Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-14/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdeh, eyni zamanda Cavabdeh3 MMC-nin direktoru X9 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-50/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3 MMC, X12 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən və X8 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə Cavabdeh3 MMC-nin ləğv prosesində olan "Bank of Azerbaijan” ASC qarşısında əsas borc üzrə 34029,82 (otuz dörd min iyirmi doqquz manat səksən iki qəpik) manat, faiz borcu üzrə 22761,03 (iyirmi iki min yeddi yüz altmış bir manat üç qəpik) manat, cərimə borcu üzrə 10257,38 (on min iki yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat, cəmi 67003,23 (altmış yeddi min üç manat iyirmi üç qəpik) manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-*** və **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobuslarının açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi; 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə Cavabdeh3 MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 290000 (iki yüz doxsan min manat) manat, faiz borcu üzrə 154369,71 (yüz əlli dörd min üç yüz altmış doqquz yetmiş bir qəpik) manat, cərimə borcu üzrə 16183,18 (on altı min yüz səksən üç manat 18 qəpik) manat, cəmi 460552,89 (dörd yüz altmış min beş yüz əlli iki manata səksən doqquz qəpik) manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-***,**-TG-***,**-TG-***,**-TG-*** və **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobuslarının açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi; 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə Cavabdeh3 MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 106341,21 (yüz altı min üç yüz qırx manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 67609,71 (altmış yeddi min altı yüz doqquz manat 71 qəpik) manat, cərimə borcu üzrə 27660,66 (iyirmi yeddi min altı yüz altmış manat altmış altı qəpik) manat, cəmi 201611,58 (iki yüz bir min altı yüz on bir manat əlli səkkiz qəpik) manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-***, **-TG-*** və **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobuslarının açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi; 23 aprel 2013-ci il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-cı il tarixə Cavabdeh3 MMC-nin ləğv prosesində olan “Bank of Azerbaijan" ASC qarşısında əsas borc üzrə 37467,86 (otuz yeddi min dörd yüz altmış yeddi manat səksən altı qəpik) manat, faiz borcu üzrə 25071,90 (iyirmi beş min yetmiş bir manat doxsan qəpik) manat, cərimə borcu üzrə 7480,04 (yeddi min dörd yüz səksən manat dörd qəpik) manat, cəmi 70019,80 (yetmiş min on doqquz manat səksən qəpik) manat borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3MMC-nin mülkiyyətində olan **-TG-*** və **-TG-*** 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 1 (bir) manat bank xərcinin borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2-2(82)-50/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 21 fevral 2012-ci il tarixli 01 AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə yaranmış əsas borc 39327,20 (otuz doqquz min üç yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat, faiz borcu 8362,75 ( səkkiz min üç yüz altmış iki manat, yetmiş beş qəpik) manat, cərimə borcu 1000 (min manat), cəmi 48689,95 (qırx səkkiz min altı yüz səksən doqquz manat, doxsan beş qəpik) manat borcun müştərək qaydada cavabdehlər Cavabdeh3 MMC-dən, X8 və Cavabdeh2ndən tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-***, **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə yaranmış əsas borc 215245,58 (iki yüz on beş min iki yüz qırx beş manat, əlli səkkiz qəpik), faiz borcu 98183,79 (doxsan səkkiz min yüz səksən üç manat, yetmiş doqquz qəpik) cərimə borcu 1600 ( min altı yüz) manat, cəmi 315029,37 (üç yüz on beş min iyirmi doqquz manat, otuz yeddi qəpik) manat borcun Cavabdeh3 MMC-dən tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan 10-TG895, **-TG-***, **-TG-***, **-TG-*** və **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 01 may 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə yaranmış əsas borc 102409,84 (yüz iki min dörd yüz doqquz manat, səksən dörd qəpik), faiz borcu 23099,11 (iyirmi üç min doxsan doqquz manat, on bir qəpik), cərimə borcu 2700 ( iki min yeddi yüz), cəmi 128208,95 (yüz iyirmi səkkiz min, iki yüz səkkiz manat, doxsan beş qəpik) manat borcun müştərək qaydada cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2ndən tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-***, **-TG-***, **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobuslar açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 23 aprel 2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə yaranmış əsas borc 38386,69 (otuz səkkiz min üç yüz səksən altı manat, altmış doqquz qəpik), faiz borcu 9957,05 (doqquz min doqquz yüz əlli yeddi manat, beş qəpik), cərimə borcu 700 (yeddi yüz ) manat, cəmi 49043,74 (qırx doqquz min qırx üç manat, yetmiş dörd qəpik) manat borcun müştərək qaydada cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh2ndən tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ödənilməsi, tutmanın Cavabdeh3 MMC-nin mülkiyyətində olan **-TG-*** və 10-TG017 dövlət nömrə nişanlı 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 145 (yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, Cavabdeh3 MMC-dən X8 və Cavabdeh2ndən müştərək qaydada tutularaq, dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat tutularaq müştərək qaydada cavabdehlər Cavabdeh3 MMC-dən, X8 və Cavabdeh2ndən tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh2 həmin qətnamədən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borc məbləğinin mövcud olması faktını təsdiq etsə də, məbləğin həcmi düzgün müəyyən edilməmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən yalnız ekspert rəyinə əsaslanmış, işdə olan bank tərəfindən verilmiş maliyyə arayışlarını, hesabdan çıxarışları, kredit müqavilələrinə əlavələri və digər mühüm sübutları nəzərə almamışdır. Belə ki, 06.09.2018-ci il tarixli 21137 saylı ekspert rəyinə əsasən 09AV/F20-12 saylı, 24 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əsas borc üzrə 215245,58 manat, faiz borcu üzrə 98183,79 manat borcu olduğu müəyyən edilmiş, cərimə borcu isə ümumiyyətlə hesablanmamışdır. Lakin ekspert rəyinin özündə də qeyd edildiyi kimi 09AV/F20-12 saylı müqaviləyə 04 iyun 2015-ci il tarixli əlavəyə əsasən cavabdehin əsas borc məbləği kapitallaşdırılaraq 290000 manat məbləğinə çatdırılmışdır. Eyni zamanda faiz borcu üzrə maliyyə arayışında qeyd olunmuş məbləğ 154369,71 manat olmasına baxmayaraq ekspert rəyində bu məbləğ kəskin şəkildə azaldılaraq 98183,79 manat məbləğində müəyyən edilmişdir. 10AV/F20-12 saylı, 01.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında əsasən borc 106341,21 manat göstərilsə də, ekspert rəyində həmin məbləğ 102409,84 manat məbləğində müəyyənləşdirilmiş, faiz borcu isə iddia tələbində 67609,71 manat göstərildiyi halda, ekspert rəyində kəskin şəkildə azaldılaraq 23099,11 manat məbləğində müəyyən edilmiş, cərimə borcu ümumiyyətlə hesablanmamışdır. 48AV/F20-13 saylı, 23.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu maliyyə arayışına əsasən 25071,90 manat olduğu halda, ekspert rəyində bu məbləğ kəskin surətdə azaldılaraq 9957,05 manat məbləğində müəyyən edilmiş, cərimə borcu isə ümumiyyətlə hesablanmamışdır. 01AV/F20-12 saylı, 21.02.2012-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu maliyyə arayışına əsasən 22761,03 manat hesablandığı halda, ekspert rəyində bu məbləğ kəskin surətdə azaldılmışdır. Göründüyü kimi ekspert rəyi ziddiyyətlidir, çünki bank tərəfindən maliyyə arayışına əsasən irəli sürülmüş iddia tələbində müəyyən edilmiş məbləğdən, eyni zamanda hesabdan çıxarışlarda göstərilmiş məbləğdən daha az məbləğ müəyyən edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti iddiaya etirazla eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Hazırki apelyasiya baxışı zamanı X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi, əks tərəfin apellyasiya şikayətinə etiraz etdi, cavabdeh, eyni zamanda Cavabdeh3 MMC-nin direktoru X12 da hər iki şəxsin apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh2 nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, Cavabdeh2 apellyasiya şikayəti isə tam təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh X12 tərəfindən apellyasiya şikayəti verilmədiyini və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunmamış hissəsində və Cavabdeh2nə aid iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. Habelə, cavabdeh X9 apellyasiya şikayətinə etirazda ifadə olunmuş dəlillərini və apellyasiya baxışında X3 üçüncü şəxs qismində cəlb olunduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə aid hissədə mübahisənin predmeti bölünməz kimi qiymətləndirilməli və həmin kredit müqaviləsinə aid hissədə qətnamə tam yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında aşağıdakı kredit, ipoteka və zaminlik müqavilələri bağlanmışdır:
1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 21 fevral 2012-ci il tarixli, 01AV/F20-12 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 22 faiz olmaqla 48 ay müddətinə 84600 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 21 fevral 2012-ci il tarixli, 01İP/F20-12 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 MMC-yə məxsus **- TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 911603, buraxılış ili: 2011-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 920978, buraxılış ili: 2011-ci il, rəngi ağ, 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Həmçinin həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə X12 arasında 21 fevral 2012-ci il tarixli, 01ZA/F20-12 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin X12 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 aprel 2015-ci il tarixli 03/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
2. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 24 aprel 2012-ci il tarixli, 09AV/F20-12 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə 5 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün 48 ay müddətinə illik 20 faiz olmaqla 222750 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 24 aprel iyul 2011-ci il tarixli, 09İP/F20-12 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 MMC-yə məxsus **-TG-*** d.n.n, tip vaqon 14+1, mühərrik 955720, buraxılış ili 2012-ci il, ağ rəng, **-TG-*** d.n.n, tip vaqon 14+1, mühərrik 955726, buraxılış ili 2012-ci il, ağ rəng, **-TG-*** d.n.n, tip vaqon 14+1, mühərrik 960416, buraxılış ili 2012-ci il, ağ rəng, **-TG-*** d.n.n, tip vaqon 14+1, mühərrik 955710, buraxılış ili 2012-ci il, ağ rəng, **-TG-*** d.n.n, tip vaqon 14+1, mühərrik 955705, buraxılış ili 2012-ci il, ağ rəng, 5 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Tərəflər arasında 04 iyun 2015-ci il tarixli 2 saylı əlavə bağlanmış və əlavəyə əsasən 24 aprel iyul 2011-ci il tarixli, 09AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin müddəti 28.12.2018-ci il tarixə kimi uzadılmış, eyni zamanda Cavabdeh3 MMC-nin əsas borc məbləği kapitallaşdırılaraq 290000 manat məbləğinə çatdırılmışdır.
3. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 01 may 2012-ci il tarixli, 10AV/F20-12 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 20 faiz olmaqla 48 ay müddətinə 133650 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 01 may 2012-ci il tarixli, 10AİP/F20-12 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 MMC-yə məxsus **- TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 853961. buraxılış ili: 2012-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 960380,buraxılış ili: 2012-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 960418, buraxılış ili: 2012-ci il, rəngi ağ, 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 aprel 2015-ci il tarixli 02/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
4. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 23 aprel 2013-ci il tarixli, 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh3 MMC-yə 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobusların alınması üçün illik 20 faiz olmaqla 48 ay müddətinə 45000 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 23 aprel 2013-ci il tarixli, 48İP/F20-13 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh3 MMC-yə məxsus **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 563520, buraxılış ili: 2007-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 561122, buraxılış ili: 2007-ci il, rəngi ağ, 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 15 aprel 2015-ci il tarixli 04/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İddiaçı bildirir ki, Cavabdeh3 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə əsas borc üzrə 34029,82 manat, faiz borcu üzrə 22761,03 manat, cərimə borcu üzrə 10257,38 manat, cəmi 67003,23 manat, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə əsas borc üzrə 290000 manat, faiz borcu üzrə 154369,71 manat, cərimə borcu üzrə 16183,18 manat, cəmi 460552,89 manat, 01 may 2012-ci il tarixli 10 AV/F20-12 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə əsas borc üzrə 106341,21 manat, faiz borcu üzrə 67609,71 manat, cərimə borcu üzrə 27660,66 manat, cəmi 201611,58 manat, 23 aprel 2013-ci il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə əsasən 09.02.2017-ci il tarixə əsas borc üzrə 37467,86 manat, faiz borcu üzrə 25071,90 manat, cərimə borcu üzrə 7480 manat, cəmi 70019,80 manat borcu yaranmışdır. Cavabdeh, eyni zamanda Cavabdeh3 MMC-nin direktoru X12 iddiaya etiraz edir və bildirir ki, İddiaçı ASC, Cavabdeh3 MMC və X5 arasında öhdəliyin keçməsi haqqında 27 mart 2014-cü il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsi üzrə borc alanın öhdəlikləri X1. Digər kredit müqavilələri üzrə borclar isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Cavabdeh2 ona aid hissədə iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanılmış kredit müqavilələrinin şərtlərinə əsasən borcalan Cavabdeh3 MMC kredit borcunu və ona hesablanmış faizləri kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən tam ödəməli idi. Belə ki, 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsi üzrə verilmiş 84600 manat dəyərində krediti 48 ay müddətinə, son ödəniş tarixi 21.02.2016-cı il; 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə verilmiş 133650 dəyərində krediti 48 ay müddətinə, son ödəniş tarixi 01.05.2016-cı il; 23 aprel 2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsi üzrə verilmiş 45000 manat dəyərində krediti 48 ay müddətinə, son ödəniş tarixi 23.04.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hər üç kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə (Cavabdeh2nə) qarşı 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsi üzrə 21.02.2017-ci il tarixədək, 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə 01.05.2017-ci il tarixədək və 23 aprel 2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsi üzrə 23.04.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Yəni tərəflər arasında öhdəlik münasibətinin yaranmasına əsas olan müqavilə üzrə iddiaçı mülki hüquqdan sui-istifadə edərək öhdəliyin vaxtında icrasını tələb etməmişdir. Zaminliklə təmin edilmiş öhdəlik üzrə icra müddəti kredit müqavilələri üzrə müvafiq olaraq 21.02.2017-ci il, 01.05.2017-ci il və 23.04.2018-ci il tarixdə bitdiyindən və kreditor tərəfindən zamin Cavabdeh2nə qarşı iddia tələbi 15.11.2018-cı il tarixdə verildiyindən, kreditor olan iddiaçı zamin Cavabdeh2nə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən itirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya baxışının həddində iddia qismən əsaslıdır. Belə ki, kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462). Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri qismən mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan 4 ədəd kredit müqaviləsinin bağlanması mübahisəsizdir. Bununla yanaşı apellyasiya baxışı zamanı müəyyən olundu ki, borc verən İddiaçı ASC, borclu Cavabdeh3 MMC və yeni borclu X5 arasında öhdəliyin keçməsi haqqında 27 mart 2014-cü il tarixli 48ÖM/F20-14 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən borc verən ilə borc alan arasında 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən borc alanın borc verənə bu müqavilənin bağlanması tarixinə kimi əsas borc üzrə ödənilməmiş 37590 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafik üzrə ödənilməsini öz üzərinə götürür, borc verən isə bu borcun yeni borclu tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul edəcəyini öhdəsinə götürür. Mülki Məcəllənin 522.1 və 522.2-ci maddələrində isə təsbit olunmuşdur ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İşin hallarından da göründüyü kimi kreditorla bağlanmış müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilmişdir. Belə olan halda isə 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsi üzrə kredit borcunun tutulması barədə iddia buna cavab verməli olmayan şəxsə qarşı, yəni artıq kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımayan Cavabdeh3 MMCyə qarşı qaldırıldığı üçün təmin edilə bilməz. Tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia isə Mülki Məcəllənin 292 və 525-ci maddələrinə görə rədd edilməlidir. Belə ki, həmin maddələrinin tələblərinə görə girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir (maddə 292). Tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz (maddə 525). Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, iddia tələbləri 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə aid hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunan digər 3 kredit müqaviləsi üzrə kollegiyanın mövqeyi isə aşağıdakılardan ibarətdir. Belə ki, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, həmin 3 kredit müqaviləsi üzrə hazırda mübahisəli məqam kredit borclarının məbləğləri ilə bağlıdır. Kredit borcunun məbləğinin dəqiq müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında ayrı-ayrı kredit müqavilələri üzrə kreditdən faktiki olaraq məhkəmədə iddia qaldırılanadək nə qədər qaytarılması, bankın lisenziyasının alındığı günə nə qədər faiz hesablanması və ödənilməsi, dəbbə pulunun hansı qaydada və hansı məbləğə hesablanması barədə suallar qoyulmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin suallara uyğun olaraq 06.09.2018-ci il tarixli 21137 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən tərəflər arasında bağlanılmış 09AV/F20-12 saylı, 24 aprel 2012ci il tarixli kredit müqaviləsi üzrə X9 28 yanvar 2016-cı il tarixə (bankın lisenziyasının alındığı tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 313429,37 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 215245,58 manat, faiz borcu üzrə 98183,79 manat; ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 aprel 2012-ci il tarixli, 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 28 yanvar 2016-cı il tarixə cavabdeh X10 cərimə borcu hesablanmadı. Tərəflər arasında bağlanmış 10AV/F20-12 saylı, 01 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə X9 28 yanvar 2016-cı il tarixə (bankın lisenziyasının alındığı tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 125508,95 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 102409,84 manat, faiz borcu üzrə 23099,11 manat; ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01 may 2012-ci il tarixli, 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 28 yanvar 2016-cı il tarixə cavabdeh X10 cərimə borcu hesablanmadı. Tərəflər arasında bağlanmış 48AV/F20-13 saylı, 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə X9 28 yanvar 2016-cı il tarixə (bankın lisenziyasının alındığı tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 48343,74 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 38386,69 manat, faiz borcu üzrə 9957,05 manat; ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 48AV/F20-13 saylı, 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 28 yanvar 2016-cı il tarixə cavabdeh X10 cərimə borcu hesablanmadı. Tərəflər arasında bağlanılmış 01AV/F20-12 saylı, 21 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə X9 28 yanvar 2016-cı il tarixə (bankın lisenziyasının alındığı tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 47689,95 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 39327,20 manat, faiz borcu üzrə 8362,75 manat; ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01AV/F20-12 saylı, 21 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün 28 yanvar 2016-cı il tarixə cavabdeh X10 cərimə borcu hesablanmadı. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq kredit müqavilələri üzrə əsas və faiz borcların tutulması hissəsində yuxarıda qeyd olunan nəticəyə gəlmiş, cərimə borclarını da Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Halbuki, məhkəmə tərəfindən kredit müqavilələrinin müddətinin bitdiyi tarixə olan əsas, faiz borcun və dəbbə pulunun, o cümlədən həmin tarixdən sonra cavabdeh tərəfindən hansı məbləğdə ödənişlərin edilməsi və həmin ödənişlərin hansı qaydada silinməsi barədə suallar qoyulmalı idi. Bundan başqa ekspert rəyindən görünür ki, ekspert rəyin tədqiqat hissəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Halbuki, nə iddiaçı tərəfindən həmin maddəyə istinadən faizlərin tutulması barədə iddia qaldırılmamış, nə də məhkəmə tərəfindən bununla bağlı ekspert qarşısında hər hansı bir sual qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hallar iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinin kifayət qədər tam olmaması qənaətinə gəlmək üçün əsas verir. Qeyd olunanlar, o cümlədən iddiaçının dəlilləri nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 noyabr 2021-ci il tarixli 9/7922 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə aşağıdakılar qeyd olunmuşdur: - tərəflər arasında bağlanılmış 01AV/F20-12 saylı, 21 fevral 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X9 21 fevral 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) iddiaçı “Bank of Azerbaijan" Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 39327,20 manat, faiz borcu üzrə 8915,52 manat. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01AV/F20-12 saylı, 21 fevral 2012-ci tarixli kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinməni özündə əks etdirən hesabdan çıxarış) olmadığı üçün cavabdeh X10 cərimə borcu hesablanmadı. Tədqiqata təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cavabdeh X12 tərəfindən 21 fevral 2016-cı il tarixdən sonra hər hansı məbləğdə ödəniş aparılmamışdır. - tərəflər arasında bağlanılmış 09AV/F20-12 saylı, 24 aprel 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsini rəhbər tutaraq cavabdeh X9 28 dekabr 2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 215245,58 manat, faiz borcu üzrə 223743,71 manat. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 aprel 2012-ci il tarixli, 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinməni özündə əks etdirən hesabdan çıxarış) olmadığı üçün cavabdeh X10 cərimə borcu hesablanmadı. Tədqiqata təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cavabdeh X12 tərəfindən 28 dekabr 2018-ci il tarixdən sonra hər hansı məbləğdə ödəniş aparılmamışdır. - tərəflər arasında bağlanılmış 10AV/F20-12 saylı, 01 may 2012-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsini rəhbər tutaraq, cavabdeh X9 28 dekabr 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 102409,84 manat, faiz borcu üzrə 41874,25 manat. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 01 may 2012-ci il tarixli, 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinməni özündə əks etdirən hesabdan çıxarış) olmadığı üçün cavabdeh X10 cərimə borcu hesablanmadı. Tədqiqata təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cavabdeh X12 tərəfindən 28 dekabr 2016-cı il tarixdən sonra hər hansı məbləğdə ödəniş aparılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə aid hissə istisna olmaqla ekspert rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası da hesab edir ki, qeyd olunan kredit müqaviləsinə aid hissə istisna olmaqla ekspert rəyinə təngidi yanaşması üçün əsaslar mövcud deyil və kredit müqavilələri üzrə borc məbləğləri həmin rəyə uyğun müəyyən edilməlidir. Həmin ekspert rəyindən göründüyü kimi 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsi üzrə əsas borc 39327,20 manat, faiz borcu 8915,52 manat təşkil edir. Qeyd olunan ekspert rəyini və iddiaçı tərəfindən həmin müqavilə üzrə cəmi 34029,82 manat əsas borc və 22761,03 manat faiz borcunun tutulması tələbinin irəli sürüldüyünü nəzərə alaraq kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borc 34029,82 manat, faiz borcu isə 8915,52 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərini, o cümlədən işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 10257,38 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 % həddində, yəni 3400 manat məbləğində müəyyənləşdirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə borcların məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Həmçinin, ekspert rəyindən göründüyü kimi 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə əsas borc 102409,84 manat, faiz borcu 41874,25 manat təşkil edir. İddiaçı tərəfindən həmin müqavilə üzrə 106341,21 manat əsas borc və 67609,71 manat faiz borcun tutulması tələbinin irəli sürüldüyünü və qeyd olunan ekspert rəyini nəzərə alaraq kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borc 102409,84 manat, faiz borcu isə 41874,25 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərini, o cümlədən işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 27660,66 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 % həddində, yəni 10000 manat məbləğində müəyyənləşdirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə borcların məbləğinə aid hissədə (əsas borc istisna olmaqla) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Tərəflər arasında bağlanmış 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə borcun məbləği isə həmin ekspert rəyinə əsasən deyil, aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, ekspert Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək tərəflərin imzaladığı 04 iyun 2015-ci il tarixli əlavənin şərtlərini (24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcu toplanaraq kredit kapitallaşdırılmış, kapitallaşdırıldıqdan sonra cavabdehin üzərinə 290.000 manat məbləğində öhdəlik qoyulmuşdur) qəbul etməmiş və hesablamanı əsas borcun 290000 manat məbləğinə deyil, 215254,58 manat məbləğinə uyğun aparmışdır. Halbuki Mülki Məcəllə və ya digər maddi hüquq normasına istinad edərək işin hallarına hüquqi qiymət vermək ekspertin səlahiyyətinə aid deyil və o, yalnız elm, incəsənət, texnika və ya sənət sahəsindəki xüsusi biliklərindən istifadə etməklə qarşısında qoyulmuş suallara cavab verməlidir. Bu baxımdan kollegiya hesab edir ki, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə aid hissədə ekspert rəyi ilə razılaşmaq olmaz və həmin kredit müqaviləsi üzrə kredit borcu 04 iyun 2015-ci il tarixli 2 saylı əlavəyə uyğun hesablanmalıdır. Həmin əlavədən isə müəyyən edilir ki, tərəflərin razılaşmasına görə 04.06.2015-ci il tarixə olan əsas kredit borcu 290000 manat təşkil edir. Eyni zamanda 04.07.2015-ci il tarixdə həmin məbləğdə olan əsas borca ödənilməli olan faiz borcu 4833,33 manat və 04.07.2015-ci il tarixdən iddiaçının tələb etdiyi 09.02.2017-ci il tarixə qədər olan müddət 20 ay təşkil edir. Habelə həmin kredit müqaviləsinə aid hesabdan çıxarışdan müəyyən edilir ki, 16.10.2015-ci il tarixdə 800 manat və 26.10.2015-ci il tarixdə 800 manat, cəmi 1600 manat ödənilmişdir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi 09.02.2017-ci il tarixə olan faiz borcu 95066,6 manat təşkil edir (4833,33 x 20 = 96666,6 – 1600 = 95066,6). İddiaçı tərəfindən həmin müqavilə üzrə 290000 manat əsas borc və 154369,71 manat faiz borcun tutulması tələbinin irəli sürüldüyünü və qeyd olunan hesablamanı nəzərə alaraq kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borc 290000 manat, faiz borcu isə 95066,6 manat təşkil edir. Həmçinin Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, iddiaçı tərəfindən cəmi 16183,18 manat məbləğində dəbbə pulunun tutulması tələbinin irəli sürüldüyünü, həmin məbləğin isə əsas borcun 5,5 %-i təşkil etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas və cərimə borclarının məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən hesablamaya əsasən faiz borcunun 95066,6 manat təşkil etməsi müəyyən edilsə də, həmin hissədə qətnamə dəyişdirilə bilməz. Çünki birinci instansiya məhkəməsi tərəfindən daha çox məbləğin, yəni 98183,79 manat məbləğində faiz borcunun tutulması qət edilmişdir. Cavabdeh X12 tərəfindən apellyasiya şikayəti verilmədiyinə və Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edildiyinə görə isə kredit müqavilələri üzrə borcun qismən təmin edilmiş hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil etmir. Bununla yanaşı kollegiyası hesab edir ki, Cavabdeh2nə aid hissədə iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 15 aprel 2015-ci il tarixli 02/15, 03/15, 04/15 saylı zaminlik müqavilələrində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqavilələri üzrə əsas öhdəliyin icrası vaxtının 21 fevral 2012-ci il tarixli kredit müqaviləsinə münasibətdə 21 fevral 2016-cı il tarixdə, 01 may 2012-ci il tarixli kredit müqaviləsinə münasibətdə 28 dekabr 2016-cı il tarixdə, 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinə münasibətdə 23 aprel 2017-ci il tarixdə bitdiyini və həmin tarixlərdən etibarən bir il müddətində iddiaçının zamin Cavabdeh2nə qarşı iddia irəli sürmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh2nə qarşı tələb irəli sürməsi əsassızdır. Cavabdeh2nə aid hissədə iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, zaminlik müqavilələri üzrə öhdəliklərin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra olunanadək qüvvədə olması ilə bağlı şərtlər mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə öhdəliklərin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra olunanadək qüvvədə olması ilə bağlı şərtləri Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti isə tam təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 23.04.2013-cü il tarixli kredit müqaviləsinə aid hissədə və Cavabdeh2nə aid hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməli, qətnamə 24.04.2011-ci il tarixli, 21.02.2012ci il tarixli və 01.05.2012-ci il tarixli kredit müqavilələri üzrə borcların məbləğinə aid hissədə dəyişdirilməli, həmin müqavilələr üzrə borc məbləğləri yuxarıda göstərilən qaydada müəyyən edilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti isə tam təmin olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-50/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 fevral 2019-cu il tarixli qətnaməsi qismən, yəni 23.04.2013-cü il tarixli 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə aid hissədə və Cavabdeh2nə aid hissədə ləğv edilsin və həmin hissələrdə iddia rədd edilsin. Qətnamə 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı və 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı təminatlı kredit müqavilələri üzrə borcların məbləğinə aid hissədə dəyişdirilsin. 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas borc 34029,82 manat, faiz borcu 8915,52 manat, cərimə borcu 3400 manat; 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas borc 290000 manat, cərimə borcu 16183,18 manat; 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə faiz borcu 41874,25 manat, cərimə borcu isə 10000 manat məbləğində müəyyən edilsin. Qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova