Məhkəmə qərarları › İş №2-2(103)-139/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-139/2021

04.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-139/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndələri Vəkil2, Nümayəndə iştirakı ilə, İddiaçı «Soyuzkontrakt Trans MMC-nin Cavabdeh MMC-yə qarşı «boş vaqonların qaytarılmasına görə pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1765/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı «xxxx» MMC-yə qarşı iddia ərizə və iddia təəbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, boş qaytarılan vaqonlara görə 67548,42 manat, ödəmənin gecikdirilməsinə görə 189239,23 manat dəbbə pulu, iddianın verilməsinə görə 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 256817,16 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, tərəflər arasında xx.xx.2016-cı il tarixində bağlanmış dəmiryolu ilə idxal, tranzit və daxili yükdaşımaları üzrə nəqliyyat –ekspedisiya xidmətinin göstərilməsi haqqında SKT-15/16 №-li müqavilədə nəzərdə tutulan öhdəlikləri qüsursuz yerinə yetirmişdir. Cavabdeh isə müqavilənin icrası ilə əlaqədar hər hansı iradı olmasa da, müqavilə şərtlərini qismən əməl etmişdir. Müqavilənin 4.1.5-ci bəndinə əsasən sifarişçi müqavilə şərtlərini yerinə yetirmədikdə, ekspeditorun təqdim etdiyi hesabı vaxtında ödəmədikdə məsuliyyət daşıyır; 4.1.6-cı tbəndinə əsasən tərəflər hər ay ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 günü ərzində üzləşmə aparmalı və üzləşmə aktı bağlamalıdırlar. Əgər üzləşmə aktının bağlanması sifarişçi tərəfindən gecikdirilərsə, ekspeditorun təqdim etdiyi qiymətlər və digər məlumatlar əsaslı və qəbul edilmiş sayılacaq. Hesablar vaxtında təqdim olunsa da cavabdeh bərə ilə boş vaqonların qaytarılmasına görə 67548,42 manat məbləğində borjunu ödəməmiş, elektron qaydada ona göndərilmiş məktublar cavabsız qalmışdır. Müqavilənin 4.1.5-ci bəndinə əsasən 0,5 faizlə hesablanan cərimənin məbbləği 189239,23 manat təşkil edir. Axırıncı pretenziya xx.xx.2020-ci il tarixində verilmişdir. Tərəflər arasında müqavilə münastbətləri 2007-ci ildən mövcuddur. Əvvəllər, məsələn 2010-cu idə boş vaqonların qaytarılmasına görə cavabdeh tərəfindən 3221,9 manat ödənilib, lakin 2016-cı ildən sonra ödənilməmişdir. Müqavilədə ödəniş qaydası haqqında əlavə razılaşma olmadığı üçün ödəniş müqavilənin qüvvədə olduğu müddətdə hesablanmalıdır ki, müqavilə münasibətlərinə xitam verilməyib.Mülki Məcəllənin 404.1-404.3-cü maddələrinə istinad olunur) Müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə əsasən tərəflərin razılığı ilə digər əməliyyatların ekspeditora ödənişi nəzərdə tutulub ki, bura boş vaqonların qaytarılması da daxildir(Mülki Məcəllənin 10.1, 21, 425, 442, 443.1, 21-ci maddələrinə əistinad olunur) Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1765/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin 10.1, 21, 404.1-404.3, 425, 442, 443.1, 21-ci maddələrinə istinad edilmişdir. Qətnamə onunla əsaslandırılıb ki, tərəflər arasında kı müqavilədən boş vaqonların qaytarılmasına görə ödəniş nəzərədə tutulmamış və xx.xx.2017-ci ilə qədər verilmiş 7 hesab üzrə iddia müddəti keçmişdir. Qətnamə aşağıdakılara görə əsassız və qanunsuzdur. Müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə əsasən tərəflərin razılığı ilə digər əməliyyatların ekspeditora ödənişi nəzərədə tutulub. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən qanunvericilikdə nəzərədə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Boş vaqonların qaytarılmasına görə haqq haqq ödənilməsinin ayrıca bəndi kimi müqaviləyə daxil edilməsinə zərurət qalmır və boş vaqonların qaytarılması nəqliyyat ekspedisiya müqaviləsinin tərkib hissəsidir.Boş vaqonların qaytarılmasına görə haqq ödənilməsi işgüzar adətlərə daxildir. Həm də ona görə ki, iddiaçı tərəfindən tələb olunan məbləği üçüncü şəxs X1 QSC-yə ödənilmişdir. Məhkəmə istinad olunan hala düzgün hüquqi qiymət verməmiş, boş vaqonlarına qaytarılmasına görə müqavilədə ödəniş edilməsinin nəzərdə tutulmamasına əsaslanmışdır. Belə yanaşma formal yanaşmadır, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə ziddir Qətnamədə məhkəmə 404.1, 404.2, 404.3-cü maddələrinin tətbiqini müzakirə etməmişdir. Qətnamədə göstərilb ki, boş vaqonların qaytarılması ilə əlaqədar məhkəməyə sübut təqdim olunmayıb, Halbuki, 2016-cı ildə 2010-cu ildə boş vaqonların qaytarılması ilə əlaqədar hesab-fakturalar təqdim olunub. İddianın rədd olunması üçün sonuncu dəlil 7 hesab üzrə iddia müddətinin keçməsi göstərilib. Davam edən münasibətlərə görə iddia müddəti sonuncu hesabın verildiyi vaxtdan, yəni xx.xx.2018-ci ildən hesablanmalıdır. Başqa bir məqam ondan ibarətdir ki, tərəflər arasındakı xx.xx.2016cı il tarixli, SKT-15/16 №-li müqavilə 3 il müddətinə uzadılmış hesab edilib. Göründüyü kimi iddia müddətinin keçməsi barədə gəlinən nəticə də əsassızdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını pozmaqla yanaşı MPM-in 14.1, 88, 217-ci maddələrinə də əməl etməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nqümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Vəkil2 cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, tərəflər arasında boş vaqonların qaytarılmasına görə haqqın ödənilməsi barədə razılaşma olmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşabıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 850-ci maddəsinə əsasən yük daşıması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin ) daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımayğı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli SKT-16/16 saylı müqavilənin giriş hissəsindən və 1.1-ci bəndinin 1-5-ci yarımbəndlərindən görünür ki, iddiaçı (ekspeditor) sifarişçinin (cavabdehin) sifarişinə əsasən ekspedisiya xidmətini, yüklərin daşınmasının təşkili, yükvurma-yükboşaltma və yüklərin emalı işlərini, yüklərin saxlanmasını, eləcə də tərəflərin razılaşması ilə digər əməliyyatları yerinə yetirməyi, cavabdeh isə ekspeditora ödənişi yerinə yetirməyi öhdəsinə götürür. Cavabdehin apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin hazırkı iddia tələbinin əsasını təşkil edən 1.1ci bəndinin 5-ci yarımbəndi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilənin iddiaçı tərəfindən istinad olunan 1.1-ci bəndinin 5-ci yarımbənə əsasən isə tərəflərin razılığı ilə digər əməliyyatların yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan müqavilə şərtində digər əməliyyatların yerinə yetirilməsi üçün tərəflərin razılığı tələb olunur. Lakinn iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında boş vaqonların qaytarılmasına görə ekspeditora haqq odənilməsini nəzərdə tutan hər hansı bir yazılı razılaşma və ya müqaviləyə əlavə mövcud deyil. Belə olan halda, iddiaçının Mülki Məcəllənin 10.1-ci maddəsinə və 2010-cu ildə cavabdehin müvafiq ödənişinə əsaslanaraq tərəflər arasında formalaşmış işgüzar adətin mövcudluğuna istinal etməsi əsassızdır. Ən azından, müqavilənin qeyd olunan şərti imperativ olaraq digər əməliyyatların yerinə yetirilməsi üçün tərəflərin bu barədə razılığa gəlməsini nəzərdə tutduğu halda, işgüzar adətdən söhbət gedə bilməz. Bu halda, həmçinin, iddiaçının Mülki Məcəllənin müqavilənin təfsiri ilə bağlı 404.1- 404.3-cü maddələrinə istinad olunan dəlilləri də məhkəmə kollegiyası razılaşmır. Çünki, yuxarıda qeyd edildiyi kimi, müqavilənin sözügedən 1.1.-ci bəndinin 5-ci yarımbəndinin şərtində konkret, aydın və başa düşülün tərzdə ifadə olunur ki, digər əməliyyatlar üçün tərəflərin razılaşması tələb olunur. İş materiallarından və tərəflərin məhkəməyə verdiyi izahatlarından isə göründüyü kimi, belə razılaşma mövcud deyil Belə olan halda, cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 443.1-ci maddəsinə müvafiq ola bilən müqivilə öhdəliyini yerinə yetirməməsinə görə ziyannın əvəzini ödəmək məsuliyyəti də yaranmır. Boş vaqonların qaytarılmasına görə cavabdehin iddiaçıya haqq ödəmək öhdəliyi o halda, yaranmış olardı ki, bununla bağlı onlar arasında müvafiq müqavilənin bağlandığı yazılı formada razılaşma mövcud olsun. Tərəflər arasında isə belə razılaşma yoxdur və bu işin mübahisələndirilməyən halıdır. Belə olan halda, yəni, boş vaqonların qaytarılmasına görə haqq barədə razılaşma olmadığından, cavabdehin müqavilə öhdəliyini pozmasından söhbət gedə bilməz. Mülki Məcəllənin 442-ci maddəsinin tələbində də qeyd olunur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi bapşa düşülür. Birinci instansiya məhkəməsi də məhz qətnaməsində tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin 5-ci yarımbəndinə istinadən qeyd etmişdir ki, müqavilə yazılı formada bağlandığınıa görə mülki qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçı tərəfindən məhkəməyə belə bir razılaşmanın mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki müqavitlənin 1.1-ci bəndiinin 2-ci cümləsi nəzərdə tutur ki, həmin bəndin 1-5-ci bəndlərində göstərilən hər bir əməliyyat üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnamədə iddiaçı tərəfindən 22 iyun 2017-ci il tarixə kimi tərtib olunmuş yeddi hesab üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlinməsini, həmin müqavilənin 2.2-ci bəndi baxımından, düzgün hesab etmir. Çünki müqavilənin həmin bəndi nəzərdə tutur ki, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi 100% qabaqcadan hesab təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində ekspeditorun hesablaşma hesabına köçürmə və ya onun xəzinəsinə nağd yolu ilə həyata keçirir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilənin qeyd olunan 2.2-ci bəndi, əvvəlcədən hesab təqdim edilməsini nəzərdə tutsa da, ödənişin razılaşdırılmış müddətdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə razılaşmanın mövcud olmadığı halda isə həmin hesablar üzrə Mülki Məcəllənin 273.2 və 373.3-cü maddələrinin nəzərdə tutduğu üç illik iddia müddətinin keçdiyini demək, faktiki olaraq, mümkün deyil. Həmin müddət, hesabı təqdim edən şəxsin özü tərəfindən müəyyənləşdirilən tələbetmə müddəti ilə hesablana bilərdi ki, bununla bağlı mübahisələndirilən yeddi ədəd hesablarda göstərişlər mövcud deyil. Hər bir halda istər həmin hesablara münasibətdə, istərsə də xx xxxx 2018-ci il tarixə qədər təqdim edilmiş digər hesablara münasibətdə, iddiaçının boş vaqonların qaytarılmasına görə ödənişi tələbi, tərəflər arasındakı müqavilənin 1.1-ci bənditnin 5-ci yarımbəndinə müvafiq olaraq müvafiq yazılaı razılaşma mövcud olmadığından cavabdehin bu sarıdan öhdəliyi müəyyən oluna bilməz. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd olunmasını faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələləri baxımından, iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirərən və qətnamənin ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1765/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı «Soyuzkontrakt Trans MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1765/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar