Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1399/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(81)-808/2009 saylı qərardadından 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı 24.05.2004-cü ildə 01.04-P-58-40184 sayla qeydiyyatdan keçmiş İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 07.04.2005-ci il tarixdə 0105-P/109- 42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın adının dəyişdirilməsi, 07.04.2005-ci il tarixli 0105-P-109-42690 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin etibarsız sayılması və dəymiş 700000 manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 24.05.2004-cü ildə 01.04-P- 58-40184 nömrə altında qeydiyyata alınmış və hüquqi ünvanı M.Rüstəmov küçəsi ev 3, mənzil 179 olan İddiaçı MTK-nın qeydiyyatının ləğv edilməsi, həmin qeydiyyatı ləğv etməyi təmin etmək vəzifəsinin cavabdeh Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi X1 İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi X1 üzrə Bakı Bölgə Şöbəsində 07.04.2005-ci il tarixdə 0105- P/109- 42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməklə icrası Vergilər Departamentinin Kommersiya Hüquqi X1 İdarəsinə həvalə olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış İddiaçı MTK-nın iddiası isə təmin edilməmişdir. İddiaçı 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış və hazırki iş üzrə qeydiyyatı etibarsız hesab edilmiş İddiaçı MTK ərizə (şikayət ilə birlikdə) ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06.2009-cu il tarixli 2-2(81)-808/2009 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(81)-808/2009 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. 07.04.2005-ci il tarixdə 0105- P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(81)-808/2009 saylı qərardadından 07.04.2005-ci il tarixdə 0105-P/109-42690 nömrə altında qeydə alınmış "xxxx" MTK tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-1399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1399/2021
19.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver