Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1385/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)-763/2018 saylı qərardadından cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" şirkətindən İddiaçı1 ASC-nin xeyrinə 10 000 000(on milyon) manat əsas borc, 1 044 999,99 (bir milyon qırx dörd min doqquz yüz doxsan doqquz) manat 99 qəpik faiz borcu, cəmi 11 044 999,99 (on bir milyon qırx dörd min doqquz yüz doxsan doqquz) manat 99 qəpik və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın təminatı kimi xx.xx.2016-cı il tarixli, 01/5 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş avadanlığa yönəldilməsi, bu avadanlığın açıq bazarda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün İddiaçı1 ASC-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(81)-763/2018 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək, qiyabi qətnamə barədə məlumatlarının olmadığını, bu barədə xx.xx.2025-ci il tarixdə icra vərəqəsi təqdim edildikdən sonra xəbərlərinin olmasını bildirərək, qətnamənin surətinin təqdim edilməsini xahiş etmişdir. Məhkəmə qəbzinə imza edilməklə xx.xx.2018-ci il tarixli qiyabi qətnamənin surəti xx.xx.2025-ci il tarixdə Şirkətin nümayəndəsi C.Səftərova təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesindən məlumatları olmamışdır, bildirişi almamışlar və qiyabi qətnamədən xx.xx.2025-ci il tarixdə icra məmurunun qəbulunda olarkən xəbərləri olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)-763/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(81)-763/2018 saylı qiyabi qətnaməsinin ləğvi barədə cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi X1 ərizəsi təmin edilməmişdir. Hazırda cavabdeh "xxxx" Şirkəti həmin qərardaddan şikayət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)-763/2018 saylı qərardadının ləğv edilərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 2(81)-763/2018 saylı qiyabi qətnaməsinin ləğvi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi, əks halda şikayətin baxılması üçün aidiyyəti üzrə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(81)-763/2018 saylı qiyabi qətnaməsi cavabdehə rəsmi qaydada, Mülki Prosessual Məcəllənın tələblərinə uyğun olaraq poçtla təqdim edilməmişdir və iş materiallarında cavabdehə qətnamənin göndərilməsi barədə hər hansı təsdiqedici poçt qəbzi yoxdur. Ümumiyyətlə, məhkəmə prosesinin gedişi barədə cavabdehə heç bir məlumat verilməmişdır. Belə ki, iş üzrə iddia ərizəsinin verilməsi və məhkəmə icraatına başlanması barədə nə cavabdehin qeydiyyatda olduğum ünvana, nə də şirkətin direktorunun istifadə etdiyi əlaqə nömrəsinə hər hansı məhkəmə bildirişi, çağırış vərəqəsi və ya digər sənəd təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh kimi işdə iştirak edilməmişdir. Cavabdeh barəsində məhkəmə işinin mövcudluğu barədə yalnız icra məmuru şirkətin nümayəndəsi kimi onlarla əlaqə saxladıqdan sonra xəbərləri olmuşdur. xx.xx.2025-ci il tarixində icra şöbəsinə icra məmurunun qəbuluna gedildiyi zaman icra məmuru onlara qətnaməni könüllu icra etməli olduqları barədə məlumat vermiş və bu zaman ilk dəfə barələrində çıxarılmış belə bir qətnamənin olduğunu öyrənilmişdir. Yalnız bundan sonra məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixində qətnamənin surətini qəbzə imza edilməklə əldə edə bilmişlər. Qətnamə ilə gec tanış olmaqlarının səbəbi həm Məhkəmənin rəsmi qaydada qətnaməni ona təqdim etməməsi olmuşdur. Baş verənlərin tamamilə iradələrinin ziddində olmuşdur, tərəflərindən hər hansı bir qərəzli və ya laqeyd yanaşma məqsədli prosessual pozuntu hərəkətləri baş verməmişdir. Bir sözlə, qeyd edilənlərə görə vaxtında apellyasiya şikayəti vermələrinə maneələr yaranmışdır. Məhkəmə bütün bu halları nəzərə almamış, iddiaçı tərəfin heç bir əsaslandırılmamış, sübutla təsdiqlənməmiş etirazına əsasən ərizəni təmin etməmişdir. Belə ki, iddiaçı iddia edir ki, “xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmiş, lakin hərraca çıxarılan avadanlıqların qeyd olunmaması səbəbi ilə icra sənədi icra olunmadan xx.xx.2019-cu il tarixdə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra təkrar müraciət əsasında sözügedən icra sənədi yenidən icra olunması üçün icraya yönəldilmiş və iş üzrə təkrar olaraq icraat başlanılmışdır. Bundan əlavə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(81)-763/2018 saylı Qiyabi Qətnaməsinin icrasını nəzərdə tutan Azərbaycan Respublikası Mərkəzi Bankı, LPO "xxxx" ASC və "xxxx" Şirkətinin qanuni təmsilçisi X2 arasında xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş üç tərəfli Saziş imzalanmışdır ki, bu da cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisinin xx.xx.2018-ci il tarixli qiyabi qətnamədən kifayət qədər məlumatlı olduğunu sübut edir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktı icra olunması üçün müvafiq qaydada İcra Şöbəsinə göndərilmiş və eyni zamanda yuxarıda qeyd olunan məlum Sazişlə cavabdehin sözügedən qətnamədən məlumatlı olduğu təsdiqini tapmışdır. Cavabdeh isə icra sənədinin icrasından yayınması məqsədilə ilə prosessual hüquqlardan sui-istifadə etməyə çalışır”. Adıçəkilən Sazişin şərtlərinə əsasən “845.000 (səkkiz yüz qırx beş min) manatın "xxxx" şirkəti tərəfindən bu Sazişlə razılaşdırılmış qaydada Mərkəzi Banka ödənilməsi, ödənişlər razılaşdırılmış qaydada həyata keçirilmədiyi halda isə kredit öhdəliklərinin təminatı kimi "xxxx" şirkətinə məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə “İpoteka haqqında” Qanuna uyğun olaraq açıq hərrac yolu ilə satışa çıxarılması” nəzərdə tutulmuşdur. Sazişin heç bir bəndində xx.xx.2018-ci il tarixli qiyabi qətnamənin mövcudluğu və ya onun icrası barədə ayrıca qeyd yoxdur. Yalnız mübahisənin predmetinə dair hissədə qətnamənin tarixi və nömrəsi qeyd olunmuşdur ki, bu da sadəcə istinad xarakteri daşıyır. Sazişin imzalanması zamanı tərəflər yalnız ödəniş şərtlərini razılaşdırmış, məhkəmə qətnaməsinin məzmunu və hüquqi nəticələri barədə ayrıca müzakirə aparmamışlar. Bundan əlavə, mövcud qanunvericilik açıq və birmənalı şəkildə tələb edir ki, məhkəmə qətnaməsi tərəfə mütləq rəsmi qaydada təqdim olunmalıdır. Bu, icra prosesinin başlanması, müddətlərin hesablanması və tərəfin müdafiə hüququnun təmin olunması üçün fundamental prosessual şərtdir. Halbuki qarşı tərəfin iddia etdiyi kimi, cavabdehin guya hər hansı qeyri-rəsmi məlumat əldə etməsi, hansısa üçüncü şəxslərdən eşitməsi və ya hansısa sənəddə qətnamənin adına rast gəlməsi qanun qarşısında heç bir hüquqi əhəmiyyətə malik deyil. Rəsmi təqdimatın yerinə yetirilməsi kimi təqdim olunması isə hüquqi baxımdan tamamilə əsassızdır və prosessual hüquqların mahiyyətinin təhrif edilməsidir. Əgər bu prinsip pozularsa, o zaman tərəflərin müdafiə hüququ, müddətlərə riayət olunması və ümumiyyətlə, ədalətli məhkəmə araşdırması institutu tamamilə məntiqini itirər. Heç bir qanun, heç bir məhkəmə təcrübəsi rəsmi təqdimatın yerinə informativ xarakterli, təsadüfi və ya dolayı məlumatları keçərli saymır və saya da bilməz. Belə olan halda cavabdehin “qətnamədən xəbərdar olması” barədə irəli sürülən iddiaların hüquqi əsası yoxdur və bu yanaşma prosessual normaların mahiyyətinə açıq-aşkar ziddir. Məhkəmə edilən müraciətlərinə hərfi yanaşmışdır, halbuki müraciətin mahiyyətindən, hüquqi əsaslanmasından prosessual müddətin buraxılmasını birmənalı qəbul edirlər və sadəcə üzrlü yanaşılıb hüquqlarının qorunması və bərpa edilməsi üçün ona şərait yaradılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)-763/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmış və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)- 763/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, məhkəmə iclasları barədə bildirişlər geri qayıtsa da, cavabdehin həm rəsmi qeydiyyatda, həm də faktiki olduğu ünvana, yəni ünvan 1undan əlavə, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qeyd edilən ünvanın dəyişmədiyi və Şirkətin faktiki olaraq həmin ünvanda mövcud olduğunu qəbul etmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci tərəf Mərkəzi Bank, ikinci tərəf Kredo Bank, üçüncü tərəf Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli sazişin predmetindən görünür ki, tərəflər kredit öhdəlikləri, o cümlədən xx.xx.2018-ci il tarixli, 2-2(81)- 763/2018 saylı qiyabi qətnamə üzrə borc öhdəliklərinin icrası ilə bağlı sazişdə nəzərdə tutulan şərtlərlə razılaşmışlar. Yəni cavabdeh ən azından xx.xx.2024-cü il tarixdə qiyabi qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. Odur ki, ən geci xx.xx.2024-cü ildə məlumatlı olduğu qiyabi qətnamənin təxminən 1 il 4 ay sonra təqdim edilməsini və daha sonra qiyabi qətnamənin ləğv edilməsini tələb etməklə cavabdeh prosessual hüquqlarından sui-istifadə etmişdir. Halbuki, MPM-in 47.1-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 249-cü maddəsinə görə hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. 250-ci maddəsinə görə əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 253.2.2-ci maddəsinə əsasən cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə Apellyasiya qaydasında şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)- 763/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(81)-763/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1385/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1385/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver