Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1384/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı dəymiş zərərin ödənilməsi və maneələrin aradan qaldırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3516/2025 saylı qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC və cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, e-2- 2(113)-3516/2025 saylı əlavə qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X6 Bakı-Taxıl” ASC cavabdehlər cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə cavabdehlər tərəfindən törədilən maneələrin qadağan edilməsi, müdaxilələrin qanunsuz hesab edilməsi və vurulmuş ziyanın əvəzi olaraq 168 000 (yüz altmış səkkiz min) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdeh "xxxx" MMC-nin əməkdaşlarının əməllərində cinayətin əlamətləri olması ilə bağlı barələrində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş “işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə” vəsatət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3156/2025 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin 07 (yeddi) gün müddətində işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin e-2- 2(102)-449/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)-3516/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qərardadı ilə iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qarşı “müdaxilələrin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı “X6 BakıTaxıl” ASC-nin qanuni istifadəsində və sahibliyində olan Buzovna qəsəbəsinin Cənub Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında 65 hektar torpaq sahəsinə sahibliyə törədilən maneələr cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qadağan edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3516/2025 saylı xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş “Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması barədə vəsatət” təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMCdən müştərək (birgə) qaydada tutularaq iddiaçı “X6 Bakı-Taxıl” ASC-yə ödənilməsi qət edilmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 358 (üç yüz əlli səkkiz) manat dövlət rüsumu iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin özünə aid edilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)- 3516/2025 nömrəli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilməsi və iddia tələbinin “müdaxilələrin qanunsuz hesab edilməsi” hissəsində də mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1230/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3516/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti apellyasiya şikayəti ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3516/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktında göstərilən döngə nöqtələri və Cizgi hüdudlarında olan 65 hektar torpaq sahəsinə iddiaçı “X6 Bakı-Taxıl” ASC-nin sahibliyinə törədilən maneələrin cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC-yə qadağan edilməsi hissəsində də rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 nömrəli qətnaməsinin "xxxx" ASC-nin qanuni istifadəsində və sahibliyində olan Bakı şəhəri Buzovna qəsəbəsinin Cənub-Qərb hissəsində yerləşən, BakıŞəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 12/68 saylı Ayrıc Aktındag östərilən döngə nöqtələri və Cizgi hüdudlarında olan 65 hektar torpaq sahəsinə iddiaçı "xxxx" ASC-nin sahibliyinə törədilən maneələr cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2MMC-yə qadağan edilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “X6 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-3516/2025 saylı qətnaməsinin qismən- iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. “X6 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3516/2025 saylı əlavə qətnaməsinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-nin əməkdaşlarının əməllərində cinayətin əlamətləri olması ilə bağlı barələrində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilmişdir. 26 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Ziya Şirinov tərəfindən yazılı müraciət daxil olmuş, müraciətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1230/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən kassasiya şikayəti verdiyi göstərilmiş, kommersiya işinin hakimə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, qərardaddan verilmiş kassasiya şikayətinə baxılması ilə bağlı iş hazırkı apellyasiya baxışından çıxarılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1230/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından “X6 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətin Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması, uyğun olduğu təqdirdə həmin Məcəllənin 409-cu maddəsinə əsasən kassasiya instansiya məhkəməsinə göndərilməsi zərurəti yaranmışdır. İddiaçının və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi işin hazırki apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, lakin ərizə ilə müraciət etmiş digər məhkəmə iclasında iştirak etməli olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş, lakin ərizəsinə başqa məhkəmə proseslərinin olmasını təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3516/2025 saylı qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC və cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, e-2- 2(113)-3516/2025 saylı əlavə qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılsın. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3516/2025 saylı qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC və cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, e-2-2(113)-3516/2025 saylı əlavə qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3516/2025 saylı qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC və cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025- ci il tarixli, e-2-2(113)-3516/2025 saylı əlavə qətnaməsindən iddiaçı “X6 Bakı-Taxıl” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılsın. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1384/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1384/2025
29.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver