16 iyun 2015-ci il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 005L**********92 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (1.1). İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış binası (2.1). İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: Reyestr nömrəsi **********94-06303, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 11 oktyabr 2018- ci il tarixində daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7870 nömrəli vərəqində qeydiyyata alınmışdır (2.2). İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Seriya RX ******* (2.3). İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 1 000 000 manat təşkil edir (2.5). Öhdəliyin mahiyyəti: Bank ilə Qanuni nümayəndə arasında 16 iyun 2015-ci il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 005L**********92 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalardır (3.1). Uzunmüddətli Kredit məbləği: 6 000 000 ABŞ dolları; Uzunmüddətli Kredit Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Uzunmüddətli Kredit Müqaviləsi əsasında verilən bütün kreditlərin toplam məbləği Uzunmüddətli Kredit Müqaviləsinin məbləğini bir və ya bir neçə dəfə aşa bilər, amma Uzunmüddətli Kredit Müqavilə üzrə kreditlərin istənilən ana olan ümumi məbləği heç bir halda Uzunmüddətli Kredit Müqaviləsinin məbləğini aşa bilməz (3.2). Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 (bir yüz iyirmi) ay; Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) %; Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla (3.3).

12. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

13. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2025-ci il tarixli sazişlə (ipoteka saxlayan qismində iddiaçı, ipoteka qoyan qismində Cavabdeh2 və Cavabdeh4 MMC, borc alan qismində Qanuni nümayəndə) ipoteka saxlayan ilə ipoteka qoyan arasında 29 noyabr 2018-ci il tarixdə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahəsi olan 195E saylı qeyri-yaşayış binasına dair 005M**********01 saylı ipoteka müqaviləsinin 2.1 (ipoteka predmetinin təsviri və olduğu yer), 2.2 (ipoteka predmetinin qeydə alındığı rəsmi reyestr) və 2.3-cü (ipoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd) bəndləri aşağıdakı kimi dəyişdirilmişdir: 2.1 İpoteka predmetinin təsviri və olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində 0,03 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahəsi olan 195E saylı qeyri-yaşayış binası (yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 335) (Cavabdeh2 – payı 1088,901 kv.m və torpaq sahəsindən 0,0135 ha və Cavabdeh4 MMC – payı 1330,879 kv.m və torpaq sahəsindən 0,0165 ha). 2.2 İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: Reyestr nömrəsi: **********94-06303; Qeydiyyat nömrəsi: **********; Qeydiyyat tarixi: xx.xx.2024-cü il tarixində daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2.3 İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi reyestr: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. 3. Tərəflərin öhdəlikləri. 3.1. Bu saziş notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir və borclunun bank ilə 16 iyun 2015-cü il tarixdə bağlanmış 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (xx.xx.2025-ci il tarixli sazişdən sonra) görünür ki, xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 120 ay müddətinə olan öhdəlik üzrə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kateqoriyalı xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış binasının iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır və tutmanın yönəldilməsi bildirişi reyestrdə qeydə alınmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6732-9/7024 nömrəli ekspert rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində yerləşən qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələri barədə məlumat olmadığından sözügedən qeyri-yaşayış sahəsinin mövcud orta bazar və likvid qiymətini müəyyən etməyin mümkün olmadığı təsbit edilmişdir.

16. Əmlak Ekspert Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM/S 46-539/25 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinin (torpaq sahəsi də nəzərə alınmaqla) bazar dəyəri 6 046 000 manat, likvid dəyəri 5 142 000 manat təşkil edir.

17. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 980,4 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.

19. "xxxx" MMC-nin məktubundan görünür ki, aparılmış tədqiqatın dəyərini 500 manat təşkil edir.

20. 21.10.2025-ci il tarixli qəbzdən görünür ki, 400 manat məbləğində pul "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat:

21. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4nə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2020-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 15438,5 manat əsas, 6856,45 manat faiz borcu, 7724,88 manat cərimə olmaqla cəmi 30019,83 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 175 148,56 manat əsas, 10193,66 manat faiz borcu, 53673,45 manat cərimə olmaqla cəmi 239 015,67 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 88856,1 manat əsas, 12666,51 manat faiz bоrcu, 22028,41 manat cərimə olmaqla cəmi 123 551,02 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 114.558,51 manat əsas, 19999,34 manat faiz bоrcu, 24221,74 manat cərimə olmaqla cəmi 158 779,59 manat, bütün kredit razılaşmaları üzrə 551.366,11 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 980,4 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı, qiymətləndirmə xərci olaraq ödənilmiş 400 manatın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 551 366,11 manat məbləğində bоrcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 980,40 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı, qiymətləndirmə xərci olaraq ödənilmiş 400 manatın iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 6 000 000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Qanuni nümayəndə iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli 999R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021ci il tarixli 999R**********SA saylı, xx.xx.2021-ci il tarixli 999R**********SB saylı, xx.xx.2022ci il tarixli 999R**********SC saylı, xx.xx.2023-cü il tarixli 999R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qanuni nümayəndə krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Qanuni nümayəndə götürdüyü krеdit bоrcundan 19031,5 manat ödəmiş, onun 30968,5 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qanuni nümayəndə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 282 gün üçün hesablanmış faiz borcu 6856,45 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 282 gün üçün hеsablanmış cərimə 7724,88 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Qanuni nümayəndə iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 400 000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı, xx.xx.2022-ci il tarixli 005R**********SE saylı, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qanuni nümayəndə krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Qanuni nümayəndə götürdüyü krеdit bоrcundan 155 432,97 manat ödəmiş, onun 244 567,03 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qanuni nümayəndə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 271 gün üçün hesablanmış faiz borcu 46534,07 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2- ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 271 gün üçün hеsablanmış cərimə 54414,57 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Qanuni nümayəndə iddiaçı ilə bağladığı xx.xx.2019cu il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % оlmaqla, ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 300 000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı, xx.xx.2021- ci il tarixli 005R**********SC saylı, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı, xx.xx.2022-ci il tarixli 005R**********SE saylı, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qanuni nümayəndə krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Qanuni nümayəndə götürdüyü krеdit bоrcundan 211 143,9 manat ödəmiş, onun 88856,1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qanuni nümayəndə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 141 gün üçün hesablanmış faiz borcu 12666,51 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2- ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 141 gün üçün hеsablanmış cərimə 22028,41 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Qanuni nümayəndə iddiaçı ilə bağladığı xx.xx.2019cu il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,25 % оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 200 000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı, xx.xx.2021-ci il tarixli 005R**********SC saylı, xx.xx.2021-ci il tarixli 005R**********SD saylı, xx.xx.2022-ci il tarixli 005R**********SE saylı, xx.xx.2023-cü il tarixli 005R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qanuni nümayəndə krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Qanuni nümayəndə götürdüyü krеdit bоrcundan 72441,49 manat ödəmiş, onun 127 558,51 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qanuni nümayəndə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 256 gün üçün hesablanmış faiz borcu 23999,34 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2- ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 256 gün üçün hеsablanmış cərimə 24211,74 manat təşkil edir. Krеdit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MMC zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında cavabdeh Qanuni nümayəndə ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 MMC iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli 005M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində, 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyriyaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 82 nömrəli reyestr kitabının 7870 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində, 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinin Qanuni nümayəndə kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan – iddiaçı tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh4 MMC-yə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024- cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir.

23. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 442, 472.2-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36, 39.1-ci və s. maddələri göstərilmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-210/2025 saylı qətnaməsi ilə iddia qismən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə 15438,5 manat əsas borc, 6856,45 manat faiz borcu və 1200 manat cərimə, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 175148,56 manat əsas borc, 10193,66 manat faiz borcu və 12000 manat cərimə, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 88856,1 manat əsas borc, 12666,51 manat faiz borcu və 4000 manat cərimə, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 114558,51 manat əsas borc, 17385,99 manat faiz borcu və 6000 manat cərimə olmaqla ümumilikdə 464304,28 manat pulun cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4ndən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 980,4 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pulun cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4ndən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, “Tutma Cavabdeh4 və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 5 142 000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi üzrə cəmi 464304,28 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 980,4 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qanuni nümayəndə arasında xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsi üzrə cəmi 464304,28 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 980,4 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat borcu ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4ndən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4ndən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ68İBAZ********************, Bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) ödənilsin.”

25. Məhkəmə gəldiyi nəticəni əsaslandırarakən müəyyən etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 15438,5 manat əsas, 6856,45 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 175 148,56 manat əsas, 10193,66 manat faiz borcu, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 88856,1 manat əsas, 12666,51 manat faiz bоrcu, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 114 558,51 manat əsas, 19999,34 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. İş materiallarından görünüb ki, iddiaçı cavabdeh Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə pretenziya məktubları göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildirişlər borcalana X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Başqa sözlə, iddiaçı ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirib ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3- cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdeh Qanuni nümayəndə bildirişlər yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin tarixdə xx.xx.2020-ci il tarixli 999R********** saylı, xx.xx.2018-ci il tarixli 005R********** saylı, xx.xx.2019-cu il tarixli 005R********** saylı, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmaları xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı adıçəkilən kredit razılaşmaları üzrə xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edib ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alıb ki, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3434/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5662 nömrəli 02 oktyabr 2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 30968,5 manat, faiz borcu 6999,85 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 249 341,82 manat, faiz borcu 51396,87 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 88856,10 manat, faiz borcu 12736,37 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 127 558,51 manat, faiz borcu 21385,99 manat təşkil edir. 27. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §8, 218.3-cü maddə). Belə olan halda xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə əsas borc 30968,5 manat, faiz borcu 6856,45 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 244 567,03 manat, faiz borcu 46534,07 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 88856,10 manat, faiz borcu 12666,51 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 127 558,51 manat, faiz borcu 21385,99 manat müəyyən edilməlidir. Lakin xx.xx.2024-cü il tarixdən sonra kredit razılaşmaları üzrə ödənişlər edilmişdir. Təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə 741,12 manat cərimə, 290,03 manat, 1628,44 manat əsas, 3340,41 manat faiz, xx.xx.2024-cü il tarixdə 33000 manat faiz, xx.xx.2025-ci il tarixdə 8500 manat əsas, xx.xx.2025-ci il tarixdə 9500 manat əsas, xx.xx.2025-ci il tarixdə 7500 manat əsas, xx.xx.2025-ci il tarixdə 10000 manat əsas, xx.xx.2025-ci il tarixdə 7000 manat əsas, xx.xx.2025-ci il tarixdə 10000 manat əsas, xx.xx.2025-ci il tarixdə 15000 manat əsas borca olmaqla ümumilikdə 69418,47 manat əsas borca, 36340,41 manat faiz borcuna, 741,12 manat cərimə borcuna, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə 4000 manat faiz, 13000 manat əsas borca, xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixdə 8530 manat əsas, xx.xx.2025-ci il tarixdə 7000 manat əsas borca olmaqla ümumilikdə 15530 manat əsas borca silinmə aparılmışdır. Həmin ödənişlər nəzərə alındıqdan sonra xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə əsas borc 15438,5 manat, faiz borcu 6856,45 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 175148,56 manat, faiz borcu 10193,66 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 88856,10 manat, faiz borcu 12666,51 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə əsas borc 114558,51 manat, faiz borcu 17385,99 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edib ki, xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, kredit razılaşmaları və onlara əlavələr uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmış, ödəniş cədvəlləri zaminlər tərəfindən təsdiq edilmişdir. Buna görə də zaminlər adıçəkilən kredit razılaşması üzrə digər borcalanın iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə bu qənaətə gəlib ki, xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə 15438,5 manat əsas borc, 6856,45 manat faiz borcu, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 175148,56 manat əsas borc, 10193,66 manat faiz borcu, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 88856,1 manat əsas borc, 12666,51 manat faiz borcu, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 114558,51 manat əsas borc, 17385,99 manat faiz borcu cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı 38. İddia ərizəsində iddiaçı xx.xx.2020-ci il tarixli 999R********** saylı krеdit razılaşması üzrə 7724,88 manat cərimə, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 53673,45 manat cərimə, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 22028,41 manat cərimə, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 24221,74 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının 4.2.2ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının 4.2.2ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. xx.xx.2022-ci il tarixli 005S**********03 saylı, xx.xx.2022-ci il tarixli 005S**********01 saylı, xx.xx.2022-ci il tarixli 005S**********01 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar). Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, ödənişləri məhkəmə icraatında olarkən də icra etmələri, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə 1200 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 12000 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 4000 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 6000 manat müəyyən olunması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlib ki, cərimə borcu olaraq xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə 1200 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 12000 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 4000 manat, xx.xx.2019cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 6000 manat cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddiaçı eyni zamanda tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 551 366,11 manat məbləğində bоrcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 980,40 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı, qiymətləndirmə xərci olaraq ödənilmiş 400 manatın iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasını xahiş edir. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilmişdir. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 210/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Sonuncunun xx.xx.2025-ci il tarixli ƏEM/S 46-539/25 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinin (torpaq sahəsi də nəzərə alınmaqla) bazar dəyəri 6 046 000 manat, likvid dəyəri 5 142 000 manat təşkil edir. Məhkəmə ekspertiza rəyini və tərəflərin mövqeyini nəzərə alaraq hesab edib ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyriyaşayış sahəsinin (torpaq sahəsi də nəzərə alınmaqla) ilkin satış qiyməti 5 142 000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edib. Əvvəla məhkəmə göstərib ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir. “İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinə və mənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsi tələbi irəli sürülən ipoteka müqaviləsinin predmeti qeyri-yaşayış sahəsi olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlak deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir. Məhz bu səbəbdən “İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır. Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından və göstərilən səbəblərdən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. İddiaçı eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 980,40 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 120 manat xidmət haqqı, qiymətləndirmə xərci olaraq ödənilmiş 400 manatın tutulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunub ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 980,4 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 400 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat pul cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq İddiaçı QSC-yə, ekspertiza xərci olaraq 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4 MMC-dən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

26. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 447.1, 447.2, 269.1, 269.4, 270.1, 309.1, 317, 462.1, 467, 470.1, 471, 472.1, 472.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun (zamana görə qüvvədə olan) 34, 41, 47.5, 39.3.3, 1.0.9, 4-cü maddələrinə,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

27. Cavabdeh Qanuni nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən (iddianın təmin edilmiş hissəsində) ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti ******* manat müəyyən olunsa da, lakin həmin qiymət real vəziyyəti əks etdirmir. Çünki əmlakın dəyəri 6.000.000 milyon manata razılaşdırlmışdır. Qeyd olunan əmlaka qiymət baxış keçirilmədən qoyulmuşdur. Qeyd olunan əmlak əsaslı şəkildə təmir edilmişdir. Onun likvid qiyməti 5.900.000 manat civarındadır. Ona görə də yenidən qiymətləndirmə həyata keçirilməldir. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Qiymətləndirilmə Cavabdeh Qanuni nümayəndə xəbəri olmadan həyata keçirilmişdir. Baxış keçirilməmişdir. Tutma Cavabdeh4 və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03 hatorpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyriyaşayış sahəsinə (torpaq sahəsiilə birlikdə) ilkin satış qiyməti ******* manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmasına yönəlməsi tam qanunsuz və əsassızdır. Belə ki, ipoteka predmetinin 7-8 milyon manat bazar dəyəri vardır. Cavabdeh Qanuni nümayəndə iştirakı ilə qiymətləndirilmə baxış keçirilməklə müəyyən edilməlidir. Belə ki, qətnamənin 68-ci bəndində göstərilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3434/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6732-9/7024 nömrəli ekspert rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində yerləşən qeyri-yaşayış sahəsinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış sahələri barədə məlumat olmadığından sözügedən qeyri-yaşayış sahəsinin mövcud orta bazar və likvid qiymətini müəyyən etməyin mümkün olmadığı təsbit edilmişdir. Belə halda qiymənləndirmə təkrar keçirilməlidir. Məhkəmə ümumiyyətlə cərimə puluna münasibət bildirsə də onu qanunvericilikdə nəzərdə tutlmuş güzəşt həddində azaltmamışdır. Hesab edir ki, qeyd olunan borca münasibətdə cərimə pulu kifayət qədər yuxarıdır. Ona görə də azaldılmalıdır. Məhkəmə ümumiyyətlə cərimə puluna münasibət bildirsə də onu qanunvericilikdə nəzərdə tutlmuş güzəşt həddində azaltmamışdır. Hesab edir ki, qeyd olunan borca münasibətdə cərimə pulu kifayət qədər yuxardırı. Qeyd edir ki, ümumiyyətlə qeyd olunan borc məbləğinin çox hissəsi iddiaçıya ödənilsə də qətnamədə öz əksini tapmamışsır. Bununla bağlı sənəd də iştirakı təmin olunmadığından məhkəməyə təqdim edilməmişdir. Hazırki, kredit əvvəlki kredit münasibətlərinin restrukturizasiya üçün ayrılmışdır. Ümumiyyətlə borc hesablanarkən düzgün hesablanması üçün əvvəlki münasibətlərə dair sənədlər işə əlavə edilməmişdir. Eyni zamanda faiz məbləği düzgün hesablanmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

30. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Qanuni nümayəndə ərizə ilə müraciət etmiş səhhətində problem olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə müvafiq halları təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

32. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -“İpoteka haqqında” Qanunun hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

33. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsi xahiş edilsə də şikayətin dəlilləri qətnamənin kredit razılaşmaları üzrə tutulması təmin edilən faiz və cərimə borcları, eləcə də ipoteka predmetinin ilkin satış dəyəri hissəsində mübahisələndirilməsinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Qanuni nümayəndə arasında xx.xx.2015-ci il tarixli 005L**********92 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, həmin müqavilə çərçivəsində xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli kredit razılaşmaları üzrə cavabdehə kredit vəsaitləri verilmişdir. Bu kreditlər üzrə öhdəliklərin icrasının təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən 0,03002 ha torpaq sahəsi və üzərindəki 2419,78 kv.m qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit xətti müqaviləsi üzrə Qanuni nümayəndə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 MMC zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər.

39. Kollegiya qətnamələrin mübahisələndirilən hissələri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Qanuni nümayəndə bildiriş göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcun ödənilməsini tələb etmiş və müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə iradəsini cavabdehlərə bildirmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq, xx.xx.2020-ci il tarixli 999R********** saylı, xx.xx.2018-ci il tarixli 005R********** saylı, xx.xx.2019-cu il tarixli 005R********** saylı və xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmaları xx.xx.2024-cü il tarixdə xitam verilmiş hesab edilməlidir.

40. İşə baxan məhkəmə kredit razılaşmaları üzrə borcun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5662 nömrəli 02 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (iddiada tələb edilən tarixə) əsas borc 30968,5 manat, faiz borcu 6999,85 manat; xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 249 341,82 manat, faiz borcu 51396,87 manat; xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 88856,10 manat, faiz borcu 12736,37 manat; xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 127 558,51 manat, faiz borcu 21385,99 manat təşkil edir. Kollegiya qeyd edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsas olmadığından həmin rəy sübut qismində qəbul edilməlidir.

41. Odur ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürməklə, eyni zamanda dispozitivlik prinsipini ifadə edən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə almaqla haqlı olaraq mübahisəli kredit müqavilələri üzrə xx.xx.2024-cü il tarixə faiz borcunun aşağıdakı məbləğlərdə olması barədə qənaətə gəlmişdir: xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə - 6856,45 manat; xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə - 46534,07 manat; xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə - 12666,51 manat; xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə - 21385,99 manat.

42. Digər tərəfdən, məhkəmə tərəfindən ekspertin hesablamasını apardığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən sonra da kredit razılaşmaları üzrə ödənişlərin edildiyini nəzərə alaraq, təqdim olunan hesabdan çıxarış məlumatları əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə ümumilikdə 69418,47 manat əsas borca, 36340,41 manat faiz borcuna, 741,12 manat cərimə borcuna, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə ümumilikdə 15530 manat əsas borca silinmə aparılmışdır.

43. Odur ki, göstərilən ödənişlər nəzərə alındıqdan sonra xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə faiz borcu 6856,45 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə faiz borcu 10193,66 manat, xx.xx.2019cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə faiz borcu 12666,51 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə faiz borcu 17385,99 manat təşkil etdiyi müəyyən edilir.

44. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən müəyyən edilmiş faiz borcunun həqiqəti əks etdirmədiyini, eyni zamanda bəzi ödənişlərin nəzərə alınmadığını iddia etsə də, hansı ödənişlərin nəzərə alınmadığını dəqiq göstərməmiş və rəylə müəyyən edilmiş faiz borcu məbləğlərində uyğunsuzluqların nədən ibarət olmasını, rəylə razılaşmamasının səbəblərini izah edə bilməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin təqdim etdiyi dəlillər əsassızdır.

45. İddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və cavabdehin təsdiq etdiyi iddiaçının tərəflər arasında bağlanmış kredit razılaşmalarında kreditalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı mübahisəli müqavilələr üzrə dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

46. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi xx.xx.2020-ci il tarixli 999R********** saylı kredit razılaşması üzrə 1200 manat, xx.xx.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 12000 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 4000 manat, xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 6000 manat cavabdеhlər məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.

47. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərindən biri də 0,03002 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış binasının ilkin satış dəyərinin əmlakn real dəyərinə uyğun olmamasından ibarətdir. Belə ki, apellyator həmin əmlakların real dəyərinin daha yüksək olduğunu bildirir.

48. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 7.1-ci və 217.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırkı halda ipoteka predmetinin ilkin satış dəyəri “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 39.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinin likvid qiyməti ilə müəyyən edilməlidir.

49. Bununla yanaşı iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirici şirkətin rəyini almış və "xxxx" MMC tərəfindən təqdim edilən mütəxəssis rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesində 0,03002 ha torpaq sahəsində yerləşən 2419,78 kv.m ümumi sahədən ibarət 195E nömrəli qeyri-yaşayış sahəsinin (torpaq sahəsi də nəzərə alınmaqla) bazar dəyəri 6 046 000 manat, likvid dəyəri 5 142 000 manat məbləğində müəyyən edilmişdir.

50. Bununla bağlı qeyd edilməlidir ki, qiymətləndirici şirkət tərəfindən ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsi ilə bağlı cavabdehin dəlilləri qiymətləndirmənin əmlaka baxış keçirilmədən aparılmasına əsaslanır. Halbuki mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə əmlaka vizual baxış keçirilməklə aparılmış və rəyə baxış zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir.

51. Bundan əlavə ipoteka müqaviləsindən göründüyü kimi həmin müqavilədə tərəflər ipoteka predmetinin dəyəri 1.000.000 manat təşkil etməsi barədə razılığa gəlmişlər. Göstərilən halı da nəzərə aldıqda hal-hazırkı əmlakın bazar dəyəri və likvid qiymətinin qiymətləndirmə rəyində müəyyən edilmiş məbləğdən da çox olması, yəni əmlakın dəyərinin 6 dəfədən artıq qalxması inandıcı və ağlabatan görünmür.

52. Odur ki, məhkəmənin mütəxəssis rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin həmin rəydə müəyyən edilmiş likvid qiymətlə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.

53. Cavabdeh Qanuni nümayəndə məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı arqumentlərə dair qeyd olunur ki, iş materiallarından göründüyü kimi, adıçəkilən şəxsin elektron informasiya sistemində yaradılmış elektron kabineti mövcud olduğundan ona məhkəmə bildirişləri EMİS vasitəsilə göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Bu baxımdan, cavabdehin öz iradəsinə uyğun olaraq məhkəmə iclaslarında iştirak etməməsi məhkəmə tərəfindən prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilməz.

54. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il, e-2-2(113)-210/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh Qanuni nümayəndə özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar