Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-14/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının iştirakı ilə, İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta haqqı üzrə borcun və faizlərin ödənilməsi” nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-533/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddiaya əlavə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 101.400 manat götürülmüş blanklara görə cərimənin, 974,26 manat könüllü sığorta müqavilələrinə görə sığorta haqqı üzrə borcun, 8.619 manat həcmində faiz və 30,4 manat ödənilmiş dövlət rüsumunun, cəmi 111.023,66 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ilə Cavabdeh1 arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçının sığorta agenti kimi fəaliyyət göstərərək, ona sığortaçının adından sığorta müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. 2015 və 2016-cı ərzində cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və digər sığorta növləri üzrə 1017 ədəd müqavilə bağlamış, lakin onların 86.836,50 manat məbləğindəki dəyərini sığortaçıya ödəməmişdir. Sığorta müqaviləsi imzalanması üçün cavabdehin etibarnamə üzrə onun adından çıxış etmək, onun adından əməliyyat aparmaq, sığorta blanklarını təhvil almaq, ödənişləri həyata keçirmək səlahiyyəti verilmiş nümayəndəsi Cavabdeh2 təqdim edilmişdir. Cavabdeh2 isə öz növbəsində müqaviləni başqa şəxsə imzalatdırmaqla, cavabdehin adından etibarnamə ilə çıxış edərək iddiaçı ilə sığorta münasibətlərinə girərək bu münasibətləri davam etdirmiş, sığorta blanklarını təhvil götürmüş və bu müddət ərzində 1014 ədəd icbari sığorta üzrə blankını təhvil götürmüş və 3 ədəd könüllü sığorta müqaviləsi “yazmış" və sığorta haqqını sığortaçıya ödəməmişdir. Qeyd olunan 1017 ədəd müqavilə sığortaçı tərəfindən Cavabdeh1 verilmiş agent kodu altında "yazılmışdır". Hansı ki, “Sığorta vasitəçiliyi xidməti haqqında” Agent müqaviləsinin 11-ci bəndinə görə, sistemlərdən istifadə üçün şirkət tərəfindən verilən "istifadəçi adı" və "şifrə"nin Sığorta agenti tərəfindən şəxsən istifadə olunmalıdır, onların digər şəxslərə verilməsi qadağandır. Sığorta agenti istənilən vaxt sistemə giriş edib dəyişə bilər. Lakin Sığorta agenti bu məlumatları digər şəxslərə açıqladıqda, bundan əmələ gələn bütün məsuliyyət, risk və zərərlər onun özünə aiddir. Qeyd edilənlərdən göründüyü kimi, 1 ilə yaxın müddətdə cavabdeh və onun adından çıxış edən nümayəndəsi Cavabdeh2 arasında sığorta münasibətləri mövcud olmuş, Cavabdeh2 sığortaçıdan blanklar təhvil almış, sığorta agenti Cavabdeh1 isə özünə məxsus parol və loginlə sığorta proqramına daxil olaraq bu blanklar əsasında sığorta “satmış”, lakin toplanan sığorta haqlarını sığortaçıya ödəməmişdirlər. Cavabdeh tərəf bu münasibətləri "tanımırlarsa" o zaman götürdükləri 1014 ədəd sığorta blankını və 3 ədəd könüllü sığorta müqaviləsi üzrə sığortalıdan qəbul etdiyi sığorta haqqını sığortaçıya geri qaytarmalıdırlar. Cavab tərəf iddiaçı ilə “əməkdaşlıq etdiyi” dövrdə cavabdehdən 2.100 ədəddən çox sığorta blankı təhvil götürmüş və bu blanklarının bir qismindən 153.116 manat məbləğində sığorta satışı həyata keçirmiş və bu satışların sığorta haqqını sığortaçıya ödəmişdir. Login və şifrə xx.xx.2015-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş qaydada sığortaçının İT departamenti tərəfindən agentin müqavilədə qeyd etdiyi elektron ünvanına göndərilmişdir. Tərəflər arasında sığortaçı və sığorta agenti münasibətləri yaranmış və davam etmişdir. Cavabdeh tərəf iddiaçıdan götürdüyü sığorta blanklarından 1014 ədədini geri qaytarmamış, həmçinin 3 ədəd könüllü sığorta müqaviləsi üzrə sığortalıdan 974.26 manat sığorta haqqı qəbul etmiş lakin sığortaçıya ödəməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-533/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış agent müqaviləsini etibarsız müqavilə hesab etməklə düzgün nəticəyə gəlməmişdir. Müqavilə etibarsız hesab edildiyi halda məhkəmə iddianı “etibarsız müqavilənin hüquqi nəticələrinin tətbiq edilməsi” və yaxud “əsassız varlanma” əsası ilə təmin etməli idi. Məhkəmə isə MM-nin 405.2, 407.1, 409.4-cü, 337.5-ci maddələrini tətbiq etməmişdir. Müqavilə etibarsızdırsa 1014 ədəd blankın Cavabdeh2 alınması və ya dəyərinin tutulması barədə qətnamə qəbul edilməli idi. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 367.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclaslarında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (81)-533/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddianın əsası kimi xx xxxxxxxx 2015-ci il tarixli 107 nömrəli “Sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsi”nə istinad edərək sığorta agenti kimi Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 müqavilə üzrə borcun, ödənişin gecikdirilməsinə görə faizin və dəbbə pulunun tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən adından əqdlər bağlamaq, imza etmək və digər orqanlar qarşısında onu təmsil etmək üçün səlahiyyətlər verilmişdir. xx xxxx 2015-ci il tarixli, 080664 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ünvan 1 mənzil 36 ünvanında qeydiyyatda olan Cavabdeh1 sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə əsasən vəkalət alanın vəkalət verənin öhdəliklərinə görə məsuliyyəti nəzərdə tutulmadığından sığorta agenti olmuş Cavabdeh1 nümayəndə qismində təmsil etmiş və iddiaçı ilə hər hansı müqavilə münasibətində olmayan Cavabdeh2 qarşı irəli sürülmüş iddia qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Cavabdeh1 qaytarılmayan blanklara görə 101.400 manat dəbbə pulu (cərimənin) tutulması barədə iddia tələbinin rədd edilməsi hissəsində qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəyə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəyə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. İşdəki xx xxxxxxxx 2015-ci il tarixli 107 nömrəli “Sığorta vasitəçiliyi xidməti” haqqında agent müqaviləsinin 10.4-cü bəndində qeyd edilmişdir ki, sığorta agentinə verilmiş sığorta blankları sığorta agenti tərəfindən itirildikdə, məhv olduqda, oğurlandıqda və ya sair bu kimi hal nəticəsində blankın istofadəsi və geri təhvil verilməsi mümkün olmadıqda. Sığorta agenti hər bir belə blanka görə sığortaçıya 100 manat məbləğində cərimə ödəməlidir. Hazırkı halda məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizalarının rəyləri ilə xx xxxxxxxx 2015-ci il tarixli 107 nömrəli müqavilədəki imzanın sığorta agenti Cavabdeh1 və ya onun nümayəndəsi tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 13018 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş iş materiallarındakı xx xxxxxxxx 2015-ci il tarixli 107 nömrəli “Sığorta vasitəçiliyi xidməti” haqqında agent müqaviləsinin 7-ci səhifəsində “Sığorta agenti” Cavabdeh1 hissəsində olan imza Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmənin təşəbbüsü ilə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/727 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx xxxxxxxx 2015-ci il tarixli 107 nömrəli “Sığorta vasitəçiliyi xidməti” haqqında agent müqaviləsinin 7-ci səhifəsində “Sığorta agenti” Cavabdeh1 qrafasındakı imza-Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmiş və imzada qəsdən dəyişdirilmə əlamətləri müəyyən edilməmişdir. Beləliklə tərəflər arasında dəbbə pulu haqqında yazılı razılaşmanın mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyindən müqavilə şərtinin pozulmasına görə 101.400 manat dəbbə pulunun (cərimənin) tutulması barədə tələb düzgün olaraq rədd edilmişdir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilmədiyini, cavabdehlərə təhvil verilmiş blankların geri qaytarılması və ya dəyərinin tutulmasının məhkəmə tərəfindən təmin edilməməsinin maddi hüquq normasının pozuntusu olduğunu qeyd etmişdir. Məhkəmə apelyasiya şikayətinin bu dəlillərini əsassız hesab edir. Məhkəmə Ekspertiza Mərkəzinin 24254 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 6773 saylı, 7598 saylı, 8946 saylı, 8456 saylı, 8383 saylı, 7922 saylı, 7801 saylı, 7745 saylı,8043 7369 saylı, 8802 saylı “Sığorta şəhadətnaməsi blanklarının və digər sənədlərin təhvil verilməsinə” dair X2 “Cavabdeh2” yazısının qarşısındakı imzalar; 6773 saylı, 7958 saylı 8558 saylı, 8383 saylı, 7922, 7745 saylı, 7369 saylı, 8802 saylı “Sığorta şəhadətnaməsi blanklarının və digər sənədlərin verilməsinə” dair X2 “Qəbul etdi:” qrafalarındakı “Cavabdeh2” yazıları; 167535 saylı, 164524 saylı, 168256 saylı, 162297 saylı Borduralarda “Cavabdeh1” yazılarının qarşısındakı imzalar - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Digər sənədlərdəki imzaların isə cavabdehlər tərəfindən icra edildiyi təsdiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, o cümlədən cavabdehlərə təhvil verilmiş blankların geri qaytarılması və ya dəyərinin tutulması barədə iddia tələbləri irəli sürülmədiyindən məhkəmə yalnız iddiaçının irəli sürdüyü tələblər üzrə qətnamə qəbul etməklə hər hansı pozuntuya yol verməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi Cavabdeh1 nümayəndəsi tərəfindən imzalanmış pretenziyaya cavab məktubunda qeyd edilmişdir ki, həqiqətən də tərəflər arasında 2015-ci ildə sığorta vasitəçiliyi xidmətinə dair agent müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilə vərəqlərinin tikilməsi üçün iddiaçıya qaytarılmış, daha sonra Cavabdeh1 geri qaytarılmamışdır. Cavabdeh1 vəkili və nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən bildirmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında əməkdaşlıqla bağlı ilkin razılaşma əldə edilsə də, sonradan əməkdaşlıq baş tutmamış, yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi pretenziyaya cavab məktubunun hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilmədiyini əsaslandıra bilmədiyindən həmin məktuba apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hər hansı halını təsdiq edən sübut kimi hüquqi qiymət verilməsi MPM-nin 372.2-ci maddəsinin tələbinə zidd olduğu üçün məhkəmə həmin sənədi sübut kimi nəzərə almır. İddiaçı Cavabdeh1 974,26 manat könüllü sığorta müqavilələrinə görə sığorta haqqı üzrə borcun tutulmasını xahiş etsə də, bu borcun yaranma əsasları, hansı dövrün borcu olması, hesablanma qaydası barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin borcun və hesablanmış faizlərin rədd edildiyi hissədə də dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının borcla bağlı təqdim etdiyi kompyuter proqramlarından çıxarışlar rəsmi sənəd olmadığından məhkəmə tərəfindən iddianın əsasını təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-533/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı sığorta şirkəti açıq səhmdar cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-533/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı sığorta şirkətindən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına 127 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-14/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-14/2021
27.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver